TOFİQ KAZIMOVU XATIRLAYARKƏN...
1951-52-ci illərdə Moskvada ali rejissorluq təhsili alıb gəlmiş Tofıq Kazımov M.Əzizbəyov
adına teatrda türkmən yazıçısı Hüseyn Muxtarovun bir pyesini tamaşaya qoymuşdu.
H.Muxtarovun pyesində konflikt kolxoz sədrinin rayondan gələn qonaqlara kolxozun birmi-
ikimi toğlusunu kəsməyinin üstündə qurulmuşdu. Kişi nə qədər haray salırdı ki, «toğluları alıb
yerinə qoyacam», yenə də ondan əl çəkmirdilər. Pyes vulqar sosiologizmin tipik nümunəsi idi.
Tofıqin bütün cəhdinə baxmayaraq, tamaşa quru, sönük çıxmışdı. Sonralar o pyes barədə söhbət
düşəndə Tofiq hirslənib qışqırırdı ki:
- Məni məcbur elədilər! Öz xoşumla qoymamışdım!..
Və bu, doğrudan da, belə idi. Mən hərdən gedib Tofıqin məşqlərinə baxırdım. Onun bədii-estetik
ifadə tərzi, personajlara orijinal münasibəti xoşuma gəlirdi.
Həmin bu vaxtlar mən «Atayevlər ailəsi» pyesini yazmışdım. Tofıq pyesi oxuyub bəyənmişdi.
Əvvəllər iki pyesimi - «İşıqlı yollar»la «Bahar suları»nı tamaşaya qoymuş və aramızda həm
şəxsi, həm də yaradıcı dostluq yaranmış rejissor Adil İsgəndərov məşğul idi və mən ona dedim
ki, «Atayevlər ailəsi»ni istəyirəm verim Tofıqə. Etiraz eləmədi:
- Neynək, qadam, - dedi, - ürəyin istəyir, inanırsan, ona ver. Adil alicənab insan və alicənab da
sənətkar idi.
«Atayevlər ailəsi»nin quruluşu üzərindəki işdə Tofıqin ilk müvəffəqiyyəti rolları aktyorlar
arasında çox sərrast bölməsindən başladı. Hansı rolu hansı aktyorun daha təbii ifadə edə
biləcəyini düzgün təyin etmək hissi, yaradıcılıq intuisiyası, Adil kimi, Tofıqdə də çox güclü idi.
O, rol bölgüsünü rejissor işində mühüm məsələ hesab edirdi.
O deyirdi:
- Rejissor gərək aktyorun nəyə qadir olduğunu, sənətkarlıq potensialını qabaqcadan düzgün hiss
eləyə bilsin. Ancaq belə olduqda, aktyordan istədiyini tələb eləyə bilər. Sonra da nəyə isə
hirslənərək əlavə edirdi:
- Axı, bu rejissorluq sənətinin «əlif-beyi»dir!
O, coşğun bir həvəslə «Atayevlər ailəsi»nin məşqinə başladı. Ümumiyyətlə, Tofiq xoşuna gələn,
ürəyincə olan əsərə həmişə coşğım ilhamla girişirdi və onun emosionallığı, ilhamı aktyorlara da
sirayət edirdi. Onun məşqi həmişə olduqca canlı keçirdi. Aktyor ifasında qeyri-təbii, saxta
hərəkəti duymaqda onun qeyri-adi bir həssaslığı var idi. Buna görə də, tez-tez əsəbiləşir,
özündən çıxıb qışqırırdı. O, aktyor ifasında ən incə ştrixləri belə nəzərdən qaçırmırdı. Aktyorun
təbəssümü-gülüşü, ya baxışı təbiidirmi? Yerindədirmi? Səsinin ahəngi bu vəziyyətə, bu ruhi hala
uyğundurmu?
O, eyni zamanda, nəinki obrazın daxili aləminin, hətta, hər mizanın, hər bir detalın
aydınlaşmasına, tamaşaçılara təsir etməsinə çalışırdı. O, obrazın xüsusilə psixoloji cəhətdən
dürüst çıxmaşına birinci dərəcəli məsələ kimi baxırdı. Tofiq, əlbəttə, realist rejissor idi. Lakin
tamaşaçının, oxucunun qəlbinə təsir eləməyən, insanın ruhi aləmini sarsıtmayan quru, soyuq
realizmdən onun zəhləsi gedirdi. O, tez-tez mənə deyirdi:
- İstər pyes, istərsə də tamaşa, bİrinci növbədə, ürəkdən gəlməlidir. Birinci növbədə, yazıçının,
rejissorun qəlbinin, psixoloji sarsıntılarının tərcümanı olmalıdır.
Məşq elədiyi «Atayevlər ailəsi»ndən misal gətirərək deyirdi:
- Məsələn, əgər, Lətafətin tragediyası məni sarsıtmasa, yırtıcı təbiətə malik Dilşad xanımın
xalqa, vətənə sadiq, namuslu bir adam olan Xosrov Atayevin başına gətirdiyi faciəni, onun ruhi
əzablarını Xosrov Atayevin özü kimi hiss eləyə büməsəm, aktyora, dolayısıyla da tamaşaçıya
necə təsir eləyə bilərəm?!
O, Stanislavski sisteminin tərəfdan idi. O deyirdi:
- Bəzi rejissorlar unudurlar ki, bu sistem yeri gələndə, hadisələrin cərəyanı ilə əlaqədar olaraq,
eyni zamanda, şairanə romantika, psixoloji sarsıntıların dərinliyini tələb edir. Bunlardan məhrum
olan quruluşlarda, elə bil ki, hər şey ölçü-biçi ilədi. Hər şey öz yerindədi, professionaldı, irad
tutmaq olmaz. Ancaq insanın qəlbi ilə işi yoxdu! Tragik vəziyyətdə belə, olsa-olsa, beyinə təsir
eləyir, ürəyə yox. Sənət, o cümlədən, səhnə sənəti yalnız ürəyə təsir elədiyi zaman, insan
qəlbinin dərinliklərinə işləyə bildiyi zaman öz gücünü göstərə bilər. Əlbəttə, söhbət ağıllı
əsərdən gedir.
«Atayevlər ailəsi»ndən bəhs edərək deyirdi:
- Xosrov Atayevin faciəsi mənə Lətafətin faciəsindən çox təsir edir. Çünki Xosrov Atayev kimi
yaxşı insanlar çox zaman Lətafət kimi qadınların səhvlərinin, ağılsız hərəkətlərinin qurbanı
olurlar. Lətafət, Şahsuvarovu sevən kimi, Dilşad xanım da Xosrov Atayevi sevmişdi. Ancaq fərq
orasında idi ki, Şahsuvarov daxilən əclaf idi. Xosrov Atayev isə namuslu, alicənab... Dünyabina
olandan bəri insanları öz səhvləri bədbəxt eləyir. Daima dövr eləyən bu səhvlərdə də həmişə
mənfı hisslərlə müsbət emosiyalar əlbəyaxa olur. Mən zarafatyana:
- Atmosferdəki müsbət-mənfi elektrik cərəyanları kimi... - dedim.
- Sən zarafat eləyirsən... Amma mən həmişə fikirləşirəm ki, bu dünyada canlılar da, cansızlar da
daima əlbəyaxa vuruşdadırlar.
- Cansızlar da!
- Bəs necə... Cansızlar bir-birini məhv etməkdə heç də canlılardan geri qalmırlar... Yağış yağır,
torpaqdan yaşıl otlar, güllər, çiçəklər qalxır... Sonra yay gəlir... Günəşin zəbanə çəkən qızmar
istisi bu yaz otunu, yaz güllərini yandırıb qurudur... İldırım çaxıb illər-əsrlər yola salmış qoca
palıdları qara kömürə döndərir... Küləklər... Sellər... Təbiət bir tərəfdən qurur, yaradır, bir
tərəfdən də vurub dağıdır. Səhnə də həyatın bir parçasıdır. Ona görə də, vuruş olmayanda,
personajların daxilində hisslərin, fikirlərin çarpışması olmayanda, tamaşaçı darıxmağa başlayır.
Tamaşa ona maraqsız görünür. Səhnədə gərək həyat qaynasın! Tərəflərin, hisslərin vuruşu gərək
tamaşaçının gözünü açmağa qoymasın.
«Atayevlər ailəsi» Tofıqin Akademik Dram Teatrımızda ilk müvəffəqiyyətli quruluşu oldu.
Bizim sənətkarlarımız Mustafa Mərdanov, Əjdər Sultanov, Əli Zeynalov, Hökümə Qurbanova,
Leyla Bədirbəyli, Məhluqə Sadıqova, Məlik Dadaşov şəxsən mənim heç zaman unutmayacağım
kamil səhnə obrazları yaratdılar.
Sonra mən «Söyüdlü arx», «Körpüsalanlar» romanları və müxtəlif hekayələr üzərində işləməyə
başladığım üçün dramaturgiyadan aralandım və yalnız 1963-cü ildə «Sən həmişə mənimləsən»
pyesini yazdım.
O pyesin yazılması tarixi bir mahnının təsirilə başladı. «Qaragilə» adlı xalq mahnısını mən çox
xoşlayıram. Hər dəfə qulaq asanda, mənə elə gəlirdi ki, o mahnı ilə əlaqədar nə isə demək
istəyirəm. Elə bil ki, o mahnıdakı avazın demək istədiyi «nə isə»ni onun sözləri tam ifadə eləyə
bilmir... Amma mən bu təsiri sözlə eşitməsəm də, deyə bilməsəm də, hiss edirəm.
Bir axşam teatrın təzə binasında Tofıqin kabinetində oturub söhbət edirdik. Müğənnilərdən biri
televizorda «Qaragilə» xalq mahnısını oxuyurdıı. Biz ikimiz də söhbəti kəsib, bir qədər qulaq
asdıqdan sonra mən dedim:
- Həmişə bu mahnıya qulaq asanda, nə isə, nakam bir məhəbbət əhvalatı yazmaq istəyirəm...
- Yaz! - deyə o, həyəcanla səsləndi. - Ancaq, sən Allah, təbliğatdan-zaddan yazma, lirik-psixoloji
bir dram əsəri yaz!
Bir qədər susub əlavə elədi:
- Bəlkə «Söyüdlü arx»ı pyes eləyəsən! Nuriyyə surəti heç yadımdan çıxmır...
- Yox, - dedim. - Mən nəsr əsərimi səhnə əsərinə çevirməyi xoşlamıram. Bu mənə «Aşığın sözü
qurtaranda dalay-dalay deyər» məsəlini xatırladır.
- Onda, - deyə Tofiq ilhamla davara elədi, - lirik-psixoloji planda! Mən inanıram ki, sən onu
yazarsan...
Mən də zarafatyana dedim:
- Yaxşı, indi ki, sən inanırsan...
- Bax, gözləyəcəyəm ha!.. - deyə qalxıb piano arxasına keçərək, müğənninin bayaq oxuduğu
«Qaragilə» mahnısını çalmağa başladı.
Onun hərdən zövqlə, təsirli piano çalmağı da vardı və mən də onun çalğısını xoşlayırdım...
Sonra qalxıb teatrdan çıxdıq. Xoş havalı bir yaz gecəsi idi. Axşamdan xeyli keçməsinə
baxmayaraq, heç birimiz yatmaq istəmirdik. O, dərindən nəfəs alıb:
- Gözəl gecədir... - dedi.
Sonra hisslə aşıq Alıdan bu misraları söylədi:
Aydın... gündü gəlib keçir ömürdən,
Tələsirik, görən yaza nə qaldı?
0, el mahnılarını, aşıq qoşmalarını çox sevirdi, çünki onları hiss edirdi, duyurdu. Sonra:
- İstəyirsən, - dedi, - gedək bir kruşka pivə içək!.. Biz gəzə-gəzə gəlib çıxdıq köhnə «İnturist»in
yanına.
- Gedək, - deyə mən «İnturist»in binasma işarə elədim.
- Ora yox! Gedib oturan kimi, görəcəksən bir qəmiş gəlib başladı zəvzəməyə... Qoymurlar bir
azad nəfəs alasan.
Onun qələbəlikdən xoşu gəlmirdi. Ona görə də, böyük restoranlara getmək istəməzdi. Gedib
balaca bir meyxanada əyləşdik. O, yenə də pyes barədəki söhbətimizə qayıdıb:
- Xahiş edirəm, - dedi, - sən günü sabahdan başla işləməyə. Boşun tutma, sən Allah!.. Birdən
qızışaraq (beləcə birdən qızışmağı vardı):
- Fəhlə zavodda namusla işləyir. Yarışır, planı yerinə yetirir, - dedi. - Ayda-ildə bir dəfə də
istirahət günü arvad-uşağı ilə gəlib teatr tamaşasına baxmaq istəyir. Dincəlmək istəyir. Başqa bir
aləm görmək istəyir. Zəhmətkeş adamın bu təbii ruhi tələblərini hiss etməyən bəziləri isə, bizdən
tələb edirlər ki, həmin zəhmətkeş adamın yalnız zavodda, tarlada gördükləri işləri, konfliktləri
təzədən ona göstərək... Yəqin məsələdir ki, bu da o kişini bezikdirib zəhləsini tökəcək.
Mən dedim:.
- Əlbəttə, zəhmətkeş adamın zavodda da, kolxoz tarlasında da gordükləri işləri, konfliktləri
gostərmək olar. Bu lazımdı da! Ancaq bu şərtlə ki, sən zəhmət adamını robota döndərməyəsən.
Öz quru, standart tələblərini plakat kimi yazıb onun döşünə yapışdırmayasan. Tərəf-müqabilləri
bir-birilə buynuzlaşan şüursuz qoçlara döndərməyəsən!
- Döndərirlər! - deyə o əsəbiləşib qışqırırdı. - Hətta, elə yazılara mükafat da verirlər! Mən
Hüseyn Muxtarovun pyesini tamaşaya qoyanda tanımadığım bir tamaşaçı zəng eləyib mənə dedi:
«Ay yoldaş rejissor, qoyunu kəsən adam hey deyir ki, vaxtsız hörmətli qonaqlar gəldi rayondan,
tələsiklik olduğu üçün, məcbur oldum fermanın qoyunundan kəsim... Əvəzində də lap dördünü
alıb yerinə qoyaram. Day bundan ötəri nə həngamə açıb bizim də vaxtımızı alırsınız? Belə də
teatr olar?..» Tamaşaçılar, axı, bizim səhnəyə çıxardığımız robotlardan deyillər! Hər şeyi başa
düşən ağıllı tamaşaçılar var. Sən belə əsərlərlə onları teatrdan uzaq sala bilərsən, amma ürəyinə,
fıkrinə təsir eləyə bilməzsən!
Mən bu söhbətdən təxminən bir ay sonra «Sən həmişə mənimləsən» pyesini ona verdim. Elə
həmin günün axşamı, gecə saat on ikidə mənə zəng eləyib mütəəssir ifadə ilə:
- Pyesin axırında ağlamışam, - dedi. - Sabah gəl teatra. Gözləyəcəm.
Tofıq olduqca kövrək, həssas adam idi. Sanki o bədii əsəri də, muğamatı da, aşıq qoşmalarını da
bütün vücudu ilə hiss edirdi. Ona görə də, istər pyesdə və istərsə də aktyor ifasında personajın
daxili aləminə, qəlbinə, hissiyyatına aid heç bir saxta ştrix, saxta situasiya onun nəzərindən
yayınmazdı. Məşq zamanı belə hal görəndə zaldan səhnəyə qışqırırdı:
- Olmadı! O anda insan elə axmaqcasına gülümsəməz!
... Səhəri gün mən onun yanına gələndə pyes haqqında heç bir söz demədən, birbaş Nargilə
surətindən başladı:
- Bu saat mənim üçün ən mühüm iş bu surəti kimə tapşırmaq məsələsidir.
Sonra öz-özü ilə danışırmış kimi:
- Gərək elə aktrisa olsun ki, onu əsərdəki qədər təbiiliklə yarada bilsin, - dedi. - Bu bizim
səhnəmiz üçün tamam yeni surətdir. Teatrda onu ifa edəcək aktrisa görmürəm... Bir qədər
fikirləşəndən sonra əlavə elədi:
- İncəsənət institutunda bir qız oxuyur. Onu yoxlamaq lazımdır. Pyes bədii şurada oxunub qəbul
olunandan sonra, Tofıq rolları bölüb institutdan çağırdığı on səkkiz yaşlı Amalya Pənahova ilə
məni tanış elədi. Məşqlər başladı. Həsənzadə rolunu Əli Zeynalova vermişdi. Lakin Tofiqin
özünü də, məni də, birinci növbədə, Nargilə surətinin ifası maraqlandırırdı. Mən də, Tofıq də bu
cavan qızın çox həssas və güclü hissiyyata malik olduğunu hiss eləsək də, sonralar mənim
doqquz pyesimdə doqquz baş rol ifa etmiş o gənc Amalyanın o zaman Nargilə surətini
yaradacağına özümü inandıra bilmirdim. Nargilə psixoloji cəhətdən daima haldan-hala düşən,
tez-tez gah sevinən, gah kədərlənən, gah gülən və özündən iyirmi altı-iyirmi yeddi yaş böyük
Həsənzadəni sevən gənc bir qız idi. Mənə elə gəlirdi ki, bu təcrübəsiz gənc tələbə qız öz
hisslərini lazımi anda cilovlamaqda çətinlik çəkir. Danışdığı zaman duyğularının coşğunluğunun
qabağını saxlayıb, fıkrini sərrast ifadə etmək üçün tez-tez danışmağa məcbur olur. Ona görə də,
bir neçə məşqdən sonra Tofıqə dedim:
- Sən də, mən də bilirik ki, tamaşanın müqəddəratı Nargilə surətinin necə alınacağından asılı
olacaq... Bəlkə bu rol üçün ayrı bir qız da yoxlayasan...
Tofiq həyəcanla:
- Mən ölüm, - dedi, - üç-dörd gün də hövsələ elə...
Mən görürdüm ki, qız da mənim narazılığımı hiss edir. «Bəlkə, -deyə fıkirləşdim, -bu onu
çaşdırır?» Buna görə də, üç-dörd gün məşqə gəlmədim. Sonra bir gecə Tofıqə zəng eləyib
zarafatla soruşdum:
- Nə oldu, Nargilə Həsənzadəni sevə bilir?
- Sevir! - deyə Tofiq həyəcanla səsləndi. - Obraz alınır... Qiyamət olacaq!.. Bilirəm niyə
gəlmirsən, amma gəl! Mən ölüm, sabah gəl!
Səhəri gün teatra gedib, zalın qaranlıq yerində hiss olunmadan oturdum və məşqə tamaşa
eləməyə başladım.
Doğrusunu deyim ki, qızın bu dəfəki oyunu məni xeyli təəccübləndirdi. O bu üç-dörd günün
içində, yaxşı mənada, tamam başqa qız olmuşdu. Birdən-birə açılışmış, hərəkətləri olduqca təbii,
səmimi olmuşdu... Səhnə nöqteyi-nəzərindən o tələbə qız böyük istedad sahibi, təcrübəli sənətkar
Əli Zeynalova layiq bir tərəf-müqabil olmuşdu. Məşq davam elədikcə, gənc aktrisanın istedadı
da sanki sürətlə açılırdı. Pyesdə psixoloji bir moment var: zavodda Rəşid adlı gənc, yaraşıqlı,
hamı tərəfindən sevilən bir oğlan işləyir. O, səhnədə gorünmür. Lakin biz onun Nargilə üçün
oxuduğu «Qaragilə» mahnısını eşidirik. Nargilə hiss edir ki, adı onun adına oxşayan «Qaragilə»
mahnısını Rəşid onun üçün oxuyur. Buna görə də, hər dəfə Rəşid o mahnını oxuyanda, Nargilə
hirslənib Həsənzadənin yanında Rəşidin bədinə danışır. Həsənzadə ağıllı adam olduğu üçün,
Rəşidə qarşı Nargilənin bu səbəbsiz əsəbiliyinin psixoloji mahiyyətini başa düşür... Ona görə də,
Nargilə əsəbiləşib Rəşidin əleyhinə danışanda, Həsənzadə mülayimliklə gülümsəyib Rəşidi
rnüdafıə edir. Məşq zamanı mən Nargüə - Amalyadan zarafatyana soruşdum:
- Nə üçün gənc, gozəl, yaxşı bir oğlan olan Rəşidin mahnısı Nargiləni əsəbiləşdirir?
O gülümsəyib cavab verdi ki:
- Özünüz səbəbini bilirsiniz... Sonra əlavə etdi:
- Nargilə Həsənzadəyə olan məlıəbbətini qoruyur... Rəşid məhz hamı tərəfinden sevilən gənc,
gözəl oğlan olduğu üçün, Nargilə qəlbinin harasında isə özünün də ondan xoşu gəldiyini hiss
elədiyi üçün, qeyri-şüuri Rəşiddən qorxur... Həsənzadəyə olan məhəbbətinə görə qorxur...
Həsənzadə isə, bunu başa düşür.
Əlbəttə, gənc aktrisa bu fıkrini belə rəvan yox, çəkinə-çəkinə, qırıq cümlələrlə bildirdi. Ancaq
onun hadisənin təhtəlşüur mənasını düzgün hiss eləməsi, doğrusu, mənim çox xoşuma gəldi.
Gənc Amalya ilə mənim bir-birimizi beləcə dəqiqliklə başa düşməyimiz sonrakı pyeslərimdə də
özünü göstərdi. 0 mənim bir cümlə ilə də müəyyən psixoloji situasiyada nə demək istədiyimi
dərhal başa düşürdü.
Əlbəttə, Amalyanı bir aktrisa kimi Tofıq kəşf eləmişdi. Bu, onun sənətkarlıq zövqünün yeni bir
təzahürü idi və Amalyanın sonrakı lirik-psixoloji rolların ifasındakı müvəffəqiyyətlərində də, bir
sənətkar kimi yetişməyində də Tofıqin əməyi böyükdür.
Tofıq yalnız Nargilə, ya Həsənzadənin deyil, bütün personajların psixoloji detalları, çalarları
təbii ifadə etmələrinə çalışır və buna müvəffəq olurdu. Azərbaycan teatrının böyük
sənətkarlarından Əli Zeynalov da Həsənzadə rolu ilə teatrımıza tamam yeni bir surət gətirdi. Bu
surət öz ləyaqəti, təmkinli görkəmi ilə, ürəyindəki böyük dərdi və yüksək insani keyfıyyətlərilə
tamaşaçılara (elə mənim özümə də!) dərin təsir edirdi. Hamı onun gənc Nargiləyə göstərdiyi
alicənablıqdan mütəəssir olurdu. Onun yalqız həyatının yeganə təsəllisi insanlara xidməlində idi.
Əli Zeynalovun ifasında hamı inanırdı ki, on səkkiz yaşlı gənc Nargilə belə bir insanı sevə bilər...
Və Nargilə - Amalya Pənahova bu sevgini əvəzsiz bir təbiiliklə ifa edirdi. Onun iztirabları,
Həsənzadədən ayrıldığı səhnə zalı sarsıdırdı (Tofıq hər dəfə «Sən həmişə mənimləsən»
tamaşasında lojaya çıxıb onun fınalına baxaraq, gözləri yaşarmış halda qayıdırdı).
Mən ümid edirəm ki, oxucu bu sözlərimdə qeyri-təvazökarlıq görməyəcək. Söhbət tamaşadan,
bizim gözəl sənətkarlarımızdan gedir və mən bütün bunları yalnız həqiqət naminə yazıram.
Nəhayət, tamaşa hazır oldu. Böyük müvəffəqiyyət qazandı. Amalya birdən-birə bütün
respublikada məşhurlaşdı, şöhrət sahibi o-du. Hətta rayonlardan da «Sən həmişə mənimləsən»in
tamaşasına gəlirdilər. Doğrusu, mən hər dəfə axşam tamaşaya gələndə adamların teatrın
bayırında əldən bilet axtardıqlarını görəndə mütəəssir olurdum. Bu mənə Nargilə təmizliyinin,
saflığının, məsumluğunun, Həsənzadə alicənablığının bir təntənəsi kimi təsir edirdi. Öz-özümə
fıkirləşirdim ki, bu dünyada insani hisslərin təntənəsi kimi də yüksək bəşəri bir qələbə varmı?!
Yaxşı yadımdadı, Bakıya gəlmiş SSRİ xalq artisti M.Tsaryov gənc Amalyanın oyununa heyran
olmuşdu. Məşhur teatrşünas A.Anastasev də onun haqqında eyni heyranlıqla danışırdı...
Və bütün bunlardan öndə isə, əlbəttə, Tofıq istedadının yeni və parlaq təzahürü dayanırdı.
... «Sən həmişə mənimləsən»dən sonra Tofiq mənim «Unuda bilmirəm» pyesimin quruluşuna
başladı. Bu da lirik-psixoloji planla yazılmış bir əsər idi. Əsas rollarda Həsənağa Turabov,
Amalya Pənahova, Məmmədrza Şeyxzamanov, Hamlet Qurbanov, Sofya Bəsirzadə, Muxtar
Avşarov oynayırdılar.
Həsənağa Turabov Tofıqin çox ümid bağladığı gənc və istedadlı artist idi. Onun səsini, danışıq
tərzini, rolun mahiyyətinə nüfuz etmək bacarığını, aktyor kimi ağayana təmkinini Tofıq çox
qiymətləndirirdi. «Unuda bilmirəm»də baş rolları - Kamranı Həsənağa Turabov, Nərmini isə
Amalya oynayırdı.
Əsərlərlə tanış olandan sonra, Tofıqi, birinci növbədə, pyeslərin finalı maraqlandırırdı. Əgər,
final mütəəssir etməsəydi, sarsıtmasaydı, əsər onu açmırdı. Elə bil ki, fınaldan başlayıb geri
qayıdırdı. Lakin, bununla belə, o, finalın möhkəm düşünülmüş məntiqi nəticə kimi meydana
çıxmalı olduğunu da unutmurdu. Onun üçün mühüm məsələ personajın daxilindəki konfliktin,
yuxarıda dediyim kimi, əlbəyaxa olan hisslərin səhnədə düzgün təbii təzahürü idi. Konyunktura
xatirinə yazılan, mövzu dalında gizlənən «əsərlər»dən zəhləsi gedirdi. Belə pyesləri oxumaq
üçün ona verəndə hirslənib qışqırırdı:
- Ay canım, - deyirdi, - belə əhvalatlar üçün qəzetlər, jumallar var... Axı, niyə qoymursunuz bu
yazıq teatr sənətlə məşğul olsun!
Onun vaxtında belə «əsərlər», doğrudan da, səhnə üzü görmürdü. 0, dünya dramaturgiyasına,
teatr sənətinə yaxşı bələd idi. Tenessi, Uilyams, Artur Miller kimi müasir dramaturqları,
Şekspiri, Şilleri, Bernard Şounu çox sevirdi. Amma, məsələn, Bertold Brexti sevmirdi. Məlum
olduğu kimi, Brextin pyeslərinin çoxunun süjeti başqa müəlliflərdən götürülmüşdür. O isə, belə
şeyi xoşlamırdı.
- Gərək, - deyirdi, - hər bir səhnə əsərinin süjeti müəllifin öz qəlbinin dərinliklərindən, məhz
özünün həyatdan aldığı təsirdən, öz sarsıntılarından doğsun. Bəlkə də, buna görədir ki, mən,
Brextin pyeslərində, sənətkarcasına yazılmış olsalar da, nə isə, bir soyuqluq hiss edirəm. Bizim
xalqımız cəsur olduğu qədər də emosionaldır. Ürəyi yumşaqdır. O, səhnədə soyuq mühakiməni
sevmir, uzun-uzadı söhbətlərə qulaq asmağa hövsələsi çatmır. Qızğın ehtiraslar, coşğun
konfüktlər, temperament, dinamika istəyir!.. Bu nöqteyi-nəzərdən Şekspirin, Şounun,
müasirlərdən Uilyamsın, Millerin dramaturgiyası bizim tamaşaçıların zövqünə daha uyğundur.
- Bəs Çexov?
- Çexovun dramaturgiyasını mən də çox sevirəm, onun dramaturgiyası çəmənliyə axan sakit,
şəffaf bulaq suyuna bənzəyir. Elə bil ki, adamın xəyalını da özü ilə çəkib hara isə aparır...
O bir qədər susub əlavə edərdi:
- Ancaq bizim tamaşaçını belə sakit lirizimlə çox məşğul eləmək olmur... Bizim tamaşaçı istəyir
ki, o ahəstə zümzümə ilə axan bulaq birdən-birə, harda isə, dəhşətli bir uçuruma rast gəlib,
gurultulu şəlaləyə çevrilsin! Dağı-daşı uçurub dağıtsın. Burda da təəccüblü bir şey yoxdur. Hər
xalqın öz xarakteri, öz ruhi-emosional tələbi var.
Tonqin fıkirlərində, bəlkə də, mübahisəli nöqtələr var. Lakin mən bütün bunları olduğu kimi
oxucuya çatdırmaq istəyirəm və elə bilirəm ki, bu fıkirlər bir sənətkar kimi onu daha yaxşı başa
düşməyə kömək edər.
«Unuda bilmirəm»in tamaşası Tofıqin yeni yaradıcılıq qələbəsi oldu. Bu tamaşa da «Sən həmişə
mənimləsən» kimi müvəffəqiyyətlə gedirdi. Teatra tamaşaçıların yeni axını başlamışdı (sonralar
«Unuda bilmirəm» 450 dəfədən çox tamaşaya qoyuldu).
Tamaşada Həsənağa Turabovun, Amalya Pənahovanın yeni yaradıcılıq imkanları, istedadlarının
yeni-yeni çalarları üzə çıxırdı. Heç şübhəsiz, bu aktyorların istedadlarının beləcə parlaq təzahürü,
birinci növbədə, Tofıqin xidməti idi. «Unuda bilmirəm»in ilk tamaşasından bir neçə gün sonra
gecə biz Tofıqlə dəniz qırağına çıxmışdıq. Gəzə-gəzə gedib sahildəki balaca çayxanada oturduq.
Bu çayxana gecə saat üçə-dordə qədər açıq olurdu. Hərdən biz də gecələr Tofıqlə orda - açıq
havada oturub çay içə-içə söhbət edərdik.
Bu dəfə o, papiros yandırıb dedi:
- Akademik teatrda bu yeni lirik-psixoloji mərhələnin inkişafında gərək qoymayaq ki, ara
kəsilsin.
Sonra zarafatla əlavə elədi:
- Səndən hərəkət, məndən bərəkət...
Və mən fıkrimdə dolanan «Məhv olmuş gündəliklər» pyesinin süjetini elə həmin gecə ona
danışdım. Əhvalat Tofıqi götürdü:
- Ancaq, - dedi, - Ədalətin mənfı hərəkətlərini çox açıb töksən, pyes sənin stilindən çıxar.
Mən dedim:
- Yox... Onun haqqındakı şübhələr gərək eyhamlarla, dolayı, sözaltı mənalarla meydana çıxsın.
- Elədir... Amma Anjeli indidən görürəm, qiyamət olacaq. Həmişə xoş həyəcanlı vaxtlarında
olduğu kimi, uzun, qəribə müştüklərindən birinə papiros qoyub yandırdı və bir-iki nəfəs alandan
sonra:
- Gəlsənə, - dedi, - adama bir qədəh konyak meyl eləyək.
Dedim:
- Eləyək...
Mən artıq yazmışam ki, pyeslərimin ilk işığı fıkrimə həmişə hansı mahnıyla, muğamlasa daxil
olmuşdur. «Sən həmişə mənimləsən»də «Qaragilə» mahnısı, «Mahnı dağlarda qaldı»da «Aman
ovçu, vurma məni» mahmsı... və sairə...
«Məhv olmuş gündəliklər» pyesi mənim fıkrimə «Pəncərədən daş gəlir...» mahnısıyla daxil
olmuşdu və mən xəyalən üç-dörd oğlanın o mahnını gənc, gözəl bir qızın evinin yanında
oxuduqlarını elə hey eşidirdim. Oğlanlardan biri o qızı sevirdi... (Sonra rol bölgüsü zamanı Tofıq
həmin qızın rolunu on doqquz-iyirmi yaşlı Vəfa Fətullayevaya, oğlanın rolunu isə, gənc
Səməndər Rzayevə vermişdi. Bu gün bu iki istedadlı, unudulmaz sənətkarlar həyatda yoxdur.
Gozəl, mehriban Vəfa da, məğrur, ağayana Səməndər də nakam getdüər. Həyatdan da nakam
getdilər, sənətdən də. İndi bu sətirləri yazarkən onların o əbədi gedişi məni yenə də ağrıdır,
sarsıdır...)
Tofıqin təkidi ilə mən «Məhv olmuş gündəliklər»i iyirmi beş günə qurtarıb teatra təqdim etdim.
... «Məhv olmuş gündəliklər»də Tofıq, Vəfa ilə Səməndərdən başqa Şəfiqə Məmmədova, Fuad
Poladov kimi gənc artistlərə də mühüm rollar vermişdi və bu istedadlı gənclərin hamısı, əslində,
Tofiqin kəşfı idi. Onlar birinci dəfəydi ki, elə mühüm rollar ifa edirdilər.
Şəfıqənin yaratdığı Anjel Akademik teatrın güclü qadın surətlərindən olub, sonralar da uzun illər
yaddan çıxmırdı. Tofıqin yozumunda Şəfıqə bu obrazı böyük taktla, rəngarəng çalarlarla, yalnız
özünəməxsus təbii əlamətlərlə ifa edirdi. Mən indi o günləri xatırlayanda, bu çox istedadlı, güclü
aktrisanın səhnəni həmişəlik tərk eləyib getməsinə həm təəssüf eləyirəm, həm də təəccüb! Necə
oldu ki, o cür parlaq surətlər yaradan, tamaşaçıları heyran eləyən Şəfiqə Məmmədova birdən-birə
səhnədən uzaqlaşdı! Səhnəsiz yaşaya bildi! Onun müvəffəqiyyətləri təsadüfi, ötəri bir hadisə
deyildi. O müvəffəqiyyətlərin sirri onun qüvvətli istedadında idi.
Mən Tofıq haqqında yazdığım bu kiçik qeydlərdə, istər-istəməz, ayrı-ayrı artistlərdən də bəhs
edirəm və bu təbiidir. Ona görə ki, Tofıq yalnız öz-özlüyündə tamaşa qoymurdu, eyni zamanda,
Azərbaycan səhnəsi üçün sənətkarlar yetişdirirdi. Bu gün onun xidmətlərinin obyektiv mənzərəsi
bunu bir daha təsdiq edir.
Tofıq təbiətən şairanə və olduqca həssas bir şəxsiyyət idi.
İstər əsərdə, istərsə də aktyor oyununda psixoloji momentləri dərindən duyurdu və özü də
həyatda belə idi. Yalançı pafosdan, zahiri təmtəraqdan, tamaşaçıları güldürmək üçün yalançı
komizmdən bərk acığı gəlirdi və özü də həyatda belə idi. O, həqiqi sənət üçün yaranmış bir
istedad idi...
1988
Dostları ilə paylaş: |