Tofiq Xəzər



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə50/54
tarix17.11.2018
ölçüsü1,63 Mb.
#80775
1   ...   46   47   48   49   50   51   52   53   54

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
285 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
Postmodernizm ədəbi janr yox, müxtəlif ədəbi janrları, 
stilləri özündə birləşdirən geniş bir ədəbi hərəkatdır. 
Intertekstuallıq, haşiyə çıxma, imitasiya, eklektisizm, 
dekonstruksiya postmodernizmin ÇOXLU SAYDA 
xarakterisitkalarından bir neçəsidir, amma postmodernizm 
həm də müxtəlif çox ciddi ədəbi janrları əhatə edir. Bu 
janrlardan biri də sehrli realizmdir (magical realism). 
Terminin tarixi qədimdir, amma daha çox Markesin 
əsərlərindən sonra populyarlaşdığı üçün bəzən müəyyən 
dövr Latın Amerikası ədəbiyyatına aid edilisə də, əlbəttə, 
bir ciddi ədəbi janr kimi ayrıca tərifi verilir, və təbii, hər 
hansı məkana və zamana məhdudlaşdırıla bilməz. Horhe 
Borhes, Toni Morrison, Salman Rüşdü kimi məşhur sehrli 
realist yazıçılar həm də məşhur postmodern yazıçılardır. 
Postmodernizm haqda bir-iki kəlmə 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
286 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
Azərbaycan ədəbi mətbuatında postmodernizm haqda ən 
yaxşı halda olduqca qəribə və anlaşılmaz, ən pis halda isə 
gülməli və uğunub getməli fikirlər ara vermir. Məsəlçün, 
tənqidçi Esəd Cahangir 525-ci qəzetdə hansısa əsərin 
postmodern olduğunu 3 müddəayla "əsaslandırır" ki, 
bunlardan biri tamamilə anlashılmaz və mənasız, o birisi 
dibindən yanlışdır; 3-cü müddəa isə budur: "əsər çap 
olunmamışdan əvvəl onun müxtəlif kanallarla reklamı 
aparılır". Yaxud, dünyanın ən məşhur postmodern 
müəlliflərindən çoxunun öz əsərlərinin postmodern olub-
olmadığı haqda "bu barədə nəsə demək mənə çətindir" 
kimi yazıçıya yaraşan təvazökarlıqla (və əslində əsl 
həqiqəti əks etdirən) cavablar verdiyi bir zamanda 
Azərbaycanda hansısa müəllif daha o yer qalmayıb car 
çəkməsin ki, bunun əsəri postmoderndir, və bu hansısa bir 
coğrafi məkanda guya postmodernizmin bansidir. Iş o 
yerə gəlib çatıb ki, mən - riyaziyyatçı baba və həvəskar 
yazıçı - nəzəri hazırlığımın çox aşağı olmasına 
baxmayaraq indi də durub tənqidçilik eləmək fikrinə 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
287 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
düşmüşəm və bu yaxın vaxtlarda, inşallah, "Ədəbiyyatda 
postmodernizmə dair" məqaləni diqqətinizə çatdırmağı 
ciddi düşünürəm.  
525-ci qəzetdə və "Nar"da qarşılıqlı sayğısızlıqla müşaiyət 
olunan konfliktin təcililiyini nəzərə alıb öncədən, qısaca 
da olsa, aşağıdakıları demək istərdim:  
Elm tarixində ən böyük şəxsiyyətlərdən olan (riyaziyyatda 
topologiyanın, fizikada nisbilik nəzəriyyəsinin banisi) 
fransız alimi-filosofu Anri Puankare yazırdı:" bəzən elə 
olur ki, bir söz, tək bircə söz ixtira edirsən və sonra həmin 
söz özü bir ixtiraçıya çevrilir…" Puankare buna misal 
olaraq fizikada "enerji", riyaziyyatda "qrup" sözlərini 
diqqətə çatdırırdı. Zənnimcə "postmodernizm" belə 
sözlərdəndir! "Post" + "modern" kimi ilk baxışda aydın 
bir mənası olan bu söz hər bir təhsilli adamın diqqətini bir 
maqnit kimi çəkir, düşüncələrini sonsuzluğa qədər məşğul 
etmək gücündəymiş kimi görünməkdədir.  


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
288 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
Fəlsəfənin, ədəbiyyatın, sənətin, arxitekturanın və bir çox 
başqa sahələrin öz postmodernizm anlayışları mövcuddur, 
və intellektual əməyin ən müxtəlif sahələrində 
postmodernizm barədə ciddidən tutmuş anekdot 
səviyyəsinə qədər söz-söhbətlər, mübahisələr 
aparılmaqdadır. Hətta, mən özüm, bir riyaziyyatçı kimi, 
riyaziyyatda postmodernizm nə deməkdir mövzusunda 
mənasız spekulyasilyalar edə bilərəm. Bir şeyi demək 
yerinə düşür ki, riyaziyyatda modernizm hərəkatı 20-ci 
əsrin əvvəllərində başlayıb, bu hərəkatın nəticəsində çoxlu 
sayda çox böyük, uzun, o vaxt üçün vərdiş edilməmiş bir 
dərəcədə abstrakt nəzəriyyələr meydana gəldi, və deyək 
ki, günün bu günündə də bizim Bakı universitetlərində 
həmin bu qrandioz nəzəriyyələrin elementləri belə tədris 
olunmur (funksional analiz istisna olmaqla). Amma 20-ci 
əsrin sonlarından başlayaraq riyaziyyatçılar uzun 
nəzəriyyələri yox, daha çox konkret nümunələri 
öyrənməyə meylləndilər. Və təsəvvür edin, Azərbaycanda 
da həmin o qrandioz nəzəriyyələrdən heç bir anlayış 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
289 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
olmadan, onların üstündən adlayıb ayrı-ayrı nümunələrin 
öyrənilməsinə başlansa, bu, Qərbdəkindən fərqli bir 
mənzərə yaradacaq! Bu təxminən ona bənzəyəcək ki, Iran 
hökumətindən kimsə deyirmiş ki, Qərb bizi modern 
olmamaqda suçlaya bilməz, çünki biz postmodernik!  
Ədəbiyyatda postmodernizm fəlsəfi mənada 
postmodernizmlə və daha geniş sosial mənada işlənən 
"postmodernizm"lə sıx bağlıdır. "Biz postmodern 
insanlarıq", "biz postmodern dövrdə yaşayırıq" kimi 
cümlələr işlədə bilərik, və həqiqəti demiş olarıq.  
Postmodernizm ədəbi janr yox, müxtəlif ədəbi janrları, 
stilləri özündə birləşdirən geniş bir ədəbi hərəkatdır. 
Intertekstuallıq, haşiyə çıxma, imitasiya, eklektisizm, 
dekonstruksiya postmodernizmin ÇOXLU SAYDA 
xarakterisitkalarından bir neçəsidir, amma postmodernizm 
həm də müxtəlif çox ciddi ədəbi janrları əhatə edir. Bu 
janrlardan biri də sehrli realizmdir (magical realism). 
Terminin tarixi qədimdir, amma daha çox Markesin 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə