Tofiq Xəzər



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə23/54
tarix17.11.2018
ölçüsü1,63 Mb.
#80775
1   ...   19   20   21   22   23   24   25   26   ...   54

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
125 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
dövlətlərinə, həmçinin keçmişdə konkret olaraq 
müstəmləkə olmasa da, bu günə qədər mədəniyyəti 
kölgədə qalmış cəmiyyətlərə işıq salan bir fəlsəfədir. 
Postkolonializm Modernizm dövründə Fransa, Britaniya, 
İspaniya, Rusiya kimi güclü dövlətlərin müstəmləkəsi 
olmuş ölkələrin mədəniyyətini tədqiq edir, ona özünü 
tanıtmaq imkanları verir və müstəmləkəçiliyin mirasıyla 
savaşır. Bu gün Britaniya, Fransa, ABŞ və s.-də incəsənət, 
elm kimi sahələrdə asiyalılar, afrikalılar, başqa sözlə, 
üçüncü dünya ölkələrindən olan incəsənət adamları, 
alimlər, filosoflar bir əsr əvvəlkindən fərqli olaraq
mədəniyyətin ən vacib tədarükçüləri arasındadır. Bu 
baxımdan, Azərbaycan mədəniyyətinin tərəqqi etməsi və 
özünü tanıtması üçün postmodern dövrdə heç vaxt 
olmadığı qədər münbit şərait yaranıb. Bu və digər amillər 
postmodern sözünə yad bir şey kimi baxmamağı, bu 
dövrün fəlsəfəsini öyrənməyi zəruri edir. 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
126 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
Kitabda Postmodernizmlə yanaşı Modernizmə də yer 
verilib. Çünki dövrümüzün aparıcı fəlsəfəsi olan 
Postmodernizm ―özündə şey‖ deyil, onun digər 
fəlsəfələrlə ideya varislik əlaqəsi var. Postmodernizmin 
sələfi Modernizmdir, Postmodernizm Modernizmin 
nailiyyətlərini həm inkar, həm də inkişaf etdirir, üstünlüyü 
birinciyə verir. Bu iki mərhələ tarixən ard-arda müşahidə 
olunsa və bağlı olsa da, bir-birindən mütləq surətdə asılı 
deyil. Hər biri ayrılıqda hər hansı əsərin, şəxsin və ya 
cəmiyyətin mədəni inkişaf modeli ola bilər. Məsələn, 
fikrimizcə, Azərbaycan Postmodernizm fəlsəfəsinin əsas 
tezislərindən bəhrələnməlidir. Modernizm iki prinsip – 
yenilik və keçmişin inkarı prinsipləri üzərində qurulubsa, 
Postmodernizm fəlsəfəsinin başlıca prinsipi dəyərlərin 
yenidən dəyərləndirilməsidir. Azərbaycanlılar öz 
keçmişlərinə bağlı, bu gün unutqanlığı mənfi etik 
kateqoriya kimi görən bir xalq olduğundan, Modernizm 
fəlsəfəsinin əsas tezislərinin bizim ölkədə geniş bəraət 
alması inandırıcı görünmür. Postmodernizm isə keçmişi 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
127 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
silib atmadan, köhnəlmiş stereotip və dəyərlərin yenidən 
dəyərləndirilməsi yolu ilə Azərbaycan cəmiyyətinin 
düşüncə sahəsindəki bir çox problemlərinə aydın 
çözümlər təklif edir. ―Postmodernizm plüralizmin 
əleyhinə olan hər şeyə qarşı yönəlib. O, monizm, 
unifikasiya, totalitarizm, utopiya və despotizmlərin gizli 
formaları ilə vidalaşır, əvəzində müxtəliflik və 
paradiqmaların rəqabətinə keçir‖. Bu sözlər alman 
Postmodernizm nəzəriyyəçisi Volfqanq Velşin ―Bizim 
postmodernist modern‖ (1987) əsərinin girişindəndir. 
Postmodernizmin uğrunda savaşdığı nemətlərdən biri 
mədəni yekcinsliyin (təkkültürlülüyün) əksi olan mədəni 
müxtəliflikdir (çoxkültürlülük). Mədəniyyətdə 
Postmodernizm – insan inkişafının əsası kimi mədəni 
müxtəlifliyin zərurəti ideyasına əsaslanır. O, alternativ 
seçimlər deməkdir. Universalizmə və eynicürlüyə meylli 
Modernizmdən fərqli olaraq, Postmodernizm fikir 
müxtəlifliyini alqışlayır. Postmodernizm Azərbaycan 
cəmiyyəti və mədəniyyətinin yenilənməsi, bir sıra 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
128 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
düşüncə böhranlarından çıxarılması üçün bu və ya digər 
konkret mexanizmlərə malikdir ki, onlar haqda söz 
açacağıq. 
- Kitabda Postmodernizm ideyasının sələfləri, bu 
cərəyanın meydana gəlməsinin ictimai, siyasi, fəlsəfi, 
bədii gerçəkliyi araşdırılıb; 
- Postmodernizmin tarixi, mahiyyəti, bu fəlsəfənin əsas 
nümayəndələrinin ideyaları araşdırılıb; 
- U.Ekonun fəlsəfi dünyagörüşünün formalaşması, 
düşüncə qaynaqları, onun medievistikası, semiotikası, 
interpretasiya nəzəriyyəsinin əsas cizgiləri araşdırılıb; 
- Bütün bunların fonunda U.Ekonun Postmodernizm 
fəlsəfəsinin prinsipləri müəyyənləşdirilib, Ekonun 
romanlarındakı postmodernist spesifika təhlil olunub. 
Postmodernizm boş şüar, trafaret mülahizələr toplusu 
deyil, müasir varlıq üçün prinsipial əhəmiyyətə malik 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
129 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
dünyagörüşü, həyat tərzi, fəlsəfə, gerçəkliyin fəlsəfi və 
bədii inikasının ən yeni metodologiyasıdır - kitab bu 
mövqedən çıxış edir. 
 
Çağdaş Qərb düşüncəsinin ayrılmaz parçası olan 
Postmodernizmi və U.Ekonu Azərbaycanda elmi cəhətdən 
araşdıran bu ilk işi yazdığım və artıq oxucuya çatdırdığım 
üçün özümü xoşbəxt hiss edirəm. Ən xoş arzularla, 
müəllif. 
 
P.S. Kitabın müəllifinin istəyi ilə onun adı kitabda 
göstərilmir. Postmodern düşüncəyə görə, yazan yox, 
yazılan önəmlidir. Mətn, mətn və başqa heç bir şey. Kitab 
haqda fikirlərinizi bu ünvana bildirə bilərsiniz: 
arashdirma@gmail.com 
 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə