Tofiq Xəzər



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə14/54
tarix17.11.2018
ölçüsü1,63 Mb.
#80775
1   ...   10   11   12   13   14   15   16   17   ...   54

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
74 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
bu romanda insanın sosial varlığına, mənəvi əxlaqi 
aləminə nüfuzun meyarı kimi qəbul edilib. 
 
      "Yarımçıq əlyazma" romanındakı hadisə və bu 
hadisələrin iştirakçısı olan obrazlar "Kitabi-Dədə Qorqud" 
dastanındakı zamanın hadisələri və iştirakçıları deyildir. 
"Yarımçıq əlyazma"dakı Bayandır xan, Dədə Qorqud, 
Qazan xan, Beyrək, Bəkil, Burla xatun, Alp Aruz və s. 
obrazlar "Kitabi-Dədə Qorqud" dastanından tanıdığımız 
mifik obrazların adını daşıyan çağdaş insanların obrazıdır. 
"Yarımçıq əlyazma"dakı zaman mifik Zaman təssüratı 
yaradan çağdaş zamandır. Belə bir təəssüratın yaradılması 
sücetqurmanın bədii üsulu vasitəsidir. Müəllif bu gün 
üçün dil və adqoyma faktorundan məharətlə faydalanmış 
və "əlyazma" mətninə yazdığı "ön söz "də özünün bədii 
niyyətini məharətlə pərdələyə bilmişdir.  
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
75 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
      Romanın "Kitabi-Dədə Qorqud"la bağlı mətninin 
sücet xəttinin əsasında belə bir hadisə durur: Məlum olur 
ki, Oğuzda casus var və bu casus tutulur. Tutulur, lakin 
cəzalandırılmaq əvəzinə sərbəst buraxılır. Bu, cəmiyyətin 
başçısı Bayandır Xanda şübhə yaradır və o, casusun kim 
tərə-findən buraxıldığını öyrənmək üçün istintaq qurur. 
Həmin "istintaq prosesi" romanın sücet xəttinin əsasını 
təşkil edir. Bu sücet zahirən romana dedektiv xarakteri 
verir və onun oxunaqlılığını şərtləndirən ilkin əlamət kimi 
nəzərə çarpır. Lakin sücet xəttinin əsasında duran hadisə 
kriminal yox, sosial və mənəvi - əxlaqi xarakterli 
olduğuna görə sözügedən cəmiyyətin sosial və mənəvi - 
əxlaqi durumunu açmaq üçün tutarlı vasitə olur.  
 
      Casusun tutulduğu məqamda onun hərəkətini Oğuza 
ağır bir zərbə kimi qiymətləndirən bütün Oğuz bəyləri 
sonda onu "günahsız" elan edərək açıb buraxırlar. Çünki 
casus Boğazca Fatmanın oğludur və Boğazca Fatma hər 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
76 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
bir Oğuz bəyinə sübut edə bilir ki, bu, elə sənin oğlundur. 
Qırx oynaşlı Fatma ilə Oğuz bəylərinin intim 
münasibətlərini cəmiyyətin məişət əxlaqının pozulması 
kimi qiymətləndirmək olar. Lakin Oğuz bəylərinin öz 
şəxsi tale-lərini bütün Oğuzun mənafeyindən üstün 
tutmaları və casusu azad edərkən qətiyyən tərəddüd 
etməmələri sosial əxlaqı pozulmuş cəmiyyəti görüntüyə 
gətirir.  
 
      İstintaq prosesində - ağır sınaq qarşısında qalan Oğuz 
bəyləri ancaq öz şəxsi taleləri üçün narahatlıq hissi keçirir, 
sıravi bəylərdən tutmuş "Oğu-zun dirəyi" Qazana qədər ən 
alçaq hərəkətləri belə özlərinə rəva görürlər. Təki 
canlarını ölümdən qurtarsınlar, təki tutduqları mövqedən 
məhrum olmasınlar.  
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
77 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
      İç Oğuzla Dış Oğuz arasında münasibətlərin getdikcə 
daha artıq kəskinləşməsi, kimin başçı olacağı uğrunda 
amansız mübarizə, bəylərin daha yüksək rəyasət pilləsinə 
ucalmaq üçün qarşısındakını bütün mümkün vasitələrlə 
sıradan çıxarmaq istəyi, hətta bunun üçün öz 
qadınlarından bir vasitə kimi istifadə etmələri, yalançı 
qurğular - oyunlar qurub ad qazan-maları, elin tale yüklü 
zamanında min bir bəhanə ilə qaçıb kafir torpaqlarına üz 
tutmaları, yurdun ölüm-qalım zamanında belə daxili 
münaqişələrin, şəxsi intriqaların birləşməyə mane olması 
oxucunun çağdaş zaman və cəmiyyət haqqında 
düşüncələrinə stimul verir.  
 
      Yaranmış vəziyyətlə bağlı reallığı bütün aydınlığı ilə 
dərk edən Bayandır Xanın "artıq uzun zamandan bəri 
ikiyə bölünmüş Qalın Oğuzun sözdəki birliyi bu gün niyə 
tük qədər nazik oldu?" "Oğuz öncə öz-özünə ehtiram 
etməzsə, Arşın Dirək Təkürmü bu ehtiramı qılacaq, ya 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
78 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
Şöklü Məlikmi?" kimi cavabı hamımıza məlum olan ürək 
parçalayan ağrılı sualları, "haqsız işlər Oğuzda ayaq açıb 
yeriyir", "Oğuz parça-parça olmuş, mənim xəbərim yox", 
"suç da ki bizim özümüzdə" kimi qənaətləri sözün 
yaşadığımız cəmiyyətdən getdiyinə şübhə yeri qoymur.  
 
      "Yarımçıq əlyazma" romanının Dədə Qorqudla bağlı 
mətnində zaman da, məkan da, obrazların adı da polifonik 
məzmunludur. Təpəgöz obrazı ilə bağlı epizodun daxili 
məzmununu açmaqla fikrimizi izah etməyə çalışaq.  
 
      Bu epizodda Azərbaycan-erməni savaşının mahiyyəti 
ifadə olun-muşdur. Oğuzların Təkgözə və onun qoşununa 
qarşı durması kifayət qədər tragik bir vəziyyətin 
ifadəsidir. Bu zaman Oğuzların bir-birinin ardınca yol 
verdikləri səhvlər - düşmənin qüvvəsini lazımi səviyyədə 
qiymətləndirə bilməmək (Qazanın "Təkgözün ləşkərini 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
79 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
mən av edə-edə avlaram" deməsini xatırlamaq kifayətdir), 
İç Oğuzla Dış Oğuzun düşmənə qarşı birləşə bilməməsi, 
ümumi bəlaya qarşı mübarizədən yayınma faktları və s. 
Azərbaycan-erməni savaşındakı məğlubiyyətlərimizin 
səbəblərini göz önünə gətirir.  
 
      Romandakı Təkgözün dastandakı nəhəng Təpəgözdən 
fərqli olaraq "sısqa, biçimsiz birisi" olması, onun gücünün 
və qoşununun da real qüvvə yox, sehrlə, əfsunla bağlılığı 
bu varlığın kimliyi haqqında müəllif qənaətini 
təcəssümləndirir. Fikrimizcə, müəllif "dilləri bizim dil 
deyil", "dinləri bizim din deyil" informasiyası ilə bu 
qüvvənin kimliyini aşkarlayır, onun gücünün ilğım, 
eyforiya olması qənaətini əks etdirir. Təkgözün məhz 
Basat tərəfindən öldürülməsində və ona da anası Doğan 
Aslanın yardımçı olmasında ermə-niyə qarşı savaşda 
qələbənin pozulmamış əxlaqdan keçməsinə üstüörtülü 
işarələr var.  


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə