Tofiq Xəzər



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə18/54
tarix17.11.2018
ölçüsü1,63 Mb.
#80775
1   ...   14   15   16   17   18   19   20   21   ...   54

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
97 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
"Koroğlu"dur". (K.V.Nərimanoğlu. Şah İsmayıl - Sultan 
Səlim savaşıg "Ulduz", 2004, ¹8, səh. 18). 
 
      Şah İsmayılın "batilin bir mənası yoxmuş" və 
Koroğlunun "indi bic əyyamıdı" qənaətləri dəyişən 
zamana roman və dastan qəhrəmanlarının eyni baxış 
bucağının əksidir. Bu mənada "Yarımçıq əlyazma"dakı 
Şah İsmayıl xətti "Çaldıran döyüşü və ümumtürk 
faciəsinin bir dövrünün" çağdaş nəsr təfəkkürü ilə bədii 
inikasıdır. "Kitabi - Dədə Qorqud" dastanı ilə Şah 
İsmayılla bağlı mətni türkün cəngavərlik ruhu, əqidə 
birliyi - batini təmizlik və Allaha inamın tükənməzliyi 
ideyası birləşdirir. "Kitabi - Dədə Qorqud" qəhrəmanları 
ilə Şah İsmayıl dünyası bir-birini tamamlayır, insanın 
mənəvi-ruhani dünyaya bağlılığının başlanğıcını və 
sonunu simvollaşdırır, burada "mifdən odlu silahın 
çıxmasına qədər uzanan zaman yolu bitir" 
(K.V.Nərimanoğlu. Göstərilən məqaləsi. səh.18.) 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
98 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
 
      Tarixə ən ümumi baxış əsasında ədəbi-estetik 
düşüncəyə nüfuz etməyə çalışan və buna əsasən nail olan 
tənqidçi Əsəd cahangir ingilis filosofu Frensis Bekon və 
Əbdülvahid Yəhyanın fikirlərini ümumiləşdirərək 
yuxarıda haqqında danışdığımız məqaləsində belə bir 
qənaətə gəlir ki, Allahla insanın vəhdətdə olduğu Əzəli, 
İlkin həqiqətdən düşüncə iki istiqamətdə sapıb: qədim 
düşüncənin qəhrəmanı daha çox insansız allah, çağdaş 
düşüncənin qəhrəmanı isə allahsız insandır. Əsas məsələ 
isə onların birliyidir. Doğrudur, lakin "insansız allah" 
qədim düşüncənin qəhrəmanı kimi daha çox Qərbdə 
özünü göstərib. Şərqin qədim düşüncəsində insan Allaha 
inamdan kənarda deyil. Şərq düşüncəsindəki sapıntı- 
insanın allahsızlaşması isə çağdaş zamanın problemidir və 
bu mənada "doğrudan da əsas məsələ onların birliyidir".  
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
99 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
      Bu mənada Xızr obrazı üzərinə qayıtmaq zərurəti 
yaranır. Romanla bağlı ilkin təəssüratda o, tarixi surətdir. 
Mənbələrdə Sultanəli Mirzə Əfşardan Şah İsmayılın 
oxşarı kimi söhbət açılır. Xızrla Sultanəli Mirzə Əfşarın 
romanda iki müxtəlif obraz kimi təzahürü birincinin 
ideya-estetik yükünün tamamilə fərqli olmasından irəli 
gəlir. Xızr obrazının daşıdığı ikinci estetik yük Şah 
İsmayıl obrazının simvolikasını açmaqla bağlıdır. Bu 
mənada Xızr həm də Şah İsmayılın Çaldırandan sonrakı 
xarakterini ifadə edir. Şah İsmayılın cəngavər obrazı 
xalqın gen yaddaşında Çaldıran döyüşünə qədərki 
fəaliyyətiylə təcəssümlənir. Çaldırandan sonra on il 
yaşayan Şah İsmayıl yox, şair Xətayi idi. Romanın Şah 
İsmayıl sücetinin bizə diktə etdiyi bu qənaət müəllifin 
mətnə "subyektiv açıqlamalarından" birinin məzmununa 
müəyyən aydınlıq gətirir: "Çaldıranda həlak olan Şah 
İsmayılla Çaldırandan sonra hakimiyyətini on il daha 
sürdürmüş Şah İsmayıl arasında bir əsas fərq var. O fərq 
Şah İsmayılın özü ilə onun bənzəri Xızr arasında olan 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
100 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
fərqdir, vəssalam". Bu fikrə şərik olmaqla yanaşı, "Şah 
İsmayılın özü ilə onun bənzəri Xızr arasında olan fərq"in 
başqa bir açılışına da diqqət yetirmək lazımdır. Romanda 
Şah İsmayıl və Xızr başqa-başqa "dünya"ların insanları 
kimi təcəssüm tapırlar. Müəyyən şərtiliklə bu "dünya"ları 
allahlı və allahsız insan epoxaları kimi də formulə etmək 
olar. Şah İsmayıldan fərqli olaraq Xızr Allahı yaddan 
çıxarıb maddiyyata üz tutan və özünü onda tapan 
"dünya"ya keçidi təmsil edir. Bu yol mənəvi 
müflisləşməyə aparır. "Çünki maddi dünyanın 
mahiyyətində eniş durur." (Ə.cahangir. Göstərilən 
məqaləsi. səh.244). "Yarımçıq əlyazma" romanındakı 
Dədə Qorqudla bağlı mətn həmin "eniş" prosesini əks 
etdirir.  
 
      Mifoloji obrazların "Yarımçıq əlyazma"dakı müasir 
həyat planında təsviri dünya ədəbiyyatının təcrübəsi və 
nəzəriyyəsi baxımından tamamilə başa düşüləndir. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
101 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
M.Baxtin Dostoyevskinin yaradıcılığı əsasında polifonik 
roman nəzəriyyəsini əsaslandıranda bu məsələyə də 
toxunmuşdur.  
 
      Baxtin polifonik romanın bir canr kimi dürüst dərk 
edilməsi üçün onun mənbələrini müəyyənləşdirməyi vacib 
hesab edir. Buna görə də, "klassik antik dövrün sonuna 
yaxın və sonrakı ellinizm dövründə zahirən kifayət qədər 
rəngarəng, lakin daxili qohumluq əsasında əlaqəli olan və 
ona görə də qədimlərin özlərining "ciddi - gülüş sahə 
adlandırdıqları çoxsaylı canrları"n (Sofronun mimləri, 
Sokrat dialoqları, Menipp satirası və s. - T.S.) üç əsas 
xüsusiyyətinin polifonik romanın formalaşmasındakı ciddi 
əhəmiyyətini xüsusi nəzərə çarpdırırdı. Birinci xüsusiyyət 
kimi, o, göstərirdi ki, mifik qəhrəmanları və keçmişinin 
simaları bu canrlarda bilərəkdən və xüsusi olaraq 
müasirləşdirilmişdir və onlar bitməmiş müasirliklə 
familyar təmas məkanında hərəkət edir və danışırlar. 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə