Tofiq (41): tofiq (31). qxd qxd



Yüklə 43,52 Kb.
Pdf görüntüsü
səhifə5/55
tarix25.06.2018
ölçüsü43,52 Kb.
#51016
1   2   3   4   5   6   7   8   9   ...   55

böyük  həyat  təcrübəsi,  dərin  düşüncə  qabiliyyəti  və  ən  əsası,  Tanrının
könlünə ilham verdiyi bəndələrdən olması Dədəyə imkan verir ki, Qalın
Oğuz igidlərini başına gələn fəlakətlərdən onları xəbərdar etsin, olacağı
anlatsın.  Bununla  belə,  öncə  göstərildiyi  kimi,  V-VII  əsrlərdə  yaşadığı
ehtimal olunan Dədə Qorqudun çox-çox sonralar, yəni XIII əsrdə böyük
bir  imperiyanını  əsasını  qoymuş  Osman  nəslinin  adını  çəkməsi  ağla
sığmır. Fikrimizcə, Qorqud kəlamının tarixi mahiyyətini anlamayan katib,
bu  deyimi  Qayı  tayfasından  çıxmış  Osman  nəsli  ilə  əlaqələndirməli
olmuşdur ki, qorqudşünaslıqda xüsusi yeri olan dəyərli dilçi alimlərimiz
F.Zeynalov  və S.Əlizadə  bunun fərqinə varmamışlar. Bundan əlavə, ta-
rixən “yenə” anlamında işlənmiş “gerü” sözünü müasir mə`nada qavra-
yaraq, “Qayıya” sözünü onun əlavəsi kimi vermişlər. 
Qorqud  kəlamının  tarixi  əhəmiyyəti  bir  də  bundadır  ki,  o,  boyların
hansı  dövrü,  tarixin  hansı  mərhələsini  əhatə  etdiyini,  təxmini  də  olsa,
dəqiqləşdirməyə imkan yaradır. Əsasən, yarandığı və artıq dastanlaşmış
bu hadisələri ozan dilindən ilk dəfə yazıya alındığı, qismən isə sonradan
katib  və  ya  katiblər  tərəfindən  üzü  köçürüldüyü  dövrlərin  tarıxı  hadi-
sələrini özündə əks etdirən boylar toplusu şəklində zəmanəmizə gəlib çat-
mış “Dədə Qorqud” eposu əslində Üç Oqların hakimiyyətdə olduğu 32
(yaxud 35) illik bir zamanı əhatə edir ki, bu da ulu Qorqudun  yaşadığı
əsrlə üst-üstə düşür.
[4] Drezden nüsxəsindəki        yazılışına əsasən, bu sözü Orxon-Ye ni -
sey abidələrində olduğu kimi “Teñri” variantında oxumaq daha məntiqi
görünür.  F.Zeynalov-S.Əlizadə  nəşrində  bu  söz  bütün  işlənmə  məqam-
larında “təñri” kimi verilmişdir (10, 31). Abidənin orfoqrafiyasına əsasən,
türk mənşəli qalın saitli sözlər “ta”,    incə saitli sözlər isə “te”    hərfi ilə
yazılmışdır.  Böyük  dilçi  M.Kaşğari  lüğətində  də  oxşar  yazılışın  şahidi
oluruq (8, Ic, 126, 150; IIc, 113, 178; III c, 52, 118 və s.). Sadəcə, “sağır
nun” hərfi burada iki hərf – nun və kaf hərf birləşməri şəklində getmişdir.
Maraqlıdır ki, O.F.Sertkaya bu sözün ilk səkkiz səhifədə məhz nöqtəsiz
nun  hərfi  ilə  yazıldığını  müşahidə  etmişdir  (18,  56).  Bu  da  abidənin
Drezden nüsxəsinin məhz XI əsr əlyazmasından üzü köçürüldüyünə əsas
verən faktlardandır. Bununla belə, O.Ş.Gökyay, M.Ergin nəşrlərində ol -
duğu kimi, sözün “Tañrı” varıantında transkripsiya edilməsi tələffüz nor -
ma sına uyğunluğun gözlənilməsindən irəli gəlir.
[5] Ön sözdə deyildiyi kimi, < > işarəsi içərisinə verilmiş söz, ifadə və
cümlələr  Drezden  nüsxəsində  buraxılıb,  Vatikan  nüsxəsinə  və  abidənin
2011/
IV
21
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


digər yerlərində təkrarlanaraq işlədilən məqamlarına əsasən bərpa olun-
muşları əks etdirir.
[6] “Qara qoça [qıymayınca]  yol alınmaz” hikmətli de -
yimindəki “qara qoca” və [ ] işarəsi içərisində verilmiş “qıymayınca” söz -
ləri mübahisəli məqanlardan sayılır. Drezden nüsxəsindəki yaşılışına əsa -
sən “qara qoça” birləşməsini “qazağuç // qazağoç” variantlarında oxumaq
nünkündür  və  bu  haqda  O.F.Sertkaya  ətraflı  bəhs  emişdir  (18,  63-70).
Fikrimizcə, nüsxə katibi dövrü üçün artıq  arxaikləşmiş  bir çox sözlərin
yazılışında  buraxdığı səhvləri burada da təkrarlamışdır. Araş dır ma göstə -
rir ki, “qoç” sözü ilk mərhələdə “ayğır”, “buğur” sözləri kimi keyik, ma -
ral, dağ keçisi, qoyun kimi heyvanların erkəyinə verilmiş ümumi ad ol -
muşdur (7, 16-17). Sonradan mə`na daralması yolu ilə “ayğır” sözü atın,
“buğur”  sözü  dəvənin,  “qoç”  sözü  isə  qoyunun  erkəyini  adlandırmağa
xidmət etmişdir. “Qara eşək”, “qara buğur” birləşmələrində olduğu kimi,
“qara” sözü “qara qoç” birləşməsində “güclü” anlamını ifadə edən tə yin -
edici sözdür. Bu sözün “re” əvəzinə “z” ilə yazılması sürətli üzündən kö -
çürmə prosesinin mexaniki nəticəsidir və abidənin mətnində digər söz lə -
rin  yazılışında  da  dəfələrlə  təkrarlanmışdır.  Odur  ki,  bu  oxunuşu  daha
məqbul sayırıq.
Nüsxə  katibinin  tələsdiyini  sübut  edən  faktlardan  biri  də  Vatikan
nüsxəsində “binməyincə” (V-3, 3) sözünün yerinə bir sətir sonra işlənmiş
“Ər malına qıymayınca adı çıqmaz” cümləsindəki “qıymayınca” sözünü
yazmasıdır.  Deyim  “Güçlü  erkək  ata  minməyincə  yol  başa  vurulmaz”
fikri üzərində qurulduğu üçün bu oxunuş üzərində dayanırıq.
[7]  Əsərdə  maraq  doğuran  məqamlardan  “Dövlətlü  oğul  qopsa,
  ocağınıñ  küridir”  deyiminin
oxunuşu və mə`nalandırılması ilə bağlıdır. Drezden nüsxəsinə əsasən bu
deyimi “Dövlətlü oğul qopsa, ocağınuñ közüdir” şəklində oxumaq lazım
gəlir. Lakin soylamanın məntiqi və Vatikan nüsxəsi bu oxunuşun ya rım -
çıq və yanlış olduğunu ortaya qoyur.
Təhlil göstərir ki, bu qədim oğuz məsəlində “Ağıllı (uğurlu) oğul ye -
tişsə  (böyüsə),  sadağındakı  ox  kimidir,  ağılsız  (uğursuz)  oğul  yetişsə
(böyüsə), ailənin fərsizidir, yaramazıdır” fikri əksini tapmışdır.
[8]  Bu  sözün            kimi  yazılışına  əsasən  “Qazlıq”  variantında  da
oxunuşu mümkündür. Lakin yetişdiyi Qazılıq dağına əsasən adlan dı rıl dı -
ğı nı nəzərə alaraq, bu transkripsiya variantına üstünlük verdik.
[9] Bu alqışdakı “yaşıñız” sözünü yazılışına əsasən F.Zeynalov-S.Əli -
2011/
IV
22
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


zadə nəşrində olduğu kimi (10, 32) “yaşıñda”  şəklində də oxumaq olar.
Ancaq soylamanın üslubu ikinci şəxsin cəmini ifadə edən “siz” əvəz liyi
ilə bağlı olduğu üçün (Sonrakı sətirlərdə verildiyi kimi: “Haq sizə yaman
gətürməsin! Dövlətiñiz payəndə olsun, xanım, hey!”) bu məqamda -ıñız
mənsubiyyət şəkilçisinin işlənməsini tələb edir.
[10] Dövlətiñiz payəndə olsun, xanım, hey!
Araşdırmalar  göstərir  ki,  ərəb  mənşəli  “dövlət”  sözündən  abidənin
dilində 16 dəfə  istifadə edilmiş  və bu məqamlardan  heç birində müasir
anlamda  işlədilməmişdir.  Fikrimizcə,  orta  əsr  yazılı  mənbələrin  dilində
“bəxt, tale,  uğur”  mənalarında  işlənmiş  “dövlət//devlət”  sözü  “Kitab”ın
dilinə eyni mənaları ifadə edən daha qədim türk mənşəli “saqınc//sağınc”
sözünü əvəz etməklə düşmüşdür.
[11-12] Hər iki misranın əvvəlində işlənmiş sözlərin oxunuş və açımı
qorqudşünaslıqda mübahisə yaradan məqamlardandır.
Abidənin  mətnində          şəklində  yazılan  ilk  sözü  O.Ş.Gökyay  və
M.Ergin “gitdükde” (6 , 21; 4, Ic, 75), H.Araslı, F.Zeynalov və S.Əlizadə
“getdikdə”  (10,  15;  11,  32),  S.Tezcan  və  H.Boeschoten  isə  “gėtdükde”
(19, 31) fonetik varıantlarında oxumaqla “git-//get-” felinin -dükde//-dik -
də şəkilçisi qəbul etmiş feli bağlama forması saymışlar. Bu oxunuşla razı -
laşmayan Ş.Cəmşidov onu “gündögən” (2, 280),  O.F.Sertkaya isə “gün -
de gen” (18, 37) variantlarında transkripsiya etməklə yeni varıant irəli sür-
müşlər.  Ş.Cəmşidov  seçimini  açıqlamasa  da,  O.F.Sertkaya  möv cud
oxunuş  variantlarını  ayrı-ayrılıqda  göstərməklə  onu  “güneşin  degdigi”
anlamında qavramışmışdır (18, 90). Bizcə, “gendə gen” birləşməsi “gen”
sifətinin sintaktik yolla coxaltma dərəcəsi ifadə edən forması olub tarixən
“az  miqdarda”  anlamında  işlənmiş  “geñəz”  arxaizmi  (8,  IIIc,  317)    ilə
təzad yaratmaq məqsədilə söylənilmişdir. Bu misralarda daha geniş yer-
lərin  otlaqların  tanıyan  keyiklə  az  miqdarda  yerin  çəmənlərin  tanıyan
qulan qarşılaşdırılaraq səciyyələndirilmişdir.
[13]  F.Zeynalov-S.Əlizadə  nəşrində  və  Ş.Cəmşidov  oxunuşunda
“köç”-“ fe`li  deyil,  “keç-”  feli  düşünülərək  “keçdigin”  kimi  verilmişdir
(2, 280; 10, 32). Sözün əski əlifba ilə yazılışı və karvan sözü ilə bağlılığı
onun məhz bu variantda transkripsiya edilməsinin düzgünlüyünü ortaya
qoyur. Abidənin dilində “Karvan kibi qondı köçdi” (D-34, 2) cümləsi də
bunu  təsdiq  edir.  Maraqlıdır  ki,  həmin  naşirlər  artıq  bu  məqamda  sözü
“köçdi” kimi oxumuşlar (2, 296;  10, 40).
[14]   Bu deyim “ləng”  mənalı “ağır” və “cəld, sürətli” mə`nalı “yey -
2011/
IV
23
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 43,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə