Tofiq Köçərli Qarabağ: Yalan və Həqiqət



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə33/49
tarix17.11.2018
ölçüsü1 Mb.
#80118
1   ...   29   30   31   32   33   34   35   36   ...   49

Tofiq Köçərli 
- 96 - 
Qarabağ: Yalan və Həqiqət 
İyulun 7-dә RK (b)P MK siyasi bürosu Çiçerinin tәklifi üzrә Qafqaz cәbhәsi hәrbi-
inqilabi  Şurasına tәlimat” qәbul etdi. Nәrimanova, habelә RSFSR-in Gürcüstanda, 
Ermәnistanda vә Türkiyәdә diplomatik nümayәndәlәri Kirova, Leqrana vә Eliavaya 
göndәrilәn hәmin sәnәddә deyilirdi: “Hәrbi vәziyyәtimiz rus hissәlәrinin Qarabağı, 
Zәngәzur qәzasını, Naxçıvanı, Culfanı,  Şәrur vә  Dәrәlәyәz qәzasını tutmasına imkan 
vermәdiyi üçün Rusiya hәrbi hakimiyyәtlәri Ermәnistanla Azәrbaycan arasında o 
mübahisәli yerlәri tutmaqla kifayәtlәnmәlidirlәr ki, o yerlәr, yәni Şuşa vә Cәbrayıl artıq 
tutulmuşdur... Hәmin yerlәrdә heç bir Azәrbaycan vә Ermәnistan hakimiyyәti 
olmamalıdır” (artıq Cәbrayıl da “mübahisәli әrazi” elan edilibmiş!) 
Çiçerinin Leninә  mәktubu vә “tәlimat” Azәrbaycanın suveren hüquqlarını kobud 
şәkildә pozurdu. Görünür, hәmin sәnәdlәrlә  әlaqәdar Nәrimanov teleqrafla Lenindәn 
hәyәcanla soruşmuşdu (teleqramı akademik C.Quliyev aşkar edib): “... bilmәk istәyirәm, 
mәrkәz bizә, müsәlmanlara necә yanaşır vә mәrkәz necә belә mühüm mәsәlәlәri bizsiz 
hәll etmişdir... Ermәnistanın vә Gürcüstanın müstәqilliyini tanıyan (Rusiya), 
Azәrbaycanda Sovet hakimiyyәti qurulanadәk mübahisәsiz olan vilayәti indi mübahisәli 
hesab edir. Çiçerin yoldaş Mәrkәzin> siyasәtinә tabe olmaq haqqında danışır, lakin eyni 
zamanda Mәrkәz nәzәrә alırmı ki, hәmin Mәrkәz bizi şirma olmağa vadar edir?”. 
İyulun 10-da Azәrbaycan K(b)P MK bürosunun RSFSR-in Ermәnistandakı 
nümayәndәsi Leqranın iştirakı ilә iclası oldu. “Qarabağdan mәruzә” dinlәnildi. Mәruzәdә 
deyilirdi: “Daşnakların  әsas dayağı türkiyәli ermәni qaçqınlarıdır. Dro öz dәstәsi ilә 
Qarabağdan Zәngәzura qaçmışdır... (Qarabağ) ermәni kәndlisi Ermәnistanın tәrkibinә 
daxil olmaq istәmir... Hazırda mәrkәzin irәli sürdüyü mәsәlә anlaşılmaz işdir... Birinci 
növbәdә qaçqınlar mәsәlәsini hәll etmәk lazımdır, çünki ermәni qaçqınlar Ermәnistana 
qayıtmağa razı deyillәr...”.
261
 
“Mәruzәnin  әsas - müddәaları “ qәbul edildi”. Büro protokolunda mәlumat bu qö-
dәrdir. 
İyulun 10-da Nәrimanov, RK(b)P MK Qafqaz bürosunun üzvü Mdivani, Azәrbaycan 
K(b)P MK üzvlәri Mikoyan, Naneyşvili, XI Qızıl Ordu HİŞ üzvlәri Vesnik, Levandovski vә 
Mixailov RK (b)P MK-nә “Zәngәzur vә Qarabağ  mәsәlәsinә dair vahid fikir” bildirdilәr. 
Teleqramdan aydın olur ki, RSFSR-in Ermәnistanla apardığı danışıqlarda “Zәngәzur vә 


Tofiq Köçərli 
- 97 - 
Qarabağ: Yalan və Həqiqət 
Qarabağ  mәsәlәsi” müzakirә olunurmuş. Azәrbaycanın tәmsil olunmadığı  hәmin 
danışıqlarda “Zәngәzur vә Qarabağın neytrallaşdırılması, yaxud daşnaklara verilmәsi” 
nәzәrdә tutulurmuş. Bununla da әlaqәdar aşağıdakı “vahid fikir” RK(b)P MK-ya çatdırıldı: 
1. Qarabağ müsavat hökumәti dövründә bütünlüklә Azәrbaycan tәrkibindә 
olmuşdur”. Xatırladılmışdı ki, hәlә o zaman 1919-cu ilin avqustunda, Qarabağ 
ermәnilәrinin kәndli qurultayı Dağlıq Qarabağı Azәrbaycan hüdudlarında hesab etmişdi. 
2. “Qarabağ vә onun dağlıq hissәsi... ket-gedә sovet qurulucuğunun dayağı olurlar”. 
3. “Zәngәzurun şimal hissәsindә, cәngavәr Kürdüstanda әhalinin yarısı öz tәşәbbüsü 
ilә sovetlәrdә birlәşmişdir. Orada olmuş diviziya komissarı  mәlumat verir ki, kürdlәr 
Sovet hakimiyyәtinin bütün şәrtlәri vә әmrlәri ilә. razıdırlar” (Belә bir arxiv sәnәdi var: 
1920-ci il iyunun 25-dә XI Qızıl Ordu 32-ci diviziyasının kәşfiyyat rәisi mәlumat vermişdi 
ki, zәngәzurlular “atletik qәddi-qamәtli, davamlı,  әla atıcı, at sürәn adamlardır, 
vaxtlarının çoxunu ermәnilәrә qarşı basqınlarda vә müharibәlәrdә keçirirlәr”. Ermәnistan 
“Zәngәzurda kürdlәrin güclü müqavimәtinә rast gәlib. Buraya göndәrilәn  әn yaxşı 
ermәni dәstәlәri: Andranikin, Hamazapsın vә Dronun dәstәlәri böyük itkilәr veriblәr vә 
Ermәnistanın planı (kürdlәri Zәngәzurdan qovmaq planı -T.K.) baş tutmamışdır... Ararat 
hökumәti kürdlәrә qarşı fәallığını dayandırmağa mәcbur olmuşdur”) 
4. “Zәngәzur vә Qarabağın neytrallaşdırılması, yaxud daşnaklara verilmәsi... xәyanәt 
sayılacaqdır (“xәyanәt sayılacaqdır”! - T.K.) ... Keçmişә gözlәnilmәz dönüşü vә Sovet 
hakimiyyәtinin Azәrbaycanı әvvәlki sәrhәdlәri hüdudlarında saxlamağa qadir olmamasını 
müsәlman kütlәlәri satqınlıq, ermәnipәrәstlik, yaxud Sovet hakimiyyәtinin zәifliyi hesab 
edәcәklәr”, 
5. “Azәrbaycanın Qızıl Ordu himayәsindә olan vә ermәnilәrә vә gürcülәrә paylanan 
mәlәzә çevrilmәmәsi naminә, biz, Mәrkәzi Qarabağ vә Zәngәzur mәsәlәsindә tәrәddüd 
etmәkdәn saqındırırıq”.
262
 
Orconikidzenin hәr halda bu “vahid fikir”dәn xәbәri olardı. Lakin, o bunu nәzәrә 
almamış  vә Leqran ilә birlikdә (Leqran ilә birlikdә!) iyulun 14-dә Bakıdan Çiçerinә 
aşağıdakı  mәzmunda teleqram göndәrmişdi: “Mәsәlәni Azәrbaycanı qismәn tәmin edә 
bilәcәk belә bir qaydada hәll etmәyi zәruri sayırıq: Qarabağ tamamilә  vә danışıqsız 


Tofiq Köçərli 
- 98 - 
Qarabağ: Yalan və Həqiqət 
Azәrbaycana birlәşdirilir. Zәngәzur mübahisәli elan olunur. Qalan vilayәtlәr (Naxçıvan -
T.K.) Ermәnistanda qalır”.
263
 
Orconikidze “Azәrbaycanın bütün xarici vә daxili siyasәtinә  rәhbәrliyi” belә  hәyata 
keçirirdi! Azәrbaycan rәhbәrliyindәn xәbәrsiz nәyin Azәrbaycanı “qismәn tәmin 
edәcәyinә” tәminat verir, nәyi kimә verib vermәmәyi, nәyin mübahisәli elan olunmasını 
hәll edirdi. Diqqәti bir dә o cәlb edir ki, dünәn, sırağa gün “Zәngәzur dәrhal 
Azәrbaycana birlәşdirilmәlidir” deyәn  şәxs, bu gün Zәngәzuru “mübahisәli  әrazi” elan 
edir! Bilinmir, Orconikidze kimi tәmsil edir, Sovet Azәrbaycanınımı, yaxud burjua 
Ermәnistanınımı?1 
İyulun 15-dә MK bürosu Orconikidze vә Leqranın iştirakı  İlә “Ermәnistanla sülh 
haqqında mәsәlә” müzakirә edir. İclasın stenoqrafik yazısı yoxdur, Ona görә mәsәlәnin 
nә ilә  .әlaqәdar müzakirәyә qoyulması, iclas iştirakçılarının konkret mövqelәri, orada 
gedәn fikir mübadilәsi vә mübarizә haqqında qәti fikir söylәmәk imkan xaricindәdir. 
Yalnız büroda qәbul olunan qәrarı izah etmәklә kifayәtlәnmәli oluruq. 
Qәrarın tam mәtni belәdir: 
“1. Qarabağla Zәngәzur Azәrbaycana birlәşdirilmәlidir.  
2. Naxçıvandan vә başqalarından imtina etmәli, (hәmin yerlәrin) rus qoşunları 
tәrәfindәn işğal olunmasını tәklif etmәli. 
3. Hәlә Ermәnistanda vәziyyәt haqqında tam informasiya alanadәk, sülh 
imzalamamaq yolu Leqrana tәklif olunsun. 
4. Danışıqlar vaxtı bütün hәrbi  әmәliyyatları dayandırmaq Ermәnistana tәklif 
olunsun”.
264
 
Ehtimal etmәk olar ki, iclasda Orconikidze Zәngәzuru mübahisәli elan etmәk tö-
lәbindә israr edib. Lakin hәmin tәlәb qәbul olunmayıb. 
Ehtimal etmәk olar ki, Naxçıvandan imtina edilmәsi haqqında tәklifin müәllifi 
Orconikidze olmuşdur vә mәhz onun tәzyiqi ilә dә hәmin tәslimçi vә biabırçı bәnd qәbul 
edilmişdir. 
Onu da ehtimal etmәk olar ki, mәhz Nәrimanovun tәkidi ilә Naxçıvanın Sovet 
qoşunları tәrәfindәn tutulması haqqında qәrar qәbul edilib. 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə