Tofiq Xəzər



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə37/54
tarix17.11.2018
ölçüsü1,63 Mb.
#80775
1   ...   33   34   35   36   37   38   39   40   ...   54

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
205 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
S.Əsədullayevin qənaəti belədir: "O (yəni tənqid - R.U.) 
özündə bədii-obrazlı təfəkkürün ünsürlərini toplayaraq 
nəinki bədii obrazlarla əməliyyat aparır, həmçinin 
obrazlarla "düşünür" ki, bu da onu ədəbiyyata (incəsənətə) 
yaxınlaşdırır". S.Vayman isə "Min dənə ev dovşanı - hələ 
fil demək deyil" polemik məqaləsində yazır ki, "mənim 
dərin inamıma görə, tənqid yalnız bu şərtlə tam şəkildə 
obyektiv ola bilər; əgər o bədiidirsə, əgər o, yazıçı və 
onun auditoriyası ilə incəsənət dilində söhbət etməyi 
öyrənirsə". Fikrimizcə, tənqidi bədii-obrazlı idrakın 
məhsulu hesab etmək qətiyyən düz deyildir. Axı, görəsən, 
tədqiqatçılar "tənqid bədiidir", "tənqid incəsənət dilində 
danışır" deyərkən, konkret olaraq məhz nəyi nəzərdə 
tuturlar? Tənqidin bütün mövcud mahiyyəti - onun daxili 
strukturu, təhlil-araşdırma qanunauyğunluqları, fikri 
prosesin dinamikası, obyektiv dəyərləndirməyə meyli, 
nəzəri-metodoloci xassəsi... bu tezislərin doğruluğuna 
inamı azaldır. Bəlkə müəlliflər burada tənqidin obrazlı 
dilə meylini, emo-sional-polemik keyfiyyətini nəzərdə 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
206 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
tuturlar? Lakin yenə də saysız-hesabsız faktlar həmin 
konsepsiyanın xeyrinə olmayacaqdır... Bu faktlardan 
birisi: XVII əsrdə Qərbi Avropa fəlsəfəsində elmşünaslıq 
üçün ciddi metodologiya hazırlandığı bir vaxtda F.Bekon 
elmdə idrakın üç yolunu - "hörümçək yolu", "qarışqa 
yolu", "arı yolu" obrazlı ifadələri ilə müəyyənləşdirmişdir. 
Özü də təsəvvür edin ki, söhbət elmi metodologiyanın 
sistemləşdirilməsindən gedirdi. Həm də bu xüsusiyyətə 
təkcə F.Bekonda - rasional fəlsəfənin nü-mayəndəsinin 
yaradıcılığında rast gəlmirik. Bu xüsusiyyət ictimai 
elmlərin, demək olar ki, hamısında özünü qabarıq şəkildə 
göstərir. Obrazlı mühakimə və deyim tərzi mütəfəkkir 
şəxslərin yaradıcılığının daxili mahiyyətindədir. 
 
      ...Deməli, ictimai elmlərdə nə dərəcədə bədiilik varsa, 
onlar nə dərəcə "bədiidirsə", tənqiddə də eyni dərəcədə 
bədiilik vardır və o da eyni dərəcədə "bədiidir". Və əsas 
məsələ budur ki, tənqid varlığın obrazlı qavranılması 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
207 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
deyildir. Tənqidi fikrə olan tələbatın əsasında obrazlı 
təfəkkür hadisəsinə - bədii ədəbiyyata və incəsənətə 
münasibət göstərmək zərurəti dayanır. Prof. M.S.Kaqan 
isə bu tələbatın xarakterini başqa şəkildə izah edir. O belə 
hesab eləyir ki, bədii əsəri qavrayan insanın şüurunda 
"özünüifadə", özünütəcəssü-metdirmə tələbatını doğuran 
"kommunikativlik fermenti" (Kaqanın fikrincə, bu 
"ferment" bədii şüurun təbiətindədir) real həyatiləşmə 
yolları arayır və "bunu məhz bədii formada edə 
bilməyəndə, o, bədii-tənqidi formada, inter-pretasiya 
formasında həmin məqsədin həyata keçməsinə nail olur". 
Professorla razılaşmaq heç cür mümkün deyil... Çünki 
incəsənətə tənqidi reaksiya, onun tənqidi-estetik 
dəyərləndirilməsi bədii təfəkkür prosesindən yox, tənqidi-
idraki fəaliyyətin öz daxili qanunauyğunluqlarından 
törəyir. Doğrudanmı, tənqidçi məhz bədii əsər yaza 
bilmədiyindən, öz fikirlərini bədii formada ifadə edə 
bilmədiyindən tənqidi formanı seçir?! Xeyr. Bu, tənqidin 
sırf subyektiv dəyərləndirilməsidir. Axı, tənqidçi, demək 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
208 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
olar ki, heç vaxt belə bir zərurət, alternativ qarşısında 
qalmır. Bəzən elə olur ki, tənqidçi yenicə oxuduğu bədii 
əsərdə indiyəcən heç üzərində düşünmədiyi yeni bir 
problemlə qarşılaşır və həmin problemi öyrənərək, 
mənimsəyərək öz baxışlarını irəli sürür. Tənqidi fikrə, 
tənqidi özünüifadəyə olan daxili estetik tələbat bədii 
özünüifadənin mümkün olmadığı yerdə meydana çıxmır. 
Onun təzahür səbəblərini belə bir alternativdə axtarmaq 
təşəbbüsünün özü yanlışdır və tənqidi bədii idrak hadisəsi 
saymağın ifrat nəticələrindəndir... Çünki tənqidi fikir bədii 
özünüifadə zərurətindən deyil, sosial-estetik fenomen olan 
tənqidi idrakın qnoseoloci özülündəki özünüifadə 
(subyektiv əsas) və ictimai fikri ifadə (obyektiv əsas) 
zərurətindən törəyir. Bədii hadisə bu mürəkkəb psixoloci 
"struktura" təsir edir, "qıcıqlandırır" və tənqidi idrakın 
fəaliyyətə başlamasına təkan verir. Bu elə bir reflektiv 
prosesdir ki, biz onun cürbəcür təzahür formalarını 
varlığın predmet və hadisələrinə münasibət göstərmək 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
209 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
istəyən müxtəlif idrak fəaliyyəti növlərində də (fəlsəfi, 
sosioloci, estetik, elmi və s.) görə bilərik... 
 
      "...Tənqid - elmdir" deyən konsepsiya ilə yalnız o 
mənada mübahisə etmək olar ki, o, tənqiddəki elmi 
mahiyyətin seçilənliyini əsaslandırmır, onu digər ictimai 
elmlərlə, hətta dəqiq elmlərlə eyni cərgədə qoyur. Halbuki 
tənqiddə elmi xassə yalnız bir həlledici məqamda təzahür 
edir - bədii hadisə dəyərləndirilərkən obyektiv tənqidi 
təhlil və baxışın həyatiləşməsində. Tənqidin nəzəri və 
metodoloci strukturunda isə (bu, tənqidi-idraki fəaliyyətin 
özəyini təşkil edir) elmi-tədqiqi analiz metodu öz yerini, 
mövqeyini müxtəlif səviyyələrdə təzahür edən emosional, 
polemik, interpretativ tənqidi təhlilə güzəştə gedir. 
Dərketmə formasındakı digər fərqlərlə yanaşı, həm də 
belə fərqli metodoloci istiqamətlərinə görə də tənqidi 
ədəbiyyatşünaslığın tərkib hissəsi saymaq mümkün 
deyil... 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə