Tofiq Xəzər



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə5/54
tarix17.11.2018
ölçüsü1,63 Mb.
#80775
1   2   3   4   5   6   7   8   9   ...   54

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
24 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
eyniləşdirir, birləşdirir və deyir, ―hə, sənin 
demokratlarının işi də hakimiyyət davasıdır‖. Beləcə, 
onun şüurunda ―hakimiyyət davası‖ sənin söylədiklərini 
elə basıb yeyir ki, hakimiyyət davasında demokratiyanın 
hakimiyyətin dinc yolla əvəzlənməsi nəzəriyyəsindən heç 
bir başqalıq qalmır. 
 
   Post-modernizm fərqlərin fəlsəfəsindən doğub. 
Doğrudan da çağımızda cürbəcürlük basıb bütün bir 
olmalı olanları və ya bir görünənləri dağıdır. Bunu 
müxalifət və hakimiyyət düşərgələrində yaxşı görürük. 
Hər iki düşərgədə Birlik situasiyası yaranan kimi 
―bölünən hüceyrə‖ prosesi başlayır və fraqmentləşmə 
gedir. Düzdür, bu proses bütün tarix boyu olub. İstənilən 
dində bidətçi hərəkat ―bölünən hüceyrə‖ proseslərinə 
düşərək təriqətlər, sektalar törədib. İstənilən dini, fəlsəfi, 
sosial ideyalar davamçıların yaradıcılığında o qədər 
dəyişib ki, ilkindəkindən heç nə qalmayıb. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
25 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
 
   Ancaq çağımızla öncəki dönəmlərin bir fərqi var. 
Öncələr bütün bu fraqmentləşmələrin, bölünmələrin 
üstünə bir utanış, bir suç kölgəsi düşürdü. Ona görə də 
bölənlər, ayrılanlar, qopanlar bölmək suçunu özlərinə 
götürməyib başqalarının üstünə yıxırdılar: Vahabilər 
(müvahidunlar) İslam dünyasında öz fraqmentlərini, öz 
yollarını salsalar da əsl, ilkin İslamın, məhz, onlarda 
olmasına iddia edirdilər. Parçalamaqda isə başqalarını 
suçlayırlar. Beləcə, tarix boyu bölənlərin, parçalayanların 
heç biri etdiklərinin ağır yükünə, yəni suç, utanış yükünə 
duruş gətirməyib suçu başqalarının üstünə yıxmaqla 
məşğul olublar. Hətta dialektikaya görə müxtəlifliklərin 
birliyini anlamalı olan Sovet marksizmi də yalnız icazəli 
başqalığa razı olurdu və ona görə də Sovet mənəvi 
dünyasındə Marksizm hər yerdə müxtəlifliyi basıb 
yeyirdi. 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
26 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
   Yalnız öncə Modernizmdə, sonra Post-modernizmdə 
(eləcə də Demokratiyada) bölənlərin, parçalayanların 
üstündən suç, təxribat ləkəsi götürülür. Ona görə də 
dünyamız suç duyğusunu bilməyən arsızlıq (=həyasızlıq?) 
aləminə ya bənzəyir, ya da elə belə də aləmdir. Ona görə 
də dünyamızda Bir-dən ayrılmalar gedir. Öncələr də 
gedirdi, ancaq ayrılanlar sonda vətənləri Bir-ə qayıtmaq 
istəyini özlərində saxlayaraq ayrılırdılar. Post-modern 
çağında isə ayrılan geridönməzliyə, qayıtmazlığa 
özündən, Bir-dən azmağa məhkumdur, caz 
improvizələrində baş melodiyaya qayıtmayan səs 
―ləpələri‖ kimi. 
 
   Bütün öncəki mədəniyyətlər şırım-şırım demarkasiyon 
cızıqlar çəkirdilər və bununla intizam, düzüm yaradırdılar. 
Bütün öncəki mədəniyyətlərdə nələrəsə elə yasaqlar 
qoyulurdu ki, pozulması ayıb, utanış gətirsin. Ona görə də 
hansı yasaq olunanlarınsa ―adam arasına‖ buraxılması sərt 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
27 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
çarpışmalardan, ağır ―məhkəmələrdən‖ keçirdi. Yalnız 
çağdaş Post-modernist mədəniyyətdə hər şey üçün qapılar 
açıqdır, ―buraxılış məntəqələri‖ isə simvolik görüntüyə 
çevrilmişdir. Ona görə də mən bilirəm ki, gün gələcək, 
dünyada hətta qızların mırıq dişli olması və ya mırıq diş 
görüntüsü üçün dişlərinə qara çəkməsi də gözəllik dəbinə 
çevriləcək. Cırıq, yamaq-yumaq cinslərdən, tüklü üzlərdən 
sonra niyə mənim sözlərim qəribçiliyə salınsın?! 
 
   Azərbaycanda bu cürbəcürləşmənin iblisanə rəqsinin ilk 
partiyası gedir. Ancaq elə bu, mənəviyyatsızlıq, 
pozğunluq haqqında hiddətlər, ümidsizliklər doğurur. Bəs 
rəqsin ortası gələndə nə olacaq? Biz bu rəqsi yaxşı 
oynamağı öyrənməliyik, yoxsa ahıl kişilər kimi qırağa 
çəkilməliyik? Çağımızın baş suallarından biri budur. 
Azərbaycan post-modernistləri isə bu soruya öz 
cavablarını verməkdədirlər.  


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
28 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
 
Qaynaq: 
http://xariciedebiyyat.azeriblog.com/2008/01/25/niyazi-
mehdi-azerbaycan-postmodernizmine-girish 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
29 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
30 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Eyvaz TAHA 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə