Tofiq Xəzər



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə24/54
tarix17.11.2018
ölçüsü1,63 Mb.
#80775
1   ...   20   21   22   23   24   25   26   27   ...   54

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
130 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
 
E-mənbə: http://kultaz.com/2008/11/21/umberto-eko-ve-
postmodernizm-felsefesi/ 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
131 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
132 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
133 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
 
 
 
 
 
 
Qorxmaz Quliyev 
 
"Postmodernizm..." 
 
  
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
134 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
XX əsrdə qlobal kataklizmlər şəklində özlərini büruzə 
verən inqilablar və dünya müharibələri ilə bağlı bəşər 
cəmiyyəti dərin böhranlara məruz qalmış, uzun yüzilliklər 
boyu cilalanmış əxlaqi prinsiplərin və mənəvi-ruhani 
dəyərlərin məhvi ilə səciyyələnən qeyri-sabit bir durumla 
üzləşmişdir. Bu arasıkəsilməz aşınma prosesi bir-birilə 
rəqabət aparan, ―həqiqət yalnız məndədir‖ deyə bir-birinin 
dünyaduyum prinsiplərini və dünyagörmə bucaqlarını və 
təbii ki, bədii təcəssüm üsul və vasitələrini qətiyyətlə 
inkar və rədd edən, bir-birini kaleydoskopik 
rəngarəngliklə əvəz edən modernist estetik 
konsepsiyaların meydana gəlməsinə və meydandan 
çıxmasına səbəb oldu. Bütün XX yüzillik ərzində 
modernist cərəyanların başgicəlləndirici sürəti uzun əsrlər 
boyu formalaşmış estetik dəyərlərin iyerarxiya sisteminin 
dağılması ilə nəticələndi. Mərkəzdənqaçma meylləri 
cəmiyyətin bütün səviyyələrində, o cümlədən insanlararası 
münasibətlər sahəsində labüd atomlaşmaya aparırdı. Bu 
prosesin qarşısını almaq üçün, nəyin bahasına olursa-


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
135 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
olsun, klassik dəyərləri bərpa etmək zəruriyyəti meydana 
gəlmişdi. Bunun üçünsə ən kəsə yol, demək olar ki, bütün 
modernist estetik konsepsiyalarda aparıcı kateqoriyalara 
çevrilmiş eybəcərlik, disqarmoniya və sairədən imtina 
edib yenidən gözəllik, harmoniya kimi klassik 
kateqoriyalara qayıtmaqdan keçirdi. Lakin bu da bir 
həqiqətdir ki, müxtəlif modernist cərəyanların 
yaranmasına rəvac verən humanitar böhran XX əsrin 
sonlarında nəinki səngiməmişdi, bəlkə də burjua insan 
konsepsiyasının ardınca sosialist insan konsepsiyasının da 
süquta uğraması nəticəsində tarixi perspektivin birdəfəlik 
itməsi ilə bağlı daha da dərinləşmişdi. Əlbəttə ki, belə bir 
şəraitdə klassik estetik durumu bərpa etməkdən söhbət 
gedə bilməzdi. Odur ki, postmodernizm klassik ənənə ilə 
hadisələrə və insana modernist baxışları çulğaşdırmağa, 
klassik və modernist ovqatları bardırmağa məcbur idi.  
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
136 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
―Postmodernizm‖ anlayışının məzmunu ilə bağlı heç bir 
xüsusi təhlil aparmadan elə onun adı vasitəsilə mahiyyəti
əhatə dairəsi, funksional özümlüyü haqqında xeyli 
informasiya əldə etmək olar: söz özü haqqında çox şey 
deyir. Məlum olur ki, birincisi, postmodernizm humanitar 
fikrin inkişafında öz yerini modernizmdən sonrakı dövrə 
(―post‖) aid edir. İkincisi, postmodernizm modernizmlə 
münasibətlərinin dialektik xarakter daşıdığını bəyan edir: 
bir tərəfdən postmodernizm modernist ənənələri davam 
etdirir (əks təqdirdə tərkibindəki ―modernizm‖ sözündən 
imtina edərdi), digər tərəfdən o, modernist konsepsiyaların 
sıra fundamental müddəalarından imtina edir, yoxsa yenə 
də elə həmin ―post‖ sözü vasitəsilə özü ilə modernizm 
arasında məsafə yaratmaz, ondan fərqli statusa malik 
olduğunu nəzərə çapdırmazdı. 
 
―Postmodernizm‖ anlayışı eyni zamanda birbaşa ifadə 
etməsə də, dolayısı ilə modernizmdən əvvəl mövcud 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
137 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
olmuş konsepsiyalarla sələf-xələf münasibətində olduğunu 
ifadə edir. Yeri gəlmişkən, bəşər nəslinin bütün tarixi 
boyu yaratdığı dəyərləri saf-çürük etmədən həzm-rabedən 
keçirmək istəyi ən yeni postmodernist konsepsiyaların 
aparıcı xüsusiyyəti kimi özünü büruzə verir. 
 
Lakin anlayışda ―modernizm‖ sözünün xüsusi olaraq 
vurğulanması hər halda onun klassik ənənələrə nisbətən 
modernizmə daha yaxın olmasına, onunla daha sıx 
əlaqədə olmasına dəlalət edir. 
 
Heç də təsadüfi deyildir ki, postmodernizmin ən tanınmış 
ideoloqlarından biri olan J.Liotar ―Postmodern uşaqlara 
izah qismində‖ kitabında postmodernizmin modernizm 
içərisində gizlənərək onun tərkib hissəsinə çevrilməsi 
faktını vurğulayırdı. 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə