Tofiq (41): tofiq (31). qxd qxd



Yüklə 43,52 Kb.
Pdf görüntüsü
səhifə8/55
tarix25.06.2018
ölçüsü43,52 Kb.
#51016
1   ...   4   5   6   7   8   9   10   11   ...   55

da yalan yox idi”. Altınci boyda deyilir “oğuz zamanında Qanlı Qoca de-
yilən bir ər var idi ”. İndi bu mə`lumdur ki, türklərin özlərinin arasında
onuncu  əsrin  ortalarından  başlayaraq  oğuz  termini  tədricən  “Türkmən”
sözü ilə əvəz olunmağa başlayıb və bu proses on üçüncü əsrin əvvəllərinə
qədər tamamlanıb. Türkmənlər bütövlükdə olmasa da, əsasən islamı qə -
bul  etmiş  və  oturaq  həyata  başlamış  oğuzlardan  ibarət  Turk  tayfası  idi
(bununla  belə,  qeyd  olunmalıdır  ki,  bu  fakt  birmə`nalı  deyil  və  müasir
türk mən tayfaları, əsasən, hələ də köçəri həyat tərzinə malikdirlər). Elə
buna görə də fərz oluna bilər ki, “Kitab” XIII əsrin əvvəllərindən e`ti ba -
rən bugünkü halını almağa başlayıb. Lakin şübhə yoxdur ki, boyların əsas
hissəsinin tarixi daha uzaqlara gedir.
Boylardakı  oğuzlar  öz  həyatlarını  qoyunçuluq  təssərrüfatı  hesabına
tə`min etdikləri üçün, bütün tayfa  yaylaqdan qışlağa, qışlaqdan yaylağa
köçür. Əsas təsvir olunan xarakterlər yüksək təbəqəyə mənsub olan insan-
lardır. Əsasən arxa planda qalmasına baxmayaraq, oğuzların başında bö -
yük xan Bayındır durur. Cəmiyyətin idarəsi onun kürəkəni Salur Qaza nın
əlində cəmlənib. İki maraqlı şəxs səkkizinci boyda Təpəgözün atası olan
çoban və ikinci boydakı igid, hazırcavab, şən və qeyri-adi dərəcədə güclü
olan Qaraca çoban istisna olmaqla bu əsərdə adi insanlara demək olar ki,
rast  gəlmirik.  Əsas  personajlar  bəylər  və  onların  xanımlarıdır.  Salur
Qazanın  xanımı  Ucaboylu  Burla  Xatun  qadınlara  rəhbərlik  edir.  Oğuz
qadınları üçün işlədilən “ag üzlü” epitetini “ag dərili” şəklində tərcümə
etmişəm, çünki ingilis dilində bu ifadə qorxu ilə əlaqədardır. Qoyun çu -
luqla məşğul olan bir cəmiyyətdə günəşdən qaralmamaq sərvət və mövqe
göstəricisi idi. Lakin oğuz xanımları çox böyük sərbəstliyə malik idilər və
heç də həmişə evdə sakit oturmurdular. Üçüncü boyda Bəy Bican Allaha
dua edir ki, ona qız övladı versin və onun duası qəbul olu nur. Onun qızı
Banu Çiçək “aydan təmiz, gündən gözəldir”, lakin o, birinci dərəcəli sü -
vari, oxatan və pəhləvandır. Dördüncü boyda Burla xatun öz oğlunu kafir-
lərdən  azad  etmək  üçün  döyüşlərdə  fəal  iştirak  edir.  Məhz  o,  düşmən
bayraqdarını qılıncla vurub yerə sərir. Altıncı boyda Qan Turalının ideal
gəlini (baxmayaraq ki, o, onu gətirmək üçün oğuzun hüdudlarından kə -
nara getməli olur) elə bir xanımdır ki, “mən qanlı kafir elinə çatmamış o,
artıq ora çatmalı və mənə bir neçə baş gətirməlidir”. On üçüncü boyda
“soldıran soy” şikayətlənir ki, ərə gələndən bəri o, heç vaxt yaşmaq tax-
mayıb, lakin yaşmaq isə ciddilik rəmzi ola bilərdi. Lakin onun sözləri heç
də  cəmiyyətdə  bir  çadra  sisteminin  mövcud  olmasına  işarə  deyil.  Eyni
2011/
111
30
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


epizodu üçüncü boyda yaşmaq arxasında gülən xanımlara,  xüsusilə iki
qadın haqda deyilənlərə də aid etmək olar.
Bəylərin və xanımların yaşadıqları evlər bugünkü türkmən tayfalarının
yaşadıqları  çadırları  xatırladır.  Onlar  arı  pətəyi  formasında  olan  çərçivə
üzərinə keçə çəkilməklə hazırlanır. Boylardakı çadırlar çox gözəldir, dəb-
dəbəli şəkildə bəzədilib və orada yaşayanlara yaraşır. Onların “qızıl bacalı”
evləri ona dəlalət edir ki, bu çadırlarin çərçivələri qızıldan hazırlanır.
Boylardakı  islam  çalarlarına  baxmayaraq,  onlar  çox  qədim  adətlərlə
doludur və onların  bə`zilərı  türklərin  şaman ayinlərini  icra etdikləri  bir
dövrə təsadüf edir. Qəhrəman öldükdə qohumları yas mərasimində onla -
rın  atını  kəsirlər  (4-cu  və  10-cu  boylar).  Beyrək  ölərkən  xahiş  edir  ki,
onun atının quyruğunu kəssinlər (12-ci boy). Döyüşdə qəhrəmanlıq nü -
ma yiş etdirməyənə qədər oğlan uşaqlarına ad verilmir. Axırıncı, bu adətin
qədimliyi  qədim  əlyazmalarda  belə  təsvir  olunur.  “Mənim  ərlik  adım
Yaruk Tegindir və mənim kiçik qardaşımın ərlik adı Yaruk Tegin oldu”.
Qəhrəmanlar bədbəxtçiliklə üzləşdikdə onlar qanlı göz yaşları tökür. Bu
heç də tamamilə metaforik bir mahiyyət daşımır, çünki qədim zamanlar-
da türklərin yas mərasimində yas saxlayanlar üzlərini cırar və onlarin göz
yaşı qanla qarışardı. 
İslam çalarlarının islamdan əvvəl yaranmış bu boylara sonradan əlavə
edildiyini  görmək  üçün  elə  də  araşdırma  aparmağa  ehtiyac  yoxdur.
Boylardakı  düşmənə  “kafir”  deyilir  və  qəhrəmanlar  çətinliyə  düşdükdə
Məhəmməd  peyğəmbərə  salavat  çəkir  və  müsəlman  rituallarını  icra
edirlər. Lakin boylarda adi vəziyətlərdə onların bu kimi ayinləri icra et -
mələrini göstərən heç bir dəlil yoxdur. Onlar təkarvadlıdırlar, əksər mü -
səl manlardan  fərqli  olaraq  at  əti  yeyirlər  (baxmayaraq  ki,  bu  Qur`anda
qadağan edilməyib), çaxır və kımıs içirlər. Boylardakı bə`zi islam adətləri
və inancları ilə bağlı onlarda kifayət qədər mə`lumat yoxdur (bax 66, 150,
151-ci qeyidlər) və beşinci boydakı bə`zi detallar göstərir ki, qəhrəman
adi dini bilgilərdən xəbərsizdir. Birinci boyda sübh çağını təsvir edən və
iki dəfə təkrarlanan şe`r parçasında belə bir misra var: “uzun saqqallı”. Bu
göstərir  ki,  bu  sətirlər  düzülüb  qoşulanda  türklər  islama  yad  deyildilər,
lakin bu onu da göstərir ki, onlar islamla təzə-təzə tanış olurdular.
Adı kitaba verilmiş Dədə Qorqud, oğuzların gələcəkdən xəbər verəni,
baş  şamanı  və  ozanıdır.  Məşhur,  müqəddəs  və  ruhani  adamlara  verilən
dədə (baba) adı indi də Türkiyədə eşidilməkdədir. Məhz o, qəhrəmanlıq
göstərdikdən sonra adamlara ad verir; çətinliyə düşdükdə oğuzların  məs-
2011/
III
31
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 43,52 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə