Tofiq Xəzər



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə43/54
tarix17.11.2018
ölçüsü1,63 Mb.
#80775
1   ...   39   40   41   42   43   44   45   46   ...   54

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
240 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
musiqisi payıza məxsus 
bir qadın eşidilir qatarın kupesində 
mandolinada ifa olunur qadın 
heyif ki 
mandolina çalmağı bacarmıram 
 
Bu balaca şeirin müəllifi Xaqani Hassdır. Bu yaxınlarda 
«Yazar» qəzetində Zahir Əzəmətin Xaqani Hassın 
«Böyüməyə Prolegomena» şeirlər kitabı haqqında 
qeydlərini oxudum. Həmin yazıda Z.Əzəmət Xaqanidən 
belə bir sitat gətirir: «Şeir mənimçün dildir; o, 
duyumların, anlamların plüralizmindən yaranır, dilin 
çoxmənalılığından doğur, meydana gəlir. Mənim üçün 
«şeir nədir» sualı «dil nədir» sualına bərabərdir». Bu fikri 
Xaqani Hassın şeirlərində onun bir şair kimi başlıca 
missiyası kimi duydum. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
241 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
 
Yuxarıda misal gətirdiyim şeirdə də Xaqani həm «şeir 
nədir», həm də «dil nədir» suallarına cavab verir. Şeir 
dildə ifadə olunan fikirdir, hissdir, duyğudur, dil isə şeirdə 
ifadə olunmuş və özünü tapmış sözlərin, ifadələrin parlaq 
kommunikasiyasıdır. Xaqani Hassın başqa bir şeiri: 
 
yatmısan, yuxu görürsən 
yuxunda göy üzü var 
əllərin göy üzünə gəzməyə gedib 
səni oyandırmağa qıymıram 
oyansan əllərin yox olar 
mənimsə misram qalmadı 
içinə sığmağa 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
242 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
üstəlik göy üzünün yuxusuyam 
oyansa yox olaram 
 
Bu şeiri izah eləməyə, onun «mənasını açmağa» heç bir 
ehtiyac duymuram. Əsl şeir özü-özünü izah edir və 
ümumiyyətlə, hər hansı şeiri yozmağa nə ehtiyac? Əgər 
söhbət lap Füzuli qəzəllərindən getsə belə… Mən müasir 
oxucunu şeir «müşgüllərini» ram edə bilən bir şəxs hesab 
edirəm. 
 
Xaqani Hassın şeirlərinin başlıca məziyyəti təkcə sözə 
münasibətinin dəqiqliyi və sözlə rəftarının incəliyində 
deyil, həm də yeni bədii təsvir vasitələrinə üz tutmasıdır. 
Bir misal gətirim: İçərişəhər haqqında çox şeirlər yazılıb. 
Bu şeirlərdə İçərişəhər nələrlə təşbeh edilib? 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
243 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
Fikrət Qocada: 
 
Qobustan qayaları kimi binalar 
çiyin-çiyinə yatır İçərişəhərdə… 
Şəhər saldıq küləkdöyəndə, 
küləklər az qala Bakını alıb atacaqdı belədən-belə. 
Qız qalasıyla şəhəri mıxladıq sahilə.  
 
İsa İsmayılzadədə: 
 
İçəri şəhər, İçəri şəhər! 
Ulu nağıl, daş krosvord. 
Bakıda bir boxça var, adı –İçəri şəhər. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
244 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
İçində iç-içə açılan dalanlar, 
göz-gözə dayanan döngələr.  
 
Ələkbər Salahzadədə: 
 
İçəri şəhərli şeirsən Bakı.  
 
Çingiz Əlioğluda: 
 
Balıqçı toru kimi nazik küçələrdən toxunub bu şəhər.  
 
Misalların sayını artıra da bilərik. Xaqani Hassın 
təfsirində isə: 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
245 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
 
Qabaqcadan 
qapını döyürəm keçmişin açır 
nə vaxtdır evdə yoxsan 
küçələrin qocalar evinə getmisən- 
İçərişəhərə. 
 
«Küçələrin qocalar evi» – zənnimcə, İçərişəhəri belə 
səciyyələndirmək orijinal bir təşbehin yaranmasına səbəb 
olub. Şeirdə bir insan taleyinin təkliyə, tənhalığa 
sürüklənməyi və ümumiyyətlə, bu boyda dünyada və bu 
boyda şəhərdə kimsəsiz qalması bədii düşüncənin 
predmetinə çevrilir. 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
246 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
hansı avtobusa minsəm 
son dayanacağı dünya olacaq. 
qapını döyürəm keçmişin açır… 
getməyə yeri olmayanda adamın 
ölməyə də yeri olmur. 
 
Xaqani Hassın şeirlərində XXI əsrin mürəkkəb, təzadlı, 
dünəni bugünündən, bugünü dünənindən boz, bəzən ilıq, 
bəzən dumanlı, bəzən tamam mənasız, bəzən də doğrumu-
yalançımı bir ümidə boylanan anlarının hirsini, qəzəbini, 
acığını hiss edirəm. Zaman onun içinə, hissinə, 
duyğularına təsirsiz qalmır və onun içindəki Zaman da o 
Zamanla barışmır. İçindəki Zamandan boylanan Xaqani 
Hass siqaret söndürülən nəlbəkidə dünyanın dünənki və 
bugünkü «mənzərəsini» rəsm edir. O, beləcə istənilən bir 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
247 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
əşyanı qarşısına qoyub bu əşyadan beləcə dünyanı, 
keçmişi seyr edə bilər, bugünün mənzərəsini yarada bilər. 
 
Mən hər hansı bir şairin (xüsusilə cavan şairlərin) adı 
qarşısında bir «izm» qoymağı sevmirəm. Amma Xaqani 
Hassın adının qarşısında məmnuniyyətlə bir «sürrealist» 
kəlməsini işlədərdim. Bizdə sürrealizmə meyil və ondan 
təsirlənən şairlər az deyil. Adil Mirseyidin, Rasim 
Qaracanın bir çox şeirlərində bunun şahidi olmuşam. 
Rasimin «Qırılmış düymələrin vətəni», «Ağ köynəkli» və 
Adilin çox şeirində bir-birindən təcrid olunmuş təsadüfi 
ünsürlər arasındakı «əlaqə» məhz sürrealizmdən gəlir. 
Xaqaninin şeirlərinin əksəriyyəti məhz sürrealist pozada 
yazılıb. Ancaq mənim fikrimcə, Xaqaninin şeirlərinə 
termin və nəzəriyyələrlə yanaşmaq və nəyisə «kəşf» 
etmək nə səmərə verəcək? Elə bilirəm, Xaqani Hass -heç 
üzünü görmədiyim bu cavan şair təmiz Azərbaycan şeiri 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə