Tofiq (41): tofiq (31). qxd qxd



Yüklə 43,52 Kb.
Pdf görüntüsü
səhifə25/55
tarix25.06.2018
ölçüsü43,52 Kb.
#51016
1   ...   21   22   23   24   25   26   27   28   ...   55

Seyfəddin RZASOY
AZƏRBAYCAN FOLKLOR MATERİYASI
AZƏRBAYCAN FOLKLOR MATERİYASI
STRUKTUR MODELLƏŞDİRMƏ MƏRHƏLƏSİNDƏ
STRUKTUR MODELLƏŞDİRMƏ MƏRHƏLƏSİNDƏ
(materialın materiya modelində təhlili təcrübəsi)
(materialın materiya modelində təhlili təcrübəsi)
«Folklorşünaslıq bir elm kimi XVIII əsrin sonu, XIX əsrin əvvəllə rin -
dən mövcuddur. Ona qədər bir çox həvəskarlar, səyyahlar, tacirlər, ya zıçı
və  tarixçilər  xalq  əsərlərini  toplamaq,  çap  etmək,  bə`zən  də qısa, pə ra -
kəndə qeydlər, şərhlər verməklə kifayətlənmişlər. Xüsusilə XIX əsrin ilk
illərindən başlayaraq folklorşünaslıq dilçilik və etnoqrafiyadan ay rıla raq,
müstəqil elm kimi inkişaf etməyə başlamışdır» (1, 16). 
İki əsr boyunca mənəvi baxımdan – böyük, məzmunca – zəngin, tale
baxımından – mürəkkəb yol keçilmişdir. Milli folklorşünaslıq düşüncəsi
dünənlə bu gün arasında fərqli ictimai-iqtisadi formasiyaların (kapitalizm,
sosializm, bazar iqtisadiyyatı), ideologiyaların (müstəmləkəçilik, müs tə -
qillik,  sosializm,  demokratiya),  epoxaların,  insan  nəsillərinin  içindən
keçmişdir. Hər epoxa öz ovqatı ilə folklorşünaslığı fərqli ideoloji tezliyə
kökləsə də,  o,  milli  ictimai şüurun  əsas  formalarından  biri  kimi  öz  ana
funk siyasında dəyişməz qalmış, bütün zamanlarda milli özünüdərkə xid-
mət  etmişdir.  Özünüdərk  istər  bəşəri-universal  səviyyədə «bilmək  üçün
bilmək» (İsmayıl Tunalı) paradiqmasında, istərsə də fərdin «özü nü qo ru -
ma və özünüyaşatma instinktindən doğan idraki fəaliyyət» (Füzuli Qur ba -
nov) paradiqmasında varlığın öz hərəkət ritmini teoqonik energetikadan
alan universal qanunauyğunluğudur:
– Canlı (və cansız – !) materiya şüur daşıyıcısıdır; 
– Şüur idraki fəaliyyətdə gerçəkləşir; 
–  Özünüdərk  idrakı  idrak  miqyaslarını  da  ehtiva  etməklə  universal
funk siyadır.
Azərbaycan folklorşünaslığı bir fəaliyyət hadisəsi kimi özünügerçək-
ləşdirmənin  bütün  səviyyə  və  təzahürlərində  özünüdərk  sxemini  real-
laşdırıb. Folklorşünaslıq düşüncəsinin dünəni ilə bugünü arasında hansı
ideoloji  marağa  qulluq  etməsindən  asılı  olmayaraq,  nə  yazılbsa,  nə  de-
yilibsə, nə edilibsə, nəticə e`tibarilə özünüdərkə xidmət edib. Bu, böyük,
ulu  bir  yoldur.  Azərbaycan  folkloru  adına  hamımız  və  hər  birimiz  bu
yolun içərisindəyik. Bu baxımdan filologiya elmləri doktoru Muxtar Ka -
zımoğlunun humanitar elmi fikir dövriyyəsinə yenicə daxil etdiyi «Folk -
2011/
IV
73
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


lorda obrazın ikiləşməsi» monoqrafiyası da onda reallaşdırılmış intellek-
tual məhsulun məzmunundan, formasından, metod və metodo logi ya sın -
dan asılı olmayaraq, ümummilli düşüncənin özünüdərkə yönəl miş növbə -
ti idrak aktıdır.
İdrak aktının subyekti və obyekti
M.Kazımoğlu öz intellektual ehtiyatlarını bütün yaradıcı ömrü çər çi və -
sində Azərbaycan humunitar fikir  materiyasının filoloji  paradiqmasında
reallaşdırmış  kreativ  filoloq-folklorşünasdır.  «Filoloq-folklorşünas»,
əslində, Azərbaycanda, demək olar ki, bütün folklorşünasların başlanğıc
statusu olsa da, sonradan intellektual fəaliyyətin tipi kimi hər folklorşü-
nasın alim taleyinə çevrilə bilmir.
Əslində,  folklorşünaslıq  fəaliyyətinə  filoloq-folklorşünas  statusunda
başlamaq Azərbaycan folklorşünaslığının tarixi taleyidir. Folklorşünaslıq
tarixində məzmunu və nəticələri etibarilə əsas dövrü təşkil edən XX əsrdə
folklorşünaslıq  bir  elm  kimi  filologiya  elminin  paradiqmatik  səviy yə -
lərindən  biri  idi.  Folklora  ümümədəbiyyatın  şifahi  paradiqması  –  xalq
ədə biyyatı kimi yanaşan sosialist ideologiyası onu öz ədəbiyyat ideolo -
giyasına ədəbi materiyanın dialektik inkişafının diaxronik başlanğıcı kimi
daxil etmiş və ədəbi düşüncə materiyasının «proletkult» sxemi üzrə yeni -
dən qurulmasında qarşıya hədəf kimi qoyduğu folklora ədəbi düşüncənin
bünövrəsi  statusunu  vermişdi.  Sosialist  ideologiyasının  fəlsəfi  əsasını
təşkil edən materializm maddəni (teoqonik) ideyadan ayırır, onu tamamilə
insanın ixtiyarına verir və belə hesab edirdi ki, maddənin (materiyanın)
insan  idrakının  qarşısında  dura  biləcək,  ona  mane  olacaq,  insanın
gücünün fövqünə qalxa biləcək (fövqəlinsani) məntiqi (özün dəmahiyyəti,
özündəideyası) yoxdur. Materiya insanın əlində materialdır: insan onu öz
maraqları naminə yenidən qura və ona yeni yaşam və inkişaf qanunlarını
diqtə edə bilər. Bu məntiqlə XX əsrdə sovet məkanında folklor ədəbiyyat
elan edildi və uyğun olaraq ona münasibətin elmi modeli ədəbi düşüncə
paradiqmasında  reallaşdırıldı.  Bütöv  sovet  folklorşünaslığında  olduğu
kimi, onun üzvi tərkib hissəsi olan Azərbaycan sovet folklorşünaslığında
da folklor öz başlanğıcından filoloji tədqiqatın təhlil bazası üzərinə otur-
duldu. Bu mənada, filoloq-folklorşünas olmaq elmi yaradıcılıq fəaliyyəti -
nə sovet epoxasında başlamış bütün alim nəsillərinin, o cümlədən M.Ka -
zımoğlunun tarixi taleyidir. Lakin hər kəs bu taleyi fərqli (özünəməxsus)
2011/
IV
74
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


yaşayır: M.Kazımoğlunun şəxsində filoloq-folklorşünaslıq təkcə statusal
forma olaraq qalmadı, onun düşüncəsində filologiya və folklorşünaslıq öz
başlanğıc  sinkretizmindən  (qovuşuq,  sintez  halından)  humanitar  düşün -
cənin müstəqil düşüncə kodlarına qədər genişləndirildi.
Maraqlı və səciyyəvidir ki, insanlar özləri özlərininin bütöv obrazını
çox vaxt görə bilmirlər. Çünki insan bütün ömrü boyu öz fiziki və mənəvi
«mən»inin çərçivəsində olur. «Mən»in yarada biləcəyi subyektiv məkan
hansı  miqyasda  (nəhənglikdə)  olursa-olsun,  insan  daim  onun  içə risin -
dədir. Bu cəhətdən  hər  bir kəs  özündən  qopub (uzaqlaşıb)  özünə  kənar
müşahidə nöqtəsindən baxmaqdan məhrumdur. Məsələn, ümumən Azər -
baycan humanitariyasının, xüsusən filologiya və folklorşünaslığının daha
çox  stalinizm  repressiyaları  üzrə  mütəxəssis  kimi  tanıdığı  prof.  C.Qa -
sımov «bütün intellektual praktikası ilə «37»-də, bütün intellektual yara -
dı cılığı  ilə  Azərbaycanın  sabahında»  yaşayaraq,  bütöv  yaradıcı  ömrü
çərçivəsində apardığı araşdırmalarla «bəlkə, heç özü də «XX əsrin 37-ci
il» mövzusunu artıq «Azərbaycan tarixinin 37-ci il bifurkasiyasına» çe -
vir diyinin fərqində deyil» (3, 4-5). 
M.Kazımoğlu da filoloq-folklorşünas kimi varlığın eyni sxemini yaşa-
yır və yaşadır. O, yaradıcılığa peşəkar filoloq kimi «Müasir Azər baycan
nəsrində  psixologizm»  (1991)  əsəri  ilə  başlamışdır.  Onun  ədəbiyyatda
psixologizm probleminə həsr edilmiş ilk monoqrafiya olan tədqiqatında
modelləşdirilən  Azərbaycan  nəsri  təkcə  yazılı  mətn  səviy yələrini  yox,
eyni zamanda nəsrin folklor səviyyəsini də əhatə edən, epoxal struktura
malik  nəhəng  milli  epik  sistem  kimi  təqdim  olunur.  Nəsrdə  milli-bədii
psixologizmi etnik özünüifadə kodlarından biri kimi modelləşdirən müəl-
lif yazılı ədəbiyyatın sərhədləri çərçivəsində qalmamış, intellektual ma -
raqları onu psixologizmin genezisinə doğru istiqamət lən dirmiş və müəllif
kitabın «Psixoloji nəsr və folklor» adlanan ayrıca fəslini bu problemə həsr
etmişdir. Folklor obrazlarını kollektiv(i) ümumiləş dirmənin inikası kimi
fərdi psixologizmdən məhrum hesab edən bir sıra tədqiqatçılardan fərqli
olaraq, M.Kazımoğlu folklor obrazının strukturunda kristallaşan kollek-
tiv-ümumiləşdirmə  qatını  çox  ehtiyatla  «sökə rək»  onun  altından  fərdi
psixologizmin kövrək layını bərpa etmişdir. Məsələnin problematik tərə-
fi onda idi ki, M.Kazımoğlu folklorda psixologizmi görünən yerdə (lirik
janrlarda) yox, görünməyən yerdə (epik janr larda) axtarırdı: «Heç şübhə-
siz ki,  folklorda  qəhrəmanın  hiss-həyəcan  və  düşüncələrinin  ifadə  edil -
məsi mə`nasında psixologizm var. Özü də bu psixologizm incə düyğular
2011/
IV
75
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 43,52 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə