Tofiq Xəzər



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə27/54
tarix17.11.2018
ölçüsü1,63 Mb.
#80775
1   ...   23   24   25   26   27   28   29   30   ...   54

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
148 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
―Postmodernizm‖ anlayışına ilk dəfə R.Pankvistin 
―Avropa mədəniyyətinin böhranı‖ (1917) əsərində təsadüf 
olunur. Müəllif bu anlayışı Birinci dünya müharibəsi ilə 
bağlı Qərb sivilizasiyasının onsuz da müharibə ərəfəsində 
ağır olan vəziyyətinin faciəvi xarakter kəsb etməsini 
nəzərə çarpdırmaq üçün işlətmişdir. Bu dövrdə 
―postmodern‖ anlayışı əsasən sosioloji-ideoloji səciyyəyə 
malikdir və estetik fikirdə modernizm qeydsiz-şərtsiz 
hökm sürür. 
 
İngilis tarixçisi A.Toynbi 1947-ci ildə yazdığı ―Tarixin 
öyrənilməsi‖ əsərində yenidən ―postmodernizm‖ 
anlayışına müraciət edir. Müəllif məşhur alman tarixçisi-
filosofu O.Şpenqlerin sivilizasiyaların hermetik şəkiidə 
bir-birindən təcrid olunması və bu zəmində labüd şəkildə 
süquta uğraması konsepsiyasını din və mədəniyyət 
sahəsindən gətirdiyi misallarla sübuta yetirmək üçün 
postmodernizmə kulturoloji məna verir. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
149 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
Postmodernizmin bir anlayış kimi nə zaman və hansı 
kontekstdə yaranması haqqında bizdə dəqiq məlumat olsa 
da, onun bütün humanitar sferanı əhatə edən universal 
düşüncə tərzi kimi təşəkkül tapma məqamı və konkret 
şəraitini müəyyənləşdirmək böyük çətinliklərlə bağlıdır. 
 
Bir qayda olaraq, postmodernizmin bir dünyagörüş 
mövqeyi kimi təşəkkülünü və bir elmi-estetik konsepsiya 
kimi formalaşmasını 1950-ci illərin əvvəllərinə aid edirlər. 
Lakin bu prosesin ayrı-ayrı əlamətlərinə, müxtəlif təzahür 
formalarına 1930-cu illərdə, hətta ondan xeyli əvvəlki 
dövrlərdə təsadüf olunur: postmodernizm həqiqətən 
tədricən modernizmin içində yetişmişdir. Postmodernist 
ideoloqların öz konsepsiyalarına diaxron kəsikdə də 
universal xarakter vermək, onun dünyagörüşünün 
elementlərini mümkün qədər uzaq keçmişdə axtarıb 
tapmaq cəhdlərini çağdaş italyan alimi və ədibi Umberto 
Eko istehza llə ―Homerin özünü postmodernist elan 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
150 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
etmək‖ niyyəti kimi dəyərləndirmişdir. Postmodernizmin 
keçmişə kök salmaq cəhdiəri iki səbəblə bağlıdır: bir 
tərəfdən ümummetodoloji planda onun ideoloqları təmsil 
etdikləri konsepsiyanın bütün ictimai, mədəni, fəlsəfi-
estetik hadisələr klmi boş bir yerdə meydana gələ 
bilməsinin qeyri-mümkünlüyündən və tədricən özündən 
əvvəlki, bəzən hətta kardinal şəkildə təbiətinə yad 
hadisələrin içərisində yetişməsi müddəasından çıxış 
etmişlər. 
 
Onların fikrincə, aposteriori, yəni postmodernizm bir sabit 
dünyagörüş mövqeyi kimi təşəkkül tapıb formalaşandan 
sonra bu əvvəllər gözəgörünməz əlaqə və münasibətləri 
üzə çıxarmaq, onların postmodernizmin təşəkkülündə 
rolunu izah etmək mümkün olmuşdur. 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
151 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
Digər tərəfdən, postmodernizm heç vaxt bəşər nəslinin 
bütün tarixi boyu əldə etdiyi nailiyyətləri həzm-rabedən 
keçirmək, özününküləşdirmək iddiasından imtina 
etməmişdir. Postmodernizm daim klassik dəyərlərə istinad 
edərək, onları yeni zəmində canlandırmağa çalışmışdır. 
Postmodernizmin erkən ideoloqlarından biri H. Arendt 
postmodemizm düşüncə tərzinin formalaşdığı mədəni 
şəraiti səciyyələndirərək yazırdı: ―Ənənənin ipi artıq 
qırılmışdır və çətin ki, bir də onu düyünləyib bərpa edə 
bilək. Keçmişin aramsızlığı məhv olub getmişdir. Lakin 
buna baxmayaraq, keçmiş yoxa çıxmamışdır; biz yenə də 
onunla üz-üzə durmuşuq. Fəqət bu, artıq fraqmentlərə 
parçalanmış tarixdir‖. 
 
Alman alimi burada bir tərəfdən XX əsrin sosial 
kataklizmlərinin, digər tərəfdən humanitar düşüncə 
sahəsində modernizmin inkaredici-dağıdıcı fəaliyyətinin 
nəticəsində klassik ənənələrə söykənən bütün dəyərlərin 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
152 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
düşdüyü acınacaqlı vəziyyəti və belə bir şəraitdə 
fəaliyyətdə bulunmağa məcbur olmuş postmodernizmin 
bu duruma mümkün münasibətinin mahiyyətini açıqlayır. 
Müəllif əmindir ki, modernizm tərəfindən qapıdan 
qovulan, lakin elə həmin an pəncərədən geri qayıdan 
keçmişsiz keçinmək olmaz. Amma axı, keçmişin bu günə 
düşməsinin səbəbi təkcə modernizmin nəzəri fəaliyyətinin 
nəticəsi deyil, eyni zamanda XX əsrin ağır böhranlarına 
məruz qalmış insanın özünün artıq dünyanı bütöv kimi 
dərk etmək qabiliyyətindən məhrum olması ilə bağlıdır: 
artıq bu bir faktdır ki, çağdaş insan üçün keçmiş bütün 
məqamları bir-birinə pərçimlənmiş, bir-birindən törəyən 
və bir-birini izah edən fasiləsiz və vahid bir proses kimi 
yox, aralarındakı bütün əlaqələr qırılmış, bir-birindən 
təcrid olunmuş qəlpələr kimi təzahür edir. Məhz buna 
görə də postmodernist dönəmdə keçmişin bütöv bərpası 
artıq mümkün deyil, sitat ona müraciətin əsas formasına 
çevrilmişdir. 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə