Tofiq Xəzər



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə4/54
tarix17.11.2018
ölçüsü1,63 Mb.
#80775
1   2   3   4   5   6   7   8   9   ...   54

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
19 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
Batıda qrammatikanı pozan şeir və romanlar, montaj 
qrammatikasını pozan Qodar filmləri və s. ortaya çıxmışdı 
ki, hamısını dədə-baba qaydalarına sayğısızlıq 
əlamətlərində kvalifikasiya etmək olar. 
 
   Sayğı-sayğısızlıq-həyasızlıq ilişgiləri tarixdə çox 
müxtəlif biçimlərə düşüb. Bütün milli mentalitetlər, bütün 
əxlaq modelləri sayğı üstündə qurulub və bu sayğını 
göstərməyənləri cəzalandırmaq üçün dürlü vasitələri də 
hazır saxlayıb (məsələn, sayğı göstərməyənə ―utanmaz 
adam‖ damğasını vurub). Əski Yunanıstanda Sokrata bu 
sayğısızlığa görə ölüm kəsmişdilər. Ancaq belə cəzalara 
baxmayaraq Avropada Sofistlər də peyda olmuşdu ki, 
hörmətsizliklərinə görə cəzasız qala bilmişdilər. Beləcə, 
Avropa necə yaranıb, Avropa nədir, suallarının cavabında 
söyləməliyik ki, Avropa mədəniyyətə, əxlaqa, dini, fəlsəfi 
dəyərlərə sayğı ilə sayğısızlığı bir arada saxlamaq 
genişliyini ilk dəfə əldə etmiş qitə, yeganə ideyadır. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
20 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
Buddizm Hindistanda Hinduizmə sayğısızlıq dozasından 
yaranmışdı, ancaq Hindistan həmin sayğısızlığa 
dözəmməyib özündən yad ünsür kimi onu atmışdı. 
Hərçənd yenə də biz bütün yerdə qalan mədəniyyətlərdə 
görə bilərik ki, çoxluğun sayıb uca tutduğu dəyərlərə 
müəyyən dərəcədə hörmətsizlik göstərən ərənlər 
tapılmışdı - məsələn, Molla Nəsrəddin, Sabir, Mirzə Cəlil. 
Ancaq nədən bu sayğısızlıqlarına görə onları həyasız 
sayan bəzi çağdaşlarına baxmayaraq bütünlükdə onlar 
həyasızlar kimi qavranılmamışlar? Səbəb odur ki, onların 
sayğısızlığında bir ―daha yaxşı gələcək uğrunda‖ istəyi, 
ideyası vardı. Total sayğısızlıqda, bax, bu olmur, ona görə 
də total sayğısızlıq həm sinizm, həm də həyasızlıq kimi 
qavranılır. Onu da söyləyim ki, mənə psixoloji olaraq, nə 
qədər çətin olsa da, bu həyasızlıq həddinə çatmış 
sayğısızlığı mədəniyyətimiz üçün konstruktiv sayıram. 
Öncələr neçə dəfə yazmışam ki, Azərbaycanın dirilməsi, 
çiyinlərini silkələyib qalxması üçün millət 
həyasızlaşmalıdır, yəni öz haqlarını bilib, öz haqlarını 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
21 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
tələb etməyə əngəl olan utancaqlıqla, abır-həya ilə 
sağollaşmalıdır. 
 
   Millətin həyasızlaşması böhrandır. Ancaq Azərbaycan 
hələ yetərincə həmin böhrana düşməyib. Bax, bütün bu 
girişdən sonra deməliyəm ki, adlarını çəkdiyimi yazarların 
hamısı total sayğısızlığın törətdiyi həyasızlıq pafosuna 
tutulmuşlardır. Ona görə də Seymurun romanında nə ata, 
nə ana, nə əxlaq, nə millət, nə ədəb simvolları sayğısızlıq 
aksiyalarından canını qurtara bilmir. Bu romanda total 
həyasızlıqdır oxucunu güldürən, miskin Azərbaycan 
gerçəkliyini bir az da olsa sənət üçün ilginc edən. Beləcə, 
mən Seymurgili bu cür öydüm. Ancaq ədəbiyyat tarixi 
üçün onların rolunu görsəm də, söyləməliyəm ki, bir 
məsələdə uduzurlar. Azərbaycana nifrət etmək asan işdir, 
hər küçədə qarşına çıxan yaramaz buna əsas verir. Belə-
belə nəsnələrə görə Nitsşe almanlara, Bodler fransızlara 
nifrət etmişdi. Çətin məsələ Azərbaycanı sevməkdir. Səni 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
22 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
psixi xəstə edən yaramazlıqlara qalib gəlib sevmək - çətin 
məsələ budur. Sənət isə yendiyi, öhdəsindən gəldiyi 
çətinliklərin dərəcəsi yüksək olduqca yüksəlir. 
Seymurgilin sənəti ―mənə nə deyəcəklər‖ abır-həyasının 
ortaya qoyduğu çətinliyin öhdəsindən gəlməkdən dəyər 
qazanır - ancaq bu çətinlik çoxmu böyükdür ki, dəyər də 
böyük olsun?! 
 
   Birlik və Müxtəliflik 
 
   Sənətdə necə göstərməkdən, bildirməkdən doğan 
plyuralistik müxtəliflikləri açandan sonra Post-modernist 
müxtəlifliyə çıxaq. ―Eynilik‖ və ya bizim türkcədə 
―Birlik‖ çox nəsnələri açan DƏHŞƏTLİ gözəl və tutumlu 
sözdür. Eyniliyin türk variantı olan ―Birliyin‖ bir çaları 
var: ―Birlik‖ sözü ―Vəhdət‖ sözü kimi çoxluların, 
cürbəcürlərin BİR-də toplanmışlığını bildirir. Belə 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
23 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
―Birlik‖ BÜTÖVLÜK kimi görünür və belə ―Birlik‖də 
―Bir‖ təkcə başqalarını özünə yığmır. Özü də başqalarında 
güzgü ciliklərində görünən Günəş parıltısı kimi görünür. 
Klassik Alman fəlsəfəsində, filosof Adorno demişkən, 
―Bir‖ belənçi idi (bütün bu söhbətləri mən çağımızı 
anlamaq üçün edirəm). Adorno deyirdi: ―Alman 
idealistləri Eynilikdən danışanda nəzərə alırdılar ki, əsl 
Eynilik müxtəlifliklə barışmalıdır, ona görə də özünü 
təsdiq etmək üçün harada müxtəliflik rastına çıxsa, onları 
öz identikliyi ilə ―basıb yeməməlidir‖. 
 
   İnsanlarda da elədir, çoxluğu birə yığmaq 
yoxsullaşdırma ola bilər. Bir düşünün, adama həvəslə 
demokratiyada ―dinc yolla hakimiyyətin dəyişməsini, 
hakimiyyətə gəlməyi‖ başa salmaq istəyirsən. Onun 
başında isə mənfi məna daşıyan ―hakimiyyət davası‖ 
deyilən bir ideya var. Sənin söylədiklərini qanmaq üçün 
tezcə sözlərini ―hakimiyyət davası‖ ideyası ilə 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə