Tofiq Xəzər



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə17/54
tarix17.11.2018
ölçüsü1,63 Mb.
#80775
1   ...   13   14   15   16   17   18   19   20   ...   54

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
91 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
keçməyən, hamı ətrafına öz şahlıq və mürşid mərtəbəsin-
dən baxan bir sahibəzzaman, bir şəxsi-müqəddəs idisə və 
özü də buna sözsüz inanırdısa, Xətai (Xızr olmalıdır - 
T.S.) bir o qədər həlim, xoşxasiyyət, sülhməramlı insan 
idi." Lələ Hüseyn bəyin düşüncələri ona görə reallığın 
bədii ifadəsi kimi səslənə bilir ki, biz onun hər bir 
hərəkətində və əməlində Şah İsmayıla sonsuz rəğbətini və 
sədaqətini müşahidə edirik. Çaldıran döyüşündən sonra on 
il əsirlik həyatı yaşayan Hüseyn bəy Lələnin həyatın hər 
cür əzablarına sinə gərmək, dözmək gücü verən Şah 
İsmayıla məhəbbəti, ona qovuşmaq istəyidir. Əsirlik 
həyatından qurtarıb Şah İsmayılın ayaqları altında ölmək 
onun üçün ən müqəddəs arzudur. O daim bu arzuya can 
atır. Lakin "xoşbəxtlik" məqamında faciə ilə üzləşəndə 
isə- həqiqi Şah İsmayıl əvəzinə oxşarı ilə görüşəndə 
aldandığını, bütün ümidlərinin puç olduğunu görür. Bu 
məqamda Lələ Hüseyn bəy cismən ölməmişdən qabaq 
mənən ölür. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
92 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
 
      Lələ Hüseyn bəyin bu hərəkəti bir insan və hökmdar 
kimi Şah İsmayılın bütövlüyünü, daxili zənginliyini, başqa 
sözlə kamil insan xarak-terini təcəssüm etdirir. 
 
      Şah İsmayılla bağlı sücetin real plandakı "oxu"nuşu 
belədir, lakin bu sücetin yeganə "oxu"nuşu deyil 
 
      Romana yazdığı "ön söz"lərin birində müəllif Şah 
İsmayılla bağlı sücetin "daha çox tarixi yox, bədii bir 
rəvayəti" xatırlatması mülahizəsini də irəli sürür. 
 
      Bu mülahizə qətiyyən təsadüf kimi irəli sürülmür və 
demək lazımdır ki, dəqiq müşahidədən doğur. Eyni 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
93 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
zamanda, sücetin mənası ilə bağlı həqiqəti açmaq əvəzinə 
bir qədər də örtüyə bürüyür, gizləyir.  
 
      Şah İsmayılla bağlı sücetdəki bioqrafik məzmun 
müəllif bədii ifadə-sində məqsəd yox, vasitədir. Bu 
sücetdə müəllif niyyəti başqa bir məzmun qatını önə 
çıxarır. 
 
      Şah İsmayılla bağlı sücetin qəhrəmanı polifonik 
səciyyəlidir. M.Baxtin Dostoyevskinin roman 
qəhrəmanlarından danışarkən yazır ki, "əgər xəyalən 
onların içərisində yaşadıqları (yaşatdıqları olmalıdır - 
T.S.) ideyanı onlardan ayırsaq, onda onların obrazları 
tamamilə dağılar. Başqa sözlə, qəhrəman obrazı ideya 
obrazı ilə ayrılmaz şəkildə bağlıdır. Biz qəhrəmanı 
ideyada və ideya vasitəsilə g ö r ü r ü k, ideyanı isə 
qəhrəmanda və onun vasitəsilə g ö r ü r ü k". (M.Baxtin. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
94 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
Dostoyevski poetikasının problemləri. Bakı. 2005, 
səh.124). Şah İsmayılla bağlı sücetdə onun Çaldıran 
döyüşündən sonra qeybə çəkilməsi bir çox hallarda tarixi 
həqiqətin təhrifi kimi mənalandırılmışdır. O mənada ki, 
tarixi mənbələrdə Çaldıran döyüşündən sonra Şah 
İsmayılın bir neçə il hökmranlıq etməsi faktı mövcuddur. 
Lakin söhbət tarixi yox, bədii materiala münasibətdən 
gedir. "Yarımçıq əlyazma"da Şah İsmayıl tarixin yox, 
daxilindəki ideyanın yükünü çəkir, Dostoyevskidə olduğu 
kimi, "qarşımızda ideyanın obrazı yaranır (Baxtin). Şah 
İsmayılın bütün hərəkətlərinin məntiqi onun daxilində 
gəzdirdiyi ideya ilə izah olunandır. Batini saflıq və 
bütövlük onun əqidəsidir. Bu əqidə onun bütün varlığına 
hakim kəsildiyi üçün bu əqidə-ideyadan kənarda Şah 
İsmayıl yoxdur. İnsan batinən saf və bütöv olmalıdır. Şah 
İsmayılın bu ideyası mənbəyini mənsub olduğu dindən 
götürür və mahiyyətcə insan həyatının mənası Mütləq 
başlanğıca bağlılığındadır izahına gəlir. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
95 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
 
      Şah İsmayıl Çaldıran döyüşündə məğlub olur. Tarixi 
mənbələrdən də məlumdur ki, Sultan Səlimin qələbəsi 
daha çox odlu silahın - xüsusən topların hesabına təmin 
olunur. Şah İsmayıl Sultan Səlimin məhz bu cür qələbəsi 
ilə barışa bilmir. Şah İsmayıl Sultan Səlimin qələbəsində 
"şeytani" qüvvənin iştirakını dünyanın nizamının 
pozulması kimi başa düşür və belə həyatı qəbul etmir. 
 
      Şahlıq taxtını öz oxşarına verəndə hərəkətinin 
mənasını belə izah edir: 
 
      - Biz bir kimsəni aldatmırıq. Batilin bir mənası 
yoxmuş, əsl məsələ zahirdə imiş. Saxla bunu huşundag 
Mən bu boyda məmləkəti fəlakətdən saxlaya bilmədim. 
Mən aradan çıxıram. Niyəsini heç sorma. Bilirsən, qula-


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
96 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
ğıma səs gəldi göydən: "Hamı səni sevənlər burdadı" dedi. 
Şahi-Mərdanın səsiydi." 
 
      Bu sözlər ilk növbədə Şah İsmayılın Zamana etirazını 
ifadə edir. Şah İsmayılın hiylə və məkrdən uzaq təbiəti 
hiylə və məkr zamanının gəldiyini dərk edincə, 
hökmdarlıq taxtında oturmağı özünə rəva bilmir. Bu 
xarakterlə və bu zamanda "bu boyda məmləkəti fəlakətdən 
saxlaya bilməyəcəyini" başa düşdüyü məqamda "mən 
aradan çıxıram" deməsi tamamilə məntiqidir və türkün 
xarakterini dolğunluğu ilə əks etdirir.  
 
      K.Vəliyev Şah İsmayılı Çaldıran döyüşündəki 
məğlubiyyəti ilə Koroğlunun "indi bic əyyamıdı" deyib 
"koroğluluğunu" yerə qoyması arasında məntiqi əlaqə 
görməkdə tamamilə haqlıdır: "Çaldıran döyüşü və 
ümumtürk faciəsinin bir dövrünün dastan dilindəki ifadəsi 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə