Tofiq Köçərli Qarabağ: Yalan və Həqiqət



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə25/49
tarix17.11.2018
ölçüsü1 Mb.
#80118
1   ...   21   22   23   24   25   26   27   28   ...   49

Tofiq Köçərli 
- 72 - 
Qarabağ: Yalan və Həqiqət 
Federativ Respublikasının (ZDFR) yaranmasına gәtirib çıxartdı. (1918-ci ilin fevralında 
yaradılmış Zaqafqaziya Seymi (buraxılmış Rusiya Mәclisi-Müәssisina Zaqafqaziyadan 
seçilmiş deputatlardan ibarәt sәlahiyyәtli ümumzaqafqaziya orqanı) mart ayında 
Zaqafqaziyanın Rusiyadan ayrılmasını rәsmәn elan etmişdi). Lakin bu ümumzaqafqaziya 
respublikası gödәk ömürlü oldu. 1918-ci il mayın 26-da Gürcüstan Zaqafqaziya 
federasiyasından çıxmağını  vә istiqlalını elan etdi. İki gündәn sonra Tiflisdә bir neçә 
Azәrbaycan siyasi partiyalarının tәmsil olunduğu Azәrbaycan Milli Şurası Azәrbaycanın 
istiqlalını, Azәrbaycan Cümhuriyyәti vә ilk Azәrbaycan hökumәti tәşkil olunmasını elan 
etdi. Ermәnistan Milli Şurası da bu qaydada hәrәkәt etdi. (Zaqafqaziya Seyminin 
Müsәlman fraksiyası Azәrbaycan Milli Şurasına çevrilmişdi. O, Azәrbaycanda 
parlamentarizmin rüşeymi olmaqla parlament funksiyasını  hәyata keçirirdi). Hәmin 
günlәrdә ZDFR nümayәndә heyәti Batumda Türkiyә nümayәndә heyәti ilә danışıqlar 
aparırdı. ZDFR-in süqutu ilә  әlaqәdar, onun vahid nümayәndә heyәti dә  fәaliyyәtini 
dayandırdı. Azәrbaycan, Gürcüstan, Ermәnistan nümayәndә heyәtlәri ayrılıqda Türkiyә 
ilә Sülh vә dostluq haqqında müqavilә bağladılar. 
Azәrbaycan-Türkiyә müqavilәsini Azәrbaycan Cümhuriyyәti adından Milli Şura sәdri 
M.Ә.Rәsulzadә  vә Xarici işlәr naziri M.H.Hacınski imzaladılar. Bu müqavilәlәrlә Türkiyә 
Azәrbaycan, Gürcüstan vә Ermәnistanın müstәqilliyini tanıyan ilk dövlәt oldu. 
Gürcüstan vә Ermәnistan respublikalarının elan edilmәsindә, gürcülәrin vә 
ermәnilәrin hakimiyyәti “әlә keçirmәlәrindә” Türkiyәnin kömәyi nә  qәdәr olmuşdusa, 
Azәrbaycan Respublikasının elan edilmәsindә dә bir o qәdәr olmuşdu. Nә az, nә çox! 
İlk mәrhәlәdә Ermәnistan hökumәti Dağlıq Qarabağa münasibәtdә  hәlә müәyyәn 
diplomatik takt gözlәyir, mәkrli niyyәtlәrini hәlә tam açmırdı. Belә bir fakt mәlumdur: 
1918-ci ilin avqust ayında Ermәnistanın Tiflisdәki diplomatik nümayәndәsi Azәrbaycanın 
oradakı diplomatik nümayәndәsindәn  Şuşaya Ermәnistanın “xüsusi nümayәndә heyәti” 
göndәr-mәsinә razılıq vermәyi xahiş etmişdi. Bu rәsmi müraciәtә aşağıdakı rәsmi cavab 
verilmişdi: “Әgәr Azәrbaycan hökumәti  әmin olsa ki, nümayәndә heyәti Azәrbaycan 
mәnafelәri, onun sәrhәdlәri hüdudlarında mövcud olan qanunların vә qaydaların әksinә 
işlәmәyәcәk vә nümayәndә heyәti Azәrbaycan hökumәtinin müşahidәsi altında fәaliyyәt 


Tofiq Köçərli 
- 73 - 
Qarabağ: Yalan və Həqiqət 
göstәrәcәk”, Ermәnistan xüsusi nümayәndә heyәtinin  Şuşaya getmәsinә icazә 
verilәcәkdir. 
Dağlıq Qarabağa “xüsusi nümayәndә heyәti” göndәrilmәsi mәsәlәsinin nәticә etibarı 
ilә necә  hәll olması  mәnә  mәlum deyil. Düzü, bu, o qәdәr  әhәmiyyәt dә  kәsb etmir. 
Әhәmiyyәtli vә diqqәti cәlb etmәli cәhәt odur ki, Ermәnistan hökumәti Azәrbaycan 
hökumәtindәn  Şuşaya “xüsusi nümayәndә heyәti” göndәrmәyә icazә istәmәklә, faktiki 
olaraq Dağlıq Qarabağın Azәrbaycana mәnsubiyyәtini etiraf edirdi. 
Әgәr Dağlıq Qarabağ Ermәnistanın idisә, nә üçün Ermәnistan hökumәti oraya xüsusi 
nümayәndә heyәti göndәrmәk üçün Azәrbaycan hökumәtindәn icazә istәyirdi? 
Dövlәtlәr tarixindә, dövlәtlәr tәcrübәsindә elә bir hal olubmu ki, hansısa bir dövlәt 
özünün hansısa  şәhәrinә, hansısa  әyalәtinә nümayәndә göndәrmәk üçün başqa bir 
dövlәtdәn icazә istәmiş olsun? 
Belә  vә bu kimi addımlarla Ermәnistan hökumәti ilk növbәdә Dağlıq Qarabağa 
“mübahisәli  әrazi” statusu verilmәsinә nail olmaq vә belәliklә  hәmin amildәn 
Azәrbaycanla münasibәtlәrdә, strateji planlarının hәyata keçirilmәsindә istifadә etmәk 
istәyirdi. Azәrbaycan Cümhuriyyәtinin fövqәladә elçisi Ә.M.Topçubaşov İstanbulda ingilis 
polkovniki Tampla ilә söhbәtdә (19 noyabr 1918-ci il) demişdi: “Ermәnistan hökumәtinin 
nümayәndәlәri bizә  dәfәlәrlә bildiriblәr gi, әgәr onlara Qara dәniz sahilindә liman 
verilsә, özlәrinin Qarabağa iddialarından könüllü imtina edәrlәr; onlar әhali mübadilәsi 
ilә dә kifayәtlәnәrdilәr, zira nәzәrә almamaq olmaz ki, İrәvan quberniyasında 200 min 
müsәlman var”.
210
 
Tәdriclә Ermәnistan Dağlıq Qarabağı zor-la Azәrbaycandan ayırmağa girişdi. General 
Andranikin silahlı  dәstәlәri Dağlıq Qarabağa yeridildi. Azәrbaycan deyil, mәhz 
Ermәnistan Dağlıq Qarabağ problemini hәrbi yolla hәll etmәyә girişdi, c. Lenski! Bununla 
әlaqәdar Azәrbaycan hökumәti avqustun 15-dә Ermәnistan hökumәtinә  qәti etiraz 
bildirdi. Ermәnistan cavab vermәkdә  lәngimәdi.  İki gündәn sonra, avqustun 17-dә 
Ermәnistanın Tiflisdәki diplomatik nümayәndәsi rәsmi bәyan etdi ki, “hәm general 
Andranik, hәm dә onun bütün dәstәsi xüsusi ermәni korpusunun әmri ilә artıq çoxdan 
ermәni qoşunlarının tәrkibindәn vә siyahısından çıxarılmışdır, bundan sonra onlar 
Ermәnistan hökumәtini, onun vәzifәli  şәxslәrini tanımaqdan vә onlara tabe olmaqdan 


Tofiq Köçərli 
- 74 - 
Qarabağ: Yalan və Həqiqət 
imtina ediblәr. Belәliklә, general Andranikin vә onun dәstәsinin ermәni milli qoşunlarına 
vә orqanlarına heç bir aidiyyәti yoxdur vә Ermәnistan hökumәti mәsuliyyәtsiz fәaliyyәtә 
cavab verә bilmәz”.
211
 
Belә de! Ermәnistan hökumәtinin Andraniklә, onun “mәsuliyyәtsiz fәaliyyәti” ilә heç 
bir  әlaqәsi yox imiş! Bircә onu deyәk ki, Andranik min nәfәr süvari dәstәsi ilә 
Zәngәzurdan  İrәvana qayıdanda, “hökumәt (Ermәnistan hökumәti - T.K.) Andranikә 
lәyaqәtli  әsgәri ehtiram göstәrmәk üçün Dronu Andraniki qarşılamağa göndәrmişdi”. 
Bunu İrәvanda çıxan qәzetlәrdәn biri 1919-cu il aprelin 27-dә yazmışdı. Bir vacib cәhәti 
dә qeyd edәk. Ermәnistan Azәrbaycanın Andraniklә  әlaqәdar tәlәbinә heç bir etiraz 
bildirmәmişdi.  Әgәr Qarabağ  vә  Zәngәzur Ermәnistanın olmuş olsaydı, Ermәnistan 
şәksiz car çәkәrdi vә  mәntiqә görә car çәkmәli idi ki, bu yerlәr Ermәnistan  әrazisidir, 
Qarabağ  vә  Zәngәzurda Andranikin hәrәkәtlәrinin Azәrbaycana nә  dәxli var, öz daxili 
işimizdir vә özümüz bilәrik; Ermәnistanın daxili işlәrinә qarışmayın! 
Hәlә Ermәnistan Qarabağ  vә  Zәngәzura açıq iddia etmirdi. Ermәnistan vaxt 
qazanmaq, Ermәnistan hökumәtinә guya “tabe olmayan” Andranikin әli ilә Dağlıq 
Qarabağı  vә  Zәngәzuru işğal edib Azәrbaycanı baş vermiş fakt qarşısında qoymaq 
istәyirdi. 
Andranikin Azәrbaycan hüdudlarına bas-qını Azәrbaycan Cümhuriyyәtinin olduqca 
ağır günlәrindә baş vermişdi. Azәrbaycanın paytaxtı Bakı şәhәri hәlә düşmәn әlindә idi. 
Azәrbaycan Cümhuriyyәti hökumәtinin vәzifәlәr vәzifәsi paytaxtı azad etmәk idi. Bu 
mәsәlә, M.Ә.Rәsulzadәnin Azәrbaycan hökumәti adından avqustun 27-dә  İstanbuldakı 
Almaniya sәfirliyinә göndәrdiyi notada deyildiyi kimi, “Azәrbaycan üçün yalnızca tövsii-
әrazi mәsәlәsi tәşkil etmәyib bir hәyat vә mәmat (ölüm - T.K.) şәklini iqtisab” etmişdi.
212
 
M.Ә.Rәsulzadә sentyabrın 6-da İstanbuldan Gәncәyә teleqram göndәrәrәk Azәrbaycan 
hökumәtini xәbәrdar edirdi: “Bakı alınmasa, hәr şey bitdi. Әlvida, Azәrbaycan”.
213
 
Nәhayәt, Azәrbaycan hökumәtinin rәsmi müraciәti ilә Azәrbaycana gәlәn türk 
qoşunları milli qoşun hissәlәri ilә birlikdә türk sәrkәrdәsi Nuru paşanın ümumi 
komandanlığı altında sentyabrın 15-dә Bakını yad qüvvәlәrdәn azad etdilәr. Türk 
sәrkәrdәsi Mursәl bәyin (sonralar Bakı yürüşünün  şәrәfinә özünә “Baku” familiyasını 
götürmüşdü) demәsinә görә. onun komandanlığı altında olan azәrbaycanlılardan ibarәt 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə