Tofiq Köçərli Qarabağ: Yalan və Həqiqət



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə32/49
tarix17.11.2018
ölçüsü1 Mb.
#80118
1   ...   28   29   30   31   32   33   34   35   ...   49

Tofiq Köçərli 
- 93 - 
Qarabağ: Yalan və Həqiqət 
Çiçerin Naxçıvandan imtina etmәk  şәrtilә Dağlıq Qarabağ  vә  Zәngәzurun “dәrhal vә 
danışıqsız Azәrbaycanla birlәşdirilmәsi” haqqında Orconikidzenin tәklifinә  dә etinasız 
yanaşmışdır. Ola bilsin, Nәrimanovla Çiçerin şәxsi münasibәtlәrindәki gәrginlik vә 
habelә, RSFSR Xarici İşlәr Komissarı müavini Qaraxanın (Qaraxanyan) öz komissarı 
Çiçerinә tәsiri Çiçerindә Azәrbaycana mәnfi münasibәt formalaşdırmışdı. 
Leninә mәktubda Çiçerin hәr şeydәn әvvәl Naxçıvan әtrafında türk hәrbi hissәlәrinin 
peyda olması barәdә Mdivanidәn teleqram aldığını  vә guya “türklәrin Azәrbaycan 
istiqamәtindә hәrәkәt etmәlәrini” mәlumat verirdi. 
Fәrz edәk ki, belә  dә olub. Bәs bu şәraitdә Sovet Rusiyası müttәfiqi Sovet 
Azәrbaycanına hansısa kömәyi, deyәk ki, artıq Azәrbaycanda, o cümlәdәn  Şuşada 
yerlәşmiş XI Qızıl Ordu hissәlәrini Zәngәzura, oradan da Naxçıvana yeritmәyi vә belәliklә 
hәm Zәngәzuru daşnaklardan azad etmәyi vә  hәm dә türklәrin “Azәrbaycan 
istiqamәtindә hәrәkәtini”. dayandırmağı tәklif edirdimi? 
Etmirdi. 
Çiçerin Nәrimanova qara yaxaraq yazırdı ki, Nәrimanov rus hissәlәrinin Qarabağı, 
Zәngәzuru, Naxçıvanı tutub “Azәrbaycana Hәdiyyә etmәsini istәyir. Nәrimanov mәhz bu 
kombinasiyanı  nәzәrdә tutur... Bu kombinasiyanı Rusiya hissәlәrinin  әli ilә etmәk  әsla 
yolverilmәzdir”. 
Bәlkә Çiçerin bu işi Azәrbaycan SSR әsgәrlәrinin öz әli ilә görmәk tәrәfdarıymış? 
Әsla yox. Әksinә, Çiçerin Leninә yazırdı ki, Zәngәzuru, Naxçıvanı tutmaq üçün 
ermәnilәrә qarşı Azәrbaycan әsgәrlәrinin göndәrilmәsi “Qәti yolverilmәzdir vә әn böyük 
cinayәt olardı” Nә üçün? Ona görә ki, “hәmin vilayәtlәrә cәnubdan türklәr hücum edirlәr 
vә Azәrbaycan müsәlman hissәlәri oraya göndәrilәrsә, dәrhal türklәrә әl uzadarlar”. 
Bәs Çiçerin nә istәyirdi, onun әsas tezisi nә idi? 
“Azәrbaycan hәmişә Ermәnistana mәnsub olan vә faktiki surәtdә Ermәnistan 
respublikasının  әlindә olan okruqlara iddia etmәk fikrinә düşüb. Azәrbaycan hökumәti 
Qarabağa, Zәngәzura vә Naxçıvan, Ordubad, Culfa ilә birlikdә Şәrur-Dәrәlәyәz qәzasına 
iddia edir”. 
Sadalanan rayonların “daim Ermәnistana mәnsub olması” haqqında fikir tarixi 
faktları bilmәmәk nәticәsindәnmi yaranmışdı? Hәtta belәdirsә dә, bu, RSFSR Xalq Xarici 


Tofiq Köçərli 
- 94 - 
Qarabağ: Yalan və Həqiqət 
İşlәr Komissarına  şәrәf gәtirmir. Tutduğu vәzifәyә görә  vә qaldırdığı  mәsәlәnin 
kәskinliyinә görә Çiçerin heç olmasa yaxın keçmişin faktların-dan, deyәk ki, 
Azәrbaycanın Qarabağ vә Naxçıvan xanlıqlarının mövcud olması vә bu xanlıqların mәhz 
müsәlman xanlıqları kimi Rusiya hakimiyyәtini qәbul etmәlәri faktlarından xәbәrdar 
olmalıydı. O, mәsәlәn, xәbәrdar olmalıydı ki, Rusiya imperatoru mәhz “Şuşalı  vә 
Qarabağlı  İbrahim xanın... vә onun varislәrinin ölkәsinin bütövlüyünü saxlamağa öz 
imperator zәmanәtini” vermişdi. 
Deyilәn yerlәrin “hәmişә Ermәnistana mәnsub olması” haqqında fikir Çiçerinә 
kәnardan, ola bilsin, müavini Qaraxan tәrәfindәn tәlqin edilibmiş. 
Mәktub yazılan zaman hәmin yerlәrin kimin Әlindә olması haqqında mәsәlәdә 
bolşevik Çiçerin kimә etibar etmişdi: “Naxçıvan bir neçә aydır üsyançıların-
müsәlmanların  әlindәdir”, Qarabağ  vә  Zәngәzur “özlәrini Azәrbaycan Sovet 
Respublikasının tәrkib hissәsi sayırlar” deyәn bolşevik Orconikidzeyәmi; Qarabağ  vә 
Zәngәzur  şәksiz Azәrbaycan vilayәtlәridir”, “tamamilә müsәlmanlarla mәskunlaşmış 
Culfa vә Naxçıvan rayonları bir ildәn artıqdır ki, yerli әhalinin gücü ilә daşnak 
hökumәtindәn qorunurlar” deyәn bolşevik Nәrimanovamı, yaxud daşnaklaramı? 
Sonunculara. 
Çiçerin RSFSR Xarici İşlәr Komissarı kimi bilmәmiş olmazdı ki, mәsәlәn, Naxçıvanda 
Araz Türk Cümhuriyyәti, sonra başda amerikan qubernatoru olmaqla Naxçıvan 
qubernatorluğu mövcud olmuş  vә Kaçaznunin dediyi kimi, Ermәnistan “Vedi Basar, 
Şәrur vә Naxçıvanda hәtta silah gücünә öz hakimiyyәtini qura bilmәmiş, mәğlub olmuş 
vә geri” çәkilmişdi”. Çiçerin Ermәnistan informasiya bürosunun 1919-cu il mart ayının 
sonunda yaydığı  vә elә o zaman rus dilli mәtbuatda dәrc olunan belә bir mәlumatı 
bilmәmiş olmazdı ki, müttәfiq qoşunların komandanı general r Tomson Yerevanda 
olarkәn, Ermәnistan hökumәti ondan acizanә xahiş etmişdi: y 
Şәrur vә Naxçıvanın müsәlman  әhalisi mәcbur edilsin ki, ermәni qaçqınlarını 
danışıqsız öz kәndlәrinә qayıtmağa qoysun. 
Әgәr Naxçıvan Çiçerinin dediyi kimi, “faktiki surәtdә Ermәnistanın  әlindә” isә, nә 
üçün Ermәnistan hәmin xahişlә Tomsona müraciәt edirdi? Hәqiqәt baş nazir 
Kaçaznuninin dediyindә idi: Ermәnistan “Şәrur vә Naxçıvanda hәtta silah gücünә öz 


Tofiq Köçərli 
- 95 - 
Qarabağ: Yalan və Həqiqət 
hakimiyyәtini qura bilmәmişdi”. Yaxud Çiçerin komissar kimi bilmәmiş olmazdı ki, 
mәsәlәn, 1919-cu ilin avqustunda Dağlıq Qarabağ ermәni qurultayı Azәrbaycan 
hakimiyyәtini qәbul etmәk; Dağlıq Qarabağı Azәrbaycan Respublikası hüdudlarında 
hesab etmәk barәdә saziş imzalamışdı. 
Yәqin deyilәn mәsәlәdә  dә Çiçerin Qara-xanın informasiyasının qurbanı  vә  әsiri 
olubmuş. 
Çiçerin Leninә bildirirdi ki, Ermәnistan nümayәndә heyәti “heç bir vәchlә Qarabağ 
okruqundan savayı Ermәnistan hakimiyyәti altında olan digәr yerlәrin Rusiya işğalına 
könüllü verilmәsinә razı deyildir”. 
Demәli, hәr şey Ermәnistan necә istәyirsә elә dә hәll olunmalı idi. Çiçerinin mәntiqi 
belә idi! 
Çiçerin tәklif edirdi ki, “Türkiyә  tәhlükәsi” ilә  әlaqәdar artıq tutulmuş  Şuşa vә 
Cәbrayıl rayonları ilә kifayәtlәnilsin vә “Ermәnistanın hәr hansı yeni hissәlәrinin, hәtta 
Onlar mübahisәli sayılırsa da, tutulmasından imtina edilsin”. 
Bu, Çiçerinin fikrincә, Ermәnistanla müqavilә bağlamağı “asanlaşdırardı”. Çiçerin 
hәmin müqavilәni “mümkün qәdәr tez bağlamağı” vacib sayırdı. Artıq Sovet hakimiyyәti 
Ermәnistanın da qapısını döyürdü. Türkiyәnin Moskvada elçisi Әli Fuad Paşanın 
yazdığına görә, o zamanlar Lenin özü Türkiyә nümayәndәlәri ilә söhbәtdә demişdi ki
“hәm Ermәnistanın, hәm dә Gürcüstanın çox yaxın bir zamanda istәdiyimiz bir şöklә 
girәcәyinә  şübhә yoxdur”, Söhbәtin nәdәn getdiyini anlamaq çәtin deyil. Çiçerin әla 
bilirdi ki, Azәrbaycandan sonra növbә Gürcüstanın vә Ermәnistanındır. Axı, Çiçerin özü 
Azәrbaycan, Gürcüstan vә i.a. milli hakimiyyәtlәrini zorla devirib, burada Sovet 
Hakimiyyәti qurmaq planının әsas müәlliflәrindәn biri idi. Belә olduğu halda bәs nә üçün 
Çiçerin Ermәnistanla müqavilә bağlamağı sürәtlәndirirdi? 
Mәlum deyil. Bәlkә ermәnipәrәst Çiçerin Azәrbaycanın zәrәrinә  vә Azәrbaycan 
әrazisini Ermәnistana güzәştә getmәklә Ermәnistan-Azәrbaycan  әrazilәrini vә 
sәrhәdlәrini müәyyәnlәşdirmәk vә belәliklә Azәrbaycanı baş vermiş fakt qarşısında 
qoymaq vә gәlәcәk Sovet Ermәnistanını “mübahisәli әrazilәr”) problemindәn azad etmәk 
istәyirmiş? 
İstisna etmirәm.  


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə