Tofiq Xəzər



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə25/54
tarix17.11.2018
ölçüsü1,63 Mb.
#80775
1   ...   21   22   23   24   25   26   27   28   ...   54

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
138 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
 
Bununla yanaşı, postmodernizmin ideoloqları öz proqram 
səciyyəli əsərlərində həm ümumfəlsəfi, həm də estetik 
fikir sahələrində həm klassik, həm də qeyri-klassik 
(modernist) dünyaduyum və dünyagörüş 
konsepsiyalarından fərqli prinsiplərdən çıxış etdiklərlni 
iddia edirlər. Lakin postmodernistlərin konseptual 
yönümlü mülahizələrinə fikir verdikdə məlum olur ki, 
postmodernizm dünyagörüş sistemi kimi genetik 
baxımdan ondan əvvəl bu və ya digər kombinasiyalar 
şəklində modernizmin nəzəri bünövrəsini təşkil etmiş 
poststrukturalizm, struktur psixoanaliz, semiotika, dialoq 
fəlsəfəsi kimi qeyri-klassik konsepsiyalara əsaslаnır. 
 
Dünyaduyum və dünyagörüş kimi postmodernizmin 
modernizm ilə yaxınlığı onların ikisinin də eyni 
qaynaqdan - XX əsrin əvvəllərindən başlayaraq get-gedə 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
139 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
dərinləşən və kəskinləşən insan böhranından bəhrələnməsi 
ilə bağlıdır. İntəhası, modernizm yeni-yeni özünü büruzə 
verən fəlakətə ilkin reaksiya qismində mübarizədir, 
barışmazlıqdır, dağılmaqda olan şəxsiyyəti hətta onu inkar 
edərək hər vəchlə xilas etmək cəhdidir. Bu baxımdan 
―Ultramanifestlər‖ əsərinin müəllifi Q.Torrenin aşağıdakı 
deyimi səciyyəvidir. ―Mən özüm. Sən özün. O özü. Cəm 
halı rədd edərək Mənəmliyi vəsf edək. Bizi təkrar etmək 
olmaz. Bizi məhdudlaşdırmaq olmaz. Başlıcası isə biz 
tayı-bərabəri olmayan Mənimizdən inadla yapışmışıq. 
Mən özüm özümün səbəbiyəm. Mən özüm özümün 
tənqidçisiyəm. Mən özüm özümün hüduduyam. Mən 
mənəmliyin yüksəkliyini və əvəzolunmazlığını təsdiq 
edirəm. Mənəmlik həmişə novatorun və üsyankarın 
mənəvi məziyyətlərindən birincisi olmuşdur və 
birincisidir‖. Bu deyimdə bütün modernist insan 
konsepsiyaları üçün səciyyəvi olan bir şəkildə, nəyin 
bahasına olursa-olsun, amansız kataklizmlər dönəmində 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
140 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
―Mən‖i qorumaq əzmi ilə bunun qeyri-mümkünlüyündən 
doğan ümidsizlik hissi birləşib üzvi vəhdət təşkil edir. 
 
Postmodernizm isə mübarizədən imtinadır, böhranla 
barışıqdır. Postmodernizmin insan konsepsiyasının 
mahiyyətini səciyyələndirərək A.Turen belə hesab edirdi 
ki, əgər modernizm ―Mən‖in müstəsna dəyərə malik 
olması ideyasını bəyan edirdisə, postmodernizm onun 
parçalanması fikrini ön plana çəkir. Postmodernistlərin 
fikrincə, ―Mən‖ fenomeninin özü tarixin müəyyən 
mərhələsində meydana gəlmişdir və məhz buna görə də 
keçici xarakter daşıyır. Bununla bağlı M.Fuko özünün 
məşhur ―Sözlər və şeylər‖ əsərində yazırdı: ―Əgər biz 
nisbətən qısa xronoloji kəsimi və qısa coğrafi üfüqü - XVI 
əsr Avropa mədəniyyətini götürsək, inamla demək olar ki, 
insan bu yaxınlarda edilmiş kəşfdir. Yalnız bir əsr yarım 
bundan əvvəl başlanmış və ola bilsin ki, bu yaxınlarda 
başa çatacaq bir dövr insan obrazını ortaya qoymuşdur. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
141 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
Və bu heç də son dönəmlərin oyatdığı narahatlıq hissindən 
xilas olmaq, minillik qayğıdan gözqamaşdırıcı aydınlığa 
keçid deyildi. Bu, sadəcə, biliklərin məqsədlərinin 
dəyişməsinin nəticəsi idi. Əgər bu məqsədlər meydana 
gəldikləri kimi də yoxa çıxsalar, əgər hər hansı bir hadisə 
(bu hadisənin forma və məzmunu haqqında təsəvvürə 
malik olmadan biz yalnız onun mümkünlüyünü fərz edə 
bilərik), XVII əsrin sonlarına yaxın klassik düşüncə tərzi 
dağılıb məhv olduğu kimi, ―Mən‖i ön plana çəkən 
məqsədləri yox edəcək və onda - buna tam zəmanət 
vermək olar - insan sahildə qumun üstündə çəkilmiş sima 
kimi silinib gedəcək‖. 
 
U.Eko özünün ―Yenilik və təkrar. Modern və postmodern 
estetikası arasında‖ məqaləsində modernizm və 
postmodernizm arasında estetik planda mövcud olan 
münasibətlərin dialektikasını mümkün qədər hərtərəfli 
açıqlamağa cəhd göstərmişdir. Özü həm sənətkar, həm də 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
142 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
alim qismində dünyagörüş və dünyaduyum baxımından 
modernist kimi formalaşmış U.Eko sonralar böyük daxili 
sarsıntılar hesabına (bu həm adını çəkdiyim məqalənin, 
həm də yazıçının məşhür ―Qızıl gülün adı‖ romanının 
kontekstindən hiss olunur) tədricən postmodernist 
mövqeyə keçmişdir və öz elmi və yaradıcılıq 
prioritetlərini dəyişdirməsini ümumən estetik fikir 
sahəsində paradiqmanın dəyişməsinin labüdlüyü ilə izah 
etmişdir. 
 
İtalyan aliminin fikrincə, modernizmin əsas paradoksu 
onunla bağlıdır ki, bütün modernist bədii-estetik 
konsepsiyalar daim təkrarsızlığa, mütləq yeniliyə, 
nabələdlər və cahillər üçün qıfıllanmış, yalnız onların 
ifadə tərzlərinin bütün incəliklərinə bələdlər üçün açıq 
olan ezoterik dildə danışmağa cəhd edirlər, amma nədənsə 
onların kəşfləri dərhal ən bəsit dəyərlərin daşıyıcısı olan 
kitç tərəfindən bayağılaşdırılaraq mənimsənilir və elə bu 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə