Tofiq Köçərli Qarabağ: Yalan və Həqiqət



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə36/49
tarix17.11.2018
ölçüsü1 Mb.
#80118
1   ...   32   33   34   35   36   37   38   39   ...   49

Tofiq Köçərli 
- 105 - 
Qarabağ: Yalan və Həqiqət 
Dağlıq Qarabağ  mәsәlәsinә qayıdaq. AK(b)P MK tәşkilat bürosunun vә siyasi 
bürosunun noyabrın 30-da qәbul etdiyi qәrarda deyilirdi: “Qarabağın dağlıq hissәsinә öz 
müqәddәratını tәyin etmәk hüququ verilir”.
266
 
Bu prinsipial qәrar dekabrın 1-dә  Nәrimanovun elan etdiyi Bәyannamәdә  dә öz 
әksini tapdı. 
Bәyannamә ilk dәfә 1920-ci il dekabrın 2-dә, yәni elan edildiyi günün sәhәri Bakıda 
“Kommunist” qәzetindә (rus dilindә), dekabrın 3-dә isә “Бакинский Рабочий” qәzetindә 
dәrc olunmuşdur. Hәmin Bәyannamә Yerevanda da çap edilmişdir. Bәyannamә “Böyük 
Oktyabr sosialist inqilabı  vә Ermәnistanda Sovet hakimiyyәtinin qәlәbәsi” (sәnәdlәr 
mәcmuәsi, Yerevan, 1957) mәcmuәsinә daxil edilmişdir. Özü dә bu cür nәşrlәrә aid 
bütün tәlәblәrә  әmәl edilmәklә, yәni ixtisar edilmәdәn, üç nöqtәsiz vә Ermәnistan 
Mәrkәzi dövlәt arxivindә saxlanan Bәyannamәnin surәtinә istinadla vә Bәyannamәnin ilk 
dәfә Bakıda “Kommunist” qәzetinin 1920-ci il 2 dekabr tarixli 178-ci nömrәsindә işıq üzü 
görmәsi göstәrilmәklә çap olunmuşdur. 
Bir daha deyәk: Bәyannamәnin Yerevanda çap edilmiş  mәtnindә  dә açıq-aydın 
yazılmışdır: “Dağlıq Qarabağın  әmәkçi kәndlәrinә öz müqәddәratını tam tәyin etmәk 
hüququ verilir”. 
1988-ci ilәdәk ermәni müәlliflәri bunu inkar etmir vә heç bir şübhәyә almırdılar. 
Elә ki, Dağlıq Qarabağ hadisәlәri başlandı, ermәni müәlliflәri dәrhal bir ağızdan 
Azәrbaycanın 1 dekabr tarixli Bәyannamәsindә guya Dağlıq Qarabağın Ermәnistanın 
ayrılmaz hissәsi elan olunduğunu iddia etdilәr. 
Bu iddianı onlar dekabrın 1-dә Bәyannamә qәbul edilәn iclasda Orconikidzenin nitqi 
vә onun Moskvaya teleqramı ilә  әsaslandırırlar. Nitqdә Orconikidze sәhv olaraq 
Bәyannamә ilә Dağlıq Qarabağın Ermәnistanın . ayrılmaz hissәsi elan olunduğunu 
söylәmişdi.
267
 Bu sәhv onun Deninә  vә Stalinә göndәrdiyi teleqramda da (“Pravda”, 4 
dekabr 1920) tәkrar olunmuşdu. 
Lakin ilkin mәnbә - göstәrilәn Bәyannamәni elә o zaman Bakıda, sonra Yerevanda 
çap edilmiş  mәtni göstәrir ki, Orconikidzenin nitqindә  vә Moskvaya göndәrdiyi 
mәlumatda hәqiqәtәn sәhvә yol verilmişdir. 


Tofiq Köçərli 
- 106 - 
Qarabağ: Yalan və Həqiqət 
Bunu әsas sәnәd olan Bәyannamәnin mәtni ilә yanaşı başqa sәnәdlәr dә tәsdiq edir. 
Elә  Bәyannamә  qәbul edilәn gün, yәni dekabrın 1-dә Orconikidze bir başa  әlaqә ilә 
Nazaretyana bildirmişdi ki, bu gün Bakıda Sovetin tәntәnәli iclası oldu. Nәrimanov 
Azәrbaycan hökumәtinin bәyanatını oxudu. Orada göstәrilir ki, ““Dağlıq Qarabağ 
ermәnilәrinә öz müqәddәratını  tәyin etmәk hüququ verilir”.
268
 Orconikidze bunu geniş 
tәbliğ etmәyi Nazaretyandan xahiş etmişdi. Başqa bir fakt. 1921-ci il iyunun 27-dә 
Nәrimanov birbaşa  әlaqә ilә Tiflisdә olan xarici işlәr komissarı M.D.Hüseynova 
tapşırmışdı ki, Dağlıq Qarabağ barәdә Qafqaz bürosuna çatdırsın: “Әgәr onlar mәnim 
Bәyannamәmә (1 dekabr tarixli Bәyannamәdә -T.K.) istinad edirlәrsә, orada hәrfәn belә 
deyilmişdir: “Dağlıq Qarabağa öz müqәddәratını  tәyin etmәk hüququ verilir”
269
 Bir 
sәnәdә dә müraciәt edәk. Zaqafqaziya kommunist tәşkilatlarının I qurul-tayına (1922-ci 
il fevral ayı) Qafqaz ölkә komitәsinin siyasi mәruzәsindә deyilirdi ki, Dağlıq Qarabağ 
mәsәlәsinin “hәlli әhalinin öz ixtiyarına verilir”.
270
 
Tәkzib olunmaz faktlar belәdir. Lakin ermәni müәlliflәri qatığa qara deyәrәk ictimai 
rәy yaratmaq mәqsәdilә saxtakarlıqlarını davam etdirirlәr. Deyirlәr, bax, Azәrbaycan özü 
1920-ci ilin dekabrın 1-dә Dağlıq Qarabağı Ermәnistanın tәrkib hissәsi elan etmişdir, 
demәli, Dağlıq Qarabağ Ermәnistan tәrkibindә olmuşdur vә Ermәnistan әrazisidir! Digәr 
mәqsәd yalan üzәrindә yeni yalan uydurmaqdan ibarәtdir: guya “Azәrbaycan rәhbәrliyi 
Dağlıq Qarabağı Sovet Ermәnistanının ayrılmaz his-! sәsi hesab etmәk haqqında özünün 
qәrarını dәyişdirmәk mәsәlәsini RK(b)P MK Qafqaz bürosu qarşısında qaldırmışdır.” 
Biz gördük ki, Azәrbaycan Hökumәtinin 1 dekabr Bәyannamәsindә Dağlıq Qarabağ 
Ermәnistanın ayrılmaz hissәsi elan olunmamışdır. Bu barәdә Azәrbaycan hökumәtinin, 
yaxud Azәrbaycan K(b)P MK-nın heç bir ayrıca qәrarı da olmamışdır. Ona görә  dә 
Azәrbaycan rәhbәrliyi özünün mövcud olmayan qәrarı barәsindә Qafqaz bürosu 
qarşısında mәsәlә qaldıra bilmәzdi vә qaldırmamışdı. Dağlıq Qarabağ Azәrbaycan 
tәrkibindә idi, orada Azәrbaycan qanunları  işlәyirdi. Dağlıq Qarabağın hakimiyyәt vә 
partiya orqanları Bakıya  tabe  idi,  Bakıdan idarә olunurdu. Azәrbaycan nә üçün Dağlıq 
Qarabağın  әrazi mәnsubiyyәti haqqında mәsәlә qaldırmalıydı? Demәli, Azәrbaycan 
rәhbәrliyinin guya “öz qәrarını dәyişdirmәk” haqqında mәsәlә qaldırması barәdә iddia da 
ağ yalan vә uydurmadır. 


Tofiq Köçərli 
- 107 - 
Qarabağ: Yalan və Həqiqət 
Qafqaz bürosunda Dağlıq Qarabağ mәsәlәsinә qayıdışın tarixçәsi belәdir: 
Qafqaz bürosu Azәrbaycanla Ermәnistan arasında sәrhәd mәsәlәsini müzakirә 
edәndә, Ermәnistan hökumәti Dağlıq Qarabağın  әrazi mәnsubiyyәti haqqında mәsәlә 
qaldırmışdı. Azәrbaycan hökumәti deyil, mәhz Ermәnistan hökumәti hәmin mәsәlәni 
qaldırmışdı, 
Dağlıq Qarabağa sahib olmaq uğrunda Ermәnistan yeni geniş miqyaslı mübarizәyә 
başlamışdı. 
1921-ci il iyun ayının 3-dә Qafqaz bürosu qәrara aldı: 
“5. Ermәnistan hökumәtinin bәyanatında Dağlıq Qarabağın Ermәnistana mәnsub 
olmasını göstәrmәk...” Hәmin qәrar Azәrbaycanda çap edilmәyib. Ermәnilәr onu 
yuxarıda gәtirilәn şәkildә çap ediblәr. Qәrarın tam mәtni necәdir, o necә qәbul olunub, 
müzakirәdә Azәrbaycan nümayәndәlәri iştirak edibmi, onların qәrara münasibәti necә 
olub? Mәlumatım yoxdur. 
Akademik C.Quliyev mәsәlәyә müәyyәn aydınlıq gәtirmişdir. Onun fikrinә görә, 
iyunun 3-dә  Qafqaz  bürosu  Zәngәzurda daşnak qruplarının tezliklә  lәğv edilmәsi 
haqqında qәrar qәbul etmişdir. Hәmin qәrarda Qafqaz bürosu “guya taktiki mülahizәlәri 
nәzәrә almaqla” Ermәnistan hökumәtinin bәyanatında Dağlıq Qarabağın Ermәnistana 
mәnsub olmasını göstәrmәyi lazım bilmişdi. 
Qafqaz bürosunun bu “dәlili”  әlbәttә, saxta dәlil idi, qәrar qәbul edәnlәrin qeyri 
ciddilik әlamәti idi, uşaq oyununu xatırladan siyasi oyun idi. 
Artıq qeyd olunduğu kimi, 16 mart 1921-ci il tarixli RSFSR-Türkiyә müqavilәsi ilә 
Naxçıvanın Azәrbaycan protektoratı altında muxtariyyәti tanınmışdı. Bu, Orconikidzenin 
uzun müddәt  әrzindә Naxçıvanı Ermәnistana vermәk uğrunda göstәrdiyi cәhdin boşa 
çıxması  vә eyni zamanda Naxçıvanı Azәrbaycan tәrkibindә saxlamaq uğrunda 
Nәrimanovun yeritdiyi siyasәtin qәlәbәsi demәk idi. Ola bilsin, Orconikidze Naxçıvan 
barәsindә öz siyasәtinin açıq uğursuzluğuna görә Dağlıq Qarabağ haqqında 3 iyun tarixli 
qәrarla Nәrimanovdan, Azәrbaycandan qisas alırmış. Ola bilsin. 
Hәr halda Qafqaz bürosunun 3 iyun tarixli qәrarı öz mәnhus rolunu oynadı. 
Ermәnistan hökumәti Qafqaz bürosunun “taktiki mülahizәlәrindәn” dәrhal istifadә etdi. 
İyunun 19-da Yerevanda Ermәnistan hökumәtinin “Dağlıq Qarabağın Ermәnistanla 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə