Tofiq Xəzər



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə11/54
tarix17.11.2018
ölçüsü1,63 Mb.
#80775
1   ...   7   8   9   10   11   12   13   14   ...   54

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
57 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
Bunun əksinə olaraq, bilik isə öz məxsusi amacına görə 
faydalıdır. İstər əyani, istərsə də qiyabi təhsil alıb bilik 
qazanan birisi nəticədə bilikli, ümumiyyətlə, təhsilli şəxsə 
çevrilir. Liberal humanitar təhsilin idealı da məhz budur. 
Amma postmodern cəmiyyətdə bilik funksional rol 
oynayır. Belə ki, öyrənilən biliklər sadəcə, yadda 
saxlamaq üçün deyil, onlardan istifadə məqsədilə 
mənimsənilir. Sarapın qənaətinə görə, bugünkü təhsil 
siyasəti təhsilin anlaşılmaz, humanist idealından daha çox 
bacarıqlar və məşğələlər üzərində qərarlaşıb. Bu məsələ 
İngiltərədə xüsusilə aktualdır. Orada belə bir sual ciddi 
şəkildə tez-tez verilir: "Sən elmi dərəcənlə NƏ 
EDƏCƏKSƏN?"  
   Postmodern cəmiyyətlərdə bilik təkcə faydalılıq 
prizmasından xarakterizə edilmir. Burada modern 
cəmiyyətlərdən fərqli olaraq, bilik yayınlanır, qorunur və 
tənzimlənir. Unutmaq olmaz ki, elektron kompüter 
texnologiyalarının zühuru cəmiyyətimizdə biliyin istehsal, 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
58 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
yayın və istehlakını kökündən dəyişdirib. Lyotard bildirir 
ki, postmodern cəmiyyətlər üçün mühüm məsələ nəyin 
bilik (və nəyin "skandal") olması qərarına gəlinməsi və 
nəyin lazımlı olması qərarının kim tərəfindən verilməsidir. 
Bilik barədə belə qərarlar verilərkən köhnə modern - 
humanist keyfiyyətlər buraya cəlb olunmur: misal üçün, 
biliyi həqiqət kimi texniki keyfiyyətinə, yaxşılığı və 
ədaləti etik dəyərinə, gözəlliyi estetik xüsusiyyətinə görə 
qiymətləndirmək. Vitgensteyn kimi, Lyotard da göstərir 
ki, kifayət qədər bilgi dil oyununun paradiqmasına gətirib 
çıxarır. Mən burada Vitgensteynin dil oyunları ideyasının 
təfərrüatına varmaq istəmirəm, ona görə ki, Sarap bir 
məqaləsində bu məsələnin geniş izahını artıq verib.  
   Postmodernizmlə bağlı çoxlu suallar verilir. Və ən əsası 
siyasət də buraya cəlb olunur. Ancaq verilən suallar 
arasında aşağıda qeyd etdiyimiz sual daha populyardır: 
Fraqmentasiyaya, davamsızlığa, performansa və qeyri-
sabitliyə qarşı olan bu cərəyan xeyirlidir, yoxsa zərərli? 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
59 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
Bunun müxtəlif cavabları var. Hətta danılmazdır ki, 
müasir cəmiyyətimizdə pre-postmodern dövrə (modern-
humanist-maarifçilik) qayıtmaq arzusundan doğan meyllər 
mühafizəkar siyasi, dini və fəlsəfi qrupları 
postmodernizmə qarşı birləşdirir. Həqiqətən də, 
postmodernizm dini həqiqətin "aparıcı mövzular"ını şübhə 
altına alıb, dinə müqavimət şəklində təzahür edir. Ona 
görə postmodernizmin bir mənası da dini 
fundamentalizmə üsyan forması kimi başa düşülür. Bu 
məsələ Birləşmiş Ştatlarda bəlkə də ən açıq-aşkar, adi bir 
şeydir. Amma müsəlman fundamentalizminin hökm 
sürdüyü Yaxın Şərqdə dini, etik, gənələksəl və s. kimi 
dəyərləri - aparıcı mövzuları dekonstruksiya etdiyi üçün 
Salman Rüşdinin "Şeytan Ayələri" kimi postmodern 
kitablar qəti qadağandır. Mühafizəkarlıq və 
fundamentalizm ilə postmodern rədd arasındakı 
assosiasiya qismən də olsa, postmodern etirafın dolaşıq, 
fraqment meyllərinin nə üçün liberallara və radikallara 
cəlb olunmasının səbəbini izah edə bilər. Elə bu 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
60 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
keyfiyyətlərinə görə də, Sarap, Flaks və Batler kimi bir 
çox feminist teoristlər postmodernizmi çox cəlbedici 
hesab edirlər. Postmodernizm qlobal mədəniyyətin 
istehlakına qoşulmaq üçün alternativlər təklif edən 
cərəyan kimi özünü göstərir. Amma burada istehlak 
malları və bilik formaları hər hansı bir fərdi nəzarətsiz 
şəkildə, güclə istehlakçıya təqdim olunur. Postmodernizm 
bu alternativləri hər hansı bir zəruri fəaliyyətin (və ya 
sosial mübarizənin) lokal, məhdudiyyətli və partiyalı 
(amma effektiv) düşüncəsi üzərində cəmləşdirir. "Aparıcı 
mövzular"ı rədd etməklə, spesifik məqsədləri bir yerə 
cəmləşdirməklə postmodern siyasət qlobal təmayüllərdən 
təsirlənmiş lokal situasiyaları ehtimalsız nəzəriləşdirməyin 
üsullarını təklif edir. Deməli, postmodern siyasətin devizi 
"qlobal düşünüb, lokal hərəkət et"məkdir. Heç bir böyük 
layihədən və aparıcı plandan narahat olmayın. 
       
   Müəllifin icazəsi ilə ingiliscədən çevirdi:  


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
61 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
 
 
   Elmar Vüqarlı 
 
Qaynaq: 
http://xariciedebiyyat.azeriblog.com/2007/09/18/professor
-meri-klages-postmorernizm 
 
 
 
 
 
 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
62 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə