Tofiq Xəzər



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə10/54
tarix17.11.2018
ölçüsü1,63 Mb.
#80775
1   ...   6   7   8   9   10   11   12   13   ...   54

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
52 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
"düzən" və "düzənsizlik" arasında qərarlaşan davamlı, 
ikiqat ziddiyyətlərə etibar edilir. Ona görə də, belə 
cəmiyyətlərin havadarları bundan çıxış edib, "düzən"in 
üstünlüyünü iddia edə bilirlər. Əslində modern 
cəmiyyətlərin aparıcı qüvvələri davamlı "düzənsizliy"i 
özləri yaradır. Bunun da səbəbi "düzənsizliy"i təcəssüm 
etdirən halları əldə əsas tutub, özlərinə bəraət və rəğbət 
qazanmaqdır.  
   Rasional modern cəmiyyət ağıldankənar hər bir halı 
"düzənsizliy"in tərkib hissəsi kimi göstərir və bunu 
düzənə əngəl adlandırıb aradan qaldırır. Yenə də əsas son 
məqsəd sosial sabitliyə nail olmaqdır. Françoys Lyotard 
belə sabitliyi (stabilliyi) "totalitarlıq" ideyası və ya 
totalitarizm sistemi ilə bərabər tutur. Və Lyotard 
inandırmaq istəyir ki, modern cəmiyyətlərdə totalitarlıq, 
stabillik və düzən mövcud siyasi sistemin tələbindən 
doğan "aparıcı mövzu"nun və ya "siyasi süjet-tematik 
mənzərə"nin əksini, praktika və inanc səviyyəsinə qaldırıb 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
53 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
özündə sərgiləyən spesifik mədəniyyətlər vasitəsi ilə 
qoruyur. Əgər Amerika mədəniyyətində "aparıcı 
mövzu"nu nəql etmək istəsək, o zaman görərik ki, 
demokratiya dövlətin daha çox maarifləndirmə (rasional) 
modelidir və bu demokratiya bəşəriyyəti ümumbəşəri 
xoşbəxtliyə yönəldəcək. Ümumiyyətlə, Lyotarda görə, hər 
bir ideologiyanın və inanc sisteminin öz aparıcı mövzusu 
var. Məsələn, marksizmdə "aparıcı mövzu"nu özündə 
ehtiva edən ideya budur ki, kapitalizm özü öz içindən 
dağılacaq və utopik sosialist dünyası inkişaf edəcək. 
Aparıcı mövzunu meta-nəzəriyyə, yaxud meta-ideologiya 
kimi başa düşmək lazımdır. Çünki onun özü elə hər hansı 
bir ideologiyanı izah edən ideologiyadır (marksizmdə 
olduğu kimi). Lyotard inandırmağa çalışır ki, biliyin ali 
forması olan elm də daxil olmaqla, modern cəmiyyətlərin 
bütün aspektləri belə aparıcı mövzulardan asılıdır. 
   Bunun əksinə olaraq, postmodernizm isə aparıcı 
mövzuların tənqididir. Eyni zamanda da postmodernizm 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
54 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
belə doqmatların mövcud ziddiyyətləri və dayanıqsızlığı 
yalnız və yalnız maskalamağa xidmət göstərdiyini xəbər 
verir, başqa sözlə desək, həmişə "düzən" yaratmağa edilən 
hər bir təşəbbüsün, eyni dərəcədə də "düzənsizliy"in 
yaradılmasını tələb etdiyini göstərir. Amma "aparıcı 
mövzu" bu kateqoriyaların konstruksiyasını 
"düzənsizliy"in HƏQİQƏTƏN xaotik və zərərli, 
"düzən"in isə HƏQİQƏTƏN rasional və faydalı nəticələr 
verdiyini hökm şəklində əlində əsas tutub, bu istiqamətdən 
izah edərək, maskalayır.  
   Postmodernizm "aparıcı mövzular"ı rədd edib, "mini 
mövzular"a üstünlük verir və geniş miqyaslı, universal
qlobal məsələlərdən daha çox kiçik təcrübələri, lokal 
olayları əks etdirir. Postmodern "mini-mövzular" adətən 
situasional, ötəri, gözlənilməz və müvəqqəti olur. Belə 
mövzular ümumbəşəriliyi, həqiqəti, səbəbi və stabilliyi 
iddia etmir. Maarifçi fikrin digər mühüm aspektini 
(mənim əlavə etdiyim 9-cu bəndi) təşkil edən "sözlər 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
55 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
fikrin və obyektin təcəssümünə xidmət göstərməli, onun 
(yəni sözün) arxasında heç bir başqa funksiya 
durmamalıdır" prinsipini müəyyənləşdirir. Ona görə də, 
modern cəmiyyətlər hər zaman proqnozlaşdırılmış 
ehtimallara bildirilən münasibətlərin reallığına əsaslanır.  
   Amma postmodernizmdə sözlə fikir və obyekt arasında 
əlaqə pozulur. Çünki burada daimi, sabit reallıq ideyası 
yoxa çıxır. Daha doğrusu, postmodern cəmiyyətlərdə 
yalnız mahiyyətsiz zahir, ehtimalsız münasibət bildirənlər 
olur. Bunu başqa yolla izah edən Cean Baundrillarda görə
postmodern cəmiyyətdə orijinallıq olmur, yalnız 
kopyalama, köçürmə, özünün dili ilə desək, "zahiri 
oxşarlıq" olur. Siz misal üçün, rəssamlıq və heykəltəraşlıq 
əsəri barəsində düşünüb, bir tərəfdə Van Qoqun orijinal 
bir əsərini, digər tərəfdə isə onun minlərlə surətini 
(kopyasını) təsəvvürünüzə gətirə bilərsiniz. Amma dəyər, 
xüsusilə valyuta dəyəri baxımdan orijinal əsər ən yüksəyi 
və ən qiymətlisidir. Əslində rəsm əsərlərinin üzü onları 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
56 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
divardan asmaq və ya zirzəmidə saxlamaq üçün 
köçürülmür. Bunu cd-lər və lent yazıları ilə müqayisə 
etsək, eynən rəsm əsərlərində olduğu kimi görərik ki, 
onlar da orijinal deyil. Daha doğrusu, bu surətlərin hamısı 
eynidir, sadəcə, onların bəlkə də milyonlarla surətləri 
vardır və hamısı da (təxminən) eyni məbləğdə pula satılır. 
Baundrillardın başqa "zahiri oxşarlıq" versiyasına misal, 
virtual reallıq konsepsiyasıdır. O, əsaslandırmaq istəyir ki, 
burada da orijinal olmayan zahiri oxşarlıqla virtual 
"reallıq" yaradılır və o, buna dəlil kimi, xüsusilə 
kompüterlərdəki oyunları ("Sim Şəhərinin düşüncəsi", 
"Sim Qarışqa" və s.) göstərir.  
   Postmodernizm biliyin təşkilatı məsələsi ilə də məşğul 
olur. Modern cəmiyyətlərdə bilik elmə bərabər tutulur və 
bədii əsərlərə qarşı qoyulur. Bildirilir ki, elm faydalı 
bilikdir, bədii əsər isə zərərli, primitiv və irrasionaldır. 
Çünki özündə qadınları, uşaqları, ruhi xəstə - qeyri-
normal insanları, bir sözlə, primitivlikləri əks etdirir. 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə