Tofiq Xəzər



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə30/54
tarix17.11.2018
ölçüsü1,63 Mb.
#80775
1   ...   26   27   28   29   30   31   32   33   ...   54

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
164 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
Lakin keçən əsrin 70-ci illərində, demək olar ki, eyni 
zamanda həm təbiət, həm də humanitar elmlərdə 
paradiqma, yəni müəyyən tarixi dövr ərzində elmi 
ictimaiyyət tərəfindən müxtəlif yönümlü problemlərin 
qoyuluşunun və həllinin aparıcı modeli dəyişdi. Bu, 
dünyanı dərkin bütün sahələrində köklü inqilabi 
dəyişikliklərin başlanğıcı idi: son dərəcə yaxın, bəzən 
hətta analoji metodoloji prinsiplərə əsaslanan 
sinergetikanın və postmodernizmin təşəkkülü və inkişafı 
gerçəkliyin bütün hadisələrinə eyni mövqedən nəzər 
salmağa, onları tamamilə yeni rakursdan araşdırmağa və 
dəyərləndirməyə gətirib çıxartdı. Əsasən təbiət 
hadisələrində özünütəşkil prosesləri və açıq şistemlər 
haqqında elm olan sinergetika təbiət elmlərində, 
cəmiyyətlə və bədii-estetik fikirlə bağlı bütün elmləri 
əhatə edən postmodernizm humanitar düşüncədə tədricən 
hakim mövqe tutmağa başladılar. Gerçəkliyin hadisələrinə 
metodoloji münasibət baxımından yaxın olan bu elmi 
konsepsiyalar çox zaman çulğalaşır, əməkdaşlıq və 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
165 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
tərəfdaşlıq prinsiplərini rəhbər tutaraq əvvəlki modernist 
paradiqmanın əsasında həlli qeyri-mümkün olan bir sıra 
mürəkkəb problemlərin mahiyyətini aydınlaşdırmağa nail 
olurlar. Gerçəkliyin elmi və bədii-obrazlı dərki tarixində 
ilk dəfə vahid paradiqma və yaxud ona çox yaxın olan 
münasibət tipi yarandı. M.A.Mojeyko həm sinergetika, 
həm də postmodernizm üçün müştərək olan və onların 
ümumi paradiqmasından ötru zəmin yaradan ilkin şərtləri 
aşağıdakı kimi müəyyənləşdirmişdir: 
 
1. Hadisənin unikal xarakter daşıması (kosmologiyada T0 
zamanda ―Böyük partlayış‖ın baş verməsi, biologiyada 
həyatın əmələ gəlməsi fenomenlərinin analoqunun 
olmaması, çağdaş ekzistensializm və personalizm 
konsepsiyalarında fərdiyyətin unikallığının təsdiqi); 
2. Dünyanın statik dərkindən onun dinamik dərkinə keçid; 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
166 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
3. Subyekt-obyekt qarşıdurmasında həm təbiət elmlərində, 
həm də humanitar elmlərdə subyektin aparıcı rolunun 
vurğulanması; bədii əsərin qavranılması prosesində 
oxucunun ön plana çıxarılması; 
4. Subyekt-obyekt münasibətlərində sərt və barışmaz 
qarşıdurmanın aradan götürülməsi; 
5. Obyektin təsviri dillərinin plüralizm zəminində həyata 
keçirilməsi; ―varlığın vahid düsturu‖ axtarışlarından 
imtina; 
6. Gələcəkdə bu və ya digər hadisənin məruz qala biləcəyi 
durum və formanın əvvəlcədən dəqiq şəkildə 
müəyyənləşdirilməsi cəhdləri ideyasından onların 
mümkün proqnozlarının verilməsi ideyasına keçid; 
7. Həm təbiət, həm də humanitar elmlərdə bu və ya digər 
hadisənin izahı üçün kontekstdən istifadənin rolunun 
artması. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
167 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
 
Dünyanı dərkin, nəhayət ki, vahid paradiqmasının 
yaranması humanitar yönümlü elmlərə də təsir etdi; 
onlarda bir yaxınlaşma, bir sıxlaşma meyli hiss olundu: 
predmetin ümumiliyi ilə bir-birilə üzvi şəkildə bağlı olan, 
yalnız analitik metodologiyanın labüd təzyiqi nəticəsində 
bir-birindən aralı düşmüş bir sıra elmlər vahid 
postmodernist paradiqma əsasında bir araya gəldilər. 
Məhz bunun nəticəsində müxtəlif problemlər vahid görmə 
bucağından araşdırılmağa və izah olunmağa başladılar. 
―Postmodernist fəlsəfə‖, ―postmodernist kulturologiya‖, 
―postmodernist sosiologiya‖, ―postmodernist dilçilik‖, 
―postmodernist estetika‖ anlayışları meydana gəldi. Vahid 
paradiqmanın təsbiti ilə bağlı baş vermiş iki köklü 
dəyişikliyi xüsusilə qeyd etmək lazımdır. Birincisi
müəyyən spesifik məqamlar kənara çıxmaqla bütün 
humanitar elmlər eyni anlayışlar sistemi əsasında, demək 
olar ki, eyni dildə danışmağa başladılar. Bu isə onların 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
168 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
yaxınlaşması, əl-ələ verib müştərək problemləri birgə həll 
etmək üçün zəmin yaratdı. İkincisi, həm sinergetik, həm 
də postmodernist dünyadərkin əsasını təşkil edən 
―asentrizm‖ (‖mərkəzyoxluğu‖) prinsipinə tam uyğun 
olaraq hər hansı bir elmi istiqamətin hegemonluq iddiası 
əsassız hesab olundu. Dünya vahid mərkəzdən məhrum 
olduğu üçün, yaxud onun hər bir nöqtəsi eyni zamanda 
həm mərkəz, həm də periferiya olduğuna görə, bu 
mərkəzsiz dünyanı tədqiq edən elmlərin də müəyyən bir 
iyerarxiya prlnsipi əsasında düzülüşü qeyri-məqbul hesab 
olundu. 
 
*** 
 
Bəs bütün XX əsr ərzində get-gedə güclənən 
mərkəzdənqaçma meyllərin təsiri altında sürətlə bir-
birindən aralanan, getdikcə qarşılıqlı təmas nöqtələrindən 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
169 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
məhrum olan bu müxtəlif istiqamətli elmləri bir araya 
gətirən paradiqma nə üçün məhz XX əsrin sonu - XXI 
əsrin əvvəllərində meydana gəlmişdir? Mənə elə gəlir ki, 
bu prosesin bir-birindən doğan, bir-birini şərtləndirən, bir-
birini tamamlayan səbəbləri çoxdur. Yəqin ki, bu, hər 
şeydən əvvəl hərə öz yolu ilə gedən elmlərin müəyyən 
inkişaf səviyyəsinə nail olandan sonra gerçəkliyi daha 
geniş perspektivdə görmək ehtiyacları, dar rakurslarından 
çıxıb bir-biri ilə çulğalaşmaları ilə bağlıdır. Artıq bu 
dövrdə ən müxtəlif elmlər vahid və bütöv dünyanın 
analoji, ən azı yaxın və oxşar metodlarla maksimum geniş 
perspektivdə tədqiq və izah olunması zərurətini hiss 
edirlər. 
 
İkincisi, keçən əsrin sonunda təkcə ayrı-ayrı avanqardist 
cərəyanların deyil, ümumiyyətlə, modernist dünyanıdərk 
konsepsiyasının dərin böhrana məruz qalması, cəmiyyətdə 
mövcud olan son dərəcə qarışıq və dolaşıq münasibətlərin 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə