Tofiq Xəzər



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə15/54
tarix17.11.2018
ölçüsü1,63 Mb.
#80775
1   ...   11   12   13   14   15   16   17   18   ...   54

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
80 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
 
      M.Süleymanlının mövzu, ideya, obrazlar sistemi, ən 
başlıcası isə ümumi ruhu baxımından "Kitabi-Dədə 
Qorqud" dastanı ilə bağlı olan "Köç" romanı haqqında biz 
vaxtilə yazmışdıq ki, "romanda eyni adı daşıyan, lakin 
müxtəlif zaman kəsiklərində yaşayan və fərqli səciyyələrə 
malik obrazlar var. Məsələn, Hürü qarı, Bəkil, İmir həm 
ikinci, həm üçüncü zaman kəsiklərində yaşayan, müxtəlif 
taleli obrazların adıdır. Buna görə də, obrazlara qiymət 
verərkən müxtəlif zamanlarda yaşayan eyni adlı 
qəhrəmanları fərqləndirmək lazımdır. Birinci zaman 
kəsiyindəki Bəkil obrazı ilə üçüncü zaman kəsiyində 
yaşayan Bəkili xarakter, hadisələrə münasibət, əqidə 
baxımından ayırmaq lazım gəlir. Roman qəhrəmanları 
özlərini təqdim edəndə adqoymadakı bu şərtilikləri hətta 
özləri də nəzərə alırlar: 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
81 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
      - Adın nədi, mənim adım Çiçəkdi. 
 
      - Mənim adım Bəkildi.Dördüncü Bəkiləm, 
Babalarımın adıdı, yeddinci Bəkil çox güclü, çox iri adam 
olacaq. 
 
      - Mən də yeddinci Çiçəyəm, yeddi nənəmin adı Çiçək 
olub . " (Bu ba-rədə geniş bax: T,Salamoğlu. Müasir 
Azərbaycan romanının poetikası. Bakı. "Elm", 2005, səh, 
188-189)  
 
      Bu məntiqlə "Yarımçıq əlyazma" romanına yanaşsaq, 
yeddi arxa dönəninin adı Bəkil, Çiçək olan bir xalqın 
çağdaş həyatından bəhs edən və sücet xəttinin "Kitabi-
Dədə Qorqud" dastanından alan bir əsərin qəhrə-
manlarının adının Bəkil, Çiçək, yaxud Qazan, Dədə 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
82 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
Qorqud, Burla Xatun olmasında qeyri-məntiqi heç nə 
yoxdur. Lakin "Yarımçıq əlyazma" roma-nındakı 
qəhrəmanları adlandırmadakı şərtiliyin məntiqi ancaq bu 
deyildir. Roman qəhrəmanlarının bu cür adlandırılması 
müəllif niyyətinin ciddi-liyindən və əhatəliliyindən irəli 
gəlir. Müəllifin gerçək roman təfəkküründən xəbər verir. 
Məhz roman qəhrəmanlarının dastan qəhrəmanlarının adı 
ilə zühur etməsi ikinciləri də bədii inikas arsenalına daxil 
edir. Romanın əhatə etdiyi zamanın hüdudları mifik 
keçmişə doğru genişlənir. Mifik zaman qatındakı milli-
tarixi varlığımızla çağdaş zamandakı varlığımız müqayisə 
predmetinə çevrilir: "Postmodernistlərin fikrincə, mətn 
heç vaxt avtonom şəkildə mövcud olmur. Əslində, 
postmodernizmin mətnə bu konseptual münasibətinin 
əsası M.Baxtin tərəfindən qoyulmuşdur; tədqiqatçı 
F.Dostoyevskinin "polifonik" (çoxsəsli) roman 
konsepsiyasını təhlil edərkən onun əsərlərindəki mətnlərin 
ondan əvvəl və onunla eyni zamanda mövcud olan 
mətnlərlə dialoqa girməsi fenomenini üzə çıxarmışdır." 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
83 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
(Q.Quliyev. Göstərilən məqaləsi. səh.180.) Əslində bu 
fikir postmodernizmin nəzəri prinsiplərindən birinin elmi 
şərhidir. Belə ki, postmodernizm nəzəriyyəsində mətnlərin 
qarşılıqlı şəkildə təsiri mühüm yer tutur və fransız alimi 
C.Canet "İkinci dərəcəli ədəbiyyat" əsərində 
intertekstuallıq (bir mətndə iki və daha artıq mətnin 
mövcudluğu), metatekstuallıq (mətndə özündən əvvəlki 
mətnin izahı) və s. kimi beş tipini müəyyənləşdirir. (Bu 
barədə geniş bax: İlya İlin. Göstərilən məqaləsi. səh.169.) 
"Yarımçıq əlyazma" romanının ("Yarımçıq əlyazma" 
mətninin yox) bədii materialı "Yarımçıq əlyazma" mətni 
ilə bərabər "Kitabi-Dədə Qorqud" dastanınn mətnindən 
ibarətdir. Faktik "Kitabi-Dədə Qorqud" mətni oxucunun 
yaddaşındadır. Oxucu yaddaşında "görüşən" "Yarımçıq 
əlyazma" mətni ilə "Kitabi-Dədə Qorqud" mətni "dialoqa 
girir". Postmodernist romanı "oxuyan" oxucunun əsərin 
sücet-kompozisiya siste-minə dekonstruksiya prinsipi ilə 
yanaşması zərurəti və romanı destruksiya (sökmə) və 
konstruksiya (quraşdırma) əsasında idrakı ehtiyacı da 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
84 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
burdan doğur və məhz bu zaman romanın həqiqi bədii 
dərkinə yol açılır.  
 
      Romanda mənəvi və real tarixi keçmişimizə nihilist 
münasibətlə bağlı tənqidi mövqe, fikrimizcə, keçmişə 
ironiyalı və ya şübhəli baxışı postmoder-nizmin nəzəri 
prinsiplərindən biri kimi fəhm etməklə də bağlıdır. 
Halbuki, postmodernizmdə keçmişə ironiyalı və ya 
şübhəli baxış mütləq prinsip deyil. C.Canetin nəzəri 
görüşlərində postmodernizmin bu prinsipi metatekstuallıq 
adlanır və terminin məzmunu aşağıdakı kimi açılır: 
"Mətndə özündən əvvəlki mətnin izahı və çox vaxt ona 
tənqidi münasibət". (İlya İlin, göstərilən məqaləsi, səh.) 
Göründüyü kimi, postmodernizmində özündən əvvəlki 
mətnə münasibət var, amma bu həmişə tənqidi münasibət 
demək deyil.  
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
85 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
      "XX əsrin sonunun ruhi konsepsiyası kimi" (İlya İlin) 
postmo-dernizmin konseptual əsasında keçmişə (mənəvi 
dəyərlərə və irsə) qayıdış əsas istinad nöqtələrindən 
biridir. "Çağdaş postmodernist fikrin öncüllə-rindən olan 
Umberto Eko (məşhur italyan alimi və yazıçısıdır. 
"Qızılgülün adı", "Fukonnu yayı", "Ada" və "Baudolino" 
romanlarının, modernizmə və postmodernizmin 
estetikasına dair araşdırmaların müəllifi kimi məşhurdur-
T.S.) belə hesab edir ki, postmodernizm modernizmdən 
fərqli olaraq keçmiş-dən imtina etmir və onu qəbul edir" 
(Q.Quliyev. Göstərilən məqaləsi. səh. 179.) "Yarımçıq 
əlyazma"da keçmişə qayıdışı, klassik dəyərlərə istinadı 
çağdaş həyatın problemləri doğurmuşdu. Keçmiş çağdaş 
zamana, dünyaya təsir vasitəsi idi, obrazlı demiş olsaq, 
roman çağdaş dünyanın "çürümüş əzalarını" keçmişin 
hesabına bərpa etmək istəyidir.  
 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə