Tofiq Köçərli Qarabağ: Yalan və Həqiqət



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə48/49
tarix17.11.2018
ölçüsü1 Mb.
#80118
1   ...   41   42   43   44   45   46   47   48   49

Tofiq Köçərli 
- 141 - 
Qarabağ: Yalan və Həqiqət 
Rusiya Federasiyası Dağlıq Qarabağ probleminә münasibәtdә izolyasionizm, yaxud 
münaqişәyә qarışmamaq siyasәtinә üstünlük verirmi? hәr halda Mikaelyanın bu vә digәr 
belә suallarına Rusiya hökumәtinin nümayәndәlәri daha dәqiq cavab verә bilәrlәr. 
Mikaelyanın dikәr bir fikri belәdir: “Rusiya Ermәnistanla  әn sıx müttәfiqlik xarakterli 
sazişlәr seriyası bağlamağa getmәlidir, Ermәnistanın vә Qarabağın blokadasını götürmәk 
haqqında qәti mәsәlә qoymalıdır ...Öz növbәsindә ermәni tәrәfi ABŞ-da, Fransada, 
Yaxın Şәrqdә vә başqa ölkәlәrdә ermәni diasporunun Rusiyanın rolunu ... müdafiә edәn 
geniş lobbi işini tәşkil edә bilәr. Bütün bunlar öz növbәsindә Rusiyanın proqressiv, 
qabaqcıl, demokratik ölkә kimi obrazının yaranmasına, ABŞ-la Rusiyanın mövqelәrinin 
yaxınlaşmasına kömәk edә bilәr ...” 
Bir dә: “... Ermәni-Rusiya münasibәtlәrindә  sıçrayış Rusiyanın dünyanın  әsl 
demokratik dövlәtlәri sırasına qayıtmasında dönüş anı ola bilәr”. 
Düzü, bunları oxuyandan sonra demәk istәyirsәn: 
- Közün aydın, Rusiya! Deyәsәn, Mikaelyan kimi “uzaqgörәn” siyasәtçilәrin sayә-
sindә  bәxtin açılacaqdır. Nicatın, istiqbalın, beynәlxalq nüfuzun ermәnilәrlә möhkәm 
ittifaqdaymış: Mikaelyanın mәslәhәtlәrinә  әmәl etsәn, ermәni diasporunun kömәyini 
alar, proqressiv, demokratik ölkә ki-mi tanınarsan! “Rusiyanın dünyanın әsl demokratik 
dövlәtlәri sırasına” qayıtmasının “dönüş anı” isә demә, “ermәni-Rusiya münasibәtlәrindә 
sıçrayış” ola bilәrmiş! 
Hәlә harasıdı. Demә Rusiya “öz-özlәrini elan etmiş absurd sәrhәdli mini-imperiyaları 
(yәni Ukraynanı, Gürcüstanı, Azәrbaycanı  vә dikәr keçmiş sovet respublikalarını -T.K) 
tanımasa, o hәm öz evindә vә hәm dә dünyada indiki alçaldıcı vәziyyәtә düşmәzmiş”. 
Rusiya doğrudanmı belә bir “alçaldıcı  vәziyyәtә” düşüb, düşübsә onun sәbәblәrin-
dәn biri Rusiyanın “mini-imperiyaları tanıması”mı olub? Yәqin Rusiya üçün son dәrәcә 
tәhqiramiz olan bu iddiaya da ruslar özlәri lazım bilsәlәr cavab verәrlәr. Mәn isә bircә 
onu qeyd etmәk istәyirәm ki, keç-miş SSRİ  mәkanında yaranmış dövlәtlәrә, onların 
xalqlarının istiqlal ruhuna vә әzminә belә hәqarәtli, açıq düşmәn münasibәt yalnız ağlını 
itirmiş adamın işi sayıla bilәr, ağlını itirmiş adamın sәr-hәdlәrә  tәzәdәn baxmaq, 
sәrhәdlәri dәyişdirmәk fәryadı isә yalnız gülüş doğurar vә  çәtin ki, Rusiyada kimsә bu 
fitnә-fәsada uya bilәr. 


Tofiq Köçərli 
- 142 - 
Qarabağ: Yalan və Həqiqət 
Zәmanә dәyişmişdir, artıq “Qatar ketmişdir”. İstiqlal qatarı! 
Mikaelyan fantaziyasında hüdudsuzdur. Onun fantaziyasına görә Rusiyada “belә bir 
ideya inadla yayılır ki, özünün milli dövlәt mәnafelәrinin başa düşülmәsindәn vә elan 
olunmasından imtina etmәk, aqressiv millәtçiliyә yol vermәk, statuskvonun vә süni 
yaradılmış mini-imperiyaların  әdalәtsiz sәrhәdlәrini - Rusiyaya vә dünya birliyinә zorla 
qәbul etdirilmiş  hәmin sәrhәdlәri saxlamaq guya Rusiyanı xaosdan, müharibәlәr-dәn, 
sabitsizlikdәn xilas edәcәkdir”. 
Közlәmәk olar ki, keç-tez Rusiyada kimsә Mikaelyanın yaxasından tutub soruşacaq: 
- Rusiya öz milli-dövlәt mәnafelәrinin başa düşülmәsindәn vә elan edilmә-sindәn nә 
vaxt imtina edib? 
- Belә bir sәrsәm ideya, ümumiyyәtlә, olubmu vә onu kim yayıb, özü dә inadla? 
- Rusiya aqressiv millәtçilik tәrәf-darıdırmı  vә  nә üçün Rusiya aqressiv millәtçilik 
tәrәfdarı olmalıdır? 
- hansı “mini-imperiya” öz “әdalәtsiz sәrhәdlәrini” Rusiyaya zorla qәbul etdirib vә 
ümumiyyәtlә, kim buna qadirdir? 
Deyәsәn, kifayәt edәr. Ancaq mәqamıdı soruşasan: görәsәn, Mikaelyanın hәdәrәn-
pәdәrәnlә, gic-gic şeylәrlә dolu mәqalәsini çapa getmәzdәn  әvvәl “Независимая 
газета” redaksiyasında oxuyan olub ya yox? Bir dә  mәqamıdı soruşasan: görәsәn, 
haradasa baş-qa elә bir qәzet varmı ki, orada Rusiyanın müasir xarici siyasәti 
mikaelyansayağı kobud tәhrif edilmiş vә bayağılaşdırılmış olsun, bu siyasәtә Mikaelyan 
sәviyyәdә qara yaxılmış vә lәkә salınmış olsun?! 
“Независимая газета”nın Mikaelyan әllamәliklәrinә, yalanlarına, fitnә-fәsadlarına öz 
sәhifәlәrindә yel vermәsi tәәccüb vә. tәәssüf doğurur. Ayzek Azimov yaxşı deyib: 
“Güman etmirәm ki, bütün insanları bir-birinә sevdirmәk mümkün olsun. Amma mәn 
insanlar arasında nifrәti mәhv etmәyi arzulayıram”. Mikaelyanların, Balayanların , 
Stupişinlәrin uydurmaları, böhtanları, dezinformasiyaları insanlar arasında, xalqlar 
arasında, dövlәtlәr arasında düşmәnçilik yaradır, nifrәt artırır. 
“Независимая  газета” qәdim Roma tarixçisi Tatsidin “qәzәbsiz vә  qәrәzsiz” zәrbi-
mәsәlәni özü üçün epiqraf seçmişdir. Arzu edәk ki, “Müstәqil qәzet” müstәqil olsun, 


Tofiq Köçərli 
- 143 - 
Qarabağ: Yalan və Həqiqət 
bütöv xalqlara qarşı “qәzәblә vә qәrәzlә” yazılan, hәtta demәk caizsә, qan qoxusu kәlәn 
mәqalәlәri yaxına buraxmasın. 
Mikaelyan “1905-çi ildә Bakıda ermәni qırğınları”, “Sovet Azәrbaycanında ermәnilәrә 
vә dikәr qeyri Azәrbaycanlılara qarşı “ağ genosid” tәşkil edilmәsi” barәdә söhbәt açaraq
yazır ki, “indiki vә  gәlәcәk düşmәnçiliyi,  şübhә  vә etimadsızlığı aradan götürmәyin 
dәrmanı yalnız sәmimi tövbә, cinayәtlәrin etirafı, intiqam, hәr bir tәrәfin cinayәtlәri 
üzәrindә “Nürnberq prosesi”, tarixi faktları düzgün işıqlandır-maq yolu ilә barışıq ola 
bilәr”. 
Bununla  әlaqәdar qısaca deyim: inanıram, Azәrbaycanda yaşayan hәr bir qeyri-
azәrbaycanlı (rus, yәhudi, lәzgi, avar, talış vә i.a.), o cümlәdәn obyektivliyini itirmәyәn 
hәr bir ermәni Azәrbaycanda “aparteid siyasәtin yeridilmәsi”, Azәrbaycanda “ermәnilәrin 
vә dikәr qeyri Azәrbaycanlıların” “ağ genosidә” mәruz qalmaları haqqında Mikaelyanın 
böhtanını bir mәnalı vә qәti rәdd edәr. 
Ona da әminәm ki, biz hamıdan çox “tarixi faktların düzgün işıqlandırılması” 
tәrәfdarıyıq. Ona görә dә “hәr bir tәrәfin cinayәtlәri üzәrindә “Nürnberq prosesi” tәşkil 
edilmәsi” tәklifinә tam şәrikәm. 
“Nürnberq prosesi” lazımdır.  İnanıram, bu beynәlxalq proses birinci olaraq daşnak 
partiyasını cinayәtkar bir tәşkilat kimi, regionumuzda әsas bәdbәxtliklәrin baisi kimi 
damğalayar. 
Bәli, Zaqafqaziyada genosid olmuşdur. Bütün hallarda genosidin tәşkilatçıları  vә 
icraçıları ifrat ermәni millәtçilәri olublar. Әsrin  әvvәllәrindәn ta bu künә  qәdәr 
Azәrbaycanda ermәnilәrә qarşı  nә edilmişdirsә, hamısı ermәnilәrin cinayәtlәrinә cavab 
reaksiyası kimi baş vermiş, özünümüdafiә xarakteri daşımışdır. 
Beynәlxalq “Nürnberq prosesi” lazımdır. Lazımdır Zaqafqaziyada genosid 
ideoloqlarını, genosid tәşkilatçılarını, genosid İcraçılarını ifşa vә ittiham etmәk üçün
ermәni hәrbi tәcavüzünü, aqressiv ermәni millәtçiliyini ittiham etmәk üçün. Bәşәriyyәtә, 
kәlәçәyә görk olmaq üçün. 
1984-çü il dekabrın 10-da ABŞ-ın Birlәşmiş Millәtlәr Tәşkilatında nümayәndәsi Xanım 
Kirpatrik demişdir: “Biz yalanı tәkzib etmәmәklә, onun yayılmasına imkan verdik. Sonra 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə