Tofiq Köçərli Qarabağ: Yalan və Həqiqət



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə43/49
tarix17.11.2018
ölçüsü1 Mb.
#80118
1   ...   39   40   41   42   43   44   45   46   ...   49

Tofiq Köçərli 
- 126 - 
Qarabağ: Yalan və Həqiqət 
mәsәlәsi gәlmәmişdi. Çünki bu, hamı üçün gün kimi aydın idi. Rusiya da belә bir iddiada 
olmamışdı: nә 1918-çi ildә Azәrbaycan Cümhuriyyәti yaradılanda, nә dә sonra. 
Rusiya Bakıya iddia etmişdi! 1918-çi il avqustun 27-dә, artıq Bakıda Sovet 
hakimiyyәti devrildiyi şәraitdә RSFSR Almaniya ilә Brest-Litovsk müqavilәsinә  “Әlavә 
müqavilә” imzalayaraq, Azәrbaycan xalqından, Azәrbaycan Cümhuriyyәtindәn tam 
xәlvәt Azәrbaycanın paytaxtını - Bakını Rusiyaya ilhaq etmәk haqqında sövdәlәşmişdilәr: 
Almaniya üçüncü dövlәti (Türkiyәni) Bakıya buraxmamalı, bunun әvәzindә Rusiya Bakı 
neftinin dörddә birini Almaniyaya vermәli idi! 
RSFSR Xarici işlәr komissarı Q.V.Çiçerin dәrhal, sentyabrın 2-dә “Bakı  qәzasının 
hәmişәlik olaraq Rusiyada qalmasını” rәsmәn vә  tәntәnәli  şәkildә elan etmişdi. 1918-
1919-çu illәrdә RSFSR dәfәlәrlә Bakının Rusiya şәhәri olmasını vurğulamışdı. Hansı 
hüquqla? Yalnız “güc hüququ” ilә! 
Lakin RSFSR ilә Almaniyanın antiazәrbaycan sövdәlәşmәsi Bakının azad edilmәsinin 
vә Bakının Ana Vәtәn - Azәrbaycanla qovuşmasının qarşısını ala bilmә-di. Rusiyanın Bakı 
şәhәrini vә Bakı  qәzasını Azәrbaycandan qoparıb “hәmişәlik” Rusiyaya birlәşdirmәk 
niyyәti, Almaniyanın isә Bakı neftinin dörddә birinә sahib ol-maq niyyәti baş tutmadı. 
RSFSR-in Bakı  vә Bakı  qәzası haqqında Azәrbaycan xalqından, onun milli 
dövlәtindәn xәlvәti bağladığı  “Әlavә müqavilә” geniş oxucu kütlәsinә az mәlumdur. 
Hәmin müqavilә RSFSR rәhbәrliyinin Azәrbaycan xalqına düşmәn münasibәt 
bәslәmәsinin bariz nümunәsidir. Azәrbaycan xalqına qarşı cinayәtkar vә xәyanәtkar bir 
aksiyadır, Azәrbaycan xalqının milli hüquq vә milli mәnafelәrinin hәyasızcasına 
tapdalanması demәkdir. 
Moskvada fәaliyyәt göstәrәn Ermәni icmaları konfederasiyasının icraçı katibi 
K.E.Mikaelyan “Независимая газета”da “Üzülmüş missiya” adlı mәqalә dәrc etdirmişdir. 
(29.02.96). Mikaelyana görә, Dağlıq Qarabağ münaqişәsi ermәnilәrә öz müqәddәratını 
tәyin etmәk vә Dağlıq Qarabağın ermәni әhalisinin hüquqlarını müdafiә etmәk mәsәlәsi 
kimi kәnardan qәbul etdirilmişdir. Özü dә ermәnilәrә bunu kәnardan kim qәbul etdirsә 
yaxşıdır? Rusiya! Mikaelyan belә düşünür. 
Mәsәlәnin ermәnilәrә  mәhz Mikaelyan deyәn  şәkildә “qәbul etdirilmәsinin” düz vә 
ya yalan olması ilә işimiz yoxdur. Buna qoy ruslar özlәri münasibәt bildirsinlәr. 


Tofiq Köçərli 
- 127 - 
Qarabağ: Yalan və Həqiqət 
Mikaelyan tәkid edir ki, Dağlıq Qarabağ  mәsәlәsinә “köhnә  hәll edilmәmiş  әrazi 
mübahisәsi kimi” yanaşılsın. Onun fikrincә, Dağlıq Qarabağ vaxtilә “mübahisәli  әrazi” 
olmuş, lakin bolşeviklәr mәsәlәni guya әdalәtsiz hәll edәrәk Dağlıq Qarabağı 
Azәrbaycana “bağışlamışlar”. 
Dağlıq Qarabağın “hәll edilmәmiş mübahisәli  әrazi” olması barәsindә iddia uy-
durmadır. 
Tәkrar da olsa bir daha qısaca qeyd edәk: 
- Dağlıq Qarabağ bütün orta әsrlәr vә yeni tarix әrzindә bir gün dә olsun 
Ermәnistanın tәrkibindә olmamışdır. Bu günә qәdәr hәlә heç bir ermәni müәllifi, yaxud 
başqa bir müәllif Dağlıq Qarabağın konkret olaraq nә zaman, hansı әsrdә, hansı illәrdә 
Ermәnistan tәrkibindә olmasını, yaxud Azәrbaycanın Dağlıq Qarabağı konkret olaraq nә 
zaman, hansı ildә “zәbt edib” özü-nә “ilhaq etmәsini” göstәrә bilmәmişdir. Çünki belә 
fakt yoxdur. Tarix Dağlıq Qarabağın Ermәnistan әrazisi olmasını qeydә almamışdır. 
- 1918-çi ildә Azәrbaycan, Gürcüstan vә Ermәnistan respublikaları yarananda mәhz 
Ermәnistan Dağlıq Qarabağa iddia irәli süzmüş, Dağlıq Qarabağı “mübahisәli  әrazi” 
hesab etmiş vә onu Ermәnistana birlәşdirmәyә cәhd göstәrmişdi. 
Bu hәqiqәt tarix elmindә  qәbul olunmuşdu: 1926-çı il Böyük Sovet 
Ensiklopediyasında. BSE-nin qiymәtini ermәni müәlliflәri dә qәbul edib tәkrarlamışdılar. 
1988-çi ilә qәdәr belә olmuşdu. 
Bolşeviklәrin Dağlıq Qarabağı Azәrbaycana “bәxşiş” etmәlәri haqqında iddia da 
uydurmadır vә tam әsassızdır. Artıq qeyd olunduğu kimi, RK(b)P MK Qafqaz bürosu 
Ermәnistanın Dağlıq Qarabağa iddiasını rәdd edәrәk, “Dağlıq Qarabağı Azәrbaycan SSR 
hüdudlarında saxlamaq” (“saxlamaq”! -T.K) haqqında qәrar qәbul etmişdir. Ermәni 
müәlliflәri vә onların züy tutanları bu olduqca aydın qәrarı Dağlıq Qarabağı Ermәnistanın 
tәrkibindәn “çıxarıb” Azәrbaycana “daxil etmәk”, Azәrbaycana “bәxşiş etmәk” qәrarı kimi 
tәfsir vә tәqdim edirlәr. 
Bu iddialar XX әsrin sonlarının әn böyük yalanlarından biridir. Tarixi hәqiqәt ondan 
ibarәtdir ki, deyilәn qәrarla  әvvәlki gün, yәni iyulun 4-dә  çıxarılan qәrar -”Dağlıq 
Qarabağ Ermәnistan SSR-in tәrkibinә daxil edilsin” (“daxil edilsin”! - T.K) qәrarı  lәğv 
olunmuş  vә belәliklә Ermәnistan hökumәtinin Dağlıq Qarabağı Azәrbaycan tәrkibindәn 


Tofiq Köçərli 
- 128 - 
Qarabağ: Yalan və Həqiqət 
çıxarıb Ermәnistana ilhaq etmәk cәhdi rәdd olunmuşdur. Eyni zamanda Dağlıq 
Qarabağın Azәrbaycan әrazisi olması tәsdiqlәnmişdir. 
Dağlıq Qarabağ mәsәlәsi әtrafında gedәn kәskin siyasi mübarizәnin, bәzәn dә qanlı 
müharibәnin nәticә etibarı ilә göstәrilәn  şәkildә  hәll olunması, yәni “Dağlıq Qarabağı 
Azәrbaycan SSR-i hüdudlarında saxlamaq” haqqında qәrar qәbul edilmәsi Nәriman 
Nәrimanovun әvәzsiz xidmәtidir. 
- O vaxtdan Dağlıq Qarabağ  mәsәlәsi deyilәn mәsәlә ortadan götürüldü. Mәsәlә 
әtrafında sәs-küy yatdı. Bu vәziyyәt 1945-çi ilin axırlarına qәdәr davam etdi. 
Hәmin ilin noyabr ayında Ermәnistan rәhbәrliyi Dağlıq Qarabağ mәsәlәsini yenidәn 
qaldırdı. 
1945-çi ilin noyabrında Ermәnistan K(b)P MK aşağıdakı  mәktubla ÜİK(b)P MK-ya, 
İ.V.Stalinә müraciәt etdi. Gәrәk ki, hә-min mәktub Azәrbaycanca çap olunmayıb. Ona 
görә ermәnilәrin rusca çap etdiyi hәmin mәktubun tam mәtnini vermәyi lazım bilirәm. 
“ÜİK(b)P Mәrkәzi Komitәsinә. 
Yoldaş Stalinә. 
İosif Vissarionoviç! 
Ermәnistanın  әrazisinә bitişik olan Dağlıq Qarabağ Muxtar Vilayәti 1923-çü ildәn 
Azәrbaycan SSR tәrkibindәdir. 
Vilayәtin әhalisi әsasәn ermәnilәrdir. 
153 min әhalinin 137 mini ermәnidir. 
Dağlıq Qarabağın kәnd tәsәrrüfatı Ermәnistanın dağlıq hissәsinә oxşardır. Dağlıq 
Qarabağın Ermәnistanın tәrkibinә daxil olması onun inkişafına xeyli kömәk edәrdi vә 
tәsәrrüfata rәhbәrlik yaxşılaşardı. 
Ermәnistan respublika orqanlarının rәhbәrliyi sayәsindә әhaliyә ana dilindә kütlәvi - 
mәdәni vә siyasi xidmәt güclәnәrdi. 
Dağlıq Qarabağ Vilayәtinin Ermәnistana daxil olması yerli kadrlara Ermәnistan ali 
mәktәblәrindә ali tәhsili davam etdirmәk imkanı verәrdi. Dikәr tәrәfdәn, Ermәnistan 
SSR-i Dağlıq Qarabağ vilayәtindәn öz işgüzarlığı ilә  fәrqlәnәn vә hazırda tәbii olaraq 
Azәrbaycanda tamam kamal istifadә edilmәyәn milli kadrlar alardı. 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə