Tofiq Xəzər



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə13/54
tarix17.11.2018
ölçüsü1,63 Mb.
#80775
1   ...   9   10   11   12   13   14   15   16   ...   54

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
69 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
      Başqa bir tənqidi-publisistik yazıda isə oxuyuruq: "g 
Tarixə saxta münasibət və ideyaca antibəşəri, antiinsani 
münasibət, bir sözlə, əgər belə demək mümkündürsə, 
ideyaca bu qədər ziddiyyətli və zərərli motivlər üstün-də 
qurulmuş, qələmə alınmış əsər ("Yarımçıq əlyazma" 
romanı nəzərdə tutu-lur - T.S) yaşarlılıq qazana bilməz, 
bədii cəhətdən nə qədər güclü olursa-ol-sun" (Ə.R.Xələfli. 
"Yarımçıq əlyazma"nın qalanıg "Kredo" qəzeti, 5 mart 
2005-ci il) 
 
      Bu "oxu"lar oricinal deyil və öz başlanğıcını müəllif 
"oxu"sundan götürür və son nəticədə də romanın yazılma 
məntiqini aşkarlaya bilmir. Ona görə də hər iki 
tədqiqatçının şərhlərində "Yarımçıq əlyazma" müəllif 
"mətn"indən çıxıb bədii əsər statusu qazana bilmir. 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
70 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
      Bütün hallarda məqalə müəllifləri "Yarımçıq əlyazma" 
mətninin diktə etdiyi bədii həqiqətlərdən yox, "Kitabi-
Dədə Qorqud" mətninin "Yarımçıq əlyazma" mətnindəki 
təhrifindən danışmağa üstünlük verirlər. Romanda Dədə 
Qorqud, Qazan xan, Beyrək, Burla xatun və b. ədəbi-
mifoloci obraz-ların xarakterinin təhrif olunması, milli-
tarixi varlığımıza xəyanət edilməsi kimi fikirlər roman 
mətninin təlqin etdiyi həqiqətlər deyil, "Yarımçıq əlyaz-
ma" mətninə "Kitabi-Dədə Qorqud" mətni kimi qiymət 
vermək tendensiya-sından qidalanır. 
 
      Romana qarşı kəskin tənqidi münasibətlərdə qoyulan 
bədii-estetik tələb ondan ibarətdir ki, milli-mənəvi 
varlığımızın dayaqları kimi tapındı-ğımız mifoloci 
obrazlar öz təbiətlərindən niyə çıxarılıb? Başqa sözlə, 
Kamal Abdullanın Beyrəyi, Qazan xanı, Dədə Qorqudu, 
Burla xatunu biz tanıdı-ğımız Beyrək, Qazan xan, Dədə 
Qorqud, Burla xatun deyil. Bu, doğrudan da, belədir. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
71 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
Dastan qəhrəmanları ilə roman qəhrəmanları tamam 
başqa-başqa adamlardır. Bu belə də olmalıdır, ilk növbədə 
ona görə ki, bu obrazlar fərqli zamanların bədii düşüncə 
məhsullarıdır. İkinci bir tərəfdən Dədə Qorqud, Qazan 
xan, Beyrək, Burla xatun kimi tanıdığımız bu insanlar 
tarixi şəxsiyyətlər deyil, dastan qəhrəmanlarıdır və həmin 
qəhrəmanları eyni xarak-terdə, eyni səciyyədə roman 
qəhrəmanına çevirmək ciddi yazıçı məqsədi ola bilməz. 
Başqa sözlə, bu mahiyyətcə K.Abdulladan dastanın roman 
variantını yaratmaq tələbidir və yazıçının bu tələbin 
ardınca getməməsi də təbiidir. Ə.cahangirin məqaləsində 
oxuyuruq: "Mifik düşüncəyə bütün bələdliyi ilə bərabər 
Kamal Abdulla çağdaş insandır və məsələlərə sosial-tarixi 
qatdan yüksəkdə duran ilahi bir ucalıqdan baxdığını 
düşünsə də, əslində, çağdaş dövrün gözü ilə baxır." (Əsəd 
cahangir. Gösətərilən məqaləsi, səh.251) Ə.R.Xələfli də 
məsələyə, demək olar ki, eyni baxış bucağından yanaşır! 
"g Mən başa düşürəm, "Yarımçıq əlyazma"nı yazdıran bu 
günün həqiqətləridir. Siz həyəcan təbili çalmaq 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
72 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
istəyirsinizg Bir də unutmayaq ki, bədii əsərin gücü tarixi 
həqiqətə nə qədər söykənməsindən də çox asılıdır." 
(Ə.R.Xələfli. "Yarımçıq əlyazma"nın yarısıg "Kredo" 
qəzeti, 26 fevral 2005-ci il) "Yarım-çıq əlyazma"da 
məsələlərə "çağdaş dövrün gözü ilə" və "bu günün 
həqiqət-ləri" ilə baxılması qənaətləri tənqidçilərə bədii 
mətnin intuitiv olaraq təlqin etdiyi doğru qənaətlərdir. 
Lakin bu mülahizələrdə intuitiv olaraq dərk edi-lənlər 
düzgün elmi-nəzəri şərhini tapmamışdır. Tənqidçilər 
"Yarımçıq əlyaz-ma"nın bədii həqiqətində ifadə olunan 
müasirliyi roman müəllifinin tarixi həqiqəti 
"müasirləşdirməsi" kimi qəbul edirlər. Tənqidçilərin bu 
mövqeyin-dəki yanlışlıq "Yarımçıq əlyazma"nı tarixi bir 
əsər kimi qəbul etmək tenden-siyasından qidalanır. 
Halbuki "Yarımçıq əlyazma" bütövlükdə tarixi planda 
yazılmamışdır. Romandakı Dədə Qorqudla bağlı hissə 
müasir həyat və müa-sir insan kontekstində yazıçı 
görümünün ifadəsidir, yazıçının dünyaduyumu-dur. 
"Yarımçıq əlyazma"da tarixən saf və bütöv olan 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
73 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
əxlaqımızın (istər sosial-siyasi, istərsə də mənəvi-əxlaqi) 
getdikcə daha artıq sapıntıya uğraması, əxlaqi 
kataklizimlərin son həddi göstərilir. Bu romanda tarixi 
materiala (fikrimizcə daha çox sücet və ya motiv 
səviyyəsində) tamam başqa bir estetik funksiya 
verilmişdir. Bütün mahiyyət də bu, estetik funksiyanın 
düzgün dərk olunmasında, elmi açılışındadır. Etiraz edib 
deyə bilərlər ki, o halda tarixi sücetə və ya motivə nə 
ehtiyac vardı, müasir həyatı elə müasir həyat materialları 
ilə yüksək ideya-estetik bütövlükdə ifadə etmək də olardı. 
(Orasını da qeyd edək ki, bu cür mülahizələr artıq 
səslənib: "İndi mən düşünürəm: tarixin bir məqamını 
açmaq üçün həqiqətən daha gücsüz olan, fiziki cəhətdən 
üzə dura bilməyən məqamını qurban vermək gərəkdirmi? 
Nə qədər ədalətlidir bunun üçün Dədə Qorqud dövrünün 
hədəf seçilməsi?") (Ə.R.Xələfli. "Yarımçıq əlyazma"nın 
dörddə biri. "Kredo" qəzeti, 19 fevral 2005-ci il.) 
"Yarımçıq əlyazma"da Dədə Qorqud dövrü hədəf 
seçilməyib, istinad nöqtəsi seçilib. Dədə Qorqud dünyası 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə