Tofiq Köçərli Qarabağ: Yalan və Həqiqət



Yüklə 5,04 Kb.

səhifə47/49
tarix17.11.2018
ölçüsü5,04 Kb.
1   ...   41   42   43   44   45   46   47   48   49

Tofiq Köçərli 
- 138 - 
Qarabağ: Yalan və Həqiqət 
Bu gün Azәrbaycan müstәqilliyini hәr şeydәn uça, hәr şeydәn әziz tutur. Tam әsasla 
demәk olar ki, bu gün Azәrbaycan dünyanın tam müstәqil, tam sәrbәst siyasәt yeridәn 
dövlәtlәrindәn biridir. Azәrbaycan hәr hansı başqa dövlәtin, kәnar qüvvәnin öz iradәsini 
Azәrbaycana qәbul etdirmәk cәhdini qәtiyyәtlә, birmәnalı  rәdd edir. Azәrbaycan 
rәhbәrliyi Azәrbaycanın müstәqilliyi prinsipindәn sapmalara әsla yol vermir (hәtta 
hansısa ani siyasi divident xatirinә belә), diplomatik çarpışmalarda bu prinsipi çox 
savadlı, sәriştәli, heç bir güzәştsiz, ardıcıl, qәtiyyәtlә, mәharәtlә  vә barışmaz  şәkildә 
qoruyur. Qoy bilmәyәnlәr bilsinlәr vә xatircәm olsunlar, nә qәdәr kәskin problemlәrimiz 
vә çәtinliklәrimiz olsa da, xalqımız dәyanәt göstәrәrәk, bu vә ya başqa dövlәtin, hәtta 
lap nәhәng dövlәtin Azәrbaycanı “itaәtkar müttәfiqә” çevirmәk cәhdlәrini qәtiyyәtlә rәdd 
edәcәkdir. 
1997-çi il aprelin 11-dә ABŞ-da çıxan “The Wall Street Journal” qәzeti Ermәnistanı 
Moskvanın “itaәtkar müttәfiqi” adlandırmışdır. 
Bir dövlәtin başqa dövlәtin “itaәtkar müttәfiqi” olması, yaxud bir dövlәtin başqa bir 
dövlәtlә birlәşmәsi hәmin dövlәtlәrin daxili işidir. Mәsәlәn, Mikaelyan Ermәnistanı  hәr 
hansı bir formada (federasiya, konfederasiya vә s.) Rusiya ilә birlәşdirmәk, Balayan isә 
Ermәnistanla Rusiyanın strateji vә siyasi inteqrasiyasını inkişaf etdirmәk” mәsәlәsini 
qaldırır. 
Onlara demәk olar ki, cәnablar, bu sizin öz hüququnuzdur, cәnablar, heç kәs sizә 
irad tutası deyil. Ancaq başqasının hüququnu mәnimsәmәyin, fitnәkarlıqla mәşğul 
olmayın. Mikaelyanın Rusiyanı “azad olunmuş  әrazilәr dә (Ağdam, Laçın, Kәlbәcәr, 
Qubadlı, Zәngilan, Füzuli -T.K) daxil olmaqla Qarabağa” öz tәrkib hissәsi kimi baxmağa 
çağırışı fitnәkarlıq, provakasiya deyilsә, bәs nәdir? 
Bir fikir verin, Mikaelyan daha nәlәr uydurmur: 
Panislamizmin, pantürkizmin “mәqsәdlәri fundamentalizmin, pantürkizmin xristian 
sivilizasiyası ilә qarşıdurma-sına aparır vә ümumiyyәtlә dünya tәrәqqisinә qarşı 
yönәlmişdir”. 
Son dövrdә Moskva mәtbuatında ermәni dairәlәrinin geniş vurğuladıqları 
panislamizm vahimәsi, pantürkizm vahimәsi mifdir. Panislamizmin, pantürkizmin 
“xristian sivilizasiyasına”, “dünya tәrәqqisinә qarşı” yönәlmәsi haqqında iddia mәkrli 


Tofiq Köçərli 
- 139 - 
Qarabağ: Yalan və Həqiqət 
siyasi mәqsәd güdәn böhtandır. Rusiyanı vә Qәrbi uydurma vahimә ilә qorxudub, onları 
islam dünyasının, türk dünyasının üzәrinә salışdırmaq cәhdidir. 
Mikaelyanın “bolşevik-kamalçılar (Türkiyә - T.K) alyansının faciәli nәticәlәri, alyansın 
Rusiyanın taleyinә (bax-a: Rusiyanın taleyinә - T.K.), regionun xalqlarının taleyinә  vә 
hәm dә bütün dünyanın taleyinә (bax-a: bütün dünyanın taleyinә - T.K) tәsiri” barәdә 
fәryadı da eynilә hәmin bәd niyyәtә xidmәt edir. 
Panislamizmlә bağlı V.LVeliçkonu eşidәk. O, hәlә әsrimizin әvvәllәrindә yazmışdır: 
“Bizdә (Rusiya - T.K) fanatizm anlayışı yanlış  vә  әsassız olaraq islam anlayışı ilә 
әlaqәlәndirilir. Müsәlmanlar haqqında söz düşәn kimi, dәrhal “qәzavat” sözü (yәni 
müqәddәs müharibә) işlәdilir, panislamizm ilә qorxudulur. Bizdә islamı bilmirlәr ... İslam 
haqqında mәsәlәyә biz indiyә qәdәr qeyri-mәdәni yanaşırıq”. 
Rusiya diplomatı V.F.Mayevski isә 1906-çı ildә demişdi: “Belә hesab edәk ki, 
Qafqazda panislamizm ideyalarının güclü inkişafı mövcuddur, lakin onda heç cür 
anlamaq olmur, nә üçün bu ideyalar ta-tarlarda Qafqazın bütün dikәr xalqlarını kәnara 
qoyaraq yalnız tәkcә ermәnilәrә qarşı mübarizәdә vә talanda özünü göstәrir? Bu halda 
әsas әzab çәkәn şәxs rus elementi olmalı idi, panislamizm birinci növbәdә mәhz bununla 
mübarizә aparmalı idi. halbuki, hәqiqәtdә  qәti belә hal göstәrmәk mümkün deyil. Nә 
üçün tatarlar gürcülәrә toxunmayıblar? ... vә  nә üçün bircә ermәnilәr panislamizm 
qurbanı olublar? ...” 
Bu suallar bu gün dә aktual sәslәnir. 
90 il keçib o vaxtlardan. Ancaq, deyә-sәn, bütün bәlaların sәbәbini islamda 
axtarmaq avamlığı müәyyәn dairәlәrdә hәlә dә yaşayır. 
Mikaelyana görә, ermәnilәrin xarici siyasәtdә  Qәrbә  vә ya Rusiyaya üstünlük 
vermәsi “dünya vә regionda Rusiya missiyasının dirçәldilmәsi zәruriliyinin Rusiyada dәrk 
edilmәsindәn asılı olacaqdır”. Yәni bil vә agah ol, Rusiya! Әgәr deyilәn zәrurәti dәrk 
etmәsәn, ermәnilәr Rusiyaya deyil, Qәrbә oriyentasiya götürәcәklәr, ermәnilәrsiz isә 
fәlakәt baş verәcәk. Rusiya batacaqdır, dünyanı su basacaqdır! Xәbәr-darlıq qәtidir: 
әgәr Rusiya Ermәnistanı müdafiә etmәsә, “ Rusiyanın regionda yeganә  tәbii tarixi 
dayağı” Ermәnistan yox olacaqdır, bu isә Rusiyanın “regionda mövqelәrinin bәrpasına 
kömәk etmәyәcәkdir”, hәm dә Rusiyanı “islam, türk amili” yaxalayacaqdır, Türkiyә, İran, 


Tofiq Köçərli 
- 140 - 
Qarabağ: Yalan və Həqiqət 
onların vasitә-silә islam, türk amili şәksiz regionda hakim mövqe tutacaq”, bunun isә 
“Şimali Qafqaza, Volqa boyuna vә Orta Asiyaya” güclü tәsiri olacaqdır. Bu hәdәrәn-
pәdәrәnlәr, әsassız fikirlәr, tәbii ki, Ancaq sadәlövh, siyasәtdәn bixәbәr adamları aldada 
bilәr. 
Yaxud, hәddini aşan Mikaelyan Rusi-yanı ittiham edәrәk yazır: Blokada dünyada 
“ermәnilәrin tәcavüzkar hәrәkәtinin nәticәsi kimi izah vә  qәbul olunur. Belә 
dezorientasiyanın meydana çıxması Rusiya xarici siyasәtinin, onun zәifliyinin vә 
prinsipsizliyinin dә nәticәsidir”. 
Buradan belә anlaşılır ki, demә, Ermәnistanın Azәrbaycana qarşı hәrbi tәcavüzü zad 
olmayıbmış vә yoxdur. Bu, oğrunun “oğrunu tut!” fәryadına bәnzәyir, Ancaq bir fәrqlә 
ki, oğrunun dünyada oğru kimi (“ermәnilәrin tәcavüzkar hәrәkәti”) tanınmasında Rusiya 
dövlәti, onun xarici siyasәtinin” “zәifliyi vә prinsipsizliyi” günahkar sayılır!!!  Әcәb 
mәntiqdir. 
Yaxud da: “Ermәnilәr hәlә Azәrbaycan bolşeviklәrinin ilhaq etdiklәri, tarixәn 
ermәnilәr yaşadıqları  әrazilәri azad edirlәr, blokada zәncirlәrini qırmağa çalışırlar. 
Tәhlükәsizlik  Şurası isә Rusiyanın razılığı ilә ermәnilәri başqalarının  әrazilәrini işğal 
etmәkdә ittihamlayır”. 
Göründüyü kimi, Mikaelyan Tәhlükәsizlik  Şurasından da, Rusiyadan da yamanca 
inciyibmiş! Mikaelyana görә, gәrәk Tәhlükәsizlik  Şurası  hәqiqәti demәyәydi, 
Ermәnistanın Azәrbaycanın әrazisinin 20 faizini işğal etmәsini ittiham etmәyәydi, Rusiya 
isә ... hәmin qәrarın qәbul olunmasına razılıq vermәyәydi. 
Mikaelyanın hәqiqәtdәn uzaq, dolaşıq vә fitnәkar fikirlәrindәn birini dә  gәtirәk. 
Mikaelyan yazır: “Rusiyanın Qarabağ  mәsәlәsinin hәllinә yanaşmasında izolyasionizm, 
münaqişәyә qarışmamaq (onu saymamaq vә saxtalaşdırmaq bahasına), imperiya 
ambisiyasının olmamasının nәzәrә çarpan nümayişi, yaxın xaricdә sabitliyi tәmin etmәk 
(yolverilmәz güzәştlәr bahasına), qonşularla nә bahasına olursa-olsun yaxşı 
münasibәtlәr saxlamaq vә guya uzaq gәlәcәkdә inteqrasiya perspektivi yaratmaq cәhdi 
vә s. üstünlük tәşkil edir. Ola bilsin, Azәrbaycan neftinin çıxarılmasından böyük iqtisadi 
mәnfәәt әldә etmәk imkanı barәdә illüziyalar da әhәmiyyәtli rol oynayır”. 




Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə