Tofiq Köçərli Qarabağ: Yalan və Həqiqət



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə39/49
tarix17.11.2018
ölçüsü1 Mb.
#80118
1   ...   35   36   37   38   39   40   41   42   ...   49

Tofiq Köçərli 
- 114 - 
Qarabağ: Yalan və Həqiqət 
Ermәni müәlliflәri bunu yәqin, Nәrimanovu “millәtçi” kimi tәqdim etmәk vә onu SSRİ 
rәhbәrliyi nәzәrindә közdәn salmaq üçün ediblәr. 
Lakin Nәrimanovun hәmin sözlәri, ehtimal ki, 1920-çi ildә söylәnmiş sözlәr, 
Nәrimanovun Dağlıq Qarabağ  mәsәlәsindә mövqeyinin dönmәzliyinә, ardıcıllığına vә 
әzminә daha bir sübutdur. 
O zamankı ağlagәlmәz mürәkkәb siyasi şәraitdә “Dağlıq Qarabağı Azәrbaycan SSR 
hüdudlarında saxlamaq” haqqında qәrar qәbul olunması Nәrimanovun tarixi xidmәtidir. 
Ermәni müәlliflәri Qafqaz bürosunun bu qәrarını (Dağlıq Qarabağ Azәrbaycan SSR-in 
hüdudlarında saxlanılsın) Dağlıq Qarabağı mexaniki surәtdә Ermәnistan tәrkibindәn 
çıxarıb Azәrbaycan tәrkibinә “daxil etmәk” qәrarı kimi tәqdim edirlәr. 
Bu ermәni iddiaları XX әsrin son-larının әn böyük yalanlarından biridir. 
Tarixi hәqiqәt budur ki, 5 iyul tarixli qәrarla Ermәnistan hökumәtinin Dağlıq 
Qarabağı Azәrbaycan tәrkibindәn çıxarıb Ermәnistana birlәşdirmәk cәhdi rәdd edilmiş
Dağlıq Qarabağın Azәrbaycan  әrazisi olması  tәsdiqlәnmiş, Dağlıq Qarabağı Azәrbaycan 
tәrkibindә saxlamaq vә Dağlıq Qarabağa Azәrbaycan tәrkibindә muxtariyyәt vermәk 
mәsәlәsi hәll edilmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Tofiq Köçərli 
- 115 - 
Qarabağ: Yalan və Həqiqət 
7.
 
VI Fәsil 
"Dövlәtlәrin  әrazi bütövlüyünә aid hüquq normalarına uyğun hәrәkәt edәrәk 
xalqların öz müqәddәratını tәyin etmәk hüququna hörmәt" bәslәmәli! 
 
Avropada tәhlükәsizlik vә  әmәkdaşlıq tәşkilatının üzvü olan ölkәlәrin dövlәt vә 
hökumәt başçılarının Lissabon zirvә görüşündә (dekabr, 1996) başqa sәnәdlәrlә yanaşı 
ATӘT-in fәaliyyәt göstәrәn sәdrinin Dağlıq Qarabağ münaqişәsi haqqında bәyanatı 
qәbul edilmişdir. Bәyanatda Dağlıq Qarabağ münaqişәsini tәnzimlәmәk üçün üç әsas 
prinsip müәyyәnlәşdirilib: 
“ - Ermәnistan Respublikasının vә Azәrbaycan Respublikasının әrazi bütövlüyü; 
- Azәrbaycanın tәrkibindә Dağlıq Qarabağa öz müqәddәratını  tәyin etmәyә 
әsaslanan bir razılaşmada müәyyәn edilәn, Dağlıq Qarabağ üçün әn yüksәk 
özünüidarәetmә dәrәcәsi verәn hüquqi status
- ... Dağlıq Qarabağın vә onun bütün әhalisinin tәminatlı tәhlükәsizliyi; 
 Ermәnistan istisna olmaqla bütün digәr( iştirakçı dövlәtlәrin - 53 dövlәtin yekdilliklә 
qәbul etdiyi bu bәyanat Azәrbaycanın haqq işinin siyasi vә Diplomatik qәlәbәsidir, 
Azәrbaycanın  әrazi bütövlüyünün dünya miqyasında dәstәklәnmәsi demәkdir. Eyni 
zamanda bu, Ermәnistanın dünya miqyasında tәklәnmәsi, Ermәnistanın Dağlıq 
Qarabağa iddialarının rәdd edilmәsi, Ermәnistan İşğalçılıq siyasәtinin pislәnmәsi vә iflası 
demәkdir. 
Ermәnistan rәhbәrliyi, siyasi xadimlәri Lissabon görüşü ilә әlaqәdar Dağlıq Qarabağ 
mәsәlәsi әtrafında yaranmış yeni beynәlxalq şәraiti, düşdüklәri ağır diplomatik vәziyyәti 
başa düşәrәk, ATӘT sәdrinin Dağlıq Qarabağ haqqında bәyanatına qarşı bir növ “sәlib 
yürüşü” tәşkil etmişlәr. Onlar, habelә onların Moskvadakı züy tutanları hәmin bәyanatın 
әhәmiyyәtini heçә endirmәk niyyәti ilә Dağlıq Qarabağ  mәsәlәsindә xalqların öz 
müqәddәratını  tәyin etmәk hüququ prinsipini bayraq ediblәr vә sözügedәn bәyanatı 
Avropada tәhlükәsizlik vә  әmәkdaşlıq üzrә müşavirәnin (Helsinki 1975) Yekun Aktına 
qarşı qoymaq xәtti götürüblәr. Bu istiqamәtdә onlar hәtta Yekun Aktını tәhrif etmәkdәn 
çәkinmirlәr. 


Tofiq Köçərli 
- 116 - 
Qarabağ: Yalan və Həqiqət 
Stupişinin adı çәkilәn mәqalәsi bu qәbildәndir. Azәrbaycan Respublikasının Rusiyada 
sәfiri R.H.Rizayevlә polemika aparan müәllif yazır ki, Ç.Rizayev “köhnә mahnı oxuyur: 
әrazi bütövlüyü hәr şeydәn üstündür, hәr bir xalqın öz müqәddәratını tәyin etmәk tәbii 
hüququ ilә hesablaşmamaq da olar”. .  
R.H.Rizayevә aid etdiyi fikri tәkzib üçün Stupişin Helsinki Yekun Aktına müraciәt 
edir.  İddia edir ki, hәmin fundamental sәnәddә “bu (әrazi bütövlüyü - T.K.) ya dikәr 
prinsipin (öz müqәddәratını tәyin etmәk hüququ -T.K.)” üstünlüyünә hәtta işarә yoxdur. 
Әksinә, onların bәrabәr mәnalılığı qeyd olunmuşdur”. Müәllif Lissabon zirvә görüşündә 
ATӘT sәdrinin Dağlıq Qarabağa dair bәyanatını az qala lağa qoyaraq yazır: “Bәyanat 
hüquqi norma deyildir. Beynәlxalq birliyin deklarativ olmayan başlıca, özü dә hüquqi 
sәnәdindә  “әrazi bütövlüyü” yoxdur. “Әrazi bütövlüyü” BMT-nin Nizam-namәsindә 
yoxdur”. Bunun ardınca müәllif belә nәticәyә gәlir: “Lissabonda, yaxud ha-radasa başqa 
yerdә  nә deyirlәrsә desinlәr, kim bәyan edirsә etsin, Azәrbaycanın Qarabağa heç bir 
hüququ olmamışdır, yenә dә Azәrbaycan Qarabağa heç bir hüquq almamışdır”. 
Bәri başdan deyәk: Stupişin Azәrbaycan Respublikasının sәfirinә böhtan atmışdır. 
Eyni zamanda Helsinki müşavirәsinin Yekun Aktını saxtalaşdırmışdır. Üçüncü halda o, 
Lissabon sammitinin әsas sәnәdini Helsinki Yekun Aktına qarşı qoymuş, BMT 
Nizamnamәsini saxtalaşdırmış  vә  ağ yalan uydurmuşdur. hәmçinin o, Dağlıq Qarabağ 
mәsәlәsindә elmi nadanlığını, siyasi qәrәzini vә beynәlxalq hüquq mәsәlәlәrindә 
kütlüyünü nümayiş etdirmişdir. 
Deyilәnlәri ayrı-ayrılıqda nәzәrdәn keçirәk. 
R.H.Rizayev “Независимая газета”dakı “Moskva Bakı üçün mühüm partnyor olaraq 
qalır” adlı  mәqalәsindә (04.04.97) Lissabonda qәbul olunmuş üç prinsipi xatırladaraq 
yazmışdır: 
“Rusiya diplomatiyasının bu formulanı, hәm xarici tәcavüzә  mәruz qalmış 
Azәrbaycan dövlәtinin  әrazi bütövlüyünü qorumaq prinsipi baxımdan, hәm dә  hәr bir 
millәtin öz müqәddәratını tәyin etmәk tezisini dәstәklәmәk baxımdan qüsursuz olan bu 
formulanı әmәli olaraq hәyata keçirmәyә kömәk etmәsi Rusiyanın qәrәzsiz vasitәçi kimi 
Ermәnistan vә Azәrbaycan arasında münaqişәnin nizama salınmasında nüfuzunu 
әhәmiyyәtli dәrәcәdә artırardı...” 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə