Tofiq (41): tofiq (31). qxd qxd



Yüklə 43,52 Kb.
Pdf görüntüsü
səhifə14/55
tarix25.06.2018
ölçüsü43,52 Kb.
#51016
1   ...   10   11   12   13   14   15   16   17   ...   55

строк (четыре слога в третьей строке). В статье приводится множество примеров
из  сказок  на  стихи,  состоящие  из  дву-,  трех-,  четырех-  и  пятисложных  строк.
Известно, что в древнетюркском языке упот реблялись только односложные слова,
и строки с малым количеством сло гов являются продуктом того времени. Сказки,
будучи  первичными  образ цами  художественного  творчества,  отражают  в  своем
языке эти древ ней шие стихотворные модели и в определенной степени даруют им
вторую жизнь.   
Nağıl  türkün  qədim,  hətta  demək  olar  ki,  ilkin  həyatı,  düşüncə  tərzi
haqqında  çox  mə’lumatları  tarixin  çoxqatlı  süzgəcindən  keçirərək
zamanımıza  daşıyıb  gətirmişdir.  Təbii  ki,  bu  əski  şifahi  sənədlərin  içə -
risində türkün ən əski elmi yaradıcılıq nümunəsi olan mif biliyi mühüm
yer tutur. Təsadüfi deyil ki, «tarixin başlanğıcı» sayılan şumer qəhrəman-
lıq dastanlarında oxuduğumuz mifoloji anlayışları, insanın dünya, kainat
haqqındakı  təsəvvür  və  təəssüratlarını  nağıllarımızda  görürük.  Yə’ni
türkün nağıllarımızda qorunub saxlanmış əski həyatı sadəcə nağıl deyil,
ən əski gerçəkliklərdir. Türkün keçmişi haqqında heç bir yazılı sənədin
vermədiyi  biliyi  nağıllarımız  nəsildən-nəslə,  ağızdan-ağıza  ötürə-ötürə
yaşadıb.  Bəli,  bu  nağıl  saydığımız  şeylər  nağıl  deyil,  məhz  bilikdir.
Nağıllardakı almadan, aynadan tutmuş köhlən ata, Zümrüd quşuna qədər
hər  fakt  elmi  fərziyyənin,  hətta  riyazi-fiziki  düsturun  əski  ifadə  for-
masıdır. Maksim Qorkinin dediyi kimi, uçan xalçaların ideyası gələcəkdə
təyyarənin  yaranmasına  gətirir  və  həmin  ideya  daha  sonralar  öz  in -
kişafının növbəti mərtəbəsi olaraq ballistik raketləri, sün’i peykləri tö rə -
dir. Yaxud: balığın quruluşunu nəzərə alan qədim insan gəmini və qayığı
icad  edir;  həmin  modellə  hətta  söz  yaradıcılığı  gedir:  çiyinə  salınarkən
insana verdiyi şəklə görə yapıncıya kəpənək deyiblər. Həmin tipologiya
üzrə  Qur’andakı  nə  qədər  işarələr  –  replikalar  –  ayələr  son  yüzillikdə
dünya alimləri tərəfindən elmi kəşflər kimi reallaşdı. Yaxud şumerlərin və
nağıllarımızın  O  Dünya  anlayışı  klinik  ölüm  keçirənlərin  tədqiqi  ilə
həqiqət  məzmunu  alır.  Nağıllarımızda  bir  padşahın  o  biri  padşaha  tap-
maca  kimi  göndərdiyi  ox,  siçan,  güzgü  və  s.  kimi  əşyalar  vasitəsilə
düşüncə  mübadiləsi  əski  məktublaşma  formasıdır  və  həmin  simvollar
bə’zən piktoqrafik və əksərən də ideoqrafik yazı faktıdır. Bir sözlə, nağıl-
larımızı tədqiq yolu ilə əski əcdadımızın əski-əski təfəkkür yadigarlarını
öyrənə bilirik.
Nağıllarımızdakı bu elmi axtarışların sırasında əski dil nümunələri də
var. Nağıllarımızın dilində əski türk şe’rinin izlərini görürük. Söhbətimiz
2011/
IV
43
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


o mövzudadır. Şe’r dili hörgü şəklində, qəlib şəklində olduğu üçün nəsr
dili  ilə  müqayisədə  onun  dili  daha  davamlı,  daha  mühafizəkar  olur  və
buna görə də nağıllarımızın dili ilk yaradılış dövründən uzaqlaşdıqca nə
qədər  dəyişikliyə  uğrasa  da,  şe’r  dili  əlamətləri  tamam  itmir.  Ancaq
müasir  dövrdə  nağıllar  yazıya  alınarkən  həmin  şe’r elementləri  də  nəsr
dili kimi verilir.
Məsələn, nağıl personajının məsafə qət etməsi belə ifadə olunur: «Az
getdi, uz getdi, dərə, təpə, düz getdi». Bu, həmcins xəbərli bir nəsr cüm-
ləsi kimi gedir. Halbuki bütün ölçüləri ilə şe’r faktıdır və bu misralardan
ibarətdir:
Az getdi,
Uz getdi.
Dərə, təpə,
Düz getdi.
Nağıllarımızın dilində şe’r kimi qalan kəsik-kəsik nümunələrdə nələri
görürük:  1.Ayrı-ayrı  sözlərin  əski,  ilkin  fonetika  və  morfologiyasını;
2.Əski türk şe’rinin misra həcmini və poetexnik xüsusiyyətlərini.
Beləliklə,  bu  misralarda  rast  gəldiyimiz  uz sözü  müasir  dilimizdə
(məsələn, Azərbaycan  və Türkiyə  türkcələrində)  müstəqil lüğəvi  mə’na
ifadə etmir. Bu söz müasir dildəki uzun, uzaq sözlərinin köküdür ki, bu
gün  arxaikləşmişdir.  Ancaq  şe’rin  poetexnik  tələblərinə  görə  az,  düz
sözlərinə qafiyə olaraq ilkin fonetikasında saxlanmışdır.
O  biri  tərəfdən,  bu,  ən  qədim  türk  şe’r  nümunəsi  olaraq  göstərir  ki,
qədim türk şe’ri azhecalı misralardan təşkil olunmuşdur. Burada misralar
üç  hecadan  ibarətdir.  Eyni  zamanda  görünür  ki,  misralarda  heca  həcmi
pozula  bilər.  Məsələn,  burada  üçüncü  misra  dörd  hecalıdır.  Bu  nağıl
şe’rindəki  əlamətlər  (azhecalılıq,  misralarda  heca  bərabərliyində  istis-
nalar) başqa şe’r nümunələri ilə də təsdiqlənir. Nağıllarda mükalimələrdə,
öyüd-nəsihət məqamlarında işlənən atalar sözləri həm ata sözüdür, həm
də  nağıl  dilinin  tərkib  hissəsidir.  Məsələn,  nağılda  ata  övladına  deyir:
Ehtiyatlı ol, tələsmə, tələsən tələyə düşər, oğul, yüz ölç, bir biç. Bu nəsr
cümləsində qədim türk şe’rinin həm heca, həm də alliterasiya ritmləri var.
Bu, heca şe’ri – şəffaf da qafiyələri:
Yüz ölç,
Bir biç.
Bu da mükəmməl alliterasiya şe’ri:
Tələsən
2011/
IV
44
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Tələyə
Düşər.
Nəzərə alanda ki, əski dövrə getdikcə, samitlərin karlaşması üstünlük
təşkil edir, hesab etmək olar ki, düşər fe’li də kar ilə başlamışdır. Bu gün
Azərbaycan türkcəsinin Qazax dialektində həmin atalar sözü belə işlənir:
Tələsən
Tələyə
Tüşər.
Nağıllarımızda  geniş  işlənən  ifadələrdən  biri  budur:  Təpələrdən  yel
kimi, dərələrdən sel kimi on günlük yolu bir gündə keçib mənzilə yetdi.
Cümlənin birinci hissəsi müasir şe’r baxımından belə misralaşır:
Təpələrdən yel kimi,
Dərələrdən sel kimi.
Bu, müasir 7 hecalı şe’r misralarıdır. Ancaq daha əski qəlibə görə bu,
dörd  misradan  ibarət  olmalıdır;  nəzərə  almalıyıq  ki,  türk  şe’rinin  ilkin
dövründə üç-dörd, bir az sonra isə beş-altı hecalı misralar işlək olmuşdur.
Və həmin baxımdan, həm də misraların qeyri-bərabər hecalarla işlənmə
faktını da nəzərə alsaq, ilkin formanı belə qəbul etməliyik:
Təpələrdən
Yel kimi,
Dərələrdən
Sel kimi.
Birinci-üçüncü misralar bir və ikinci-dördüncü misralar bir qafiyələn-
mişdir. İkinci və dördüncü misraların qafiyəsi müasir şe’r texnologiyası
ilə asan qavranır: yel-sel qafiyələri. Hələ qədim türk şe’rində sözün tək -
rarı da ritm yaratdığı üçün müasir qafiyənin işini görmüşdür, onda kimi
qoşmasının təkrarı ikiqat qafiyə yaratmış olur.
Bir cəhət də var ki, qədim türk şe’rində söz təkrarı ilə yanaşı, şəkilçinin
də təkrarı ritmləşdirici faktor kimi qafiyə sayılmışdır. Həmin mövqedən
yanaşanda birinci və üçüncü misralarda üçqat qafiyə özünü göstərir: təpə
– dərə; təpə+lər – dərə+lər; təpələr+dən – dərələr+dən.
Bu nümunə bir fikrə də şəhadət edir ki, bugünkü misraaşırı qafiyələn-
mə  qədim türk şe’rinin faktı olmuşdur. Sonralar yazılı  ədəbiyyatımızda
ərəb şe’rindən gələn məsnəvi formasının fəallığı milli şe’rimizdə həmin
misraaşırı qafiyələnməni ləngitmişdir.
Misal  gətirdiyimiz  nəsr  cümləsinin  ikinci  hissəsi  də  beşhecalı  mis-
ralardan ibarətdir:
2011/
IV
45
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 43,52 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə