Tofiq Xəzər



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə2/54
tarix17.11.2018
ölçüsü1,63 Mb.
#80775
1   2   3   4   5   6   7   8   9   ...   54

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 

E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
9. Umberto Eko. "Postmodernizm, istehza, 
əyləncəvilik."  ----------           səh.  
10. Vaqif Yusifli.  "Xaqani Hassın şeirləri"   ---       səh.  
11. Əlavə materiallar. Dünyanın əsas ədəbi-sənət 
cərəyanları ------------- səh.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 

E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
Niyazi Mehdi 
 
"Azərbaycan postmodernizminə giriş" 
 
 
POST-MODERNİZM VƏ PLYURALİZM. 
“PLYURALİZM” ANLAYIŞINDA NƏYİ 
UNUTMUŞUQ 
 
 
 Bu yazıda çağdaş Azərbaycan sənət düşüncəsi üçün 
gərəkli ola biləcək bəzi düşüncələri bölüşmək istərdim. Bu 
düşüncələrin çoxu ―Post-modernizm‖ deyilən və yeni nəsl 
yazarlarının arasında populyar olan olayla bağlıdır. Post-
modernizm Batı düşüncəsinin məhsuludur, bəziləri onu 
XIX yüzilin ikinci yarısına, bəzilərisə XX yüzilin ikinci 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 

E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
yarısına aid edirlər. Ancaq hər iki halda Post-modernizmin 
bir kökü var, çox vaxt onu bəlirtələməyi unudurlar. Batıda 
həmin kök XIX yüzilin ikinci yarısında da vardı, XX 
yüzildə də. Biz Demokratiyanın sevimli sözü və faktı olan 
plyuralizmi deyirik. Post-modernizm məhz plyuralizmin 
sonucudur, elə sonucudur ki, plyuralizm olub gəlişən 
yerdə qaçılmaz olaraq ortaya çıxmalı olur.  
 
   Azərbaycan mədəniyyətində kulturoloji informasiya 
azadlığının olmasına baxmayaraq biz deyəmmərik ki, 
çağdaş sənətimizdə plyuralistik səviyyə hələlik yüksəkdir. 
Onu da söyləyim ki, plyuralizm heç ona doğma olmalı 
olan Azərbaycan mətbuatında da yoxluğa çatan azlıqladır. 
Niyə? Ona görə ki, əsl plyuralizm çox variantılılq deyil. 
Çoxvariantlılıq plyuralistik olmayan Sovet rejimində də 
olub. Məsələn, Stalin Siyasi Bürosunda problemlərlə bağlı 
ayrı-ayrı variantlılıq deyilib. Eləcə də Azərbaycan Sovet 
incəsənətində kənddən və şəhərdən hərə bir cür yazıb. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
10 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
Plyuralizm daban-dabana tərs duran baxışların, 
ideolojilərin, estetik görüşlərin bir arada, bir millətin 
dünyasında bulunması və yaşamasıdır, məsələn, ateizmlə 
dinin, kommunistlərlə liberalların, millətçilərlə 
kosmopolitlərin, realistlərlə abstraksionistlərin, 
ənənəviçilərlə avanqardistlərin. Azərbaycan elmində də, 
sənətində də və bütünlükdə toplumunda da bu yoxdur və 
ya bu, hələ başlanğıc, rüşeym halındadır. Durumun 
paroadoksu ondadır ki, indiki mədəniyyətimizdə nə 
məzmun, nə forma planında plyuralizmə yasaq yoxdur. 
Hər halda sənətdə NƏDƏNSƏ NECƏ yazdığına görə heç 
kimi tutmurlar, sürgün etmirlər, olsa-olsa TV-yə 
buraxmırlar. 
 
    
   ―Nədən‖ yazmağın plyuralizminə ―necə‖ yazmaq 
plyuralizminin alternativi 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
11 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
 
   Son illərin Azərbaycan ədəbiyyatında plyuralizmi 
sezdirən yazılar var, onların adını Həmid Herisçi 
―andəqraund‖ qoyur, kimlərsə onlara postmodernist deyir. 
Onlar Azərbaycan gerçəkliyindən yazırlar, hətta lağ
sayğısızlıq çalarlarında Anar, Elçin kimi ünlülərin adlarını 
bədii tekstə calayırlar, Pikassonun bəzi şəkillərinə 
calanmış qəzet parçası kimi. Hərçənd həməncə sual çıxır 
bunun sayəsində ovsunlayıcı, magik enerjili yazı 
yapırlarmı? 
 
   Akademik musiqidə mənim üçün yeni səs fakturasını, 
cizgi oynartılarını eşitdirən Cavanşir Quliyev, Rəhilə 
Həsənova, populyar musiqidə isə Vaqif Gərayzadə var. 
Onlar plyuarlistik başqalıqda magik, erengetik şiddət 
yarada bilirlər. Ancaq bütün bunlar sayca bir ulus üçün 
çox azdır. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
12 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
 
   Yeri gəldi, plyuralizm məsələsindən bir planı da açım. 
Plyuralizm NƏDƏN danışıb, NƏYİ göstərməkdə kəskin 
başqalıqlardan doğa bilər, məsələn, biri İçərişəhəri çəkir, o 
birisi zibil qutularını. Plyuralizm həm də NECƏ danışıb, 
NECƏ göstərməkdə kəskin başqalıqlardan doğa bilər, 
məsələn, biri İçərişəhəri realistik görüntüdə, o birisi zibil 
qutularının tillərində (kubizm variantı) sındıra-sındıra, 
qırçınlaya-qırçınlaya göstərə bilər. Sənətdə başlıca uğurlar 
NƏDƏN danışmağın plyuralizmindən yox, NECƏ 
danışmağın plyuralizmindən alınır: məsələn, Ermənilərlə 
konflikt müstəvisində Qarabağ mövzusu yasaq olanda bu 
mövzuya həsr olunmuş ən zay şeir də heyranlıq doğurur, 
adamların ürəyini və sırasını vəlvələyə salırdı. Ancaq bu 
yasaq yoxdursa, mövzunu NECƏ vermək məsələsi önəm 
qazanır. Sən Qarabağdan elə film çəkə bilərsən ki, mən 
həmişəki sevgimin, filan ermənilərə həmişəki qəzəbimin, 
bütün bu mövzu ilə bağlı stereotipləşmiş həmişəki 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə