Tofiq Xəzər



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə52/54
tarix17.11.2018
ölçüsü1,63 Mb.
#80775
1   ...   46   47   48   49   50   51   52   53   54

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
296 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
XIX əsrin sonu XX əsrin əvvəlində Avropa ədəbiyyatında 
cərəyan. XIX əsrin 2-ci yarısında naturalist romanında 
realist prinsiplərin təhrifi ilə bağlı olaraq meydana 
gəlmişdir. Simvolizmin estetik əsasları fransız şairləri 
P.Verlen, A.Rembo, Q.Hofmanstal, H.İbsen və A.Blokun 
yaradıcılığına ciddi təsir göstərmişdir. Oxucunu dövrün 
mühüm ictimai-siyasi məsələlərindən uzaqlaşdıran ifrat 
fərdiyyətçilik və mistikanın təbliği, ədəbiyyatın ictimai 
vəzifələrinin inkarı, gerçəkliyin mücərrəd simvollarla şərti 
və təhrif olunmuş inikası, pessimizmin, həyata nifrət 
hissinin və ölümün (əsasən intihar yolu ilə) tərənnümü 
simvolizmin səciyyəvi cəhətləridir. 
Sosialist realizmi 
 
Sosialist realizmi termini SSRİ-də bolşevik inqilabından 
sonra sovet hakimiyyətinin rəsmi himayə etdiyi 
ədəbiyyatın adı kimi yaranmışdır. 1917-ci il Oktyabr 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
297 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
inqilabından sonra Rusiyada 20-ci illərdə proletar 
ədəbiyyatı (proletkultçuluq) konsepsiyası meydana çıxdı. 
Bu konsepsiyaya görə, hakimiyyəti almış fəhlə sinfi yeni 
mədəniyyət və ədəbiyyat yaratmalıdır. Ən qəribəsi isə 
yeni ədəbiyyat kadrlarının mütləq inqilabçı fəhlələr 
arasından çıxacağı ümidi idi. Bu nəzəriyyəyə əsaslanaraq 
varlı siniflərdən olan qələm adamları sinfi düşmən elan 
edildi və onların əsərləri irticaçı hesab edildi. 
Lakin tezliklə bolşevik ideoloqları özləri də anladılar ki, 
sosial siniflərin xüsusi ədəbiyyatı ola bilməz, bu ədəbiyyat 
və mədəniyyət anlayışının təbiətinə ziddir. Proletar 
ədəbiyyatı konsepsiyası V.Lenin tərəfindən hazırlanmışdı 
və sözün hərfi mənasında ədəbiyyatın proletariatın 
inqilabını və hakimiyyətini, daxili siyasətini himayə 
etməsini nəzərdə tuturdu. Proletar ədəbiyyatı anlayışı 
inqilabçı maarifçiliyin bir şəkli idi. Maarifçilər 
ədəbiyyatdan pedaqoji tərbiyə üçün, marksistlər isə sosial 
tərbiyə üçün istifadə edirdilər. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
298 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
Bolşeviklərin ədəbi siyasəti partiyanın yuxarı orqanları 
tərəfindən ədəbiyyata dair qəbul edilən xüsusi direktiv 
qərarlar əsasında aparılırdı. Bu qərarlar ehkam kimi tətbiq 
olunurdu. Nəticədə proletar ədəbiyyatı burjua maarifçiliyi 
ilə dini maarifçilik arasında olan bir hadisə kimi meydana 
çıxdı. Bu ədəbiyyat bir tərəfdən şüurlu, qabaqcıl fəhlə 
tərbiyə etməli idi və bu burjua maarifçilərinin ağıl 
qanunları ilə yaşayan insan nəzəriyyəsinə uyğun idi. İkinci 
tərəfdən, proletar ədəbiyyatı proletar dünyagörüşünü, 
marksizmi yayan və tərbiyə edən bir vasitə sayılırdı və bu 
da onu dini maarifçiliyə, din təbliğinə yaxınlaşdırırdı. 
30-cu illərin əvvəllərində proletar ədəbiyyatı termini guya 
daha dəqiq olan sosialist realizmi termini ilə əvəz edildi. 
Bu termin sosializm quran cəmiyyətin realizmi anlamına 
gəlirdi. Ad dəyişsə də, proletar ədəbiyyatı anlayışındakı 
əsas prinsiplər dəyişməz olaraq qaldı. Sosialist realizmi 
termini ilə bu anlayışda rəsmi ədəbiyyat elementləri də 
qüvvətləndi. Yazıçılar İttifaqı. Hakimiyyət yaranandan 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
299 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
saraylarda məddah şairlərin olması ənənəsi olmuşdur. 
Onlar kralı və sultanı tərifləməklə əsasən onun insanlar 
arasında nüfuzunun artmasına və bu yolla hakimiyyətinin 
möhkəmlənməsinə xidmət etməli idilər. Rəsmi 
ədəbiyyatın əsas əlaməti onda müəllif başlanğıcının, 
istedad və daxili istəklərin ikinci dərəcəli olmasıdır. Yəni 
rəsmi şair özünü ifadə etmir, o sifarişi yerinə yetirir və pul 
qazanır. Onun istedadının əsas əlaməti də bədiilik 
yaratmaqda yox, yaltaqlıqda, hakimiyyətə yarınmaqda, 
hakimiyyəti təmsil edən adamların şəxsi ambisiyalarına 
maksimum xidmət göstərməkdədir. Rəsmi ədəbiyyatın 
əsas siması yazıçı yox, sifarişçidir, haqq ödəyən 
hakimiyyətdir. Sovet dövründə rəsmi ədəbiyyat Yazıcılar 
İttifaqı vasitəsi ilə yaradılırdı. Bu ittifaq formal olaraq 
seçkili ictimai birlik idi. Amma əslində Yazıcılar İttifaqı 
dövlət büdcəsindən maliyyələşən hakimiyyət qurumu idi. 
İttifaqın bütün işçiləri dövlət büdcəsindən əmək haqqı 
alırdı. İttifaqın rəhbərliyində DTK-nın məxfi zabiti işləyir 
və hamıya göz qoyurdu. Rəhbər işçilər, xalq yazıcıları 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
300 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
Kommunist partiyası MK-nın üzvləri, Ali Sovetin 
deputatları idi, onlar dövlətin xüsusi güzəştlər 
sistemindən, xüsusi mağazalardan, istirahət evlərindən
xəstəxanalardan istifadə edirdilər. İttifaqın rəhbərləri, xalq 
yazıcıları, qəzet və jurnalların redaktorları partiyaçı idilər 
və partiyanın ədəbi siyasətini, sosialist realizmi 
ədəbiyyatının prinsiplərini həyata keçirən adamlar idilər. 
Buna görə onlar nəşriyyatlarda dövlət planlarına daxil 
olan əsərlərin, müəlliflərin siyahısına baxıb onu təsdiq 
edir və çıxan kitabların ideoloji təmizliyinə görə cavabdeh 
idilər. Onlar nəşriyyatlarda çıxan kitabları üçün adi
titulsuz, vəzifəsiz yazıçılardan 3-6 dəfə artıq haqq 
alırdılar. Bu qonorar fondunun 80 faizindən çoxunu təşkil 
edirdi. 
Rəsmi tənqid. Yazıcılar İttifaqının rəhbərləri, titullu 
yazıçılar və ədəbi orqanların rəhbər işçiləri rəsmi partiyalı, 
sinfi ədəbi tənqidin hegemonluğunu təmin edir və özləri 
də qələmləri ilə buna xidmət edirdilər. Rəsmi tənqid 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə