Tofiq Xəzər



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə41/54
tarix17.11.2018
ölçüsü1,63 Mb.
#80775
1   ...   37   38   39   40   41   42   43   44   ...   54

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
227 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
kollajlarına (5) və daha uzağa – lallığa, ağ səhifəyə aparır. 
Musiqidə həmin bu tələbələr atonallıqdan- səsküyə , sonda 
isə - mütləq süküta gedib çıxır. Bu mənada Keycin ilk 
dönəmləri modernistikdir. Sənətçi, ― 4 dəqiqəyə 33 
saniyə‖ əsərinin bəstəkarı, ifaçısı və müəllifi, bu vaxt 
ərzindı musiqiçi alətə toxunmadan oturur. (6) Lakin son 
hədd yaranır ki, bu zaman avanqard (modernizm) 
yaratdığı ağılagəlməz məntnlərini (yəni konseptual 
incəsənəti) təsvir edən bir metadil ilə hara gedəcəyini artıq 
bilmir. Postmodernizm modernizmin cavabıdır: keçmişi 
məhv etmək mümkün deyilsə, (çünki onun məhvi lallığa 
aparır), onda onu təzədən dərk etmək gərəkdir: ironik, 
sadəlövhlüksüz. Postmodernist mövqeyi mənə çox savadlı 
qadına aşiq olan insanın vəziyyətini xatırladır. o anlayır 
ki, ―səni dəlicəsinə sevirəm‖ sözlərini deyə bilməməyinin 
səbəbi bunu anlamağındadır ki, o qadın anlayır ( qadın isə 
kişinin anladığını anlayır) ki, belə ifadələr Lianaya (7) 
məxsusdur. Lakin çıxış yolu var. O, ―Liananın sözü 
olmasın, səni dəlicəsinə sevirəm‖,-- deməlidir. Bu halda o 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
228 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
adam süni sadəlikdən qaçıb birbaşa göstərir ki, onun sadə 
danışmaq imkanı yoxdur; və buna baxmayaraq, qadına 
çatdırılası sözləri, yəni onu sevdiyini, lakin sevgisi 
sadəliyin itirildiyi dövrdə yaşayır. Bu oyunu davam 
etməyə hazır olan qadın sevgi etirafı sevgi etirafı olaraq 
qaldığını anlayır. Müsahiblərin heç birində sadəlik 
alınmır, hər ikisi keçmişin, onlardan əvvəl inkaredilməz 
deyimlərin basqısına sinə gəlir, şüurlu surətdə və 
həvəsnən istehza oyununa daxil olurlar... Buna 
baxmayaraq, onların eşq haqda söhbətləri alınır.  
İstehza, metadil oyunu. Kvadratda olan mülahizə. Buna 
görə də əgər avanqard sistemində oyunu başa düşməyən 
üçün yeganə çıxış yolu oyundan imtinadırsa, 
postmodernizm sistemidə bu oyunda, əsəri anlamadan da, 
tamamilə ciddi qəbul edərəkdən də iştirak etmək olar. 
İstehzalı yaradıcılığın fərqli cəhəti (həm də hiyləgərliyi) 
elə bundadır. İstehza diskursunu ciddi qəbul edən adam 
hər zaman tapılacaq. Ola bilsin ki, P.Pikasso, Xuan Qris 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
229 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
(8) və Brakın (9) kollajları modernizmdir, çünki normal 
adamlar onları qəbul etməmişdilər. İçinə XIX əsrin 
qravüra hissələri yerləşdirilmiş Maks Ernstin (10) 
kollajları isə postmodernizmdir; bunları, sadəcə 
qravüralar, oyma, həkk etmə, hətta, ola bilsin ki, bu 
kollajın özü haqda sehirli nağıl, yuxu nəqli kimi də 
oxumaq olar. ― Postmodernizm‖ elə budursa, onda Sterni 
və Rableni və, sözsüz ki, Borxesi postmodernist 
adlandırmaq səbəbi və eyni bir rəssamda modernizmin 
postmodernizmlə necə ― yola getmələri‖, növbələnmələri 
aydın olur. C.Coysu götürək. ―Rəssamın gənclik portreti‖ 
modernizmə tərəf hərəkət haqda hekayətdir. Bundan əvvəl 
yazılmış ―Dublinlilər‖ ―Portret‖dən daha da modernist 
əsərdir. ―Uliss‖—  sərhəddə dayanandır. Və nəhayət, 
―Finneqanın yası‖— artıq postmodernizmdir. Əsərdə 
postmodern söylənmə tərzi kəşf edilib: burada mətnin 
dərki üçün əvvəl deyilənlərin inkarı yox, onun istehzalı 
yenidəndərki tələb olunur. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
230 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
Postmodernizm haqqında hər şey, demək olar ki, lap 
əvvəldən danışılmışdır. Con Bartın 1967-ci ildə yazılan 
Amerikan postmodernizminə həsr olunmuş ―Kalibano‖ 
dərgisinin yeddinci buraxılışında indi təzədən dərc 
olunmuş ―Tükənmə ədəbiyyatı‖ məqaləsini nəzərdə 
tuturam. (11) Hansı yazıçı və rəssamların postmodernist 
olub-olmamasını müəyyən etmək üçün postmodernizm 
nəzəriyyəçiləri (Bart daxil olmaqla) tərəfindən təbiq 
edilən ―rütbə cədvəli‖ ilə yalnız qismən razıyam. Amma 
bu cərəyan nəzəriyyəçilərinin ilk şərtləri ilə sübut etdikləri 
nəzəriyə maraq doğurur. ―Məncə, ideal postmodernist 
yazıçı XX əsrdəki atalarını və XIX əsrdəki babalarını 
təqlid etmədiyi qədər onları rədd də etmir. Əsrin birinci 
yarısını o öz belində yox, mədəsində gəzdirir: onu həzm 
etməyə gecikmir... O, ola bilsin ki, heç Ceyms Miçenerin 
(12) və İrvinq Uollesin (13) pərəstişkarlarını silkələməyi 
ümid belə eləmir. Ancaq o, barı nə vaxtsa Mannın ilk 
xristianlar adlandırdığı, yəni ali incəsənətin peşəkar 
xadimlər dairəsindən daha geniş müəyyən publika 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
231 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
təbəqəsinə təsir buraxmaq və onu maraqlandıra biləcəyinə 
ümid bəsləməlidir. (...) Postmodernizmin ideal romanı bir 
yol taparaq realizmlə irrasionalizmin, formalizmlə 
―məzmunluğun‖, təmiz (xalis) incəsənətin dəvət olunmuş 
incəsənətlə, elitar nəsrlə kütlə nəsri arasında gedən 
vuruşmadan üstün olmalıdır.(...) Məncə, burada yaxşı caz 
və ya klassik musiqi ilə müqayisə lap yerinə düşür. 
Musiqini təkrar dinləyərkən, partitura ilə izləyərkən, ilk 
dəfə diqqətindən yayındıqlarını hiss edirsən. Amma bu ilk 
dəfə, özü də yalnız ixtisasçıların nəzərində yox, o qədər 
sarsıdıcı, heyrət doğurucu olmalıdır ki, onu təkrar 
dinləmək istəyəsən.‖ 
1980-cı ildə Bartr həmin mövzunu bu dəfə ―Tamamlama 
ədəbiyyatı‖ adıyla davam edir. Əlbəttə, eyni düşüncələri 
Lesli Fidler (14) kimi daha da paradoksal xülasə etmək 
olar. 1980-cı ildə ―Salmaqundi‖də L.Fidlerin bir neçə 
Amerika yazarları ilə diskussiyası dərc olunur. Fidler 
onlara açıqca sataşır. O, ―Sonuncu mogikan‖ı, 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə