Tofiq (41): tofiq (31). qxd qxd



Yüklə 43,52 Kb.
Pdf görüntüsü
səhifə9/55
tarix25.06.2018
ölçüsü43,52 Kb.
#51016
1   ...   5   6   7   8   9   10   11   12   ...   55

ləhət və praktik kömək üçün müraciət etdikləri adam da odur. Oğuzların
məclisində  o,  boylarda  deyildiyi  kimi  özü  düzəltdiyi  qopuzunu  çalır.
Onuncu  boyda  deyilir  ki,  qardaşını  yatılı  tapan  Əgrək  onun  qopuzunu
götürür.  Yuxudan  oyanan  Səgrək  onu  qılıncla  vurmaq  istəyərkən  (qar-
daşlar heç vaxt bir-birlərini görməyiblər) onun əlindəki qopuzu görür və
deyir: “Dədə Qorqud qopuzu xatirinə səni vurmuram, əgər əlindəki qopuz
olmasaydı səni iki yerə bölərdim.” 
Dədə  Qorqudun  həqiqi  bir  şəxs  olub-olmamasi  ilə  bağlı  məsələlərin
dərinliyi nə varmağa ehtiyac yoxdur və onun varlığını inkar edən elə bir
dəlil də yoxdur. Tarixçi Rəşid əl-din (1318-ci ildə vəfat edib) yazır ki, 295
il yaşayan bu  şəxs oğuz xanı  İlan  Syr Yavkuy Xan tərəfindən peyğəm-
bərin yanına elçi  göndərilib.  Orada o, müsəlmanlığı  qəbul  edib.  Böyük
xanın  seçkisində  iştirak  edən  Dədə  Qorqud  xana  məsləhətlər  verər  və
uşaqlara ad qoyarmış. 
Müasir  türkmənlərdə  Qazax-Qırğızlarda  belə  bir  məsəl  var  “Qorqud
qəbri qazma”. Bu misal çox güman ki, mümkün olmayan iş görməyə cəhd
etməklə vaxtını itirmə mə`nasını verir, ya onun uzun ömürlü olmasına, ya
da onun adi insanlara xas olmayan boyuna işarədir (əsas fikir belədir). Bu
məsəl belə bir mə`na da verə bilər. “Artıq görülmüş bir işi görməyə səy
etməklə vaxtını itirmə”. Orta Asiyada yayılmış qorxunc bir əfsanəyə əsas -
lanan bu fikrə görə o, adi insan ömründən uzun bir ömür yaşamış, hara
getmişsə orada qəbir qazanları iş başında görmüşdür. “Bu qəbir kimindir”
deyə  soruşduqda  ona  “Bu,  öz  qəbrini  axtaran  Qorqud  adlı  bir  şəxsin
qəbridir” deyə  cavab  verirmişlər.  Buna  görə  də  o,  həmin  yerdən qaçar,
hara gedərdisə, eyni mənzərə ilə qarşılaşar və eyni cavabı alarmış. Sonda
300  yaşında  o,  belə  bir qəbrin  yanında  vəfat  edir. Aral  dənizindən təx -
minən 150 km şərqdə Qazaxıstanın Qızıl-Orda şəhəri ilə Novokazalinski
şəhəri arasında olan və onun adını daşıyan Korkut şəhərinin yaxınlığında
onun qəbri var. Onun başqa bir qəbrinin Dağıstanın  Dərbənd şəhərində
olduğu deyilir. Bir alim onu 1153-cü ildə oğuzları Xorasanda Səlcuq hök-
mdarı  Səncərə  qarşı  qiyama  qaldıran  Qorqud  adlı  bir  nəfərlə  eyni -
ləşdirməyə  cəhd etmişdir. Lakin bu  Qorqudun atası adından  göründüyü
kimi müsəlman olmuşdur – Abd al-Həmid. “Kitab”ı oxuyan hər kəs çətin
belə bir faktla rastlaşa bilər ki, bizim Dədə Qorqud müsəlman ailəsində
anadan olmuşdur. Bu adı daşıyan şəxsın əfsanəvi şöhrətini nəzərə alsaq,
Qorqud adının xarakterik bir ad olması heç də təəccüblü deyil.
On iki boyun dördündə aydın şəkildə deyilir ki, Dədə Qorqud “bu oğuz
2011/
III
32
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


boylarını düzüb-qoşmuşdur”. Digər tərəfdən boyların indiki halı belə bir
fərziyəni  təsdiqləmir  ki,  bunlar  onun  qoşduğu  ilk  variantdır.  Boyların
axırıncı paraqrafları bunu deyir. Dədə Qorqud bu boyların, əksəriyyətində
özünün  də  iştirak  etdiyi  hadisələri  təsvir  etməklə,  düzüb-qoşmuşdur.
Lakin  boyların  yarısında  kiçicik  fərqlə  “hanı  dediyim  bəy  ərənlər,  əcəl
aldı yer gizlədi” şe`r parçası ilə başlayan bir hissə var və bu bizə deyir ki,
bunlar Dədə Qorqudun  sözləri  ola bilməz. Birisi  Dədə Qorqudun qeyri
adi uzunömürlülüyünü əsas gətirərək belə bir əks fikir söyləyə bilər ki, o,
artıq ölmüş əvvəlki yoldaşları haqqında danışır, lakin kitabda onun uzun -
ömürlülüyü haqqinda heç nə deyilmir. Onun beşinci (eləcə də yeddinci)
boyun  sonunda  dediyi  “qoy  bu  boy  Dəli  Domrul  boyu  olsun.  Məndən
sonra ər ozanlar onu söyləsin, eyibsiz ərənlər ona qulaq assınlar” sözlər
bizi düşünməyə vadar edir. Biz belə bir nəticə çıxara bilərik ki, boyların
həqiqi şərhçisi, on üçüncü boyda deyildiyi kimi bunları Dədə Qorqudun
dilindən  “söyləyən” “ər özanlardan” biridir. Biz kitabın kim tərəfindən
tərtib edildiyini çətin ki, bilək. Aydındır ki, o, çox böyük poe-tik istedada
malik  bir  şərhçidir.  Dastan  ritim,  alliterasiya,  assonans  kimi  poetik
fiqurlarla zəngin olan nəsr və qafiyələr əsasında yazılmış söyləmələrdən
ibarətdir. Dastanın dili daim dəyişir, o həm qeyri-adi dərəcədə poetik və
möhtəşəm,  həm  də  rəngarəng  və  canlıdır.  Mən  bütün  bunları  öz  tər-
cüməmdə saxlamağa çalışmışam. Əsərdəki xarakterlər canlıdır. Həbsdən
qurtarmaq üçün özünü ölüyeyən kimi göstərən Qazan, ölümü öz xanına
xəyanət  etməkdən    üstün  tutan  bahadır  Beyrək,  Dədə  Qorqudun  acgöz
birələrin köməyi ilə ram etdiyi tərs Dəli Qarcar və oxucuların tanış ola-
caqları bir çox digər qəhrəmanlar. Hətta Təpəgöz də adi bir quldur deyil.
O,  özünə  xas  xarakteri  olan  bir  obrazdır  və  onun  xarakteri  ölüm  səh-
nəsində  söylədiyi  (“mən isdəyirdim  ki,  .....  oğuz  bəyləri  ilə  bağladığım
sazişi pozum ......., bir daha doyunca insan əti yeyim”) dəhşətli etirafında
aydın  şəkildə  özünü  göstərir.  Əsərdəki  qadın  qəhrəmanlar  unudulmaz
tə`sir bağışlayır. Cəsur və şahanə Burlaxatun, cəsur, sevimli Selcan, Banu
Çiçək və əsas personajlardan olmayan qırx oynaşlı Boğazca Fatma. 
Hər nə qədər iste`dadlı şərhçi olsa da, bir redaktor kimi müəllifin bəzi
çatışmazlıqları  var.  Dördüncü  boyda  Bəylərin  adlarının  sadalanması  və
döyüş səhnəsinin  təsviri  ikinci boyda da sözbəsöz təkrar olunur. Qazan ka -
fir xanı Şöklünü iki dəfə öldürür. İkinci boyda o, onun üstünə hücum edir
və üçüncü boyda o, onun başını kəsir; dördüncü boyda da o, onun qanını tö -
kür və onu əsir alır; doqquzuncu boyda Şöklü ölümün caynağından islamı
2011/
III
33
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 43,52 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə