Tofiq Xəzər



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə51/54
tarix17.11.2018
ölçüsü1,63 Mb.
#80775
1   ...   46   47   48   49   50   51   52   53   54

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
290 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
əsərlərindən sonra populyarlaşdığı üçün bəzən müəyyən 
dövr Latın Amerikası ədəbiyyatına aid edilisə də, əlbəttə, 
bir ciddi ədəbi janr kimi ayrıca tərifi verilir, və təbii, hər 
hansı məkana və zamana məhdudlaşdırıla bilməz. Horhe 
Borhes, Toni Morrison, Salman Rüşdü kimi məşhur sehrli 
realist yazıçılar həm də məşhur postmodern yazıçılardır. 
Cənubi Amerika ədəbiyyatında duyulan ruhca bizə 
yaxınlıq ona görə deyil ki, bu əsərlər sehrli realist 
janrdadır, bu sadəcə latın mentaliteti, latın ruhu ilə 
azərbaycanlı menatliteti arasındakı yaxınlığa görədir. 
Eynilə, postmodernizm Qərbin janrıdır demək ona bənzər 
ki, durub deyək, sərbəst şer Qərb şeridir, gəlin biz qoşma, 
gəraylı və məsnəvi yazaq. Bundan əlavə ( və daha 
vacibi!), postmodernizm məhz universal dəyərləri (və 
universal səviyyədə təqdim olunan Qərb dəyərlərini) rədd 
edir, lokal dəyərlərə, subyektiv dəyərlərə ayrıca tək bir 
şəxsin dəyərlərinə inanır. "Postmodernizm" termininin 
(ədəbiyyat çərçivəsində) hələ öz məna yatağına tam 
yerləşib oturmadığı, mübahisələrin, müzakirlərin belə 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
291 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
qızğın bir çağında "xaricdə postmodern ədəbiyyat olur" 
demək ("xaric" deyiləndə hara nəzərdə tutulur?!) qəzet 
səhiflərində Mark Tveni vaxtından əvvəl öldürməyə 
bənzəyir. Yalnız sənətdə postmodernizmin indi az 
populyar oldughunu eşitmişəm, amma anlayışım olmadığı 
üçün (bəli, mənim ədəbi postmodernism haqda yalnız 
anlayışım var!) bu barədə nəsə deyə bilmərəm.  
Və son olaraq, əgər Azərbaycanda yazıçının kimliyini 
müəyyən etmək küçədəki adamın umuduna qalıbsa (bir 
"xalq yazıçı"sı fəxrlə deyirdi ki, rayonlara gedəndə onun 
ayağının altında qoyun kəsirlər), onda demək lazımdır ki, 
küçədəki adam modernist ədəbiyyat tərbiyəsi görməyib 
əsla, və onun postmodern ədəbiyyat haqda fikir yürütməsi 
yuxarıda riyaziyyatdan və Irandan gətirdiyim misallara 
bənzəyir. Bəlkə bu küçədəki adamların təsirindəndir ki, 
məndə olan təəssürata görə, elə nə yenidirsə postmodern 
hesab olunur, o cümlədən "kitabın çap olunmasından 
əvvəl müxtəlif kanallarla reklamının aparılması". 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
292 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
 
Müəllif: Azər Əhmədov 
 
Realizm 
 
Həyat həqiqətinin bədii yaradıcılığın bu və ya digər 
növünə məxsus spesifik təsvir vasitələrilə əks etdirilməsi. 
Ədəbi termin kimi XIX əsrin 50-ci illərindən fransız 
ədəbiyyatının "realist məktəb" adlanan cərəyan 
nümayəndələrinin fəaliyyəti sayəsində yayılmağa 
başlamışdır. Adətən realizmə XIX əsrdə romnatizmi əvəz 
etmiş, naturalizmə, müxtəlif modernist cərəyanlara qarşı 
yönəlmiş bir cərəyan kimi baxılır. Yaradıcılıq tipləri kimi 
realizm və romantizm bədii-estetik cəhətdən bir-birinə 
qarşı durmur, vahid tamın iki cəhətini təşkil edirlər; bədii 
həqiqət həyat həqiqəti ilə estetik idealın vəhdətində 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
293 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
təzahür etdiyindən, adətən, romantik əsərlərdə realist, 
realist əsərlərdə isə romantik ünsürlər özünü göstərir. 
Dünya ədəbiyyatında O.Balzak, Q.Flober, G.Mopassan, 
Ç.Dikkens, M.Y.Dostoyevski, L.Araqon, P.Nerudanın, 
Azərbaycan ədəbiyyatında isə M.F.Axundov, M.Ə.Sabir 
və C.Məmmədquluzadənin əsərləri realist ədəbiyyatın. 
parlaq nümunələridir. 
 
Romantizm 
 
(fr.romantisme)  
 
XVIII əsrin sonu-XIX əsrin əvvəllərində Avropa və 
Amerika mədəniyyətində ideya-bədii cərəyan. Romantizm 
ədəbi-estetik anlayış kimi Almaniyada "Yena məktəbi" 
nümayəndələrinin ( Şlegel qardaşları, F.Novalis, L.Tik, 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
294 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
V.Vakkenroder) fəaliyyəti (1798-1802) sayəsində 
yayılmağa başlamışdır. Romantizmin estetik əsasını "bədii 
ideallaşdırma" prinsipi, müstəsna şəraitdə müstəsna 
xarakterlərin yaradılması, həyatın olduğu kimi kimi deyil, 
"olmalı olduğu kimi" təsviri təşkil edir. 
 
Puşkin, M.Y.Lermontov, A.Hofman, C.Q,Bayron, 
P.B.Şelli, C.Kits, V.Hüqo,F.R.Şatobrian, A.Vinyi, 
C.Leopardi, A.Mandzoni, Ş.Petöfi, K.Maxi, M.Eminesku, 
T.Şevçenko, Azərbaycan ədəbiyyatında isə H.Cavid, 
M.Hadi, A.Səhhət və b. romantizmin ən görkəmli 
nümayəndələri hesab olunurlar. 
 
Sentimentalizm 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
295 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
Əxlaqi həyatın ölçüsü olaraq duyğunu əhatəyə alan 
təlimlərin ümumi adı. Fəlsəfə və ədəbiyyatda daha geniş 
rast gəlinir. Çox vaxt rasionalizmə qarşı çıxma olaraq 
qəbul edilir. 
Ədəbi termin kimi ilk dəfə Lessinqin təsiriylə J.J. Bode 
tərəfindən 1868-də istifadə edilib. Duyğunu əsas alan bir 
ədəbiyyat janrında duyarlığı və romantikliyi əsas və ölçü 
sayan sənət anlayışını ifadə edir. İçə bağlanma, 
dəymədüşərlilik, gözü yaşlı bir duyğululuq, gedərək 
xoşbəxtliyi ümidsizlik, heç nə etməmək kimi yollarda 
axtarır. 
 
Simvolizm 
 
(fr. symbolisme, yun.-symbolon-işarə, rəmz)  
 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə