Tofiq Xəzər



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə20/54
tarix17.11.2018
ölçüsü1,63 Mb.
#80775
1   ...   16   17   18   19   20   21   22   23   ...   54

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
108 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
edirəm ki,  "nədir postmodernizm?" sualına qismən də 
olsa aydınlıq gətirmək üçün iki yol vardır. Birinci yol 
problemə yanaşmanın antipostmodern yoludur  və bu yol 
postmodernizmin tarixi inkişafını təsbitləyir.  Digər yol 
isə fəlsəfi (və ya antifəlsəfi) mövqeli kortəbii 
postmodernist hesab olunan düşünərləri 
müəyyənləşdirməkdir. Burada hər iki yolu birlikdə 
incələməyə cəhd edəcəyəm. 
 
Postmodernizmin geneologiyası 
 
Postmodern mütəfəkkirlərin əksəriyyəti  fransızdır. 
Bəziləri onun kökünü Əlcəzair Müstəqillik Müharibəsində 
və ya xalq arasında mini-inqilaba səbəb olmuş  1968-ci 
ilin may Paris  tələbə  iğtişaşlarında axtarır. Həqiqətən də, 
bu hadisələr əksər postmodernistlər üçün mühüm 
əhəmiyyət kəsb edir. Buna baxmayaraq, biz modernizmə 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
109 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
(və onun dəlil ilə sübüt etmə, rasionallıq, elmilik, 
obyektivlik, proqres və s. kimi prinsiplərinə) hərtərəfli 
antipatiyanın Fridrix Vilhelm Nitsşenin əsərlərində 
formalaşdığını görürük. Burada Nitsşeni müzakirə etmək 
çox vaxt aparardı. Ona görə də  daha yaxşı olar ki, 
"Zərdüşt belə demişdir" əsərindən onun antimodernizm 
mövqeyini ifadə edən sitat gətirək: 
"Ey insanların ən müdriki, səni nə vadar edir, səndə nə 
belə həvəs doğurur ki, sən "iradəni həqiqətə" çağırırsan? 
Bütün varlığın dərk edəni iradədir! Ona görə də mən sənin 
iradəni səsləyirəm! Hər şeydən öncə, sən sağlam 
inamsızlıqla, şübhələrinlə bütün varlığı dərk etmək 
istəyirsən, əslində, bu ağlasığandımı? Əslində, o gərək  
bütün gücünü sərf edib özünü sənə uyğunlaşdırsın! Belə 
iradəyə iradən qabildir.  O gərək ağlın güzgüsü və əks 
etdirəni kimi cilalı, tabe olan ağıl olsun. Ey insanların ən 
müdriki, sənin  iradən belə olmalıdır. O, səni güclü 
olmağa aparan iradədir. O sənin yaxşılıq, pislik 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
110 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
söhbətlərindən də cilalıdır. Sən qarşısında diz çökülə 
biləcək  dünya yaratmaq istəyirsən: bu sənin son 
məqsədin,  arzun və həvəsindir". 
Postmodernizmin spesifik geneologiyasının inkişafında 
mühüm rol oynamış mütəfəkkirlərdən biri də Martin 
Haydegerdir. Onun əsərləri modernist özündənəminliyə 
qarşı Nitsşe hücumlarının davamıdır: 
"...hər hansı bir şey barəsində fikir onun səbəbini biləndən 
sonra doğur, eşq olsun  əsrlərə, düşüncənin inadcıl 
düşməninə". 
Migel Fukonun da yaradıcılığını burada nəzərdən 
qaçırmaq olmaz. Əsərlərini uzun-uzadı şərh etməkdənsə, 
ondan daha kəskin sitat gətirəcəm: 
"Ayinlərimizin nə üçün  tamamilə atributiv, istehzalı, 
yorucu oyunlarla dolu olmasının, çirkli, uzunsaçlı və 
saqqallı olmağın, oğlanın qıza bənzəməsinin yaxşı əlamət 
sayılmasının  səbələrini  bilməkdən ötrü onları nəzərdən 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
111 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
keçirmək lazımdır. Biri gərək bu ayinləri məsxərəyə 
qoyub onları  ifşa hədəfinə çevirsin, onları kökündən 
dəyişdirib  bizi əsarətdə saxlayan bu sistemi ləğv etsin. 
Məni narahat edən elə  budur. Mən əsərlərimdə  məhz 
buna nail olmaq üçün çalışıram". 
Haqqında danışacağım sonuncu şəxs bəlkə də 
postmodernizmin kuliminasıyası və mücəssəməsidir. O, J. 
Derridadır. Onun əsərlərinin əksəriyyəti mahiyyətcə  
anlaşılmazdır. Bunun səbəbi Derridanın dilin sonsuz məna 
oyunu və dinamikliyini nəzərə çarpdırmaq istəməsidir. 
Ümidvaram ki, Derridadan gətirdiyim aşağıdakı nümunə 
anlaşılan olacaq:  
"Metafizika – Qərb mədəniyyətini əks etdirən ağ 
mifologiyadır. Ağ kişi öz idiomu olan "mif"ə, Hind-
Avropa mifologiyasına, "loqos"una yiyə durur. Bu  
ümumbəşəri model üçündür. Lakin bunun üçün o, hələ də  
Səbəbi geri çağırmağı arzulamalıdır". 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
112 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
Derridanı poststrukturalist də adlandırırlar. Ona görə ki, 
bəziləri postmodernizmlə poststrukturalizmi sinonim 
hesab edir. Məncə, bunlar arasında bircə fərq vardır. Belə 
ki, postmodernizm modernizmin rasionalizm, elmilik və 
obyektivlik prinsiplərini kəskin surətdə inkar edir. 
Poststrukturalizm isə dilin universal strukturları vardır ki, 
həyat və düşüncə faktorunu köklü surətdə müəyyən edən 
də bu strukturlardır prinsipini iddia edən strukturalizmə 
qarşı çıxır. Derridaya görə, bu hər iki cərəyanın Qərb 
intellekt ənənsinin əksər prinsiplərini rədd etməklə gəldiyi 
nəticə qismən üst-üstə düşür. 
Alan Mecilin təbirincə desək, bu dörd "peyğəmbərin  
ekstremistliyi" hazırkı postmodernistləri modernizmə 
qarşı çıxmağa ruhlandırır. Bu geneologiya bizdə 
postmodernizmin kökləri barədə az da olsa, təəssürat 
yaradır, lakin postmodernizmin özü barədə az şey deyir.  
Buna görə də biz kələfin ucunu postmodern yazarların 
əsərlərində  axtaraq.  


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə