Xəyal cığırı – I cı̇ld
337
Dedi: «Qizim, qurban olum, o illərdən keçmiş nələr,
Bəlkə, elə, söhbətimdə var bir az da əfsanələr...
Gəl ağlama, bəxt ulduzum, ağlamaqdan yoxdur fayda,
Mən ağlasam, fikir vermə, həyatdadir belə qayda.
Daniş görüm, nə deyirdin həyat eşqim, tez ol, daniş?!
Duyursanmi, mənasizdir bu gün bizdən gedən ağiş.
Əgər bir də sən ağlasan, ağlayacam mən də, inan,
Di ağlama, eşitdinmi nələr deyir sənə anan!?» –
Deyib, sildi Firəngizin qəmlə axan göz yaşini,
Ancaq yenə unutmadi ölən ömür yoldaşini.
Firəngizsə asta-asta susub, bir az gəldi dilə,
Sanki güllər cəh-cəh verdi yaralanmiş bir bülbülə.
O dedi ki, – «Gözəl anam, bilirsənmi bu gün nədən,
Mən məktəbdən qayidanda kədər gördün gözlərimdə?
Mən onda bir yalan dedim, danişmadim əhvalati,
Dedim, məni dərdə salar həyatin öz şikayəti.
Ancaq indi danişacam surətimdə olan qəmi,
Sən ondami düşündün ki, mən düşmüşəm bir eşqəmi?..
Yox... yox... məni saldi oda həmin anlar insan sözü,
Yaratdiği min dərdini yada saldi insan özü.
İmtahandan çixib gəldim yoldaşlarimin söhbətinə,
Mən bilmədim düçar ollam insan sözü möhnətinə.
Bir qiz vardi, o dedi ki, – «Atam səhər deyib mənə,
Qizil üzük alacağam, «əla» alsan bu gün sənə».
Tofiq Məhəmməd oğlu Hüseynzadə
338
Sən dolandin gözlərimdə, qucaqladim, səni öpdüm,
Daşdi qəlbim bir çay kimi, bir bulaniq selə döndüm.
Dedim, anam, bu dünyadan – hər bir şeydən artiqsan sən,
Qanmayanlar qoy qanmasin, qadin deyil, bir aslansan.
Nələr keçdi ürəyimdən, çiraq kimi alovlandim,
Çəkilmirdin gözlərimdən, surətinlə oda yandim.
Ürəyimi dəldi oxlar, doldu gözüm, axdi yaşim,
Döndüm ordan, qayitmadim, çağirdisa hər yoldaşim.
İnsan izi görünməyən bir guşədə tutdum qərar,
Göz yaşiyla susdu qəlbim. Həyatda nə etibar var?!
Çəkilmirdin gözlərimdən məni oda sala-sala,
«Bəsdir, yaziq çəkdi ağri» – deyib, birbaş düşdüm yola».
Söhbətlərə vurub yekun siğindilar bir-birinə,
Göz yaşlari verdi cəfa cavan ölən yar qəbrinə.
Yatdi onlar qəlbi dağli... Mən bilmirəm, neçün belə,
Həyat axmaq əməlindən utanmirmi görən hələ?..
Göydə yanan bir ulduzun aldi bulud dövrəsini,
Ay dolandi, batdi zülmət, örtdü qara pərdəsini.
Həyat axmaq əməlindən utanmirmi görən, hələ?..
Həyat axmaq əməlindən utanmirmi görən, hələ?..
20.07.1967
Xəyal cığırı – I cı̇ld
339
EY MUĞAM, SÖYLƏ!
Dinlədikcə səni mən, gözümdən yaşlar axir,
Varliğima büsbütün kədərlər, qəmlər baxir.
Dikilmiş bir nöqtədən çəkməyirəm gözümü,
Heç bilmirəm nə üçün? Unuduram özümü.
Bilmirəm ki, heç nədən qəmli-qəmli ötürsən,
Sən ötdükcə sanki eh!.. ürəyimi didirsən.
Yoxsa, səni unutmuş sevgilin – nazli nigar,
Onun üçün sinəndə dilə gəlir ahu-zar?
Yoxsa, sənin əlinə əlləri toxunmamiş,
Həyat onu əlindən qopararaq, aparmiş.
Başqa bir yolu yoxdur – ya ölmüş, ya unutmuş,
Ancaq seçə bilmirəm, hansilar səni tutmuş?..
Məhəbbətin gücünü bilirəm. Ayrilmişam,
Sənin kimi mən də hey, qəm-qüssəyə batmişam.
Sən dərdinlə ağladin, keçib neçə əsrlər,
Muğam «Könül ayrisi», «Eşq ayrisi» deyirlər.
Olardim yaman xoşbəxt, bircə nalən qədər mən,
Ürəkləri ağladam, qara saça salam dən.
Tofiq Məhəmməd oğlu Hüseynzadə
340
Sənsiz yaza bilmərəm. Çox xəyala dalmişam,
Ancaq səni eşidib, bu dərdimi almişam.
Gücünə, qüdrətinə tamam susdu varliğim,
Hüzuruna baş əydi şeir sözlü safliğim.
Səni odlara salan hansi qüssə, qəm olmuş?
Mən bilsəydim nə qəmim: ölmüş, yoxsa unutmuş?
1967 iyul
Xəyal cığırı – I cı̇ld
341
ÖLÜMDƏN BETƏR
Dostum,
Deyirsən ki, nədən yaman çox,
Hər şeyə çarə var, bir ölümə yox.
– Ölümə?!. yox... yox...
Ölüm pis şey deyil, pis işlər üçün,
Safliği çürüdən əməllər üçün.
Söyləmə heç kəsə,
yaxinlaş mənə,
Çarəsi olmayan vardir
bir dənə.
Əxlaqsiz namusun varmi çarasi?..
Yox!.. Yox!..
Ölsə də getməyir əməl yarasi.
Deyirəm, çarə yox, hey susa-susa...
Ölümə,
bir də ki,
pozğun namusa!
1967 avqust
Tofiq Məhəmməd oğlu Hüseynzadə
342
UNUTMAZ SƏNİ
(Şixəli Qurbanova ithaf)
Gül dedi: Bülbüldən ayirin məni,
Şeh dedi: Tərk edin yaşil çəməni.
Keçib, xəyallara boynunu bükdü,
Çöllərin, solmayan, öz yasəməni.
Deyirlər, sevgini unutmaq olmaz,
Unutdu həmin gün sevən-sevəni.
Başini göylərdən endirdi dağlar,
Dərələr oldular aği deyəni.
Axan dəli çaylar coşdu, bulandi,
Yerli qayalarin eşib dibini.
Durduqca dünyada unuda bilməz,
Nəinki bir Qəmli, bu ellər səni.
1967 avqust
Xəyal cığırı – I cı̇ld
343
AZƏRİ BACIM
Görürəm xalqimin gülüşlərini
Sənin dodağinda, «Azəri bacim».
Duyuram xoş, incə gəlişlərini
«Çiçəkli daği»nda, Azəri bacim.
Əzəldən dedilər: «Azəri qizi»,
Söz oldun, dindirdin sədəfli sazi,
Səninlə bağlandi illərin yazi,
Bu gənclik çağinda, Azəri bacim.
Seyr etdin çəməni, şehli düzləri,
Çinara söykəndin süzüb gözləri,
Qaldi barmağinin titrək izləri,
Yaşil budağinda, Azəri bacim.
Qaşlarin, saçlarin min həyat qurur,
Kirpiyin ox kimi bir nişan vurur,
Ayrica deyilən bir dastan durur,
Qönçə yanağinda, Azəri bacim.
Bəzən də sevgidən qaçib, utandin,
And içdin. Əhdindən dönmədi andin.
Azəri eşqilə gəzib dolandin,
Könülün bağinda, Azəri bacim.
Dostları ilə paylaş: |