Tofiq Xəzər



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə49/54
tarix17.11.2018
ölçüsü1,63 Mb.
#80775
1   ...   46   47   48   49   50   51   52   53   54

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
279 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
özlərinin dünyaya qiymətləndirici münasibətlərini 
fərdiləşdirmək üçün istifadə edirdilər. 
Naturalizm çox inkişaf etmədi: çünki onun təsvir prinsipi 
naturalistlərdən əvvəl də, onlardan sonra da olmuşdur. 
Sosialist realizmində, bədii publisistikada, sənədli kinoda, 
foto sənətində, neorealist kinoda naturadan təsvir 
prinsipindən geniş istifadə edilmişdir və edilir. Müasir 
bədii kinoda müəyyən fərdi tibbi xəstəlik tarixçələrini 
ssenariləşdirən kino janrı da naturalist sayıla bilər. Əslində 
hər bir yazıcı az-çox naturalistdir. E.Zolya öz 
naturalistliyini prinsip kimi təbliğ edirdi, amma sonralar 
yazıcılar bu təbliğatda aktual məntiq görmədilər 
 
Neoklassisizm 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
280 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
Ədəbiyyatda neoklassisizm məhdud bir dövrü (1890-
1900-cü illərin ortası) əhatə edən cərəyan kimi götürülür. 
Neoklassisizm antik obraz və motivlərdən, süjet və 
konfliktlərdən istifadəyə əsaslanan ideya-üslub prinsipidir. 
Ötən əsrin 30-cu illərində ABŞ ədəbiyyatındakı "yeni 
humanizm" də neoklassisizmin bir növü idi. 
 
 
Parnas 
 
(fr. "Parnasse") 
 XIX əsrin ikinci yarısında Fransada ədəbi cərəyan, 
məktəb. Fransız şairləri Ş.Lekont De Lil, T.Qotye, 
Ş.Bodler, A.Sülli-Prüdom, P.Verlen, S.Mallarme və 
başqaları tərəfindən yaradılmışdır. Parnasizmdə "sənət 
sənət üçündür" ideyası müdafiə olunur, ədəbiyyatın 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
281 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
ictimai-siyasi rolu qəbul olunmur, bədii forma əsas 
götürülür. 
 
 
Personalizm 
 
 (lat.persona-şəxsiyyət) 
Şəxsiyyəti ilkin reallıq və ali ruhi sərvət, bütün aləmi isə 
ali şəxsiyyətin (Allahın) yaradıcı fəallığının təzahürü 
hesab edən cərəyan.P.Leybnitsin monadologiyası ilə ilə 
əlaqədardır və XIX əsrin sonu XX əsrin əvvələrində 
yaranmışdır. Aləmin elmi-materialst anlayışına qarşı çıxan 
personalizmin konsepsiyasına görə təbiət ruh-
"şəxsiyyətlərin" məcmusundan ibarətdir (Plüralizm), "Ali 
şəxsiyyət"-hər şeyə qadir Allahdır (Teizm). B.Boun, 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
282 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
R.Flüellinq, E.Braytmen,E.Munye, J.Lakrua bu cərəyanın 
görkəmli nümayəndələri hesab olunurlar. 
 
 
Postmodernizm 
 
Postmodernizm - XX əsrin ikinci yarısında fəlsəfədə, 
incəsənətdə, ədəbiyyatda inkarı inkar nəticəsində 
yaranmış cərəyan. 
Bir vaxtlar modernizm klassik, akademik dəyərləri inkar 
edib yeni bədii formalar yaratdığı kimi postmodernizm 
(almanca "moderndən sonra gələn") də modernizmi inkar 
edərək ədəbiyyatda xaos, elementlər müxtəlifliyi yaradır. 
Postmodernist amerika yazıçısı Con Bartın fikrincə, 
postmodernizm - keçmişin mədəniyyətindən şirə çəkən 
bədii təcrübədir. Postmodernizm nəzəriyyəsi məşhur 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
283 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
filosof J.Liotarın, Jak Derridanın və digərlərinin fəlsəfi 
konsepsiyası əsasında yaranıb. Onun fəlsəfəsinə görə 
"dünya-mətndir", "mətn-reallığın yeganə mümkün 
modelidir". Postmodernizmin əsasında duran ideya 
mənbələrindən bri olan Poststrukturalizmin nəzəri 
əsaslarının hazırlanmasına filosof-kulturoloq Mişel 
Fukonun və başqalarının böyük rolu olmuşdur. C.Bart, 
T.Pinçon, C.P.Danlivi, D.Bartel ("Qara yumor 
məktəbi"nin nümayəndələri), D.Delillo, J.Dölöz, F.Qatari, 
U.Eko, U.Gibson,C.Barns, İ.Kalvino və b. 
postmodernizmin görkəmli nümayəndələri hesab 
olunurlar. 
 
Müxtəlif sahələrdə postmodernizm 
Fəlsəfənin, ədəbiyyatın, sənətin, arxitekturanın və bir çox 
başqa sahələrin öz postmodernizm anlayışları mövcuddur, 
və intellektual əməyin ən müxtəlif sahələrində 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
284 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
postmodernizm barədə ciddidən tutmuş anekdot 
səviyyəsinə qədər söz-söhbətlər, mübahisələr 
aparılmaqdadır. Riyaziyyatda modernizm hərəkatı 20-ci 
əsrin əvvəllərində başlayıb, bu hərəkatın nəticəsində çoxlu 
sayda çox böyük, uzun, o vaxt üçün vərdiş edilməmiş bir 
dərəcədə abstrakt nəzəriyyələr meydana gəldi, və deyək 
ki, günün bu günündə də bizim Bakı universitetlərində 
həmin bu qrandioz nəzəriyyələrin elementləri belə tədris 
olunmur (funksional analiz istisna olmaqla). Amma 20-ci 
əsrin sonlarından başlayaraq riyaziyyatçılar uzun 
nəzəriyyələri yox, daha çox konkret nümunələri 
öyrənməyə meylləndilər. 
 
Ədəbiyyatda postmodernizm fəlsəfi mənada 
postmodernizmlə və daha geniş sosial mənada işlənən 
"postmodernizm"lə sıx bağlıdır. "Biz postmodern 
insanlarıq", "biz postmodern dövrdə yaşayırıq" kimi 
cümlələr işlədə bilərik, və həqiqəti demiş olarıq. 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə