Tofiq Xəzər



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə46/54
tarix17.11.2018
ölçüsü1,63 Mb.
#80775
1   ...   42   43   44   45   46   47   48   49   ...   54

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
261 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
başadüşməməzliyə məhkumdurlar. Hər bir insan bir 
dünyadır. Ancaq bu dünyalar bir-biri ilə əlaqə saxlamırlar. 
İnsanların ünsiyyəti ancaq səthidir və qəlbin dərinliklərinə 
toxunmur. Dünya insanının ekzistensialist modeli belədir. 
XX əsrin 50-ci illərin sonunda Fransa ədəbiyyatında 
(M.Sarrot, A.Rob-Qriyye, M.Byutor və b.) "yeni roman" 
istiqaməti yaranır. Həyatın absurdluğu, real hadisələrdə 
nəticə əlaqələrinin yoxluğu, "dağıdılmış" xaotik dünya 
haqqında ekzistensializm baxışlarından faydalanan "yeni 
roman" məktəbinin davamçıları öz əsərlərilə bütün 
ənənəvi kompozision elementlərinin təşkilatçı-konseptual 
mənasını dağıdaraq süjetdən kənar nəqli prinsip 
səviyyəsinə qaldırdılar. Roman həyati fakt və hadisələrin 
hekayə edilməsindən qəhrəmanların mənəvi həyatının 
faktlarının zərif-esseist impreissionist hekayəsinə çevrildi. 
Psixologizm mütləqləşdirildi. "Şüur seli" real dünya ilə 
əlaqəsini tamam kəsdi, əgər əvvəllər real ədəbiyyatda 
qəhrəmanların şüuru "informasiyada yarıq" ilə əlaqədar 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
262 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
olaraq, bir faktdan başqa fakta və ya hipotezə, miras qalan 
təcrübəyə, gələcəyə, ehtimallara atılaraq, həyati proses ilə 
əlaqəni saxlayırdısa, indi bu sel reallığın üstündən aramsız 
uçub keçir. "Şüur seli" "özüdərketmə selinə" çevrildi. 
Şüurun subeyktivliyi onun subyektlivizminə çevrildi. 
Təfəkkürün özü eqosentrik şəxsiyyəti üçün psixi proses 
kimi başa düşülməyə başlandı. Hekayə tez-tez sözü 
bitirməmiş, qəfil və motivsiz kəsilir. Əsərlərin ümumi 
şəklini itirdilər: nəinki təkcə süjet zəiflədi və pozuldu, 
sonluq qaranlıq qaldı, açılma artıq əsərin bədii nəticəsi 
olmadı. Əsər psixoloji vəsiyyətinin tez-tez dəyişdiyi 
personajın və onun ruhunun hərəkətlərinin naturalist 
şəklinə çevrildi. 
N.Sarrotun "Naməlumun portreti" romanında qadın və kişi 
arasında çətin hiss olunan və mənası bilinməyən 
münasibətlərin çox incə çalarları və yarımtonları açılır. 
Oxucu üçün kimliyi bilinməyən kişi şəhər bağından tez-
tez keçərkən hər dəfə tanış olmayan bir qıza baxır. Kişinin 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
263 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
qəlbində yaranan sevgi və şəfqət və onun təkidli 
baxışlarına qarşı qızın qəlbində yaranıb tez-tez dəyişən 
cavab reaksiyaları zamanın məzmununa çevrilir. Heç bir 
açılma yoxdur, yaranan süjet xətləri qırılır. 
Yazıçı bununla göstərmək istəyir ki, bədii təsvirin və 
analizin əsil predmeti həyat hadisələri deyil, qadın və 
kişilərin arasındakı hisslərin çalarları, daxili 
həyəcanlardır. "Şüur seli" ədəbiyyatı şəxsiyyətin daxii 
aləmini mütləqləşdirir. 
 
 
Futurizm 
 
(lat.futura-gələcək)  


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
264 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
XX əsrin 10-20-ci illərində Avropa ədəbiyyatında 
avanqard cərəyan. ―Gələcəyin incəsənətii‖ni yaratmağa 
cəhd edən futuristlər mədəni irsi, xüsusilə onun estetik, 
bədii, mənəvi-əxlaqi sərvətlərini rədd, urbanizmi təbliğ 
edir, poeziyada təbii dilin əleyhinə çıxırdılar. Futurizm ilk 
dəfə İtaliyada meydana gəlmiş, sonra Rusiya və digər 
Avropa ölkələrində yayılmışdı. Bu cərəyanın banisi 
sonralar faşizmin fəal təbliğçisi, futurizm manifestinin 
(1909) müəllifi F.T.Marinetti idi. Estetik prinsiplərinin 
ümumiliyinə baxmayaraq, futurizm ayrı-ayrı ölkələrdə 
müxtəlifideya meyilləri ilə fərqlənmişdir. 
 
Klassisizm 
 
Ədəbiyyatda köhnə Yunan və Roma sənətini təməl alan 
tarixi yanaşma və estetik tutumdur. 1660 məktəbi olaraq 
da bilinər 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
265 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
Yenidən doğuş deyə adlandırılan İntibah dövründə inkişaf 
etmişdir. Bu axının izləri bir əvvəlki dövrdə Rebelais və 
Montaignedə, hətta Aristoteldədir. 
Klassisizmin təməl elementləri öz içində soyluluq, 
ağılçılıq, uyğunlaşma, açıqlıq, məhdudluq, universallıq, 
idealizm, tarazlıq, ölçülülük, gözəllik, görkəmlilikdir. 
Yəni bir əsərin klassik sayıla bilməsi üçün bu 
xüsusiyyətləri saxlaması lazımdır. Qısaca klassik bir əsər, 
bir üslubun ən yetişkin və ən uyğun ifadəsini tapdığı 
əsərdir. Klassisizm təməllərini İntibah aristokratiyasından 
götürür. Klassisizm bir baxıma aristokratiyanın 
məhsuludur. 
 
Klassisizm cərəyanının xüsusiyyətləri 
 
XVII əsrin II yarısında Fransada meydana gəlib.  


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
266 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
Mövzuları Qədim Yunan və Latın mifologiyasından 
götürüb.  
Mükəmməlliyətçidir və ana dili əsas götürür.  
"Sənət, sənət üçündür" anlayışı mənimsənmişdir.  
Sənətkarlar əsərlərində şəxsiyyətlərini gizləmişlər.  
Əsərlərdə klassik, dəyişməyən tiplər yaradılmışdır.  
Fiziki və ictimai ətraf əhəmiyyətli deyil, çünki dəyişəndir.  
İstifadə edilən dil, seçmələrin dilidir. İzahat bəzəksiz və 
sadədir. Xüsusilə şeir, teatr və sınaq növlərində inkişaf 
etmişdir.  
Ən əhəmiyyətli nümayəndələri; Dekart, Molyer  
 
Hərfçilik 
 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə