Tofiq Xəzər



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə26/54
tarix17.11.2018
ölçüsü1,63 Mb.
#80775
1   ...   22   23   24   25   26   27   28   29   ...   54

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
143 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
şəkildə də istehlakçıya ötürülür. Zahirən yüksək sənət 
əsərini xatırladan, lakin daxilən bayağı olan, hər hansı bir 
dəyərdən məhrum məmulatlar istehsal etməklə məşğul 
olan kitç bütün modernist cərəyanların genetik mərəzidir, 
onların qanını soran tüfeylidir. Avanqard (modernizm) 
ağır-ciddidir, kitç yüngüldür, amma ciddilik iddiasındadır. 
Avanqard yaradıcıdır, kitç yaradıcılıqdan məhrumdur; o 
bunu gizlətmir, əksinə, bununla fəxr edir. Kitç avanqardın 
yaratdığı dəyərləri konsistensiyadan məhrum edir
yüngülləşdirir, ən geniş kütlənin başa düşməsi və çətinlik 
çəkmədən həzm etməsi üçün bəsit dilə çevirir. Lakin 
arada bədii nümunənin kvintessensiyası da yoxa çıxır - bir 
növ, F.Nitsşenin fövqəlbəşər insanı bayağı Amerikan 
filmlərinin supermen qəhrəmanına dönür. 
 
Avanqardla kitç daim qarşılıqlı şəkildə bir-birini rədd 
edirlər, amma bir-birisiz keçinə bilmirlər; kitç olmasa, 
avanqard insanlarla ünsiyyətini itirər, tədricən xarici 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
144 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
impulsdan məhrum olub sısqalaşar və məhv olub gedər. 
Avanqard olmasa, kitç təqlidetmə qaynağından məhrum 
olar və yoxa çıxar. 
 
Kitçin ciddilik iddiası onun bayağılığını qabarıq şəkildə 
üzə çıxarır, odur ki, intellektual auditoriya ikrah hissi ilə 
ona arxa çevirir.  
 
Avanqardın dəyərlər yaratmaq və kitçin bu dəyərləri 
kütləviləşdirmək qabiliyyətlərini nəzərə alaraq 
postmodernizm onları barişdırmağa, əl-ələ verib birgə 
fəaliyyətdə bulunmaqlarına rəvac verməyə çalışır. Məhz 
bu məqamda postmodernizmin öz qaynaqlarına 
ambivalent münasibəti ortaya qoyulur: postmodernizm bir 
tərəfdən avanqard ilə kitç arasında fərqi görür və bu fərqi 
vurğulayır, digər tərəfdən, onları barışdırmağa cəhd 
göstərir; bir tərəfdən avanqardı və kitçi təsdiq edir, digər 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
145 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
tərəfdən inkar edir. Postmodernist istehzaya köklənmiş bu 
ambivalentlik postmodernizmə, kitçdən fərqli olaraq, 
intellektual auditoriyanın diqqətini cəlb etmək imkanı 
verir. Kitç kimi postmodernizm də bu və ya digər bədii 
nümunənin bu və ya digər səviyyədə mexaniki 
―hazırlanma‖ aktının nəticəsi olduğunu gizlətmir, əksinə, 
onun açıq və yaxud üstüörtülü sitatlardan, iqtibaslardan, 
işarələrdən ibarət olduğunu nəzərə çarpdırır, lakin bütün 
bu vurğulama, nəzərə çarpdırma prosesi istehza ilə 
müşayiət olunduğuna görə intellektual auditoriya bu 
üstüörtülü sitatların mənbəyini axtarıb tapmaqla bir növ 
intellektual krossvord həll edir və əylənir. 
 
Bu göstərir ki, postmodernizmi tamamilə modernizmə 
müncər etmək olmaz; bütün oxşar cəhətlərə baxmayaraq, 
bu iki konsepsiya arasında prinsipial fərqlər mövcuddur. 
Həqiqətdir ki, hal-hazırda tədqiqatçılar çoxsaylı faktlara 
əsaslanaraq belə bir nəticəyə gəlirlər ki, əgər müxtəlif 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
146 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
modernist cərəyanlar klassik estetik fikrin çağdaş insanın 
durumuna adekvat olmayan süjet, personaj, melodiya, 
harmoniya kimi kateqoriyalarından qəti şəkildə imtina 
edirdilərsə, postmodernizm onları bərpa etməyə, yenidən 
dövriyyəyə buraxmağa cəhd göstərir. Bu baxımdan 
postmodemizm ən azı bədii-estetik fikrin inkişafı 
spiralının yeni burumunda klassik ənənəvi-estetik 
kateqoriyaların təsdiqi/inkarıdır. 
 
XX əsrin ikinci yarısında təşəkkül tapmış, bütün 
humanitar elmləri və incəsənət sferasını ehtiva etmək, 
eyni zamanda, təbiət elmləri sahəsində mövcud olan ən 
yeni konsepsiyalarla əl-ələ verib birlikdə maksimum geniş 
müstəvidə dünyanı izah etmək iddiasında olan və 
həqiqətən də son dövrlərdə sosial-siyasi qloballaşmanın 
analoqu qismində universal ümum-mədəni hadisəyə 
çevrilmiş postmodernizm haqqında ətraflı və müfəssəl 
məlumat vermək faktiki olaraq dünya və insanla bağlı 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
147 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
bütün mövcud bilikləri əhatə etmək niyyəti kimi 
dəyərləndirilə bilərdi. Bu isə bir məqalənin çərçivəsində 
qeyri-mümkündür və xüsusilə də məhdud görmə bucağına 
malik müəllifin imkanları xaricindədir. Məhz buna görə 
də bu yazıda postmodernizmin yalnız estetik məsələlərlə 
bağlı bəzi aspektləri işıqlandırılacaq. Lakin qeyd etmək 
lazımdır ki, bu özünüməhdudlaşdırma müəllifinizi iki 
çətinliklə üz-üzə qoyur: birincisi, postmodernizmin estetik 
konsepsiyası onun vahid dünyagörüşünün üzvi tərkib 
hissəsidir. Buna görə də istər-istəməz postmodernist 
şərhdə bəzi çağdaş fəlsəfi, sosioloji, psixoloji və sairə 
problemlərə toxunmaq lazım gəlir. İkincisi, 
postmodernizm diaxron kəsimdə bəşər nəslinin bütün 
bədii irsini özümlü şəkildə ehtiva etmək iddiasındadır. 
Əlbəttə ki, bu problemlərə hətta xülasə şəklində toxunmaq 
belə imkan xaricindədir. 
 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə