Tofiq Xəzər



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə36/54
tarix17.11.2018
ölçüsü1,63 Mb.
#80775
1   ...   32   33   34   35   36   37   38   39   ...   54

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
199 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
sistemində öz yerini fərdiləşdirən, özünəməxsus nəzəriyyə 
və metodologiya-sını yaratmaqda olan tənqid spesifik 
idrak hadisəsi kimi bu gün tamamilə formalaşmış və 
şübhəedilməz dərəcədə müstəqilləşmişdir...  
 
      Məlumdur ki, hələ bədii və fəlsəfi şüurun vəhdətdə 
olduğu zamanlarda onların ilkin birgəliyində sonralar 
müstəqil inkişaf yolunu müəyyənləşdirmiş estetika, 
ritorika, sosiologiya, filologiya və s. kimi tənqidin də 
rüşeymləri olmuşdur. Təkcə elə bu fakt göstərir ki, tənqid 
qnoseoloci mənşəyinə görə də digər ictimai şüur 
hadisələri ilə asılı münasibətdə yox, bərabərhüquqlu 
münasibətdə olmuş və bu şəkildə də inkişaf etmişdir. 
Lakin bununla belə, yalnız "rüşeymlərin" təzahür etdiyi 
dövrü - tənqidin əsaslı yaranma dövrü yox, olsa-olsa 
bünövrətapma, özülyaratma dövrü hesab etmək olar... Bu 
dövrün tənqidçi tipi, şərti desək, filosof-tənqidçi idi. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
200 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
 
      Tənqidin yaranışında və özünümüəyyənləşdirməsində 
ən davamlı mərhələ - ictimai-fəlsəfi elmlərin ikinci 
diferensiasiyası zamanından, yəni vahid elmi sistemdə 
estetikanın və filologiyanın müstəqilləşməsi nəticəsində 
onların özünün də budaqlanması zamanından başladı. 
Artıq bu mərhələdə tənqid, ümumfəlsəfi fikrin tərkib 
hissəsi kimi yox, xeyli dərəcədə spesifik-ləşmiş 
ümumestetik fikrin tərkib hissəsi kimi özünü təzahür 
etdirir. Tənqid bu mərhələdə öz tədqiqat obyektinə - 
ədəbiyyata və incəsənətin digər növ-lərinə daha uzaqdan - 
fəlsəfədən deyil, bir qədər yaxından - estetikadan "baxır". 
Və bu mərhələnin tənqidçi tipi, estetik-tənqidçidir (şərti 
deyimdə). Fikrimizcə, tənqidin elmi sistemdəki tarixi 
inkişaf prosesinin ən ümumi hərəkət istiqaməti XIX əsrin 
I yarısınadək - Belinski tənqidi dövrünədək, demək olar 
ki, belə olmuşdur. 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
201 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
      ...XIX əsrin I yarısından etibarən tənqid öz inkişafının 
yeni mərhə-ləsinə qədəm qoydu. Sözün müasir mənasında 
yeni tənqidin yaranmasının ilkin zəruri şərtləri var idi: 
elmi-fəlsəfi, estetik-tənqidi mübahisələrin Avropa 
"inhisarından" çıxıb bütün dünyaya yayılması; bədii 
idrakın öyrənilməsində yeni təhlil metodunun meydana 
çıxması və s. Bu mərhələdə estetik elmlər sistemində yeni 
bir şaxələnmə baş verdi və tənqid də ictimai-fəlsəfi 
elmlərin, filologiyanın, ədəbiyyatın özünün sürətli 
tərəqqisi və fəal təsiri ilə estetik idrakın inkişafı 
nəticəsində meydana gələn bu şaxələnmədən törədi. 
Ədəbi-ictimai ziddiyyətlərin son dərəcə gərginləşməsi, 
zidd konsepsiyaların açıq-aşkar ideoloci-estetik 
mübarizəsi bu prosesə güclü təkan verdi. "Belinski tu-
fanı", "ədəbi qasırğa", "ideoloci fırtına" tənqid 
"gəmisinin" möhkəm, onun heyətinin - tənqidçilərin isə 
dözümlü, döyüşkən olmasını tələb etdi. Tənqid, bəlkə də 
özündən xəbərsiz halda özünün müstəqilliyi uğrunda 
döyüşə girdi, bütün incəsənəti "öz əlində" birləşdirən 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
202 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
estetika ilə, həmçinin, ədəbiyyat-şünaslıq və ədəbiyyatla 
həmhüquq idraki sahəyə çevrildi. İctimai-ideoloci aləmə, 
ədəbi-estetik həyata bir fəallıq, bir döyüşkənlik, bir 
mübarizlik, bir cəsarət gətirdi, bədii sistemə daha reflektiv 
münasibət göstərməyə başladı, estetika və sənətşünaslığı 
hətta bir sıra hallarda ortodoksallıq və sxematik-likdən 
təmizlədi. İndi artıq bu sahənin nümayəndələrinə "filosof-
tənqidçi", "filoloq-tənqidçi" və s. yox, məhz "tənqidçi" 
deməyə başladılar. Sənətkarlar, estet və filosoflar 
tənqidçiləri "dinləməyə" və sözün yaxşı mənasında 
tənqid-çilərdən "ehtiyat etməyə" başladılar. Tənqidi fikrin 
inkişafında bu yeni mər-hələdən sonra tənqidə nəyinsə 
tərkibində muxtariyyət vermək mümkün deyildi. Axı, 
Belinski tənqidi Belinski fəlsəfəsindən doğan tənqid 
deyildi. Əksinə, Belinski fəlsəfəsi Belinski tənqidindən 
doğmuşdur - demokratizm ideyaları da, fəlsəfi-estetik, 
ictimai-sosioloci ideyalar da Belinski tənqidindən 
doğmuşdur. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
203 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
 
      Tənqidin spesifikləşməsi prosesi həm də onun öz-
özünü təhlilə başlaması ilə, özünəmünasibətlə bağlıdır ki, 
bu da yalnız yeni mərhələnin məhsuludur... 
 
      Beləliklə, tənqidin ən ümumi tarixi inkişaf prosesini 
izlədikdə və filologiyada, bədii sistemdə də inkişaf 
məqamlarını nəzərə aldıqda, onun, şərti olaraq, üç 
mərhələdən keçdiyi aşkar olur:  
 
      İlkin mərhələ - "rüşeym dövrü" (ümumfəlsəfi sistemdə 
inkişaf) 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
204 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
      Orta mərhələ - tənqidin estetik-ədəbi, filoloci, bədii 
fikrin tərkib hissəsi olduğu dövr (ümumestetik sistemdə 
inkişaf). 
 
      Yeni mərhələ - tənqidin öz sferasında müstəqil 
təfəkkür hadisəsi kimi formalaşdığı dövr (ümumidrak 
sistemində spesifik inkişaf). 
 
      * * * 
 
      Çoxdandır ki, tənqidə "bədii tənqid" deyirlər. Lakin 
açığını desək, bu termindəki "bədii" istilahı araşdırıcıları 
bir qədər çaşdırır. Bu nöqtədə onlar tərəfindən tənqidlə 
bədii ədəbiyyat arasındakı, daha dəqiq desək, elmi-estetik 
idrakla bədii idrak arasındakı hüdudlar tam silinir və hər 
iki təfəkkür sahəsi eyniləşdirilir. Bu məsələ ilə bağlı prof. 



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə