Tofiq Xəzər



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə31/54
tarix17.11.2018
ölçüsü1,63 Mb.
#80775
1   ...   27   28   29   30   31   32   33   34   ...   54

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
170 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
keçmişin total inkarı əsasında yalnız indiki zaman 
müstəvisində təqdim olunması və yozulması, insan 
böhranının səbəblərinin kənara qoyularaq yalnız onun 
nəticələrinin vurğulanması mədəniyyətin özünü 
―postmodern‖, yəni çağdaş dönəmdən sonrakı gerçəklik 
kimi dərk və təqdim etməsinə səbəb oldu. Bu, 
postmodernizmə total inkara əsaslanan modernist 
konsepsiyalardan məsafələnmək və bütün XX əsr ərzində 
klasslk ənənələrlə qırılmış əlaqələri yeni, fraqmentar 
əsasda bərpa etmək imkanı verdi. 
 
Lakin bu, hər şeydən əvvəl, XX əsrin ortalarından 
başlayaraq bəşəriyyətin guya taleyinə təsir göstərə biləcək 
hər hansı köklü qlobal hadisə ilə üz-üzə gələ bilməsi 
ehtimalının sıfıra düşməsi ilə bağlı tarixin öz hərəkətini 
başa vurması va onun posttarix (tarixsonrası) mərhələyə 
qədəm basması haqqında müxtəlif kontekstlərdə 
mülahizələr söylənilməsi ilə nəticələndi. Fransız 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
171 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
postmodernist fikrinin erkən nümayəndələrindən olan 
M.Blanşo yazırdı: ―Biz bu və ya digər dərəcədə ömrünü 
başa vurmuş tarixin kontekstində yaşayırıq, hamımız 
yanımızdan axıb keçmiş, artıq qurumuş çayın qırağında 
hərəkətsiz oturmuşuq‖. 
 
Postmodernistlərin fikrincə, tarix təbiətləri etibarilə 
yayğın, blr-birilə əlaqəsi olmayan dağınıq hadisələri bir 
araya gətirməyə və onları süni şəkildə bir-birinə calamağa 
cəhd göstərən mifdən başqa bir şey deyildir. Bədii fikir 
sahəslndə isə roman analoji funksiyanı yerinə yetirir və bir 
növ tarixin gerçəkliyin bütün hadisələri arasında məntiqi 
bağlılıq olması haqqında illüziyasını bədii obrazlar 
vasitəsilə əsaslandırmağa çalışır. Məhz buna görə də 
―tarix əsri eyni zamanda roman əsri‖ (J.Bodriyar) hesab 
oluna bilər. Bundan belə bir nəticə çıxarmaq olar ki, 
tarixin və romanın məhz XIX əsrdə - bəşər nəslinin ən çox 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
172 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
illüziyaya qapıldığı yüzillikdə - iInkişaf etməsi təsadüfi 
deyildir. 
 
Bu baxımdan tarixsonrası anlayışı sosial dinamikanın xətti 
şərhindən, tarixi prosesin hər hansı bir məntiqə və 
məqsədə malik olması ideyasından qəti imtinadır. 
Müasir amerikan filosofu F.Fukuyama bir qədər də 
qabağa gedərək belə hesab edir ki, əgər tarix dövründə 
brounvari, xaotik, bir-birini tarazlaşdırmayan, heç bir 
məntiqə sığmayaraq gah gözlənilmədən bir-birini inkar, 
gah da təsdiq edən hadisələrin cərəyan etməsi müşahidə 
olunurdusa, tarixsonrası dönəm ümumiyyətlə tam 
durğunluğun hökm sürməsi ilə xarakterizə olunur. Alimin 
fikrincə, indən belə bəşər nəslinin taleyinə əhəmiyyətli 
şəkildə təsir göstərə biləcək hər hansı bir hadisənin 
meydana gəlməsi ehtimalı istisna olunur. 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
173 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
Postmodernizm zaman nöqteyi-nəzərindən ümumbəşər 
mədəniyyət tarixini üç mərhələyə bölür: birincisi, 
mifologiyanın hökm sürdüyü mənəvi dövr; ikincisi, elmi 
təsəvvürlərin formalaşdırdığı dövr və nəhayət, üçüncüsü, 
postmodernist dövr. 
Birinci dövrdə insanın zaman haqqında təsəvvürləri çevrə 
boyu hərəkəti xatırladır; eyni hadisələr dönəm-dönəm, il-
il, fəsil-fəsil təkrar olunur. Mifoloji dövrdə zaman 
çevrəsinin hüdudlarını aşmaq, bir-birini təkrar-təkrar 
izləyən hadisələrin təsbit olunmuş nizamını qırmaq qeyri-
mümkündür. 
 
İkinci dövrdə bəşər nəslinin zaman haqqında təsəvvürləri 
xətt boyu hərəkəti yada salır; hər bir hadisə cəmisi bircə 
dəfə baş verir və heç vaxt təkrar olunmur. Bir-birini 
ardıcıl şəkildə izləyən hadisələr muncuq sayağı düz xətt 
kimi uzanıb gedən sapın üzərində düzülür. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
174 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
 
Üçüncü - postmodernist dövrdə, klassik ənənəvi dönəmdə 
oldugu klmi, bəşər nəslinin keçmişin tabeçiliyində olması 
iddia olunur, lakin indi zaman qırılmış sap kimi təsəvvür 
olunur; keçmişdə baş vermiş muncuq-hadisələr hara gəldi 
səpələnir, ―əvvəl-sonra‖, məntiqi ardıcıllıq prinsipinə tabe 
olmaqdan imtina edirlər. Onlar bir-birinə qarışır, xətti 
düzümü bərpa etmək - zamanın qırılmış sapını 
düyünləmək qeyri-mümkün olur. 
 
Bu, əlbəttə ki, keçmişdən total imtinaya söykənən 
modernist zaman təsəvvürlərinə uyğun deyil. Eyni 
zamanda, postmodernizmin ənənəvi zaman 
konsepsiyasından imtinası mifoloji çevrə təsəvvürlərinin 
də bərpası deyil. Faktiki olaraq postmodernizmdə keçmişə 
münasibət ayrı-ayrı, bir-birindən təcrid olunmuş, bir-birilə 
əlaqəsi olmayan hadisələri şərh etmək, onları sitata 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
175 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
çevirmək şəklində özünü büruzə verir ki, bu da onun 
zaman konsepsiyasının elmi-ənənəvi və modernist 
konsepsiyaları arasında orta mövqe tutmasından xəbər 
verir. 
 
Ardıcıl şəkildə bir-birini izləyən, məntiqi ardıcıllıqla bir-
birinə bağlı olan hadisələrdən ibarət keçmişi itirmiş 
postmodernist zaman konsepsiyası şaquli məhvərdən 
məhrum olur, indiki zaman hüdudları ilə kifayətlənməyə 
məcbur olur. Çağdaş dövrdə insan ―diaxron yox, sinxron 
zamanda yaşayır‖ (Ceymison). 
 
Postmodernistlər belə hesab edirlər ki, tarixilik ideyası 
təkcə zamanın xəttilik prinsipinin təsdiqi deyil; bu 
konsepsiya labüd şəkildə teleoloji (tarixi gedişin mütləq 
bir sonu olması) prinsiplərinin təsbit olunmasına gətirib 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə