Tofiq Xəzər



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə35/54
tarix17.11.2018
ölçüsü1,63 Mb.
#80775
1   ...   31   32   33   34   35   36   37   38   ...   54

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
193 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
ittifaqı" adlı məqaləsində haqlı olaraq tənqid edib. Bu 
konsepsiya həm də ona görə bitərəflidir ki, o, tənqidin 
yalnız bir diqqətəlayiq xassəsini əsas tutur. Çünki 
tənqiddə publisistik keyfiyyət var. Bunu heç cür inkar 
etmək olmaz. Lakin həmin keyfiyyət tənqidi fəaliyyətin 
müəyyən məqamlarında özünü qabarıq büruzə verir, 
amma tənqidin bütün təzahür formalarında, tənqidi idrak 
prosesində həlledici amil ola bilmir. Y.Surovtsev və 
V.Kocinovun nöqteyi-nəzəri həm də ona görə düzgün 
deyildir ki, onlar tənqiddə yalnız ictimai bünövrəni əsas 
tuturlar. V.Kocinov yuxarıdakı fikirlərinə onunla haqq 
qazandırmağa çalışır ki, incəsənət ictimai hadisədir, 
publisistika da ictimai hadisəyə münasibətdir. Ona görə də 
ictimai hadisə olan incəsənətə münasibət tənqidi də 
publisistikanın bir növünə çevirir. Fəlsəfə psixologiya və 
bir çox digər elm sahələri də ictimai hadisələri 
öyrənmirlərmi?! Onda belə çıxır ki, bunlar hamısı 
publisistikanın növləri imiş...  


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
194 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
 
      Yeri gəlmişkən, bir məsələyə də münasibətimizi 
bildirək. V.Kocinov tənqidin ictimai-ədəbi həyatdakı 
rolunu qiymətləndirərkən ifrata varır: "Əgər birdən tənqid 
mövcudluğunu dayandırsaydı, onda ədəbiyyat da yox 
olardı". Buradan belə çıxır ki, biz, tutalım, "XII əsr 
ədəbiyyatı" deməkdə və onun tarixən var olduğunu təsdiq 
etməkdə haqsızıq, çünki bu dövrdə "ədəbiyyat" yox, 
"ədəbiyyatın materialı", "sırf söz sənəti" olmuşdur. Belə 
çıxır ki, Nizami haqqında əsil ciddi elmi-tənqidi fikir 700-
800 il sonra söylənildiyi üçün o dövrün ədəbiyyatını 
"ədəbiyyat" adlandırmaq qeyri-mümkündür. 
 
      III. Üçüncü fikrə görə, "tənqid - elmdir" (vaxtilə 
A.S.Puşkin də belə hesab edirdi), "ədəbiyyatı öyrənən elm 
sahələrindən biridir". 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
195 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
      IV. Lap yaxın vaxtlara qədər belə bir dördüncü fikir də 
mövcud olmuşdur ki, ədəbiyyat nəzəriyyəsi, ədəbiyyat 
tarixi və ədəbi tənqid ədəbiyyatşünaslıq "üçlüyünü" təşkil 
edir. Çox acınacaqlı haldır ki, indi artıq heç kimin təsdiq 
etmədiyi, üstündə təkid etmədiyi bu müddəa 
Azərbaycanda buraxılan orta və ali məktəb dərsliklərində 
heç bir dəyişiklik edilmədən, son dərəcə doqmatik, 
sxematik halda tədris edilir. 
 
      V. Beşinci fikrə görə, tənqid həm elm, həm də 
ədəbiyyatın xüsusiy-yətlərini özündə birləşdirir, bədiiliyin 
və elmiliyin qovuşuq nöqtəsi olur. Hətta məsələnin belə 
qoyuluşu bəzən çox metafizik tezis şəklini alır: "Tənqid 
ədəbiyyatın növüdür. O özünün analiz obyekti kimi 
emosional olmalıdır. Bununla yanaşı o, estetikanın, daha 
doğrusu, elmin növüdür". Qeyd edək ki, tənqidi 
ədəbiyyatın bir hissəsi sayan bir çox alimlər, eyni 
zamanda, tənqiddə bədiilik və elmiliyin vəhdətini də 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
196 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
təsdiq edirlər. V.Kubilyus belə hesab edir ki, "tənqid bədii 
yaradıcılıq, elmi analiz və qəzet felyetonunun (ənənəvi 
mənada) qovuşuğunda yaranmışdır". "Tənqidi əsərin 
stilistikası bədii yaradıcılıq, elm və publisistikanın sintezi 
nəticəsində meydana çıxmışdır". Prof. S.Əsədul-layev də 
yazır: "...Bizcə, tənqidi elmin və incəsənətin qovuşması və 
birliyi sa-yan konsepsiya həqiqətə daha çox yaxındır. 
Tənqidin mahiyyəti cüttər-kiblidir, o, elmin və 
ədəbiyyatın xüsusiyyətlərini özündə birləşdirir. Ədəbi 
tənqid ədəbiyyat, elm və estetikanın qovuşduğu nöqtədə 
inkişaf edir". 
 
      ...Bəli, tənqid haqqında müxtəlif fikirlərin ən ümumi 
mənzərəsi, təxminən, belədir və ən ümumi aspektdə 
baxdıqda, tənqidin dəyərləndiril-məsi yolunda həmin 
təhlillərdəki əsas müddəaların bitkin forması kimi üç 
mərhələni görmək mümkündür: 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
197 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
 
      1. Tənqid - incəsənətdir, ədəbiyyatdır, bədiidir. 
 
      2. Tənqid - elmdir, ədəbiyyatşünaslıq hissəsidir, 
elmidir. 
 
      3. Tənqid bədiiliyi və elmiliyi özündə birləşdirən a) 
ədəbiyyatdır; b) elmdir; c) publisistikadır. 
 
      1-ci və 2-ci mərhələdə bir-birilə nisbi əkslikdə olan 
cəhətlər qarşı-qarşıya qoyulur, 3-cü mərhələdə isə bu ifrat 
qarşıqoyulma aradan qaldırılır, tənqidin mahiyyəti vəhdət 
halında dərk olunur. Y.Borevin "tənqid elmi və bədii 
təfəkkürün birləşmə sahəsidir" tezisi tənqiddə bədiiliyin 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
198 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
və elmiliyin vəhdətini təsdiq edən konsepsiyanı dəqiq, 
müxtəsər elmi model formasında əks etdirir... 
 
      Lakin tənqidin mahiyyəti barədə irəli sürülən bütün bu 
fikir, tezis və konsepsiyaların, demək olar ki, əksəriyyəti 
üçün xas olan ümumi bir çatışmazlıq var; o da tənqidi 
nəyə isə bağlamaq, nəyin isə tərkib hissəsi, kom-ponenti 
hesab etmək cəhdidir. Düzdür, tənqidin özünəməxsusluğu 
haqqında çox danışılır, lakin müəlliflər bu 
özünəməxsusluğu təqdir etsələr də, yenə də onu gah 
ədəbiyyatın, gah ədəbiyyatşünaslığın, gah estetikanın, gah 
da publi-sistikanın tərkib hissəsi sayırlar. Olsa-olsa, ona 
nəyin tərkibindəsə, nəyin daxilindəsə muxtariyyət verilir. 
Halbuki tənqid nə ədəbiyyatın, nə ədəbiyyat-şünaslığın, nə 
estetikanın, nə də publisistikanın növüdür. Əksinə, elə 
həmin bu sahələrlə və digər təfəkkür hadisələri ilə yanaşı 
mövcuddur; onlarla tam bərabər hüquqlu 
münasibətlərdədir. Xüsusilə son yüzillikdə ümumidrak 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə