Tofiq (41): tofiq (31). qxd qxd



Yüklə 43,52 Kb.
Pdf görüntüsü
səhifə4/55
tarix25.06.2018
ölçüsü43,52 Kb.
#51016
1   2   3   4   5   6   7   8   9   ...   55

daxil  olan  boyların  yaradıcısı  sayılan  ulu  Qorqudun  yaşadığı  dövrü
müəyyənləşdirmək baxımından maraq doğurur. Əksər alimlər “Kitab”da
getmiş bu fikirdən çıxış edərək Qorqud atanın Məhəmməd peyğəmbərin
zamanında  yaşadığını  irəli  sürürlər.  Ancaq  “yaqın”  sözünün  daşıdığı
cemantikaya  istinad  etdikdə,  türk  dünyasının  bu  ulu  ozanının  sonuncu
peyğəmbərlə  bir  zamanda  deyil,  ona  yaxın  bir  dövrdə  dünyaya  gəldiyi
aydın olur. Əgər abidənin tarıxin sonrakı mərhələsində islamlaşmış qatını
götürsək,  onun  daha  qədim  türk  həyat  tərzini,  düşüncəsini,  inam  və
inancını əks etdirdiyini görmək olur. Ağızdan-ağıza dolaşmaqla yayılan
və islamı qəbul edən oğuzların sonrakı yaşam  və düşüncə tərzinin ele-
mentlərinin ilkin mətnə əlavəsi yolu ilə formalaşan bu möhtəşəm abidənin
yazıya  alındığı  dövrdə,  yəni  XI  əsrdə    və  yaxud  sonradan  üzü
köçürüldüyü XV-XVI əsrlərdə Dədə Qorqud artıq Məhəmməd peyğəm-
bərin əsrdaşı kimi qələmə verilmişdir. Görünür, elə buna görə də XIV əsr
tarixçisi F.Rəşidəddin Kayı İnal xanın hakimiyyət illərindən  danışarkən
yazır:  “Onun  padşahlığı  dövründə  peyğəmbərimiz  həzrət  Məhəmməd
Mustafa əleyhissəlam zühur etmiş, bu hökmdar da Dede Kerençiki elçi
sifətilə  onun  hüzuruna  göndərmiş  və  müsəlman  olmuşdu.  Bu  Qorqud
Bayat nəslindən olub Qara Xocanın oğlu idi. Çox ağıllı, bilikli və kəramət
sahibi bir kəs idi. İnal xan Sır Yabquyun dövründə meydana çıxmışdı.
Bu sözləri söyləyənin dediyinə görə, iki yüz doxsan beş il ömür sür-
müşdü” (17, 43). Göründüyü kimi, böyük tarixçinin də şifahi şəkildə eşit-
diyi  bu  tarixi  faktda  ulu  Qorqud  artıq  “rəsul  əleyhissəlam  zamanına
yakın”  deyil,  onunla  bir  dövrdə  yaşadığı  önə  çəkilr.  Fikrimizcə,  tarixi
şəxsiyyət  olmuş  Dədə  Qorquda  əfsanə  qəhrəmanlarına  məxsus  iki  yüz
doxsan beş il yaş verilməsi də islam dininin türklər arasında geniş yayıl-
ması və bu inamın tə`siri ilə Məhəmməd peyğəmbərlə müasirləşdirilməsi
ilə birbaşa bağlıdır. F.Zeynalov və S.Əlizadə birgə nəşrində  “Kitabi-Dədə
Qorqud”da  ən  qədim  dini-mifoloji  təsəvvürlər  və  bə`zi  adət-ən`ənələr
hansı əsrlərə aiddir?” sualına  “Oğuzların ibtidai dövrünə – bizim eranın
III-IV  dövrünə”  cavabının  verilməsi  (10,  16)  təsadüfi  xarakter  daşımır.
Boyların məzmunundan göründüyü kimi, ulu Qorqud həm özünəqədərki,
həm  də  yaşadığı,  şahidi  olduğu  dövrün  hadisələri  əsasında  boy  boyla -
mışdır. Sonrakı nəsil ozanlarının dilində “ol zaman” kimi qəlibləşən Oğuz
zamanı əslində islamdan qabaqkı dövrü əhatə edir ki, Dədə Qorqudun da
bu mərhələdə, daha dəqiq ifadə etsək, V-VII əsrlər arasında yaşadığı daha
məntiqi səsləşir. Belə bir yanaşma abidənin mətnində əksini tapmış bə`zi
2011/
IV
19
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


qədim  deyimlərin,  ifadələrin  açımını  tarixi  gerçəkliyə  uyğun  yozmağa
əsas verir.
[2] Abidənin tanınmış araşdırıcılarından biri hesab edilən Osman Fikri
Sertkaya  “ol”  işarə  əvəzliyinin  şəddəli  yazılışına  əsasən,  həmin  sözü
“evvel”  variantında  oxumağı  və  işləndiyi  cümləni  “Oğuzun  evvel  kişi,
tamam  bilicisiydi”  şəklində    verməyi  məqsədəuyğun  bilir  (18,  31).
Hörmətli  alimin  düşüncəsinə  görə,  bu  variant  “(Korkut  Ata)  Oğuzun
evvel  kişi(siydi),  tamam  bilicisiydi”  cümləsinin  “unsurları  düşüme
uğramış, eksiltili, kısaltılmış” formasıdır (18, 47). 
Təhlil  göstərir  ki,  Drezden  nüsxəsindəki  bu  yazılış  variantına
Ş.Cəmşidov da diqqət yetirərək, onun “əvvəl” kimi oxuna bilməsini qeyd
etsə də,”ol” kimi oxunmasını məntiqi saymışdır (2, 100). 
Mə`lumdur ki, uzun əsrlərin qovşağında formalaşan bu epos ilkin vari-
antda  hansısa  bir  ozanın  dilindən  yazıya  köçürülmüşdür.  Odur  ki,
abidənin  mətnində  bəzən  müəyyən  söz  və  ifadələrin  buraxılmasına,
əlavəsinə, yerdəyişməsinə, hətta təkrar yazılışına rast gəlindiyi kimi, orfo-
qrafik səhvlərə də yol verilmişdir. Təbii ki, belə hallarda hər bir hadisəyə
fərdi yanaşılmalı, mətnin kontekstinə uyğun tarixi faktlarla əsaslandırıl-
malıdır.  Bizcə,  sözün  orfoqtafiyası  onun  “evvel//əvvəl”  şəklində
oxunuşuna əsas versə belə, yazılışına müvafiq transkripsiya edilməsi və
mənalandırılması inandırıcı görünmür.
[3]  Müqəddimədə  Qorqud  ataya  məxsus  ilk  deyim  və  onun  katib
şərhindən ibarət bu hissəyə qorqudşünaslıqda fərqli şəkildə yanaşılmışdır.
O.Ş.Gökyay (6, 19), M.Ergin (4, I c., 73), V.V.Bartold (13, 9), H.Araslı (9,
14),  Ş.Cəmşidov  (2,  279),  S.Tezcan-H.Boeschoten  (19,  29)  nəşrlərində
Qorqud kəlamı katibin əlavə etdiyi qeyddən fərqləndirilərək ayrıca cümlə
şəklində verilmişdir. F.Zeynalov-F.Əlizadə birgə nəşrində (10, 31), eləcə
də S.Əlizadənin ayrıca tərtib etdiyi nəşrdə (11, 30) və ensiklopedik nəşrdə
(12, 30) isə katibə aid olduğu güman edilən qeyd Qorqud deyiminin tər -
ki bində ona məxsus fikrin davamı kimi belə bir variantda – “Qorqut ata
ayıtdı:  “Axır  zəmanda  xanlıq  gerü  –  Qayıya  dəgə,  kimsənə  əllərindən
almaya. Axır  zaman  olub  qiyamət  qopunca  bu  dedügi  Osman  nəslidir,
işdə sürülüb gidə-yürır” şəklində verilmişdir ki, bu da məntiqi anlaşılmaz -
lığa gətirib çıxarır. Belə ki, tarixi mənbələrdə Oğuz dövlətini ən müdrik
vəzirlərindən biri kimi bəhs olunan Dədə Qorqud (17, 42-45) adı ilə bağlı
bu “Kitab”da Oğuz elinin bilicisi, “vilayət issi”, “qayibdən dürlü xəbər
söyləyən” ağsaqqalı kimi səciyyələndirilərək  təqdim edilir. Həqiqətən də,
2011/
IV
20
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 43,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə