Tofiq Xəzər



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə12/54
tarix17.11.2018
ölçüsü1,63 Mb.
#80775
1   ...   8   9   10   11   12   13   14   15   ...   54

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
63 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
 
 
 
 
 
 
 
 
 
Təyyar Salamoğlu 
 
"YARIMÇIQ ƏLYAZMA" POSTMODERNİZM..." 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
64 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
 
"YARIMÇIQ ƏLYAZMA" POSTMODERNİZM VƏ 
POLİFONİK ROMAN KONSEPSİYALARININ 
SİNTEZİNDƏ 
 
Kamal Abdullanın "Yarımçıq əlyazma" romanı 2004-cü 
ilin ədəbi prosesinin məhsuludur. Keçən bu az müddət 
ərzində ədəbi mü-hitdə romanla bağlı mübahisə və 
müzakirələr onu ilin romanı kimi qiymətləndirməyə ciddi 
əsas verir. Müəllif özü romanla bağlı otuz yazı çıxması 
haqqında məlumat versə də, əsəri "Azərbaycan 
ədəbiyyatından olay" kimi qiymətləndirən türkiyəli yazar 
İrfan Ülkünün "Azərbaycanın Umberto Ekosu" adlı 
internet yazısında qəzetlərdə, ədəbiyyat dərgiləri və 
İnternet səhifələrində əsərlə bağlı üç yüzdən artıq yazının 
çap olunması, rus və fransız dillərinə tərcüməsinin işıq 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
65 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
üzü görməsi, yaxın zamanda türk dilinə də çevriləcəyi 
haqqında məlumat verir.  
 
      Azərbaycan ədəbiyyatının, tənqid və 
ədəbiyyatşünaslığının bir çox tanınmış nümayəndələri - 
T.Hacıyev, N.cəfərov, Anar, A.Hüseynov, Z.Yaqub, 
Ə.Cahangir, E.Hüseynbəyli, Ə.R.Xələfli və b. romanla 
bağlı müəyyən mülahizələr söyləmişlər. Bu fikirlərdə 
romanın sənət faktı kimi təsdiqi və inkarı ilə bağlı 
müəyyən polemik mövqe nümayiş etdirilmişdir.  
 Tənqidçi Ə.Cahangir yazır: "Postmodernist yazıçı kimi 
Kamal Abdul-lanın düşüncəsində zamanlar arasındakı 
fərq silinib, buna görə onun romanı-nın dilini çıxmaq 
şərtilə əsərdə ənənəvi tarixi əsərlər üçün səciyyəvi olan 
xüsusi kolorit yoxdur" (Ə.Cahangir. Dəmirbaşlar. "Körpü" 
jurnalı, 2005, ¹1, səh. 251). Fikrimizcə, posmodernist 
yazıçının əsərində "ənənəvi tarixi əsərlər üçün səciyyəvi 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
66 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
olan xüsusi kolorit" axtarmaq məntiqi görünmür. Nəzərə 
alsaq ki, "postmodernizm "qaydasız döyüşdür" və bu 
zaman rəssam və ya yazıçı qaydasız işləyir, onun əsas 
vəzifəsi hazır qaydalar əsasında nəsə növbəti bir şey 
yaratmaq yox, hələ yaranmaqda olan əsərin qaydasını 
müəyyənləşdirməkdir" (İlya İlin. Postmodernizm XX 
əsrin sonunun ruhi konsepsiyası kimi. Tərcümə - 
interpretasiya Ə.cahangirindir. "Azərbaycan", 2005. ¹6. 
səh.), onda bu romanı ərsəyə gətirən prinsipləri, "qaydasız 
döyüş" qaydalarını müəyyənləşdirmək daha elmi variant 
kimi görünür. 
Fikrimizcə, bu zaman postmodernist estetika üçün çox 
səciyyəvi olan cəhətə xüsusi diqqət yetirmək zəruridir. 
"Postmodernist konsepsiyaya görə, yaradıcı demiurq 
statusundan məhrum olmuş sənətkar əsər yox, mətn 
yaradırg Əslində hər bir oxucu mətnin yaradıcısı statusu 
qazanır. Məhz buna görə də "hər bir mətn daim (oxucu 
tərəfindən - Q.Q.) burada və indi yazılır." (R.Bart)" 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
67 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
(Q.Quliyev. Postmodernizim. "Azərbaycan", 2005, ¹9, 
səh.180.) 
 
      "Yarımçıq əlyazma" romanı təhlil edilərkən əsərə 
yanaşmadakı birinci prinsipial yanlışlıq Kamal Abdullanı 
roman mətninin yox, romanın müəllifi kimi qəbul 
edilməsi ilə baş verir. Halbuki postmodernist estetikaya 
görə, mətn təkcə müəllif oxunuşunda romana çevrilmir, o 
həm də hər bir oxu-cunun qavrayışında yenidən "oxunur" 
və "yazılır". "Yarımçıq əlyazma"nın bizə məlum 
təfsirlərinin hamısında mətnin müəllif "oxu"su əsas 
götürül-müşdür. Fikrimizcə, əsərə bütün kəskin tənqidi 
yanaşmalar öz başlanğıcını burdan götürür. 
 
      Romanın bədii materialını təşkil edən "Yarımçıq 
əlyazma" mətninin "Kitabi-Dədə Qorqud" dastanın ilkin 
variantı, bu dastanı yazmağa hazır-laşan dastan 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
68 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
müəllifinin hazırlıq qeydləri olması fikri bədii mətnə 
münasi-bətdə hər hansı bir tədqiqatçının və ya oxucunun 
müstəqil olaraq gəldiyi qənaət deyildir. "Yarımçıq 
əlyazma" deyilən mətnin özündə də buna aid heç bir işarə 
yoxdur. Bu fikir mətn müəllifinə məxsusdur və bədii 
mətnə "ön söz" kimi düşünülmüş parçalarda özünə yer 
tapmışdır: "Əslində bu belə olub!" - Yarımçıq Əlyazma 
bunu deyir. "Amma gələcək nəsillər bunu belə yox, məhz 
bu cür duyub qəbul etməlidirlər!" Dastanın Mətni də bunu 
deyir" 
 
      Tənqidçi Ə.cahangir yazır: "Kamal Abdullanın bu 
kitabı insana qar-şıdır: hamıdan hər şey gözləmək olar. 
Kamal Abdulla eyni zamanda Dədə Qorqud haqqında 
kitablar müəllifi kimi özü-özünə qarşı çıxır, özü-özünü 
inkar edir." (Göstərilən məqaləsi. s.251.) 
 



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə