Tofiq Xəzər



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə3/54
tarix17.11.2018
ölçüsü1,63 Mb.
#80775
1   2   3   4   5   6   7   8   9   ...   54

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
13 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
düşüncələrin ―quru‖ təkrarını görüm. Bu təkrar məni 
genişləndirmir, bu təkrar məni özümlə və ya başqa 
nələrləsə konfliktə salmır, bu təkrar məndə bilmədiyim 
düşüncə və duyğu rəqsini, oynaşmasını yaratmır.Belə 
filmlərin sistematik olaraq çəkilməsinə nə gərək var!? 
Belə filmlər mövzunu sistematik olaraq murdarlayır, 
mövzunu bezikdiriciləşdirir. 
 
   Bax, plyuralizmi belə açandan sonra söyləmək olar ki, 
Azərbaycan sənətində NECƏ DEMƏK, NECƏ 
EŞİTDİRMƏK, NECƏ GÖSTƏRMƏK məsələsində 
kasadlıq var. Bir dəmir qazana ayrı-ayrı ağacı, daşı 
döyəcləyəndə ayrı-ayrı səslər çıxır. Eləcə də sənət bir 
mövzunu necəlikdə fərqlənən ―taxta-tuxta‖ ilə 
döyəcləməlidir ki, başqa-başqa ―səslər‖ alınsın. Bax, 
bizdə belənçi plyuralizm problemi var. Bizdə NƏLƏRİN 
yox, NECƏLİKLƏRİN qıtlıq problemi var. Özü də 
sənətdə plyuralizmin yoxa çatan azlığına tən gəlir 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
14 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
azərbaycanlı resipientlərində, yəni sənət qavrayıcılarında 
analoji azlıq. Yəni deyə bilərikmi ki, bizdə musiqi 
avanqardının minlərlə dəlisi var ki, hətta bilet baha olsa 
belə, pul tapıb qulaq asmağa gedəcəklər? Deyə bilərikmi 
ki, bizdə ən əcaib estetik axtarışlarda bulunan teatrların 
salonunu dolduracaq qədər tamaşaçı var? 
 
   İndisə sənətdə NƏYƏ göstərməkdən az önəmli 
olmayan, bəlkə də daha önəmli olan NECƏ göstərmək 
məsələsi ilə bağlı bir incəliyi söyləyim. Günümüzün 
gerçəkliyi ―gözəl qadın‖ deyil ki, göstərən kimi hamı 
hayıl-mayıl olsun. Bizim Azərbaycan gerçəkliyi çox 
bayağı, çox sıyıq, çox dayaz bir dünyadır. İşə bax ki, 
bizim pullularımız, bizdəki yüksək vəzifəlilər də yaman 
darıxdırıcıdırlar. Ancaq ola bilməz ki, onlar milyonların 
sayəsində titanik şəxsiyyətlərə çevrilməsinlər, çünki tarix 
boyu pul nə qədər pislənibsə, o qədər də öyülüb və bu 
pislənən və öyülən pul milyonlara çatanda yiyəsinə 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
15 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
verdiyi imkanlarla onu elə dəyişdirib ki, o bizlərə 
oxşamayıb. Nə qədər keyfiyyətsiz adam olsa da, pulun 
qaldırdığı mərtəbədən o elə perspektivləri görür ki, biz 
görəmmirik və ona görə də bizə titanik görünürlər. Onlar 
siyasi, iqtisadi və kültür dünyasında elə non-liniarlıqda, 
elə çalarlarda oyunlara girişirlər ki, biz ―ölərilər‖ üçün bu, 
titanların savaşı kimi görünür (düzdür, cırtdanı titan edən 
pulun canı bizim pul qarşısında miskinliyimiz, 
başıaşağılığımız olur, olmayanda pul birdən birə kağız-
kuğuza çevrilir). 
 
Bəs onda nədən pullularımız da belə darıxdırıcı 
görünürlər?! İndilik bilmirəm. Bəlkə də ona görə ki, onlar 
ictimai fiqur deyillər, cəmiyyətə qapalıdırlar. 
 Bütün bunları mən nədən dedim? Dediyim odur ki, bizim 
gerçəkliyimiz elə deyil ki, onu yaxşı göstərən kimi gözəl 
sənət əsəri alınsın. Bəlkə də bütün dünyada gerçəklik elə 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
16 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
deyil. Ona görə də Umberto Eko, Orxan Pamuk mistik 
labirintlər cızmalı olurlar. Ona görə də Dostoyevski 
detektiv süjetlərə əl atırdı. Ona görə də ədəbiyyatda, 
kinoda qəzalar, seks, qan belə çox olur. Görünür, onlarsız 
sənət üçün gerçəkliyi ilginc, gərgin, dərin etmək nadir 
hallarda mümkün olur. 
 
   Beləliklə! Əski aldanışdır ki, realist göstərməyi, 
görməyi bacardın, yaxşı əsər yapacaqsan. Gerçəklik bizim 
dörd yanımzdadır, heç bitrimiz də özümüzü axmaq 
saymırıq və ona görə də bu inamda bulunuruq ki, onu 
bilirik və ona görə də onu bizə göstərən əsərlərlə darıxırıq. 
Buradan çıxan sonuc, bizim sənətin baş problemi 
gerçəkliyin azlığı deyil, gerçəkliyin sıyıqlığıdır. Bax, əgər 
o bu gerçəıkliyi labirint, mistika strukturunda, aurasında, 
seks, qan, savaş, qəza gərginliyində mənə göstərə bilsəydi 
və ya intellektual oynaşmaların sayrışmasında aça 
bilsəydi, olardı aləm. Ancaq bir şərtlə. Elə etsəydi ki, bu 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
17 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
labirint, bu qan, bu seks, bu qəza Qərb tapıntılarının 
suyunun suyu olmasın. Fırt edib Batının burnundan 
düşməsin! 
 
    
 
   Konfutsinin sayğı fəlsəfəsi, kültür dəyərləri və 
kulturoloji həyasızlıq 
 
    Dünyanı NECƏ verməklə bağlı bir açıqlamanı da 
yapım. Mədəniyyət ―tikilisinin‖ aşağıların yuxarılara 
sayğısı üstündə durmasını hamı həmişə sezib. Ancaq ilk 
dəfə Konfutsi ―övlad sayğısı‖ fəlsəfəsi ilə bu sezilənləri 
aydın anlayışlar dilinə çevirib. Kamal Abdullanın 
―Yarımçıq əlyazma‖ romanını düşünəndə bəzi nəsnələri 
Konfutsi sayəsində anladım. Kamal ―Kitabi-Dədə 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
18 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
Qorqud‖ qarşısında piyeteti, heyranlığı - bir sözlə, sayğını 
öldürmə aktı ilə dekonstruksiya edir. Ancaq bu sayğısızlıq 
Rafiq Tağıda, Ələkbər Əlidə, Seymur Baycanda olan 
sayğısızlıq deyil. Onlarda sayğısızlıq - indi kəskin 
səslənən sözü deməli olacam - həyasızlıq həddinə çatmış 
sayğısızlıqdır (özü də Rafiq Tağıdan Seymuracan 
həyasızlıq artan xətlə gedir). Qoy bu yazarlar sözlərimi 
oxuyanda hirslənməyə tələsməsinlər, mən elmi söhbət 
edirəm. Neçə dəfə yazmışam ki, Batıda Frankfurt 
məktəbinin, Mişel Fukonun, Rolan Bartın sayəsində ideya 
tapılmışdı ki, hakimiyyət iradəsi təkcə Dövlət, hökumət və 
insanlar arasında deyil. Bizə necə düşünməyi diktə edən 
modalar, ideyalar, dilin qrammatikası da bizim üzərimizdə 
hakimlik edir. Ona görə də toplumda insanların 
azadlığının, özgürlüyünün yüksək dərəcəyə çatması üçün 
təkcə Dövlətin hakimiyyət zonasını daraltmaq azdır. 
Repressiv, yəni səni basan modaların, dil 
qrammatikasının, əxlaq normalarının və sairənin də 
hakimiyyət zolağını daraltmaq gərəkdir. Buradan da 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə