Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə17/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   13   14   15   16   17   18   19   20   ...   143

Xəyal cığırı – I cı̇ld

77

Azad Ozan Kərimli: «Miskin Abdalin oğul törəməsi Tofiq 

Hüseynzadənin dərin, qeyrətli çalişmalari və filoloji elmlər dok-

toru,  professor  Hüseyn  İsmayilovun  araşdirmalari  nəhayət  ki, 

siyasi və saz-söz mədəniyyət tariximizdə ən böyük qondarma-

çiliqlarindan birinə son qoydu. Miskin Abdal tariximizdə Dədə 

Qorqud səviyyəli azman şəxsiyyətlərdən biridir və bəlkə də, on-

dan üstündür. Miskin Abdali çağdaş anlamda professional, yük-

sək səviyyəli Göyçə aşiq məktəbinin ilki, bir növ mürşidi, xe-

yir-dua verəni, ustadlar ustadi saya bilərik» («Musiqi dünyası» 



jurnalının 2000-ci il tarixli 1 №-li sayında (s.68) dərc olunmuş 

«Göyçə aşıq məktəbi» adlı məqaləsindən).

Gülxani  Pənah:  «Azərbaycan  müstəqillik  əldə  etdikdən 

sonra Miskin Abdalin yaradiciliğinin toplanilmasinda «canlan-

ma» yaranmiş və Miskin Abdal nəslinin layiqli davamçisi, təkcə 

genetik deyil, həm də ruhani bağliliği, mənəvi-əxlaqi kamilliyi 

ilə  ulu  babasinin  yolunu  davam  etdirən Tofiq  Hüseynzadənin 

ulu babasi haqqinda gərgin araşdirmalari, professor Hüseyn İs-

mayilovun  və  digər  folklorşünaslarin  zəhməti sayəsində  onun 

çoxsayli şeirləri və ədəbi yaradiciliği (dastanlari, aşiq mahnilari 

– bəstələri və sair) toplanilaraq nəşr edilmişdir.» (Gülxani Pə-

nah «Saz-söz sənətkarları – Dədə Şəmşir» Bakı, 2013).

Tofiq  Hüseynzadənin  «Səfəvilərin  böyük  övliyasi  –  Mis-

kin Abdal» (Baki, «Şəms» 2005, 386 səh.) kitabi bunun bariz 

nümunəsidir. Burada uzun illərin zəhməti, bir folklorşünas əz-

mkarliği  boy  göstərir.  Müəllifin  bir  qeydini  veririk:  «Böyük 

dövlət xadimi, filosof, diplomat, sərkərdə, sufi şair, Azərbaycan 

aşiq, saz, söz dünyasinin ilkin mahir ustadi, müqəddəs ocaq sa-

hibi, maarifçi insan, gözəl müəllim, müdrik el ağsaqqali, övliya 

Miskin Abdal  (əsl  adi  Hüseyn  Məhəmmədoğludur)  təxminən 

1430-cu ildə qədim Göyçə mahalinin keçmiş Zərgərli,  sonralar 




Tofiq Məhəmməd oğlu Hüseynzadə

78

Sariyaqub adlanan kəndində «Zərgərli» tayfasinin adli-sanli nü-



mayəndəsi  Cəfər  oğlu  Məhəmmədin  ailəsində  doğulmuşdur» 

(səh.21).  Olduqca  maraqli,  həm  də  gərəkli  informasiya  yükü 

ilə səciyyələnən bu mətn Miskin Abdal yaradiciliğini müxtəlif 

istiqamətlərdə araşdirmağa şərait yaradir. Bir məsələni vurğu-

layaq  ki,  bu  böyük  şəxsiyyətlə  bağli  mənbələr  günümüzə  qə-

dər elə də çoxlu fakt bolluğu gətirib çixarmamişdir. Lakin xalq 

arasinda yaşanan hadisə, əhvalatlar, yariəfsanə, yarihəqiqət xa-

rakterli  söylənilənlər  bizə  dəqiqləşmələr  aparmağa,  həyati  və 

şəxsiyyəti ilə bağli müəmmalari aydinlaşdirmağa imkan verir. 

Tofiq Hüseynzadənin adi çəkilən kitabi bu istiqamətdə ən əsasli 

mənbələrdəndir. 

Tofiq Hüseynzadə həmin kitabin nəşrindən sonra da 2005-

ci ilin may ayindan başlayaraq, ulu babasi Hüseyn Məhəmməd 

oğlunun tanindiği «Miskin» və «Abdal» adlarinin daşidiği yük-

sək  təsəvvüf-sufi  mərtəbə-anlayişlari  ilə  bağli  çox  ciddi  elmi 

araşdirma aparmağa başlamişdi. Bunun da ciddi səbəbləri var 

idi. Həmin anlayişlarin təsəvvüfdə daşidiği əsl mənalari ilə bağli 

bu günə qədər folklorşünas, ədəbiyyatşünas və tarixçi alimlər 

arasinda birmənali mövqe olmamişdir. Bəziləri həmin anlayişla-

rin daşidiği adi mənalarindan uzağa gedə bilməmiş, bəziləri isə 

onun təsəvvüfdə daşidiği mənalari az-çox ifadə edə bilsələr də, 

onun əsasli elmi izahini verə bilməmişlər. Ona görə də bu məsələ 

Tofiq Hüseynzadəni çox narahat edir, ulu babasinin təxəllüslə-

rinin əsasli elmi izahini çox vacib sayaraq, buna isə, ancaq və 

ancaq təsəvvüf – sufi nəzəriyyəsini dərindən öyrənməklə nail 

olmaği mümkün sayirdi. Məhz bu səbəbdən, o, təsəvvüf, sufi 

nəzəriyyələrinin tarixi, təşəkkülü, inkişaf mərhələlərinə aid çox-

sayli ədəbiyyatlari araşdirmağa və mövzunu daha dərindən dərk 

etməyə baş vurmuşdu. Bununla bağli bizim tez-tez görüşlərimiz 



Xəyal cığırı – I cı̇ld

79

və  diskussiyalarimiz  olurdu  və  mən  onun  bu  işə  nə  dərəcədə 



həvəslə  yanaşdiğinin  şahidi  olduqca,  ədəbiyyatşünasliğimizin 

qaranliq  səhifəsi  sayilan  bu  məsələyə  onun  bir  gün  aydinliq 

gətirəcəyinə qətiyyətlə inanirdim.  «Miskin» və «Abdal» anla-

yişlarini, nəhayət ki, Tofiq Hüseynzadənin sayəsində öz «adlari 

ilə» çağiracağimiza, yəni o sözlərin əsl mənalari ilə anlaşilaci-

ğina dair sanballi bir tədqiqat əsəri əldə edəcəyimizə əmin idim. 

Onun necə zəhmət bahasina, çoxsayli təsəvvüf – sufilik nəzə-

riyyələri ilə bağli mənbələri (Azərbaycan, türk, fars, ərəb və rus 

mənbələrindən, Azərbaycan, türk və rus dillərində) yüksək səy-

lə araşdirib Miskin və Abdal anlayişlarinin Təsəvvüfdə, Sufilik 

nəzəriyyəsində tutduğu yer, məna, məzmun yükü, həmçinin o 

sözlərin  tarixdə  daşidiği  digər  mənalar  barədə  də  çox  dəyərli 

elmi yazisini 1 il ərzində dərindən araşdirmaqla «Miskin Abdal 

– Qeyb Ərəni, Təsəvvüf Piri» adli elmi əsər qismində 2006-ci 

ilin may ayinin sonlarina yaxin başa çatdirdiğini bilirdim. 

Tofiq  Hüseynzadənin  hazirki  şeirlər  kitabinin  çapa  hazir-

landiğini biləndə onun oğlu Mehdi Hüseynzadədən atasinin bu 

mövzuda, yəni Miskin və Abdal anlayişlarinin təsəvvüfdə daşi-

diği mənalar barədə elmi araşdirmasinin olduğunu bildirdim və 

həmin, «Miskin Abdal – Qeyb Ərəni, Təsəvvüf Piri» əsərinin də 

onun yadigari kimi gələcəkdə nəşr edilməsi məsələsini müza-

kirə etməyimiz üçün mənə təqdim etməsini xahiş etdim. Meh-

di Hüseynzadə atasinin «Miskin Abdal – Qeyb Ərəni, Təsəv-

vüf Piri» başliqli əsərinin əlyazmasini mənə təqdim etdi. Mən 

həmin  əlyazmalari  oxuduqca  onun  son  dərəcə  mükəmməl  el-

mi-tədqiqat əsəri olmasinin şahidi oldum. Həmin əsər Miskin və 

Abdal anlayişlarinin təsəvvüf mənalari ilə bağli əhatəli, komp-

leks yanaşma metoduna, dərin təhlillərə və müqayisələrə əsas-

lanmaqla,  hazir  dissertasiya  işi  səviyyəsində,  bu  mövzuda  ilk 



Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə