Tofiq Xəzər



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə19/54
tarix17.11.2018
ölçüsü1,63 Mb.
#80775
1   ...   15   16   17   18   19   20   21   22   ...   54

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
102 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
Baxtın bunu "bədii obraz quruluşunun dəyər-zaman 
məkanının özünün köklü şəkildə dəyişməsi" kimi 
qiymətləndirir. 
 
      Baxtin ciddi-gülüş canrlarının "rəvayətlərə 
əsaslanmadığını" və "özlərini onların vasitəsilə 
işıqlandırmadığını", əksinə, "şüurlu şəkildə təcrübəyə və 
azad təxəyyülə əsaslanmanı" və bu yolla "az qala 
rəvayətdən tamamilə azad olacaq bir obrazın meydana 
çıxmasını" polifonik romanın formalaşmasına təsir 
göstərən ikinci xüsusiyyət hesab edir.  
 
      Baxtin polifonik romana məxsus çoxüslubluluq və 
çoxsəsliliyin, həmçinin "əlavə canrlardan-məktublardan, 
tapılmış əlyazmalardan, söylənil-miş dialoqlardan, yüksək 
canrlara edilmiş parodialardan geniş şəkildə istifadəni"n 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
103 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
ciddi-gülüş canrlarından gəlmə üçüncü xüsusiyyət hesab 
edir. 
 
      Bu xüsusiyyətlər K.Abdullanın romanın ideya-obraz 
və bədii strukturunda kifayət qədər davamlı tərzdə özünü 
göstərir. Mifoloci zaman-dan gerçək zamana, dastan 
poetikasından çağdaş roman poetikasına keçidin 
mexanizmini açır.  
 
      K.Abdulla "Yarımçıq əlyazma"da Zaman haqqında 
böyük həqiqəti (ya bəlkə də ən acı həqiqəti) oxucuya 
təqdim etmək yolu tutur. Bütün roman həqiqətin əzablı 
doğuluşundan ibarətdir. K.Abdulla bu prosesdə vasitəçi 
rolundadır, prosesin gedişinə qətiyyən müdaxilə etmir. 
Həqiqəti bu cür açmaq üsulu polifonik romana "Sokrat 
dialoqları"ndan gəlirdi. Yazıçı "Sokrat dialoqları" üçün 
xas olan iki əsas üsuldan məharətlə bəhrələnir. İstintaq 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
104 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
prosesində Bayandır Xanın ortaya çıxarmaq istədiyi 
həqiqət-Oğuzun içdən parçalanması, bunun səbəbləri və 
səbəbkarı məsələsi sinkriza (müxtəlif nöqteyi nəzərlərin 
müqayisəsi üsulu) və anakriza (həmsöhbətdən söz almaq, 
onu söz deməyə təhrik etmək, onu öz fikrini söyləməyə, 
həm də axıracan söyləməyə məcbur etmək üsulu) üsulları 
ilə aşkarlanır. Bu üsul sücetin hərəkət mexanizmini 
tənzimləyir, formasını müəyyənləşdirir. 
      "Yarımçıq əlyazma"nın hərtərəfli dərkinin zamana 
ehtiyacı var. Anarın Y.Səmədoğlunun "Qətl günü" romanı 
haqqında dediyi bir fikri iqtibas etsək, belə də demək olar 
ki, "Yarımçıq əlyazma" bir oxunuşda qavra-nılan əsər 
deyil. Xüsusən romanın dilindəki çoxsəslilik, bədii nitqin 
dialoci xarakteri "mətn"lərin müxtəlif cür qavranılmasına 
şərait yaradır. Romanın idrakı zamanı postmodernizmi də, 
Baxtinin polifonik roman nəzəriyyəsini də, dünya 
ədəbiyyatının postmodernist və polifonik roman 
təcrübəsini də, yazıçının bu estetik konsepsiyalardan və 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
105 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
ədəbi təcrübələrdən kifayət qədər yararlanmaq imkanını 
da, çağdaş zamanın yazıçı və oxucuya "diktə"lərini də 
nəzərə almaq lazım gəlir.  
      Romanın ideya polifonizmi, struktur keyfiyyətləri 
ənənə yaratmaq gücündədir. Çünki bu roman ənənədən 
yaradıcılıqla bəhrələnmənin nümu-nəsidir. Biz bu 
qənaətdəyik. Ən səhih fikri isə Zaman deyəcək. 
 
Qaynaq: 
http://xariciedebiyyat.azeriblog.com/2007/09/18/t-
salamoghlu-yarimchiq-elyazma-postmodernizm 
Fayaz Çaqani 
 
"Postmodernizm" 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
106 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
 
İngiliscədən çevirən: Elmar Vüqarlı   
 
 
Son zamanlar hər kəs postmodernizm barəsində danışır. 
Tərəfdarlarının əksəriyyəti onu akademik düşüncədə 
azadlıq qüvvəsi kimi qarşılayır. Onlara görə, 
postmodernizm bizləri istənilən zəhlətökən rasionallıq, 
loqosentrizm, avrosentrizm və sairlərdən azad edə biləcək 
çoxdan arzulanan xilas yoludur. Lakin bununla bərabər 
postmodernizmin çoxlu opponentləri də vardır. Onlar 
postmodernizmi Qərb intellekt ənənəsinin naşükür körpə 
kabusu kimi dəyərləndirilər. Ona görə ki, postmodernizm 
relyativist (bütün bilikləri nisbi qəbul edən, buna görə 
varlığın obyektiv surətdə dərk oluna bilməsini inkar edən 
təmayül), nihilist mövqe ortaya qoyur və hər şeydən pisi 
budur ki, bütün adət-ənənələrə qarşı çıxır. Məqsədim 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
107 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
burada postmodernizmin qısa və aydın izahını verməkdir. 
Yanaşmam ümumi götürdükdə təəssübkeşlik 
prizmasından  olacaq. Ona görə ki, mən postmodernizmin 
bir çox təmayülləri ilə razıyam və belə düşünürəm ki, 
postmodernizmin əksər əleyhdarları ona tələm-tələsik 
qiymət verirlər.  
 
 
 
 
Yaxşı, nədir postmodernizm? Bu son dərəcə çətin sualdır, 
çünki postmodernizm termininə çoxlu mənalar verib onu 
müxtəlif aspektlərdən izah edirlər. Postmodernist hesab 
olunan əksər ziyalılar belə bu adı qəbul etməyi öz 
üstlərinə götürmürlər. Hətta onu qəbul edənlərin də 
postmodernizmə yanaşma tərzi fərqlidir. Mən belə hesab 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə