Xəyal cığırı – I cı̇ld
77
Azad Ozan Kərimli: «Miskin Abdalin oğul törəməsi Tofiq
Hüseynzadənin dərin, qeyrətli çalişmalari və filoloji elmlər dok-
toru, professor Hüseyn İsmayilovun araşdirmalari nəhayət ki,
siyasi və saz-söz mədəniyyət tariximizdə ən böyük qondarma-
çiliqlarindan birinə son qoydu. Miskin Abdal tariximizdə Dədə
Qorqud səviyyəli azman şəxsiyyətlərdən biridir və bəlkə də, on-
dan üstündür. Miskin Abdali çağdaş anlamda professional, yük-
sək səviyyəli Göyçə aşiq məktəbinin ilki, bir növ mürşidi, xe-
yir-dua verəni, ustadlar ustadi saya bilərik» («Musiqi dünyası»
jurnalının 2000-ci il tarixli 1 №-li sayında (s.68) dərc olunmuş
«Göyçə aşıq məktəbi» adlı məqaləsindən).
Gülxani Pənah: «Azərbaycan müstəqillik əldə etdikdən
sonra Miskin Abdalin yaradiciliğinin toplanilmasinda «canlan-
ma» yaranmiş və Miskin Abdal nəslinin layiqli davamçisi, təkcə
genetik deyil, həm də ruhani bağliliği, mənəvi-əxlaqi kamilliyi
ilə ulu babasinin yolunu davam etdirən Tofiq Hüseynzadənin
ulu babasi haqqinda gərgin araşdirmalari, professor Hüseyn İs-
mayilovun və digər folklorşünaslarin zəhməti sayəsində onun
çoxsayli şeirləri və ədəbi yaradiciliği (dastanlari, aşiq mahnilari
– bəstələri və sair) toplanilaraq nəşr edilmişdir.» (Gülxani Pə-
nah «Saz-söz sənətkarları – Dədə Şəmşir» Bakı, 2013).
Tofiq Hüseynzadənin «Səfəvilərin böyük övliyasi – Mis-
kin Abdal» (Baki, «Şəms» 2005, 386 səh.) kitabi bunun bariz
nümunəsidir. Burada uzun illərin zəhməti, bir folklorşünas əz-
mkarliği boy göstərir. Müəllifin bir qeydini veririk: «Böyük
dövlət xadimi, filosof, diplomat, sərkərdə, sufi şair, Azərbaycan
aşiq, saz, söz dünyasinin ilkin mahir ustadi, müqəddəs ocaq sa-
hibi, maarifçi insan, gözəl müəllim, müdrik el ağsaqqali, övliya
Miskin Abdal (əsl adi Hüseyn Məhəmmədoğludur) təxminən
1430-cu ildə qədim Göyçə mahalinin keçmiş Zərgərli, sonralar
Tofiq Məhəmməd oğlu Hüseynzadə
78
Sariyaqub adlanan kəndində «Zərgərli» tayfasinin adli-sanli nü-
mayəndəsi Cəfər oğlu Məhəmmədin ailəsində doğulmuşdur»
(səh.21). Olduqca maraqli, həm də gərəkli informasiya yükü
ilə səciyyələnən bu mətn Miskin Abdal yaradiciliğini müxtəlif
istiqamətlərdə araşdirmağa şərait yaradir. Bir məsələni vurğu-
layaq ki, bu böyük şəxsiyyətlə bağli mənbələr günümüzə qə-
dər elə də çoxlu fakt bolluğu gətirib çixarmamişdir. Lakin xalq
arasinda yaşanan hadisə, əhvalatlar, yariəfsanə, yarihəqiqət xa-
rakterli söylənilənlər bizə dəqiqləşmələr aparmağa, həyati və
şəxsiyyəti ilə bağli müəmmalari aydinlaşdirmağa imkan verir.
Tofiq Hüseynzadənin adi çəkilən kitabi bu istiqamətdə ən əsasli
mənbələrdəndir.
Tofiq Hüseynzadə həmin kitabin nəşrindən sonra da 2005-
ci ilin may ayindan başlayaraq, ulu babasi Hüseyn Məhəmməd
oğlunun tanindiği «Miskin» və «Abdal» adlarinin daşidiği yük-
sək təsəvvüf-sufi mərtəbə-anlayişlari ilə bağli çox ciddi elmi
araşdirma aparmağa başlamişdi. Bunun da ciddi səbəbləri var
idi. Həmin anlayişlarin təsəvvüfdə daşidiği əsl mənalari ilə bağli
bu günə qədər folklorşünas, ədəbiyyatşünas və tarixçi alimlər
arasinda birmənali mövqe olmamişdir. Bəziləri həmin anlayişla-
rin daşidiği adi mənalarindan uzağa gedə bilməmiş, bəziləri isə
onun təsəvvüfdə daşidiği mənalari az-çox ifadə edə bilsələr də,
onun əsasli elmi izahini verə bilməmişlər. Ona görə də bu məsələ
Tofiq Hüseynzadəni çox narahat edir, ulu babasinin təxəllüslə-
rinin əsasli elmi izahini çox vacib sayaraq, buna isə, ancaq və
ancaq təsəvvüf – sufi nəzəriyyəsini dərindən öyrənməklə nail
olmaği mümkün sayirdi. Məhz bu səbəbdən, o, təsəvvüf, sufi
nəzəriyyələrinin tarixi, təşəkkülü, inkişaf mərhələlərinə aid çox-
sayli ədəbiyyatlari araşdirmağa və mövzunu daha dərindən dərk
etməyə baş vurmuşdu. Bununla bağli bizim tez-tez görüşlərimiz
Xəyal cığırı – I cı̇ld
79
və diskussiyalarimiz olurdu və mən onun bu işə nə dərəcədə
həvəslə yanaşdiğinin şahidi olduqca, ədəbiyyatşünasliğimizin
qaranliq səhifəsi sayilan bu məsələyə onun bir gün aydinliq
gətirəcəyinə qətiyyətlə inanirdim. «Miskin» və «Abdal» anla-
yişlarini, nəhayət ki, Tofiq Hüseynzadənin sayəsində öz «adlari
ilə» çağiracağimiza, yəni o sözlərin əsl mənalari ilə anlaşilaci-
ğina dair sanballi bir tədqiqat əsəri əldə edəcəyimizə əmin idim.
Onun necə zəhmət bahasina, çoxsayli təsəvvüf – sufilik nəzə-
riyyələri ilə bağli mənbələri (Azərbaycan, türk, fars, ərəb və rus
mənbələrindən, Azərbaycan, türk və rus dillərində) yüksək səy-
lə araşdirib Miskin və Abdal anlayişlarinin Təsəvvüfdə, Sufilik
nəzəriyyəsində tutduğu yer, məna, məzmun yükü, həmçinin o
sözlərin tarixdə daşidiği digər mənalar barədə də çox dəyərli
elmi yazisini 1 il ərzində dərindən araşdirmaqla «Miskin Abdal
– Qeyb Ərəni, Təsəvvüf Piri» adli elmi əsər qismində 2006-ci
ilin may ayinin sonlarina yaxin başa çatdirdiğini bilirdim.
Tofiq Hüseynzadənin hazirki şeirlər kitabinin çapa hazir-
landiğini biləndə onun oğlu Mehdi Hüseynzadədən atasinin bu
mövzuda, yəni Miskin və Abdal anlayişlarinin təsəvvüfdə daşi-
diği mənalar barədə elmi araşdirmasinin olduğunu bildirdim və
həmin, «Miskin Abdal – Qeyb Ərəni, Təsəvvüf Piri» əsərinin də
onun yadigari kimi gələcəkdə nəşr edilməsi məsələsini müza-
kirə etməyimiz üçün mənə təqdim etməsini xahiş etdim. Meh-
di Hüseynzadə atasinin «Miskin Abdal – Qeyb Ərəni, Təsəv-
vüf Piri» başliqli əsərinin əlyazmasini mənə təqdim etdi. Mən
həmin əlyazmalari oxuduqca onun son dərəcə mükəmməl el-
mi-tədqiqat əsəri olmasinin şahidi oldum. Həmin əsər Miskin və
Abdal anlayişlarinin təsəvvüf mənalari ilə bağli əhatəli, komp-
leks yanaşma metoduna, dərin təhlillərə və müqayisələrə əsas-
lanmaqla, hazir dissertasiya işi səviyyəsində, bu mövzuda ilk
Dostları ilə paylaş: |