Tofiq Köçərli Qarabağ: Yalan və Həqiqət



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə35/49
tarix17.11.2018
ölçüsü1 Mb.
#80118
1   ...   31   32   33   34   35   36   37   38   ...   49

Tofiq Köçərli 
- 102 - 
Qarabağ: Yalan və Həqiqət 
Belә  dә oldu, Ermәnistanda Sovet hakimiyyәti elan olunması münasibәtilә 
Azәrbaycan K(b) P MK-sı noyabrın 30-da qәrar qәbul etdi. Noyabrın 4-dә qәbul olunmuş 
qәrara zidd olaraq Zәngәzurun Ermәnistana verilmәsi elan edildi (Demәk lazımdır ki, bu 
qәrara baxmayaraq, Azәrbaycan hökumәti Zәngәzuru Azәrbaycan tәrkibindә saxlamağa 
çalışmışdı. Hәmin istiqamәtdә axırıncı  cәhdlәrdәn biri 1921-ci ilin mayında edilmişdi. 
Azәrbaycan MİK-si mayın 30-da Nәrimanovun iştirakı ilә “Zәngәzur qәzasında vәziyyәt 
haqqında” mәsәlә müzakirә edәrәk, qәrara almışdı: “Zәngәzur bandaları  lәğv 
olunanadәk Zәngәzur (Qubadlı) qәzası üçün Şuşada xüsusi inzibati tәsәrrüfat apparatı 
tәşkil olunsun, hәmin  әrazi bandalardan tәmizlәnәn kimi, dәrhal apparat Gorusda 
yerlәşdirilsin”.)
265
 
30 noyabr tarixli qәrarda Naxçıvan mәsәlәsinә  әsla toxunulmamışdı. Lakin hәmin 
qәrar  әsasında hazırlanıb dekabrın 1-dә  Nәrimanov tәrәfindәn elan edilәn Bәyan-
namәdә  Zәngәzurla yanaşı, “Naxçıvan qәzası  әrazisinin Sovet Ermәnistanının ayrılmaz 
hissәsi” olması bildirildi. 
Bu, Naxçıvan barәsindә Nәrimanovun mövqeyinә, yeritdiyi xәttә tamamilә zidd idi. 
Bәlkә Nәrimanovun bәyanatı qәzetdә dәrc olunanda (dekabrın 2-dә) sәhv buraxılıbmış? 
Hәmin halda Nәrimanov sәhvi tәkzib edәrdi. Bәlkә Orconikidze vә başqaları  әlavә bir 
qәrar qәbul edib Nәrimanovu Hәmin addımı atmağa vadar ediblәrmiş? İstisna etmirәm, 
Bәlkә Moskvadan kim isә, yaxud Orconikidze Nәrimanova deyibmiş ki, beynәlmilәlçilik 
naminә Naxçıvanı Ermәnistanınkı elan et, sabah Ermәnistan proletar beynәlmilәlçiliyi 
naminә Naxçıvanı Azәrbaycanınkı elan edәr? Demәk çәtindir. 
Hәr halda bir maraqlı fakt var. Nәrimanovun hәmin bәyanatının 27-ci günü, yәni 
dekabrın 27-dә Ermәnistan inqilab komitәsi dekret verir ki, “Sovet Azәrbaycanı tәntәnәli 
aktla (1 dekabr tarixli bәyanatla- T.K.) Azәrbaycan vә Ermәnistan arasında mübahisәlәri 
mәhv etmiş ... vә Naxçıvanı Sovet Ermәnistanının ayrılmaz hissәsi elan etmişdir. Lakin 
Ermәnistanın Sovet hakimiyyәti... öz gücünü yalnız xalqın, o cümlәdәn Naxçıvan әhalisi 
zәhmәtkeşlәrinin açıq ifadә olunmuş iradәsindә görür”. Ermәnistan inqilab komitәsi 
Naxçıvan әhalisinә tәklif edir ki, özü öz yolunu seçsin, bütün әmәkçi Sovet Ermәnistanı 
ilә Naxçıvan zәhmәtkeşlәri üçün arzu olunan qarşılıqlı  әlaqәlәr haqqında özünün aydın 
ifadә olunmuş mütәşәkkil rәyini bildirsin. 


Tofiq Köçərli 
- 103 - 
Qarabağ: Yalan və Həqiqət 
Azәrbaycan Elmlәr Akademiyasının müxbir üzvü Qaraş Mәdәtovun mәlumatına görә, 
1921-ci ilin әvvәllәrindә Naxçıvanda referendum keçirildi. Әhalinin 90 faizindәn çoxu 
Naxçıvanın Muxtar respublika statusunda Azәrbaycanın tәrkibindә qalmasına sәs verdi. 
Demәli, Ermәnistan hökumәtinin ra-zılığı  vә Naxçıvan  әhalisinin öz iradәsi ilә 
Naxçıvanın Azәrbaycan tәrkibindә qalması mәsәlәsi hәll edildi. 1921-c.i il martın 16-da 
Moskva RSFSR ilә Türkiyә arasında bağlanan müqavilә artıq baş vermiş faktı tәsdiq etdi. 
Rusiya vә Türkiyә Naxçıvanın Azәrbaycanın protektoratı altında muxtariyyәtә malik 
olmasını tәsbit etdilәr. 
Naxçıvanın bu statusu digәr bir beynәlxalq müqavilәdә  dә - Rusiya, Türkiyә, 
Azәrbaycan, Gürcüstan vә Ermәnistanın 1921-ci ilin oktyabrında imzaladıqları Qars 
müqavilәsindә tәsdiqlәndi vә tәsbitlәndi. 
Balayan yazır ki, Moskva müqavilәsi ilә guya “nәinki Türkiyә, hәm dә Rusiya 
Naxçıvan üzәrindә protektorat almışdır” O, Hәm dә ciddi bir әda ilә  әlavә edir: “ o 
zamanlardan Rusiyanın Naxçıvan üzәrindә protektoratı olmamışdır ... Moskvanın 
protektoratı haqqında artıq hamı unutmuşdur, o cümlәdәn Rusiyanın özündә 
unutmuşlar”. 
Belә de! Lakin müqavilәnin mәtni Balayanı ifşa edir: Hәmin müqavilә Naxçıvan 
üzәrindә protektoratı nә Türkiyәyә, nә dә Rusiyaya yox, mәhz Azәrbaycana vermişdir! 
Müqavilәnin hәmin maddәsi belәdir: “Müqavilә bağlayan tәrәflәr razıdırlar ki, Naxçıvan 
vilayәti, bu Müqavilәnin I (s) әlavәsindә göstәrilәn sәrhәdlәrdә Azәrbaycanın 
protektoratı altında muxtar әrazidir, bir şәrtlә ki, Azәrbaycan bu protektoratı üçüncü bir 
dövlәtә güzәştә getmәyәcәkdir”. 
Naxçıvan haqqında belә bir prinsipial razılığa gәlinmәsinә  Nәrimanovun tәsiri 
olmuşdumu? Şübhәsiz vә çox böyük. 
Doğrudur, Ermәnistan hökumәti Naxçıvan barәsindә yuxarıda göstәrilәn dekreti 
vermişdi vә bunun әsasında Naxçıvan әhalisi referendum yolu ilә Naxçıvanın Azәrbaycan 
tәrkibindә qalması haqqında öz, demәk olar, yekdil iradәsini ifadә etmişdi. Ancaq 
Nәrimanov Çiçerinlә  gәrgin münasibәtlәrini, Çiçerinin Azәrbaycanın  әrazi bütövlüyü 
mәsәlәsinә tendensiyalı  vә obyektiv olmayan münasibәtini yaxşı bilirdi. Ona görә 
Nәrimanov Naxçıvanın statusunun beynәlxalq tanınmasına vә birinci növbәdә Rusiyanın, 


Tofiq Köçərli 
- 104 - 
Qarabağ: Yalan və Həqiqət 
Türkiyәnin tanımasına çalışırdı. Rusiya ilә müqavilә imzalamağa gedәn Türkiyә 
nümayәndә heyәti yolüstü Bakıda dayanmış  vә  Nәrimanovla  әtraflı söhbәt etmişdi. 
Nәrimanov B.Şahtaxtinskini Türkiyә nümayәndә heyәti ilә birlikdә Moskvaya 
göndәrmişdi. Onunla Leninә xüsusi mәktub da göndәrmişdi. Mәktub çox kәskin 
mәktubdur. Orada mәsәlәn, Nәrimanov yazır: “Әziz Vladimir İliç, mәn dәhşәtli saatı 
qabaqcadan görürәm, ona görә sizdәn heç bir şeyi gizlәtmәmәyi zәruri sayıram. Mәnә 
inanırlar vә  hәr  şeyi deyirlәr: mәndә ucqar muxtar respublikalarda vәziyyәt vә bizә 
münasibәt barә-sindә  şifahi vә yazılı  mәruzәlәr var. Bütün mәruzәlәrdә Sovet 
Respublikasının müstәmlәkәçi siyasәti haqqında danışılır. 
Bütün bu respublikalarda yerli mәsul işçilәr ÇK vә Xüsusi şöbәnin agentlәri 
tәrәfindәn dәhşәtә salınır. (Kamenev Nәrimanovun mәktubunun üstündә yazmışdı: 
“Ucqarların  әhval-ruhiyyәsinin xarakterizә edil-mәsindә fikrimcә, Nәrimanov V» 
haqlıdır”. 
“Ermәni mәsәlәsi” ilә  әlaqәdar Nәrimanov yazmışdır: “Mәn sizi xәbәrdar et-
mәliyәm: Çiçerin yoldaş Şәrq mәsәlәsini dolaşıq salır, o ermәni mәsәlәsi ilә hәddindәn 
artıq maraqlanır vә ermәni mәsәlәsi üzündәn türklәrlә әlaqә kәsilsә, nә baş verәcәyini 
nәzәrә almır. Mәn qәti bildirirәm: Qafqazda (Dağıstan vә Gürcüstanda) yaranmış 
şәraitdә әgәr Azәrbaycanı saxlamaq istәyiriksә, biz necә olursa olsun türklәrlә möhkәm 
ittifaq bağlamalıyıq”. Lenin Stalinә tapşırmışdı ki, “MK-nın bütün üzvlәrini” Nәrimanovun 
mәktubu ilә tanış etsin. 
Fevralın 21-dә Leninә göndәrdiyi başqa bir mәktubda Nәrimanov bir daha qeyd 
edirdi ki, “Türkiyәnin nümayәndә heyәti ilә danışıqlarda ermәni mәsәlәsi rol 
oynamamalıdır”. 
RSFSR - Türkiyә müqavilәsi hazırlanıb imzalanarkәn, Nәrimanovun fikirlәri nәzәrә 
alınmışdı. Qәti demәk olar ki, hәm Naxçıvanın Azәrbaycan protektoratı altında muxtar 
әrazi statusu almasında, hәm dә  bu  statusun  beynәlxalq tanınmasında Nәrimanov 
hәlledici rol oynamışdır. 
Belәliklә, Ermәnistanın Naxçıvana yiyәlәnmәk cәhdi boşa çıxdı. 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə